34
orqanlarının müstəsna səlahiyyətli sisteminin və onlar arasında səlahiyyətlərin
bölüşdürülmə sisteminin və s. mövcud olmasını aid etmək olar.
Bütün bunlar bir çox xarici ölkələrin sığorta qanunvericiliyinin əsasını təşkil
edən prinsiplərə əsaslanmışdır ki, həyat sığortası ilə yalnız açıq səhmdar
cəmiyyətləri formasında yaradılmış şirkətlər məşğul ola bilərlər.Məhdud
məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının müqayisə ediləcək çox da
böyük olmayan miqdarları, cəmiyyətin öhdəlikləri üzrə onun iştirakçılarının
məsuliyyətinin məhdud xüsusiyyəti bu təşkilati-hüquqi formanı sığorta
təşkilatının maliyyə etibarlılığı nöqteyi-nəzərindən daha az üstünlüyə malik
olan forma edir.
Sığorta şirkətlərinin fəaliyyətinin səhmdar forması tam holdinq korporativ
sığorta strukturunu yaratmağa imkan verir ki,bu da özlərinin ərazi
siyasətinininkişaf etdirilməsi ilı məşğul olan sığorta təşkilatları üçün xüsusilə
aktualdır.Belə ki,səhmdar cəmiyyətlər başqa təşkilatların kapitalında iştirak
edərək törəmə və asılı bölmələrin qrupunu yarada bilərlər.
Sığortaçı statusunu əldə etmək üçün sığorta təşkilatı” sığorta fəaliyyətini
həyata keçirmək” üçün yaradılmalıdır.Bu onu bildirir ki, belə təşkilatın
fəaliyyətinin məqsəd və predmeti sığorta olmalıdır.Göstərilən fəaliyyətin
məqsəd və predmeti sığorta təşkilatının nizamnaməsində əks olunmalıdır.
Bununla da sığorta təşkilatının fəaliyyətinin məqsədi sığorta və onunla
ə
laqədar olan tələbatların bilavasitə təmin edilməsi ilə mənfəətin
qazanılmasıdır.Onun fəaliyyətinin predmeti isə sığortadır və ya bşqa
sözlə,sığorta haqlarının toplanılması və sığorta öhdəlikləri üzrə sığorta məbləği
ödənişlərinin verilməsi vasitəsilə həyatın və fəaliyyətin müxtəlif şəraitlərindən
irəli gələn hüquqi və fiziki şəxslərin əmlak mənafelərinin müdafiəsinin təmin
edilməsidir.
Bilavasitə və müstəsna hal kimi sığortaçının sığorta fəaliyyəti ehtimal edir
ki,qanunun tələblərinə əsasən sığorta təşkilatının həmin fəaliyyət növü ilə
məşğul olmağa hüquqi yoxdur.Belə ki,Azərbaycan Respublikasının “Sığorta
35
haqqında”Qanunun tələblərində nəzərdə tutulur ki,sığorta fəaliyyətinihəyata
keçirmək hüququ verilmiş hüquqi şəxs eyni zamanda ticarət-vasitəçilik
,istehsal və ya bank fəaliyyəti ilə məşğul olmaq hüququna malik
deyildir.Göstərilən normada qanunvericilik sığorta təşkilatını və deməli sığorta
xidmətlərinin istehlakçısını da digər fəaliyyət növlərinə məxsus olan risklərdən
qorumaq təşəbbüsü göstərilir.
Eyni zamanda ,sığorta təşkilatı bilavasitə sığorta ilə əlaqədar və ondan irəli
gələn fəaliyyətin digər növlərini həyata keçirmək hüququna malikdir.Belə
ki,sığortaçı sığortalıya xidmət göstərdiyi sığorta növləri ilə əlaqədar
məsləhətlər vermək hüququna da malikdir. Sığorta təşkilatının ştatında risklərə
nəzarət edən vəzifəsi olduqda həmin funksiyaları da həyata keçirə bilər.
Sığorta təşkilatının sığortaçı kimi hesab edilməsi üçün zəruri şərt Az.rbaycan
Respublikası ərazisində sığorta fəaliyyətinin həyata keçirilməsi üçün
lisenziyanın mövcud olmasını qanun müəyyən edir.Sığortaçı sığorta
fəaliyyətinə müvafiq lisenziya alana qədər Azərbaycan Respublikası ərazisində
sığorta əməliyyatları (sıöorta müqavilələri bağlamaq və sığorta ödənişlərini
həyata keçirmək ) apara bilməz.Lisenziya alınmadan sığorta əməliyyatlarının
aparılmasıqeyri-qanuni sahibkarlığın həyata keçirilməsi kimi qiymətləndirilir.
Bununla əlaqədar olaraq sığorta fəaliyyətinin lisenziyalaşdırılması
xüsusiyyətini nəzərə almaq çox mühümdür.Bu xüsusiyyət ondan ibarətdir
ki,mövcud olan qanunvericiliyə görə əmlak mənafeləri bir neçə qrupa ayrılır,bu
qruplar əsasında da sığorta sahələrinin təsnifləşdirilməsinin birinci səviyyəsi
qurulur:icbari sığorta, həyatın könüllü sığortası və şəxsi sığortanın başqa
növləri ,könüllü əmlak sığortası ,məsuliyyətin könüllü sığortası ,təkrar
sığorta.Sonra təsnifləşdirmənin ikinci səviyyəsində sığortanın ayrı-ayrı
növlərini ayırırlar.Mövcud olan sığorta qanunveriviliyinə əsasən
lisenziyalaşdırmanın xüsusiyyəti sığorta növlərinə münasibətdə ,yəni
təsnifləşdirmənin ikinci səviyyəsinə (lisenziyaya əlavə edilmiş müvafiq
36
siyahıda əks etdirilir.) sığorta əməliyyatlarının aparılmasına icazənin
verilməsindən ibarətdir.
Lisenziyada sığortaçının könüllü əmlak sığortasının həyata keçirilməsinin
göstərilməsi bir daha onu bildirir ki,sığortaçı .məhz müəssisə
ə
mlakınınyanğından və onunla yanaşı gedən risklərdən və ya yüklərdən və s.
sığorta etmək hüququna malikdir.Əgər yerüstü nəqliyyat vasitələri ,hava
nəqliyyat vəasitələri və su nəqliyyat vasitələrinin sığorta edilməsi qaydaları
lisenziyalaşdırılmamışdırsa,onda yüklərin sığortası və ya müəssisələrin
ə
mlakının sığortası deyil,məhz bu sığorta növləri üzrə sığorta təşkilatı alınmış
icazəyə əsasən sığortanı apara bilər.Beləliklə,sığorta təşkilatı icazənin
(lisenziyanın) ayrılmaz hissəsi hesab edilən sığorta növlərinin siyahısında
birbaşa göstərilmiş sığorta fəaliyyətinin növlərini həyata keçirmək hüququna
malikdir.
Bu və ya digər təşkilati-hüquqi formada təsərrüfat subyekti kimi yaradılmış
sığorta təşkilatı dövlət qeydiyatı orqanında qeydiyyatdan keçdiyi andan hüquqi
şə
xs hesab edilir,bu onu bildirir ki,həmin təşkilat təsərrüfat fəaliyyəti aparmaq
(avadanlıq ,bina satın almaq ,təsərrüfat müqavilələri bağlamaq və s.),sığortadan
başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğulolmaq hüququna
malikdir.Sığorta təşkilatının sığorta əməliyyatlarını həyata keçirmək üçün o,
ə
vvəlcədən sığorta nəzarəti orqanından müvafiq icazə (lisenziya)
almalıdır.Yalnız bu cür icazə alındıqdan sonra sığorta təşkilatı Azərbaycan
Respublikası qnunvericiliyinin normaları mənasında sığortaçı hesab edilir.
Lisenziya Azərbaycan Respublikası ərazisində qüvvədədir.
Sığorta fəaliyyətinin lisenziyalaşdırılması sığortada təsnifləşdirmə anlayışı ilə
sıx əlaqədardır.Azərbaycan Respublikası qanunvericiliyində “siniflər” anlayışı
yoxdur,daha adi olan sığorta növü anlayışıdır.Sığorta fəaliyyətinin Azərbaycan
lisensiyalaşdırma sistemi sığorta sahələrinin ayrılması,sonra isə sığorta
fəaliyyəti növlərinin ayrılması prinsipi üzrə qurulmuşdur.
Dostları ilə paylaş: |