Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında



Yüklə 217,49 Kb.
səhifə3/3
tarix22.05.2018
ölçüsü217,49 Kb.
#45394
1   2   3

 

 

 



Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞ

Əsasnaməyə 2 nömrəli

 

NƏQLİYYAT VASİTƏSİNİN DƏYİŞMƏSİ BARƏDƏ MÜQAVİLƏ[39]



 

__________şəhərə                                                                                    “_____”____________19____ il

 

Biz__________________________________________________________________________________



      (fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, nə vaxt və kim tərəfindən   verilib, yaşadığı ünvan)

_____________________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs. Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

_____________________________________________________________________________________

                                                    nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

və_____________________________________________________________________________________________________

      (fiziki şəxs, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, nə vaxt və kim tərəfindən   verilib, yaşadığı ünvan)



_____________________________________________________________________________________

(Hüquqi şəxs: vəkil edilmiş şəxs. Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

_____________________________________________________________________________________

                                                    nə vaxt və kim tərəfindən verilib, yerləşdiyi ünvan)

aşağıda göstərilən müqaviləni bağladıq:

1.____________________________ Özünə məxsus olam markalı_____________________________

       (fiziki şəxs və Hüquqi şəxs, adı)

dövlət qeydiyyat nişanlı_________________________ buraxılış ili ___________________________

mühərrik N-si ____________________ şassi N-si _________________ Ban N-si_________________

“_____” _____________________19___ ildə DYP tərəfindən verilmiş_________________________

                                                                                                                           (qeydiyyat məntəqəsinin adı)

_________________________seriyalı __________________________N-li qeydiyyat şəhadətnaməsi 

dəyəri _____________________manat olan nəqliyyat vasitəsini

_________________________________________________________________________ məxsus olan

(fiziki şəxs və ya Hüquqi şəxs, adı)

markası _____________________________________________________________________________

dövlət qeydiyyat nişanlı _________________________buraxılış ili ___________________________

mühərrik N-si _________________ şassi N-si____________________ Ban N-si _________________

“_____”_____________19___ ildə DYP tərəfindən verilmiş__________________________________

                                                                                                      (qeydiyyat məntəqəsinin adı)

________________________seriyalı__________________________ N –li qeydiyyat şəhadətnaməsi

dəyəri________________ manat olan nəqliyyat vasitəsi ilə dəyişdirir.

2. Bu müqavilə bir nüsxəsi ___________________________________________ DYP-də saxlanır və

                                                                   (qeydiyyat məntəqəsinin adı)

Dəyişən tərəflər də istəyindən asılı olaraq hərəsi bir nüsxə alır.

_____________________________________________________________________________________

(müqavilə bağlayan tərəfin s.a.a., imzası)                                                (müqavilə bağlayan tərəfin s.a.a., imzası)

3. Müqavilədə göstərilənlər DYP-nin əməkdaşı ___________________________________________

                                                                                                (qeydiyyat məntəqəsinin soyadı)

Tərəfindən yoxlanıldı və bu, təqdim edilmiş sənədlərə uyğun gəlir.

4. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün rüsum “___”_____19__ il tarixli

______________________________________ N-li sənədlə və ya elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarışla________________________________məbləğində ödənilib. [40]

 

Qeydiyyat məntəqəsinin                                                         Qeydiyyat məntəqəsinin



Möhür üçün yer                                                                       rəhbəri__________________________

                                                                                                            (soyadı, adı, imza)

                                                                                                                          “______” ______________19 ____il


 

 

 



Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞ

Əsasnaməyə 3 nömrəli

 

ÜZ TƏRƏFİ



 

DYP orqanının adı

__________________________________________________________________________________________________________________________________________________________________________

Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmış Azərbaycan Respublikasına

30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələrinin

müvəqqəti uçot

 

TALONU


 

-------------------------------------------------------------------------------------------------------------------------------

 

ARXA TƏRƏFİ



 

seriyası ____________________N-si_____________

 

Marka, model ________________________________buraxılış ili____________________________



Nəqliyyat vasitəsinin tipi________________________ banın tipi___________________________

Dövlət qeydiyyat nişanı __________________________qeydiyyat şəhadətnaməsi______ N ____

Daimi qeydiyyat yeri ________________________________________________________________

Sahibi və ya onun nümayəndəsi:______________________________________________________

___________________________________________________________________________________

Müvəqqəti olacağı yerin ünvanı:______________________________________________________

___________________________________________________________________________________

Ehtibarlıdır_________________________________________________________________________

 

 

________________________                                                                   __________________



(DYP orqanının adı)                                                                                           (İmza)

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



1999-cu il 15 mart  tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması



 

QAYDASI


1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir.

1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.

1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır.

1.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

2. NƏQLİYYAT VASİTƏSİNİN MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ HAQQINDA ARAYIŞIN VERİLMƏSİ QAYDASI

2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir.

2.2. Ərizəçi tərəfindən bir neçə nəqliyyat vasitəsi təqdim edildikdə hər bir nəqliyyat vasitəsi üçün ayrıca arayış verilir.

2.3. Nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nazaslıq və digər səbəblər üzündən mümkün olmadıqda, qeydiyyat məntəqəsi həmin nəqliyyat vasitəsinin olduğu yer üzrə onun müayinəsini keçirdə bilər.

2.4. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edilməklə və ya nəqliyyat vasitəsi başqasına verilməklə əlaqədar çıxarıldıqda, onun sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə bu qaydaların 2.1. bəndində nəzərdə tutulmuş müvafiq arayış verilir.

2.5. Arayış nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotda olduğu ərazi üzrə qeydiyyat məntəqəsi tərəfindən verilir. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmış və Azərbaycan Respublikasına özgəninkiləşdirilmə məqsədilə gətirilmiş nəqliyyat vasitələrinə müvafiq arayış Azərbaycan Respublikasının DİN Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən müvafiq gömrük sənədləri olduqda verilir.

2.6. Nəqliyyat vasitəsi qeydiyyat məntəqəsinin fəaliyyət göstərdiyi ərazinin hüdudları daxilində mülkiyyətçilərin istəyindən asılı olaraq qeydiyyat məntəqəsində alqı-satqı müqaviləsi əsasında təkrar qeydiyyata alındıqda, bu qaydalarda nəzərdə tutulmuş tərzdə müayinədən keçirilir və nəticəsi barədə qeydiyyat ərizəsində müvafiq qeydlər edilir.

2.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə daimi uçotda olan və qeydiyyat məntəqəsinin fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda icarə müqaviləsi, etibarnamə əsasında müvəqqəti uçota alınmış nəqliyyat vasitələrinə müvafiq arayış Azərbaycan Respublikasının DİN DYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən müvafiq yoxlamalar aparıldıqdan sonra verilə bilər.[41]

2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir.

1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda;

2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda;

3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.10. Ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

3. NƏQLİYYAT VASİTƏSİNİN MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ HAQQINDA ARAYIŞ

3.1. Arayışda aşağıdakılar göstərilir:

1) qeydiyyat məntəqəsinin adı;

2) nəqliyyat vasitəsi sahibinin-fiziki və ya hüquqi şəxsin adı və hüquqi ünvanı;

3) nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, mühərrik, ban və şassi nömrələri, rəngi və buraxılış ili;

4) keçirilmiş müayinənin və yoxlamanın nəticəsi;

5) arayışın qüvvədə olma müddəti;

6) arayışın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Arayış qeydiyyat məntəqəsinin rəhbəri tərəfindən imzalanır və möhür ilə təsdiq olunur.

4. NƏQLİYYAT VASİTƏSİNİN MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ HAQQINDA ARAYIŞIN MÜDDƏTİ

4.1. Arayış on gün müddətinə verilir.

4.2. Müddəti bitmiş arayış etibarsız sayılır.

5. NƏQLİYYAT VASİTƏSİNİN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ VƏ GİROV QOYULMASININ ZƏRURİ ŞƏRTLƏRİ

5.1. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış ərizəçi tərəfindən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini və girov qoyulmasını sənədləşdirən orqana təqdim edilir. Müvafiq əqd bağlanması barədə həmin orqan tərəfindən verilən sənəddə arayışı verən qeydiyyat məntəqəsinin adı, arayışın qeydiyyat nömrəsi və verilmə tarixi göstərilir.



6. MƏSULİYYƏT

6.1. Bu qaydaların pozulmasına görə məsuliyyət qüvvədə olan qanunvericiliyə uyğun ümumi qaydada müəyyən olunur.

6.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulmasını həyata keçirən orqanların qərarlarından və hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət oluna bilər.[42]

 

* Qeyd: Nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.



** Bundan sonra "nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar".

 

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 oktyabr 2001-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 663)



2.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

3.       2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

4.       22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472 )

5.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik   Toplusu, 2006-cı il, № 9, maddə 822)

6.       14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

7.       1 noyabr 2006-cı il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 989)

8.       13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)

9.       13 fevral 2008-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)

10.    12 avqust 2008-ci il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 782)

11.    10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491)

12.    20 avqust 2010-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 764)

13.    20 may 2011-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 05, maddə 454)

14.    21 fevral 2012-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 185)

15.    11 may 2012-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2012-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 486)

  1. 29 may 2013-cü il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 574)

17.    12 iyun 2013-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 747)

  1. 2 avqust 2013-cü il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 22 avqust 2013-cü il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1001)

  2. 5 may 2014-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 may 2014-cü il, № 103)

20.    20 avqust 2014-cü il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 avqust 2014-cü il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1020)

  1. 30 dekabr 2014-cü il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 yanvar 2015-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1684)

  2. 30 mart 2015-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 aprel 2015-ci il, № 82)

  3. 3 aprel 2015-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 aprel 2015-ci il, № 86)

  4. 20 avqust 2015-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2015-ci il, № 185)

Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə