Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

     Yeni  Qanuna  və  Əsasnaməyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasında 
Mülki  Müdafiə  işinə  ümumi  rəhbərliyi  Azərbaycan  Respublikasının  Pezidenti 
həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş 
Naziri  bilavasitə  rəhbərlik  edir  və  mülki  müdafiənin  qarşısında  duran  vəzifələri 
həyata  keçirməyə  daim  hazır  olması  üçün  məsuliyyət  daşıyır.  Mülki  müdafiə 
tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət 
məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik 
edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 
-Naxçıvan  Muxtar  Respublikasında  –  Müxtar  Respublikasının  Milli  məclisinin 
sədri;  
-Şəhərlərdə,  rayonlarda,  kənd  və  qəsəbələrdə  -müvafiq  icra  hakimiyyəti  başcıları 
və onların nümayəndələri; 
-təsərrüfat birliklərdə və obektlərdə -onların rəhbərləri və sahibkarları. 
        Mülki müdafiənin vəziyyəti üşün həmin şəxslər tam məsuliyyət daşıyırlar və 
bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa 
dövlət orqanları vasitəsilə yerinə yetirilir. 
        Mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq,  həmin  plandan  irəli  gələn 
vəzifələrin  yerinə  yetirilməsini  təşkil  etmək  və  onların  icrasına  nəzarət  üçün 
yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 
obyektləri(müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri(müəssisələr)mülki 
müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. 
         Bütün  mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt 
dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 
        Oyektdə  (məktəblərdə,  universitetlərdə)  mülki  müdafiənin  təşkil  edilməsi  və 
vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. 
       Obyektdə  mülki  müdafiə  -  fəhlə,  qulluqçu,  gəncləri,  tələbələri(şagirdləri) 
qabaqcadan  müasir  qırğın  vasitələrindən  mühafizəyə  hazırlamaq,  obyektin 
fövqəladə  hallarda  sabit  işləməsi  üçün  şərait  yaratmaq  və  vaxtında  qəza  – 
xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  (QX  və  DTİ)  görmək,  təbii  fəlakət  və 
istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır. 
       Obyektin  mülki  müdafiə  rəhbərliyinin  yanında  mülki  müdafiə  qərargahı 
yaradılır.  Qərargah  mülki  müdafiənin  idarəetmə  orqanı  olub,  obyektdə  mülki 
müdafiə  məsələləri  üzrə  bütün  əməli  fəaliyyətin  təşkilatçısısır.  Qərargah  mülki 
müdafiə  üzrə  ştatlı  işçilərdən  və  öz  əsas  işindən  ayrılmayan  vəzifəli  şəxslərdən 
təşkil edilir. 
 
 
 
Obtektin rəhbəri 
 
MM rəhbərinin müavinləri 
obyektin 
MM 
qərargahı 3-5 nəfər 


 
 
Xidmətlər 
 
 
Ümumi məqsədli 
 
Köçürmə komissiyası 
 
 
 
 
   Xilasedici  
     dəstə   
  (komanda)  
 
Kəşfiyyat  
  qrupu 
(manqası) 
 
Sanitar druji-
naların dəstəsi 
(sandrujina) 
 
Yanğınsöndürən 
komanda (bölmə) 
  Xüsusi məq-     
sədli dəstələr 
  Bitkiləri müha- 
  fizə komandası 
      (qrupu)                                                                                                                      
  
 
Zərərsizləşdirici 
komanda (qrup) 
  ətraf mühitin radio-
aktiv müşahidə  
postları  
 
           Obyektin mülki müdafiəsinin təşkili sxemi. 
 
      Mülki  müdafiənin  xüsusi  tədbirlərini  yerinə  yetirmək,  bu  məqsədlə  qüvvə  və 
vasitələr hazırlamaq, qəza xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki 
müdafiə  qüvvələrinin  fəaliyyətini  təmin  etmək  üçün  yerlərdə  mülki  müdafiə 
xidmətləri yaradılır. 
      Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və 
laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, 
istehsalat rəhbərlərindən təyin edilir. 
      Mülki  müdafiənin  xidmətləri  yerli  şəraiti,  həll  edilən  məsələlərin  həcm  və 
xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin 
olmasını  nəzərə  almaqla  müvafiq  icra  hakimiyyəti  başçılarının  qərarı  və  obyekt 
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləi bunlardır: 
      -rabitə və xəbərdarlıq; 
      -tibbi; 
      -yanğından mühafizə; 
      -ictimai asayişi mühafizə; 
      -sığınacaq və daldalanacaqlar; 
      -mühəndis; 
      -avtomobil nəqliyyatı; 
      -maddi – texniki təchizat; 
      -ticarət və energetika; 
      -kimya və radiasiyadan mühafizə və s. 
    Lazımi  hallarda  və  müvafiq  baza  olduqda  digər  xidmətlər  də  yaradıla  bilər. 
Kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidmətləri də yaradılır.  
 
Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.   
          Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza- 
xilasetmə  dəstələrindən,  hərbiləşməmiş  mülki  müdafiə  dəstələrindən,  həmçinin 
nazirliklərin,  baş  idarələrin  və  icra  hakimiyyəti  başçılarının  tabeliyində  qalmaqla 
Köçürmə ürə 
 
 
Mühəndis-texniki 
hissə üzrə 
 
Maddi-texniki 
təchizat üzrə 


xüsusi  mülki  müdafiənin  vəzifələrinin  yerinə  yrtirilməsinə  cəlb  olunan  müxtəlif 
dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.  
          Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan  qaldırarkən QX və DTİ 
yerinə  yetirmək,  bu  işləri  təmin  etmək,  eləcə  də  mülki  müdafiə  üzrə  başqa 
vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş 
dəstələr  təşkil  edir.  Bunlar  sülh  və  müharibə  vaxtı  yerinə  yetiriləsi  tədbirlərdə 
iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.  
          Xatırladaq  ki,  mülki  müdafiə  dəstələri  ərazi  –istehsalat  prinsipi  üzrə 
Naxçıvan  Muxtar  Rspublikasında,  rayonlarda,  şəhərlərdə,  obyektlərdə  və  yaşayış 
məntəqələrində yaradılır. 
          Mülki  müdafiə  dəstələri  tabeliyinə  və  məqsədinə  görə  aşağıdakı  növlərə 
bölünür: 
       Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri. 
       Yerinə  yetirdikləri  vəzifələrə  görə  -  obyektlərdə  ümumi  məqsədli  mülki 
müdafiə  dəstələri,  xidmət  dəstələri(xüsusi  məqsədli  dəstələr),  kimyəvi  təhlükəli 
obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.  
        Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii 
fəlakətlərin  və  istehsalat  qəzalarının  nəticələrini  aradan  qaldırmaq  üçün  nəzərdə 
tutulur. 
        Yığma  komandalar  (qruplar),  xilasetmə  dəstələri  (komandaları,  qrupları), 
yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr sayılır. 
        Mülki  müdafiə  xidmət  dəstələri  –  xüsusi  təyinatlı  dəstələr  kəşfiyyat,  tibbi 
yardım,  yanğınsöndürmə,  rabitə,  dozimetrik  və  kimyəvi  nəzarət  və  s.xidmət 
dəstələri sayılır. 
       Yüksək təhkükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) 
ixtisaslaşdırılmış  dəstələr  yaradılır.  Hazırlıq  dərəcəsinə  görə  hərbiləşməmiş 
dəstələrin  bir  hissəsi  yüksək  hazırlıqla  saxlanılır  (6-8  saat),  qalan  dəstələr  isə 
gündəlik hazırlıqda olurlar (24 saat). 
       Rayonun  MM  qərargahı.  Rayonun  icra  başçısı  MM  dəstələrinin  işinə 
qərargah  və  xidmət  rəisləri  vasitəsilə  gündəlik  rəhbərlik  edir.  Qərargah  rayonun 
icra başçısı və onun şöbələrinin idarələrinin və digər təşkilatların işçilərindən təşkil 
olunur.  Qərargaha,  adətən,  ştatda  olan  işçi  (qərargah  rəisi)  rəhbərlik 
edir.Qərargahın  digər  şəxsi  heyəti  öz  vəzifələrini  əsas  işdən  ayrılmadan  yerinə 
yetirirlər. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə 
və  obyektlərdə  işləyəcəyi  günləri  (saatları)  müəyyən  edir.  Bu  qayda,  tədbirlərin 
plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır. 
     Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ 
kəşfiyyat  şöbəsi  (rəis  və  2-3  köməkçi);  döyüş  hazırlığı  qrupu  (rəis  və  2-3 
köməkçi);  mühəndis  –  texniki  və  radiasiyadan  mühafizə  qrupu  (rəis  və  1-2 
köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).  
     Rayon  qərargahının  əsas  vəzifələri:  rayonun  mülki  müdafiə  planını  işləyib 
hazırlamaq  və  onun  yerinə  yetirilməsini  təşkil  etmək;  əhalini,  xalq  təsərrüfatı 
istehsalını  qorumaq  və  zərər  çəkmiş  şəhərlərə  yardım  göstərmək  üçün  mülki 
müdafiənin döyüş hazırlığını daim təmin etmək; əhaliyə  mülki müdafiə siqnalları 
vasitəsilə  xəbər  vermək  və  dəstələrin,  xidmətlərin  arasıkəsilmədən  idarə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə