30
karbohidrogenlərin dünya bazarına nəql edilməsi üçün layihə gücü ildə 50,0 milyon
ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, eləcə də
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri istismara verilmiş və beləliklə
Azərbaycan neft və qaz ixracatçıları sırasına daxil olmuşdur. Dövlətin apardığı çevik
və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat
qovşağına çevirmiş və beynəlxalq neft və qaz tranzit ixrac marşrutlarının məhz
ölkənin ərazisindən keçməsi üçün zəmin yaratmışdır. Bütün bu amillər nəqliyyatda
yaradılan əlavə dəyərin həcminin artımına səbəb olmuşdur. 2010-2014-cü illər
ə
rzində mədənçıxarma sənaysində yaradılan əlavə dəyərin həcminin azaldığı bir
şə
raitdə yaradılan cəmi əlavə dəyərin həcminin artımı davam etmişdir. Belə şal
ə
sasən istehsal, sosial və institusional infrastrukturun inkişaf etdirilməsi hesabına
yaranmışdır. nfrastruktur sahələrin inkişafına iri həcmli dövlət investisiya
qoyuluşların bu sahələrdə yaradılan dəyərin də hcminin artmasına səbəb olmuşdur.
Yanacaq-enerji sahəsi istehsal infarstrukturunun tərkib hissələrindən biri-
dir. qtisadiyyatın elə bir sahəsi yoxdur ki, enerji sərf etmədən orada iqtisadi
inkişafa nail olmaq mümkün olsun. Bir sözlə, enerjisiz təsərrüfat fəaliyyətində
iqtisadi artıma nail olmaq mümkün deyildir. Bu baxımdan Azərbaycanın poten-
sial imkanları böyükdür. Belə ki, ərazinin əlverişli coğrafi mövqedə yerləşməsi,
günəşli günlərin sayının digər ölkələrə nisbətən çox olması, zəngin yeraltı neft
və qaz yataqlarının mövcudluğu, dağlıq relyef boyu axan suların bolluğu,
ə
razidə əsən küləklərin mütəmadiliyi Azərbaycanın enerji mənbələri sahəsini
təşkil edir. Az rbaycanda elektroenergetika sah sinin inki af m qs dil
2005-2015-ci ill r
rzind “Az rbaycan Respublikas n n yanacaq-enerji
kompleksinin inkişafı üzrə Dövlət Proqramı” və "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı
çərçivəsində əhəmiyyətli işlər həyata keçirilmişdir. Regional inkişaf proqramları
çərçivəsində 2004-2013-cü illərdə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17
elektrik stansiyası tikilmiş,10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən
çox yarımstansiya tikilmiş və ya yenidən qurulmuşdur. Son illərdə
elektrik
stansiyaları modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir
31
qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı
artmış, 1 kVts elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı
ə
həmiyyətli dərəcədə azalmışdır. Hazırda ölkəmiz elektrik enerjisinə olan tələbatını
tam həcmdə ödəməklə yanaşı, qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də
mühüm rol oynayır.
Hazırda Azərbaycan Respublikasının ərazisində elektrik enerjisi ilə təmin
olunmayan yaşayış sahəsi yoxdur, əhali və sənaye sahələri tərəfindən ən çox
istifadə olunan enerji növü elektrik enerjisidir.
Hazırda ölkənin elek-
trik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət gös-
tərir ki, bunun da cəmi illik 6231,6 MVt-abərabərdir. Cəmi gücün 5132 MVt-ı istilik
elektrik stansiyalarının, 1099,6 MVt-ı isə su elektrik stansiyalarının payına düşür.
Enerji sistemin yüksək gərginlikli elektrik şəbəkəsi (35, 110 – 500 kV) 277 yarım-
stansiyadan ibarətdir, elektrik xətlərinin uzunluğu 8400 km-dən artıqdır. Elektrik
enerjisinin istehlakçılara paylanmasını həyata keçirən aşağı gərginlikli şəbəkə təsər-
rüfatı (0,4-6-10 kV) 36750-dən çox yarımstansiyadan, uzunluğu 140000 km-dən artıq
olan müxtəlif elektrik xətlərindən, çoxlu miqdarda digər avadanlıqlardan ibarətdir.
Cədvəl 2.2
Elektrik enerjisinin istehsalı
(mln. kVt. saat)
llər
1990 1995 2000 2002 2003 2004 2010
2011
2012
2013
2014
Elektrik enerjisinin
cəmi istehsalı
23152 17044 18699 18701 21286 21744 18709,5 20293,8 22988,1 23354,4 24727,7
ES-lərin istehsalı
21399 15401 17069 16558 18681 18589 15263,2 17618,0 21167,1 21729,6 23249,3
SES-lərin istehsalı
1658 1556 1534 2020 2470 2755 3446,3 2675,8 1821,0 1489,1 1299,7
Digərləri
95,6
86,6
96,1 122,6 135,3 369,2
0,5
,,,
,,,
135,7 178,7
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Cədvəldən göründüyü kimi, 2014-cü ildə elektrik enerjisinin istehsalı 1990-cı
il səviyyəsini üstələmişdir. Son illərdə elektrik enerjisinin buraxılışında da müsbət
irəliləyişlər əldə olunmuşdur. Belə ki, 2014-cü ildə elektrik enerjisinin istehsalı
2000-ci ilə nisbətən 32,2 faiz artmışdır. 2014-ci il ərzində istehsal edilmiş elektrik
enenrjisinin təqribən 94 faizi istilik elektrik stansiyalarınının payına düşmüşdür.
Azərbaycan ərazisində kifayət qədər alternativ enerji potensialının olması bu
sahənin davamlı inkişafı üçün daxili və xarici investisiyaların cəlb olunmasına, iri
32
miqyaslı layihələrin həyata keçirilməsinə şərait yaradır. Ölkədə alternativ və bərpa
olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli Fərmanı ilə
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi yenidən təşkil edilmişdir. Bu qurum tərəfindən Qobustan
rayonunda yerləşən 5,5 MVt gücündə olan Eksperimental Poliqon və Tədris
Mərkəzinin hibrid stansiyasında 1,4 milyon kVt.saat elektrik enerjisi istehsal
edilərək, respublikanın ümumi elektrik enerjisi sisteminə ötürülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-
iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Bakı şəhəri
Xəzər, Pirallahı, Qaradağ, Sabunçu rayonlarında yerləşən 5 məktəb, Suraxanı
rayonunun Hövsan qəsəbəsində isə 2 tibb müəssisəsində ümumi gücü 410 kVt
olmaqla 130 kVt günəş panelləri və 280 kVt istilik nasosları quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”
çərçivəsində Balaxanı qəsəbəsində 20 hektar ərazidə tullantıların yandırılması
zavodu tikilmiş, zavodun tərkibində alternativ enerji mənbəyi olan bioqaz əsasında
37 meqavat elektrik gücünə və il ərzində 231,5 mln. kVts elektrik enerjisi istehsal
etməyə malik olan turbin quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1958
nömrəli Sərəncamının icrası ilə əlaqədar “2013-2020-ci illər üçün Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair
Dövlət Strategiyası” hazırlanmışdir.
Hazırda ölkənin qaz sənayesinin işində ən ciddi irəliləyişlər müşahidə olunur.
Artıq bu sahədə uzun illər davam edən böhranın qarşısı tamamilə alınmışdır. Ölkə
ə
halisinin və iqtisadiyyatının “mavi yanacağ”a olan tələbatının yaxşılaşdırılması
işinə mühüm töhfələr verməyə çalışan neftçilərimiz son illər qaz hasilatı sahəsində
ciddi dönüşə nail ola bilmişlər. Belə ki, ümumi qaz hasilatı 1995-2014-cü illər
Dostları ilə paylaş: |