Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

17 
 
Əqli  və  fitri  dəlillərlə  mə᾽lum  oldu  ki,  Allah-taala  bəşəriyyəti  əbədi  səadətə  çatdırmaq  üçün 
onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən 
mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir. 
Bəşəriyyəti  kamal  və  səadətə  çatdıran  qanunlar  olmadıqda  isə,  Allah-taalanın  bəşəriyyətin 
ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, 
Onun müqəddəs Zatından uzaq və münəzzəhdir. 
Allah-taalanın  bəşəriyyəti  xoşbəxt  etmək  istəməsi  və  ya  istəyib  tə᾽min  edə  bilməməsi  də  qeyri-
mümkündür.  Çünki,  bu  iki  mənfi  xislət  (paxıllıq  və  acizlik)  də  Allah-taalaya  xas  olmayan 
xüsusiyyətlərdəndir. 
Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını tə᾽yin etməklə yanaşı, onları bütün bu 
mə᾽lumatlarla  da  agah  etməlidir.  Bir  qədər  əvvəl  qeyd  etdik  ki,  bəşəriyyətin  xoşbəxt  həyatının 
tə᾽min olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr tə᾽yin 
olunmalı  və  bundan  sonra,  onun  bəşəriyyətə  çatdırılması  üçün  kimlərsə  müəyyənləşməlidir. Öz 
iman  və  davranışları  ilə  başqalarından  fərqlənən  bu  şəxslər,  «peyğəmbər»  adlanır.  Peyğəmbərin 
əsas  vəzifəsi,  bəşəriyyəti  haqqa  hidayət  etmək  və  onları  tək  olan  Allaha  ibadət  etməyə  sövq 
etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məs᾽uliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə 
öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər. 
«Lakin, Allah olacaq işi [mö᾽minlərin qələbəsini, kafirlərin məğlubiyyətini] yerinə yetirmək üçün 
belə etdi ki, həlak olan, aşkar bir mö᾽cüzə ilə [dəlillə] həlak olsun, sağ qalan da aşkar bir mö᾽cüzə 
ilə sağ qalsın». (8/42). 
Bu  uca  və  ilahi  məqam  olan  peyğəmbərliyə  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  bu  mənsəbə  nail 
olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər. 
Bu  səbəbdən  də,  Allah  tərəfindən  peyğəmbərliyə  tə᾽yin  olunmuş  şəxslər,  iddialarının  sübuta 
yetirilməsi  və  başqalarının  bundan  sui-istifadə  etməməsi  üçün,  kimsənin  qadir  olmadığı 
mö᾽cüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariqul᾽adə işlər 
adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların iste᾽dad və bacarığından 
xaric  olmalıdır.  Yalnız  belə  olduqda,  peyğəmbərliyin  yeganə  dəlili  olan  bu  qeyri-adi  işləri 
«mö᾽cüzə», onun icrasını isə e᾽caz adlandırırıq. 
MÖ᾽CÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏ᾽SİR 
Mö᾽cüzə  təbiət  qanunlarından  xaric  olduğu  üçün  yalnız  Allahın  izn  və  qüdrətilə  həyata  keçirilə 
bilər. Yə᾽ni, qeyb aləmindən ilham almayınca, kimsənin mö᾽cüzə iddia etməsi qeyri-mümkündür. 
Demək, peyğəmbərlik iddiası edən şəxsin mö᾽cüzə yolu ilə Allah tərəfindən himayə olunması və 
onun  öz  mövqeyindən  istifadə  edərək  insanları  haqq  yoldan  azdırması  Allah-taalanın  müqəddəs 
Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin mö᾽cüzə göstərməsi 
yalnız  Allahın  izn  və  qüdrəti  ilə  müyəssər  ola  bilər.  Bu  müddəa  ümumi  bir  qanun  və  nəzər 
sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir. 


18 
 
Məsələn,  camaat  padşah  və  ya  soltan  tərəfindən  rə᾽iyyətin  işlərini  idarə  etmək  üçün  tə᾽yin 
olunmuş  şəxsin  tutduğu  mövqeyə  şəkk  və  tərəddüdlə  yanaşsalar,  onlar  tutduğu  vəzifəni  sübuta 
yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs 
padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə 
tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində e᾽tibarlı olduğuna 
sübut kimi  göstərmək  olar. Çünki, əzəmətli və haqsevər padşahın,  yalançı və fırıldaqçı bir şəxsi 
ona  xidmət edəcək bir vəzifəyə  və  rəislik  məqamına  tə᾽yin etməsi və  onu müxtəlif hədiyyələrlə 
mükafatlandırması qeyri-mümkündür. 
Demək,  adi insan üçün təsəvvür etmək mümkün olmayan  bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin 
Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür. 
«Əgər  o,  [peyğəmbər]  özündən  bə᾽zi  sözlər  uydurub  Bizə  istinad  etsəydi  Biz  ondan  mütləq 
şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46). 
Yə᾽ni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox mö᾽cüzələri ixtiyarına qoysaq da o, istədiyi 
şeyləri  Bizim  adımızdan  bəyan  edə  bilməz.  Belə  bir  şey  fərz  olunduqda,  Biz  bu  itaətsizliyin 
əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi 
qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik. 
ƏŞ᾽ƏRİLƏRİN NƏZƏRİYYƏSİ 
Diqqət  yetirmək  lazımdır  ki,  mö᾽cüzəni  peyğəmbərliyin  sübutu  kimi  qəbul  edən  şəxslər,  əqlin 
yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına e᾽tiqadlı olmalıdırlar ki, bu mərhələdə də 
əqlin hakimliyini qəbul edə bilsinlər. 
Əş᾽ərilər  isə  bu  həqiqəti  qətiyyətlə  rədd  edir  və  bəşər  əqlini  pisi-yaxşıdan  ayıran  əsas  me᾽yar 
hesab  etmirlər.  Bu  səbəbdən  də  peyğəmbərliyin  sübutu  məsələsi  hələ  də  onlar  üçün  qaranlıq 
olaraq qalmışdır. 
Çünki, mö᾽cüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın mö᾽cüzəni dərk etməsi 
və bunun  yalançı iddiaçılar tərəfindən mümkün olmadığına  yəqinlik hasil etməsindən irəli gəlir. 
İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq 
olmasını dərk edə bilməyəcəkdir. 
Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər tanıma» (həqiqətlə yalan arasında 
fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir. 
Fəzl  ibni  Ruzbəhan,  Əş᾽ərilərin  əql  haqda  irəli  sürdükləri  nəzəriyyəyə  bir  neçə  əsaslı  irad 
tutmuşdur.  O,  verdiyi  cavabların  birində  deyir:  Xoşagəlməz  işləri  Allah-taala  üçün  fərz  etmək 
qeyri-mümkün  olmasa  da,  bunu  bilmək  lazımdır  ki,  O,  mö᾽cüzəni  daim  haqq  peyğəmbərlərin 
ixtiyarına  qoyur  və  belə  bir  mühüm  işi  heç  vaxt  yalançı  və  fırıldaq  adamlara  həvalə  etməz. 
Demək  peyğəmbərlərin,  haqla  batilin  yalançı  şəxslər  tərəfindən  tanınıb  üzə  çıxarılması  hətta, 
Əş᾽ərilər üçün də qaranlıq qalmayacaqdır. 
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə