Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
5/4
Cədvəl 5.31 Sualtı axının təmin edilməsi üçün tələb olunan kimyəvi maddələrə dair tələblər83
Cədvəl 5.32 Klapan fəaliyyətləri ilə əlaqədar nəzarət mayelərinin təxmini hesablanmış atqıları
və gündəlik DCV atqıları .................................................................................... 86
Cədvəl 5.33 hasilatın idarəetmə cihazı drosselinə müdaxilələr zamanı hesablanmış atqılar 87
Cədvəl 5.34 ŞD2 üzrə quruda müntəzəm və qeyri-müntəzəm əməliyyatlar və hasilat işləri
ilə əlaqədar proqnozlaşdırılan İXQ və qeyri-İXQ emissiyaları ........................... 95
Cədvəl 5.35 Quruda əməliyyatlarla bağlı tullantıların proqnozu ............................................ 96
Cədvəl 5.36 ŞD2 Layihəsi ilə əlaqədar İXQ və qeyri-İXQ emissiyalarının hesablanmış təxmini
həcmləri .............................................................................................................. 97
Cədvəl 5.37 ŞD2 təhlükəli və təhlükəsiz tullantılarının proqnozu .......................................... 98
Cədvəl 5.38 ŞD2 Layihəsinin əməliyyatları çərçivəsində yaranan əsas tullantı növləri üçün
planlaşdırılan cari təyinat məntəqələri ............................................................... 99
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/5
5.1 Giriş
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin bu
fəslində Şahdəniz Mərhələ 2 (ŞD2) layihəsi ilə bağlı tikinti və istismar işləri təsvir olunur. Bu
təsvirdə layihə qurğuları üçün texniki layihələndirmənin əsasları və layihənin növbəti fazaları
üzrə planlaşdırılan əlaqədar fəaliyyətlər təqdim olunur:
SDQQ
ilə qazma və tamamlama fəaliyyətləri;
Terminal
qurğularının quruda tikintisi
və istismara verilməsi;
Dəniz və sualtı qurğularının quruda tikintisi və istismara
verilməsi;
Platformanın quraşdırılması, sazlanması və istismara verilməsi;
Dəniz ixrac və MEQ kəmərlərinin quraşdırılması, sazlanması və istismara verilməsi;
Sualtı infrastrukturun quraşdırılması, sazlanması və istismara verilməsi;
Dənizdə əməliyyatlar və hasilat;
Sualtı əməliyyatlar;
Quruda
istismar
əməliyyatları və hasilat; və
İstismardan çıxarma.
Layihənin hər bir fazası üçün ŞD2 layihəsindən meydana çıxan hesablanmış təxmini
emissiyalar, atqılar və tullantılar təqdim olunur; emissiya hesablaması üzrə ehtimallar Əlavə
5A-da tam şəkildə təqdim olunur.
9-12-ci fəsillərində qeyd olunduğu kimi, bu fəsil ƏMSSTQ üçün əsas
təşkil edir və layihənin
“Müəyyənləşdirmə” mərhələsi ərzində hazırlanmışdır. ŞD2 Layihəsinin sonrakı mərhələləri
ərzində hər hansı layihələndirmə elementini dəyişdirməyə zərurət yarana bilər. Zərurət
yarandığı hallarda bu Fəslin 5.16-cı Bölməsində təsvir edilmiş, Dəyişikliklərin İdarə olunması
Prosesi təqdim ediləcək.
ŞD2 Əsas Layihə Variantına (Şəkil 5.1-ə istina edəin) aşağıdakılar daxildir:
Stasionar
ŞD Bravo (ŞDB) platforma kompleksi, o
cümlədən Hasilat və Rayzer
platforması (ŞDB-HR) və Yaşayış bloklu Texnoloji Təchizat platforması (ŞDB-YBTT),
ŞDB-HR-ə birləşdirilmiş körpü;
10
sualtı manifold və 5 əlaqədar quyu dəstələri 14” ölçülü axın xətləri vasitəsilə hər bir
dəstədən stasionar ŞD Bravo (ŞDB) platformasına birləşdiriləcəkdir;
ŞDB-HR platformasından Terminala qədər uzanan sualtı boru kəmərlərinə aşağıdakilər
daxildir:
o
İki 32” ölçülü qaz boru kəməri(terminala ixrac etmək üçün);
o
Bir 16” ölçülü kondensat boru kəməri (terminala ixrac etmək üçün) və:
o
Bir 6” ölçülü monoetilen qlükol (MEQ) boru kəməri(ŞDB
platforma kompleksini
təchiz etmək üçün);
ŞD2 Genişləndirmə sahəsində yerləşən terminalda quru ŞD2 obyektləri.
ŞD2 Layihəsinə 26 hasilat quyusu daxildir. Quyulardan 10-nun qazılması ilə bağlı işlər NF1,
WF1 və ŞD2 Qazmadan əvvəlki ETS-lər daxilində qiymətləndirilmişdir.
1
Əlavə 16 quyunun
qazılması və bütün 26 quyunun tamamlanması bu fəsildə təsvir edilmişdir.
ŞD2 quru obyektlərinin quraşdırılmasından əvvəl Terminalda tamamlanmalı olan İlkin
İnfrastruktur İşlərinə(İİİ) (hazırda davam edən) aşağıdakilər daxildir:
2
Yeni
giriş yolunun tikilməsi;
ŞD2 Genişləndirmə Sahəsinin təmizlənməsi və hamarlanması; və
Daşqın sularının drenajı və səth suları/daşqın mühafizə bermalarının quraşdırılması.
Hazırda bir sıra İİİ elementlərinin Əsas ŞD2 Tikinti İşləri üzrə əsas podratçının məsuliyyətinə
ötürülməsi nəzərdə tutulur. Bu işlər bu Fəslin 5.5-ci Bölməsində təsvir edilmişdir.
1
ŞC -1 üzrə Ekoloji Texniki Sənəd (2009), QC-1 üzrə ETS (2011) və ŞD2 Qabaqlayıcı qazma üzrə ETS (2012)
2
ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ (2011) çərçivəsində qiymətləndirilmiş