39
FƏSIL 2. S NERGET K QT SAD YYATIN NK ŞAFINA TƏS R EDƏN
AM LLƏ R
2.1 Sinergetik iqtisadiyyatın inkiş afına tə sir edə n amillə r.
Sinergetik
effektlə rin sistemləş dirilmə si.
qtisadiyyat elmi, 16-cu əsrdən etibarən Merkantilizm, Fizyokrat fəlsəfəsinin təsiri
və 18-ci əsrə damğasını vuran Klassik Məktəbin xidmətlərinə baxmayaraq, əsas olaraq
Neo-Klassik Cərəyan və ya Məktəb ilə bugünkü elmi çərçivəsini qazanmışdır.
Merkantilizm, eqoist bir fəlsəfə məktəbi olduğu halda, Fizyokrat Məktəbi və Klassik
Məktəbin daha liberal görüşləri müdafiə etdikləri ifadə edilə bilər. Belə ki, haqqında
danışılan məktəblərin və ya cərəyanların yaratdığı fəlsəfi alt quruluşu, Neoklassik
Məktəb riyaziyyat elmi ilə qovuşdurmuş və mülahizələr cəbri və geometrik bir
xüsusiyyət qazanmışdır. Bugünkü müasir iqtisadiyyatın əsaslarının 16-ci əsrdən etibarən
ifadə etsək də, bəşəriyyətin sivilizasiya həyatı içərisində iqtisadi məsələlərlə
məlumatlılığı XVII-XV əsrlərə aiddir. nsan, təsərrüfata əsaslanan oturaq cəmiyyət
rejiminə keçdiyindən etibarən, primitiv qövm həyatı içərisində belə, əsas ehtiyaclarını
ödəməyə yönəlik olaraq müxtəlif malları təmin etmə mübarizəsinə girişmiş və bir
mübadilə sistemi yaratmışdır. Primitiv qövm həyatı içərisində ehtiyacların ödənilməsinə
yönəlik olaraq, mübadilə iqtisadiyyatı dediyimiz malın malla mübadilə edildiyi bir
mübadilə şəklinə bağlı olaraq, insan ehtiyacı olan müxtəlif malları təmin etməyə
çalışmışdır.
XVII-XV əsrlərə aid illərə gəldikdə isə, sivilizasiya həyatındakı və insanın
zəkasında inkişafa bağlı olaraq, bəzi anlayışların sorğu-sual olunduğunu və mübadilə
iqtisadiyyatı deyilən mübadiləyə əsaslanan mübadilə sisteminin yetərli gəlmədiyi
görülür. Bu səbəblə, insan oğlunun iqtisadiyyat ilə əlaqəli olaraq XVII-XV əsrlərə aid
illərdə ilk tanış olduğu anlayışlar, ehtiyac, fayda, dəyər və qiymət məfhumları olaraq
tərif edilə bilər. Yəni, insan artıq qiymətə əsaslanan mübadilə sistemini yaratmağın
40
ə
rəfəsindədir. O halda, insanın beş min ilə yaxın bir müddətdir qiymətə əsaslanan
mübadilə sistemi istifadə etdiyi ifadə edilə bilər. Bu səbəblə, qiymətə əsaslanan
mübadilə sisteminin əsas yığmasının, dövriyyəsinin ehtiyac, ehtiyacı ödəyən mal və ya
xidmət, ehtiyacın qarşılanması ölçüsündə əldə edilən fayda, faydaya əsaslanan mal və
xidmət dəyəri və dəyərə bağlı bir tərif olduğu vurğulanır. Bu səbəbdən də, dünya
iqtisadiyyatının inkişafına işıq tutan kilometr daşlarını xırdalamaq və sonra həmin
anlayışların mənasını bir-bir müzakirə etmək yerində olacaq. Dünyasın tarixi inkişaf
etməsi baxımından, “Qlobal Rəqabət” olaraq ifadə edilən anlayışın inkişaf prosesinə
nəzər saldıqda, 15-ci əsrin ikinci yarısından, 16-ci əsrin ilk yarısına qədər uzanan bir
dövrü başlanğıc nöqtəsi kimi müzakirə etmək yanlış olmayacaq. Avropa Dövlətləri
arasında liderlik mübarizəsi və bu mübarizənin təkan verdiyi ticarət müharibələri, eyni
malı daha ucuz istehsal edən təsərrüfatın rəqabətdə önə çıxmasına əsaslanır. Bu rəqabət,
xammal və əmək xərclərini azaltmaq üçün, müstəmləkəçiliyi və köləliyi qurum
formasına gətirən bir prosesi də bərabərində gətirmişdir. Bu dövrə damğasını vuran
Merkantilizm fəlsəfəsi, hər bir dövlətə, əldə etdiyi kommersiya üstünlükləri və həyata
keçirdiyi ixrac nəticəsində əldə etdiyi qızıllarla zənginləşən xəzinəsini qorumaq naminə
daha güclü bir ordu və donanma da təklif edir.
Sözü gedən rəqabət prosesində, bir dövlətin regional lider olmasında əsas qayda, “
qtisadi Güc”, “Hərbi Güc” və “Siyasi Güc” eyni zamanlı və yax;n dərəcədə bir araya
gətirir. Bu üç əsas güc faktorunu bir araya gətirməyə çalışan Britaniya, Fransa, spaniya
və Portuqaliya arasında ciddi bir rəqabət mübarizəsi müşahidə edildi. Osmanlı
mperiyası, bu rəqabət prosesində, dənizə sahili olmayan dövlət olma çatışmazlığı ilə,
yarışdan çəkilmək məcburiyyətində qaldı. Zaman içərisində, imperiyalarının coğrafi
bölgünü diversifikasiyaya spaniya və Portuqaliya da bu mübarizədən çəkilmək
məcburiyyətində qaldılar və 19-ci Əsrin əvvəlindən etibarən “Regional Rəqabət”
mübarizəsi, “Qlobal Rəqabət” mübarizəsinə çevrilərkən, masanın ətrafında qalan ölkələr
Britaniya, Fransa, Almaniya, ABŞ və Yaponiya idi.
41
Tam bir əsr sonra, ABŞ-ın masanın başına keçəcəyi və digər ölkələrin onun
himayəsində “kapitalizmin bölgü”sündə masanın ətrafında yer alacağı təxmin edilirdi.
Bu nöqtədə, “Qlobal Rəqabət”in ilk önəmli aktyoru olan Britaniya mperiyası,
“Üzərində Günəş Batmayan mperatorluq” adını ancaq 80 il saxlamışdır. kinci Dünya
Müharibəsinin Avropa ayağı tamamlanarkən, Britaniya Kapitalist Sistemin liderliyini
ABŞ-a vermi.di. Nəticə olaraq, 16-ci Əsrdən 20-ci Əsrin sonuna qədər xammal
miqyasında müşahidə olunan rəqabət, 21-ci Əsrdə əmək və texniki bacarıq rəqabətinə
çevrilir. Günümüzdə isə bu anlayışlar çoxdan yerini innovasiya və sahibkarlığa
buraxmış vəziyyətdədir. Yəni, yüksək səviyyəli və ucuz əməyini təmin edə bilən və
texnologiya istehsal edən iqtisadiyyatlar, qlobal rəqabətdə həlledici ölkə olma
xüsusiyyətini qovuşa bilmək üçün yenilik istiqamətli və ünsiyyətcil olmaq
məcburiyyətindədir.
qtisadi sistem: Cəmiyyəti təşkil edən fərdlərin qabiliyyətləri və aldıqları təhsil
ölçüsündə mal və xidmət istehsalında vəzifə qazanması nəticəsində yaranan sosial
təşkilatçılığa qtisadi Sistem deyilir. Bu günə qədər tətbiq olunan və ya tətbiqi davam
edən 2 iqtisadi sistem, Kapitalist və Kollektivist qtisadi Sistemlərdir. lkində maşın və
avadanlığın mülkiyyəti kapital sinfində, ikincisində mülkiyyət işçi dairəsindədir. qtisadi
sistem, milli iqtisadiyyatda ehtiyaclar ilə istehsal arasında tarazlığı ən fəal şəkildə təmin
etdiyi müdafiə edilən bir mexanizmin toplusudur. qtisadi sistemləri qapalı iqtisadi
sistemləri və mübadilə iqtisadiyyatı sistemləri kimi də iki qrupda toplamaq mümkündür.
Qapalı iqtisadiyyat sistemində istehsalçılar yalnız öz ehtiyacları üçün istehsalda olurlar.
Ehtiyaclar sadə olduğundan istehsal texnikası də primitivdir. Mübadilə iqtisadiyyatı
sistemlərində isə hər fərd öz ehtiyacından çoxunu hasil edib ki, bu əlavə, digər
ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu, amma istehsal etmədiyi mallarla mübadilə
edir.
qtisadiyyat bir elm sahəsi kimi, resursların məhdud, buna qarşılıq insanın
tələbatlarının sonsuz olması səbəbindən, müxtəlif suallara cavab axtaran bir elm sahəsi
Dostları ilə paylaş: |