Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
1   2   3   4   5   6   7   8   9   ...   81

10 
 
Qur᾽anın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan 
tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər. 
Elm  şahinləri  nə  qədər  çalışsalar  da,  onun  yüksəkliyinin  qülləsinə  çatmazdan  əvvəl  özlərində 
yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz 
məqsədlərinə  nail  olduqlarını  zənn  edir,  amma  bir  addım  irəli  getdikdə  qarşılarında  yeni-yeni 
mətləblərin açıldığının şahidi olurlar. 
QUR᾽AN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI 
Bu barədə nəql olunmuş hədislər: 
Qur᾽an bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini tə᾽min edən əbədi ilahi qanundur. 
Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki 
dünyada  xoşbəxt  həyata  nail  olmaq  istəsə,  gecə  və  gündüz  Qur᾽anla  ünsiyyətdə  olmalı  və  onu 
özündə  yaşatmalıdır.  Hər  gün  onunla  öz  əhd-peymanını  təzələməli  və  əhdinə  vəfadar  olmalıdır. 
Qur᾽anla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük 
addımları Qur᾽anla atar və gördükləri bütün işləri Qur᾽anla yerinə yetirərlər. 
Qur᾽an  tilavətinin  fəziləti  barəsində  onlarla  hədis  və  rəvayət  nəql  olunmuşdur.  Biz  burada 
onlardan yalnız bir neçəsini təqdim edirik. 
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Qur᾽an tilavətinin fəziləti haqda 
buyurmuşdur:  «Hər  axşam  on  ayə  Qur᾽an  oxuyan  şəxslər,  qafil  və  Allahını  unutmuş  kəslərdən 
hesab  olunmazlar,  əlli  ayə  oxuyanların  adı  əməl  dəftərinə  daim  Allahı  yad  edən  şəxslər  kimi 
yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə 
bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) 
ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah 
yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti). 
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:  «Qur᾽an bəşəriyyətin səadət və xoşbəxtliyini 
tə᾽min edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl 
şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət 
yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti). 
Yaxşı  olar  ki,  hər  bir  tacir  gecə  evinə  qayıdarkən  yatmazdan  əvvəl  Qur᾽an  ayələrindən  birini 
tilavət  etsin.  Əgər  belə  edərsə,  oxuduğu  hər  bir  ayənin  müqabilində  əməl  dəftərinə  on  savab  iş 
yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Qur᾽anın fəziləti). 
Qur᾽an  oxumağı  sizlərə  tövsiyə  edirəm.  Bilin  ki,  cənnətin  sarayları  Qur᾽an  ayələrinin  sayı 
qədərdir.  Qiyamət  günü  Qur᾽an  qarilərinə  Qur᾽an  oxumaq  əmr  olunar.  Onlar  nə  qədər  çox 
oxuyarlarsa  məqamları  bir  o  qədər  ucalar  və  öz  əməllərinə  layiq  dərəcələrlə  mükafatlanarlar. 
(Üsuli-kafi). 


11 
 
Bir  çox  hədis  kitablarında,  o  cümlədən  «Biharul-ənvar»ın  19-cu  cildində  Qur᾽an  oxumağın 
fəzilətləri  barəsində  kifayət  qədər  hədis  nəql  olunmuşdur.  Bu  kitablarda  Qur᾽an  oxumağın 
fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur. 
1. QUR᾽ANIN ÜZÜNDƏN OXUNMASI 
Nəql  olunmuş  hədislərin  bir  qismi,  Qur᾽anın  üzündən  oxunmasının  onun  əzbər  oxunmasından 
daha  fəzilətli  olduğuna  dəlalət  edir.  Bu  məzmunda  nəql  olunmuş  rəvayətlərdən  birində  deyilir: 
İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Qur᾽anı artıq hifz etmişəm (əzbərləmişəm), 
onu  əzbər  olaraq  oxusam  yaxşıdır,  yoxsa  üzündən?  İmam  (ə)  buyurdu:  «Üzündən  oxu,  bunun 
savabı daha çoxdur. Və bil ki, Qur᾽anın yazılarına baxmaq özü bir ibadətdir.» 
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Qur᾽anı üzündən oxuyan şəxslərin 
gözləri də Qur᾽andan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.» 
Qur᾽anın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır. 
1. Qur᾽an nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər 
müsəlmanlar  Qur᾽anı  hifz  edərək  bu  qayda  ilə  oxuyarlarsa,  getdikcə  Qur᾽an  nüsxələrinə  olan 
ehtiyac azalar və nəticədə Qur᾽an nadir nüsxələrdən birinə çevrilər. 
2. Hədislərdə  qeyd  olunduğu  kimi,  Qur᾽anın  üzündən  oxunması  insanın  mə᾽nəviyyatına  müsbət 
tə᾽sir  göstərir.  Eyni  zamanda  Qur᾽an  yazılarına  baxmaqdan  ləzzət  alır  və  bir  çox  hallarda  göz 
ağrılarından amanda qalır. 
3.  Qur᾽anı  üzündən  oxumaq,  oxucunun  Qur᾽ana  daha  çox  diqqət  yetirməsinə  səbəb  olur.  Belə 
olduqda, insan Qur᾽anın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə 
ki,  insan  ürək  açan  mənzərəyə  diqqətlə  baxdıqda ruhən  arxayınlaşır  və  özündə mə᾽nəvi  rahatlıq 
hiss edir. 
Qur᾽an  ayələrinə  nəzər  salaraq  onun  dərin  mə᾽nalarını  dərk  etməyə  çalışan  oxucu,  ondan 
vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mə᾽nəvi paklığa nail olur. 
2. QUR᾽ANIN EVLƏRDƏ OXUNMASI 
Bu  məzmunda  da  bir  neçə  hədis  və  rəvayət  nəql  olunmuşdur.  Hədislərin  məzmununa  diqqət 
yetirdikdə,  müsəlmanların  evlərdə  Qur᾽an  tilavət  etmələrinə  sövq  olunmalarının  bir  neçə 
səbəbinin və onun bir neçə müsbət tə᾽sirinin şahidi oluruq. 
1. Qur᾽anın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev 
sakinləri  tərəfindən  dinlənərək  qəbul  olunmasına  səbəb  olur.  Belə  ki, ev  sahibi  vaxtaşırı  Qur᾽an 
oxuyarsa, digər ev sakinləri  də onun tə᾽siri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə 
Qur᾽an  oxuyan  şəxslərin  sayı  birə  on  artar.  Əgər  müsəlmanlar  Qur᾽an  tilavət  etmək  üçün 
müəyyən zaman və yer tə᾽yin edərlərsə,  təbiidir ki, hamının eyni zamanda həmin yerdə Qur᾽an 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə