Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
1   2   3   4   5   6   7   8   9   ...   18

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

12 



 

Müştərilərə verilmiş kreditlər  

 

Bankın ayırdığı kreditlər Bank tərəfindən borcalanın birbaşa pul vəsaitləri ilə təmin edilməsi və ya 



kredit xəttində iştirakı nəticəsində yaranan maliyyə aktivləridir.  

 

Bank tərəfindən sabit ödəmə müddətləri ilə verilən kreditlər ilk olaraq ədalətli dəyər üstəgəl 



əməliyyat üzrə aidiyyyatı  xərclər məbləğində tanınır. Hesablanmış  ədalətli dəyər kreditin ədalətli 

dəyərinə  bərabər olmadıqda, məsələn, kredit bazar qiymətindən aşağı  dəyərlə verildikdə, 

hesablanmış  ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı  fərq kreditin ilkin tanınması üzrə 

zərər kimi qeydə alınır və bu zərərlərin xüsusiyyətinə uyğun olaraq mənfəət və  zərər haqqında 

hesabata daxil edilir. Daha sonra kreditlər effektiv faiz metodunu istifadə etməklə amortizasiya 

dəyəri ilə qeydə alınır. Sabit ödəmə müddəti olmayan müştərilərə verilmiş kreditlər gözlənilən 

ödəmə müddətinə  əsaslanmaqla effektiv faiz metodu əsasında uçota alınır. Müştərilərə verilən 

kreditlər ehtimal olunan zərərlər üçün hər hansı ehtiyatlar çıxılmaqla uçota alınır. 

 

Kreditlərin və avansların silinməsi  

 

Kreditlər və avanslar, girovun Bankın sahibliyinə keçməsi də daxil olmaqla kredit və avanslar 

ümidsiz borclara çevrildiyi halda, ehtimal olunan zərərlər üçün yaradılmış ehtiyatlardan silinirlər. 

Kreditlər və avanslar banka ödənilməli məbləğləri toplamaq üçün rəhbərlik tərəfindən bütün 

mümkün tədbirlər həyata keçirildikdən və Bank bütün mümkün girovları satdıqdan sonra silinir. 

Yerli qanunvericiliyə  əsasən, kreditlər yalnız Səhmdarlar  Şurasının qərarı ilə, bəzi hallarda isə  

məhkəmənin müvafiq qərarı ilə silinə bilər. 

 

Ehtimal olunan zərərlər üçün ehtiyat  

 

Bank maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun qiymətdən düşməsi haqqında obyektiv 

sübut olduqda maliyyə aktivləri üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar yaradır. Ehtimal olunan 

zərərlər üçün ehtiyatlar amortizasiya dəyəri ilə qeydə alınan maliyyə aktivləri üçün, zəmanət və girov 

hesabına bərpa oluna bilən məbləğ daxil olmaqla, gələcəkdə daxil olması gözlənilən nağd pul 

vəsaitlərinin, maliyyə aktivlərinin ilkin effektiv faiz dərəcəsi  əsasında diskontlaşdırılmaqla 

hesablanan ilkin dəyəri ilə balans dəyəri arasındakı  fərq kimi müəyyən edilir. Əgər növbəti dövr 

ərzində ehtimal olunan  zərərin məbləği azalırsa və  həmin azalma qiymətdən düşmə tanındıqdan 

sonra baş verən hadisə ilə əlaqəli olarsa, əvvəlcə hesablanmış ehtimal olunan zərər ehtiyatı hesabına  

düzəliş etməklə əks istiqamətdə dəyişir. İlkin dəyər ilə uçota alınan aktivlər üzrə ehtimal olunan zərər 

ehtiyatı maliyyə aktivinin balans dəyəri ilə oxşar maliyyə aktivlərinin bazardakı cari rentabellik 

tarifləri  əsasında diskontlaşdırılan gələcəkdə daxil olacaq nağd pul vəsaitlərinin ilkin dəyəri 

arasındakı fərq kimi hesablanır. Bu cür ehtimal olunan zərərlər bərpa edilmir. 

 

Ehtimal olunan zərərlər üçün ehtiyatların müəyyən edilməsi riskə  məruz qalan aktivlərin təhlilinə 



əsaslanır və bu ehtiyatlar rəhbərliyin fikrincə yaranmış itkiləri bərpa etməyə kifayət edən məbləği 

əks etdirir. Ehtiyatlar ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb edən maliyyə aktivləri üçün risk 

aktivlərinin fərdi  şəkildə qiymətləndirilməsi və ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb etməyən 

maliyyə aktivləri üçün fərdi və ya birgə qiymətləndirmə nəticəsində yaradılır. 

 



“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

13 



 

Ehtimal olunan zərərlər üçün ehtiyatdakı dəyişiklik mənfəət və zərər haqqında hesabatda göstərilir,  

ehtimal olunan zərərlər üçün ehtiyatın cəmi isə balans hesabatında göstərilmiş aktivləri ifadə edən 

rəqəmləri əldə etmək üçün çıxılır. Ehtimal olunan zərər üzrə itkinin baş verməsi haqda nə dərəcədə 

obyektiv sübutun olduğunu müəyyənləşdirərkən Bankın nəzərdən keçirdiyi faktorlara debitorların və 

ya emitentlərin likvidliyi, ödəniş etmə qabiliyyəti, biznes və maliyyə riskləri, oxşar aktivlərlə bağlı  

ödənişlərin gecikdirilməsi dərəcəsi, milli və yerli iqtisadi yönümlər və  şəraitlər, girovun və 

zəmanətlərin  ədalətli dəyəri daxildir. Bu və digər faktorlar ayrı-ayrılıqda və ya birlikdə maliyyə 

aktivlərində və ya maliyyə aktivləri qrupunda ehtimal olunan zərərin baş verməsi haqqında obyektiv 

dəlili əks etdirə bilər. 

 

Nəzərə almaq lazımdır ki, zərərlərin qiymətləndirilməsi rəhbərliyin mühakimələrinə  əsaslanır. 



Müəyyən dövrlərdə Bankın üzləşdiyi itkilər ehtimal olunan zərərlər üçün ehtiyatlara nisbətən daha 

çox ola bilər ki, bu zaman ehtimal olunan zərərlər üçün ehtiyatın riskə məruz qalan aktivlər üzrə baş 

verən itkiləri əhatə edə bilməsinin adekvatlığı rəhbərliyin mühakiməsindən asılıdır. 

 

Satıla bilən investisiyalar  



 

Satıla bilən investisiyalar qeyri-müəyyən müddətə saxlanılması  nəzərdə tutulan borc  və  səhm 

investisiyalarından ibarətdir. Bu qiymətli kağızlar ilk olaraq ədalətli dəyərlə qeyd olunur. Daha sonra 

bu qiymətli kağızlar satılana qədər yenidən qiymətləndirilməklə  ədalətli dəyərlə birbaşa kapitalda 

göstərilir. Satıldıqdan sonra isə  əvvəlcə kapitalda tanınmış  gəlir/zərər birbaşa mənfəət və  zərər 

hesabatında tanınan ehtimal olunan zərərlər üçün ehtiyatlar, xarici valyuta mübadiləsi üzrə gəlirlər və 

ya zərərlər və effektiv faiz metodunu istifadə etməklə hesablanmış faiz gəliri istisna olmaqla, 

mənfəət və  zərər haqqında hesabatda yenidən qeydə alınır. Bank ona məxsus olan satıla bilən 

investisiyaların  ədalətli dəyərini hesablamaq üçün rəsmi bazar məzənnələrindən istifadə edir. Əgər 

belə  məzənnələr yoxdursa, rəhbərlik müvafiq qiymətləndirmə metodlarından istifadə edir. 

Qiymətləndirmə metodlarına müstəqil və  məlumatlı    tərəflər arasında  ən son qısamüddətli 

kommersiya əməliyyatları, qiymətləndirilən alətlə əhəmiyyətli dərəcədə eyni olan digər alətin hazırkı 

ədalətli dəyərinə istinad, diskontlaşdırılmış nağd pul vəsaitlərinin təhlili üsulları daxildir. Əgər aləti 

qiymətləndirmək üçün bazar iştirakçıları  tərəfindən istifadə olunan ümumi qiymətləndirmə metodu 

mövcuddursa və  həmin metod faktiki bazar əməliyyatlarından  əldə olunan qiymətlə bağlı etibarlı 

hesablamaları nümayiş etdirə bilərsə, Bank həmin metoddan istifadə edir. Alınmış dividendlər 

mənfəət və zərər haqqında hesabata dividend üzrə gəlir kimi daxil edilir.  

 

Bazar üçün nəzərdə tutulmayan borc və səhm qiymətli kağızları ehtimal olunan zərərlər çıxılmaqla, 



əgər varsa, ədalətli dəyəri düzgün qiymətləndirmək mümkün olmadıqda, müvafiq olaraq 

amortizasiya dəyəri və dəyərlə göstərilir.  

 

Bu cür qiymətli kağızların qiymətdən düşməsinə dair obyektiv sübut olduqda, ilk olaraq kapitalda 



tanınmış yığılan zərər kapitaldan çıxarılır və dövr üzrə mənfəət və zərər haqqında hesabatda tanınır. 

Qiymətdən düşmədən sonra baş verən hadisələrlə obyektiv əlaqəsi olan borc alətləri üzrə bu cür 

ehtimal olunan zərərlərin bərpası dövr üzrə mənfəət və zərər hesabında tanınır. Kapital alətləri üzrə 

bu cür qiymətdən düşmə zərərinin bərpası mənfəət və zərər hesabında tanınmır. 

 

Bankın 20%-dən çox paya malik olduğu lakin əməliyyat və maliyyə siyasətlərinə  nəzarət və ya 



mühüm təsir etmək iqtidarında və ya niyyətində olmadığı korporativ səhmlərə investisiyalar  eləcə də 

Bankın səhmdar kapitalda 20%-dən az paya malik olduğu korporativ səhmlərə investisiyalar ədalətli 

dəyərlə  və ya təqribi  ədalətli dəyərlə uçota alınır.  Əgər bu dəyərin qiymətləndirilməsi mümkün 

olmazsa, investisiyalar ilkin dəyər ilə qiymətləndirilir. Rəhbərlik dövrü olaraq bu investisiyaların 

balans dəyərinin realizə olunmasını qiymətləndirir və lazım gəldikdə qiymətləndirmə ehtiyatları 

yaradır.  




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə