15
Şah İsmayıl Xətainin uşaqlıq illəri göstərilən parçanı səhnəcik
şəklində təqdim edirlər. Səhnəyə əsərə uyğun dekorasiyalar
qurulur. Tamaşada İsmayıl, onun anası Ağqoyunlu hökmdarı
Uzun Həsənin qızı Aləmşahbəyim, İsmayılın qardaşı Sultanəli,
lələləri Hüseyn, qulluqçuları Səkinə rolunu ifa edən oxucular
iştirak edirlər. İsmayıl, anası Aləmşahbəyim, Səkinə hücrədə
oturublar.
Sultanəli rəngi ağarmış, çox həyəcanlı halda hücrəyə girir.
Üzünü anasına tutub deyir.
Sultanəli: - Ana gəlirlər.
Aləmşahbəyimin ağzında dili tikan-tikan olur. Bütün
bədənindən taqətsizlik adlı bir gizilti keçir. Həyacanlanır.
Sultanəli: - Qalaya çox böyük dəstə qalxdı. Yəqin ki, bizi
aparmağa gəlirlər.
Aləmşahbəyim: - Kim gəlir?
İsmayıl qalxıb qardaşından soruşur.
İsmayıl: - Hara? Evimizə?
Sultanəli İsmayılın qarşısında çöməlib, onunla açıq danışmaq
istəyir.
Sultanəli: - Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu
günə oxşayır. Kişi kimi mərd-mərdanə dayan, ölüm ayağında
özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox,
üzlərinə tüpürmək lazımdır.
Aləmşahbəyim: - Səkinə, mənim zümrüd qaşlı üzüyümü
mücrüdən çıxar ver.
Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd
qaşlı üzüyü gətirir. Aləmşahbəyim üzüyü barmağına keçirir,
sonra üzüyün qaşını qaldırır. Zəhəri Səkinəyə göstərib deyir.
Aləmşahbəyim: - Bunu nənəm Sara xatın bağışlayıb. Dar
ağacından, qılıncdan irəlidir.
İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin
məğzini başa düşə bilmir. Sultanəlidən soruşur:
İsmayıl: - Nə olub?
Sultanəli onu başa salmaq üçün qolundan tutub aparır.
16
Sultanəli: - İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi
kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib.
Onlar yəqin ki, bizi edam edəcəklər. Biz düşmənlərə
əyilməməliyik. Atamız da belə kişi olub. Bu həbi qoy cibinə.
Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu
həbi udarsan.
Sultanəli üzünü döndərib arxasını çevirir ki, kiçik qardaşı onun
gözlərindəki yaşı görməsin. Sonra o qardaşının aydın, qorxu-
hürküdən uzaq sifətinə baxır.Onu qacaqlayıb bağrına basır.
İsmayıl: - Sultanəli, atamız o gələn adamlardan qorxurdu?
Sultanəli: -Yox!
İsmayıl: - Onda biz niyə qorxaq ki?
Sultanəli: - Əhsən, qardaşım!
Birdən qapının kilidinin səsi eşidilir. Sultanəlinin gözləri içəri
girən adamlara tikilir. Bu an o, ucaboy, başında çalma, sifəti
çox tanış gələn kişini tanıyır.
Sultanəli: - Ana, qızılbaşlar! Hüseyn Lələ?!
Hüseyn Lələ yetirən kimi Sultanəlini bağrına basır. İsmayıl
yetirib onu itələyir. İsmayıl qışqırır:
İsmayıl: - Burax qardaşımı, cəllad!
Hüseyn Lələ: - İsmayıl, gözümün işığı, maşallah, necə də
böyümüsən.
İsmayıl: - Sən bizi öldürməyə aparırsan?
Hüseyn Lələnin gözləri yaşarır. Sultanəli qardaşını başa
salmağa çalışır.
Sultanəli: - İsmayıl Hüseyn Lələ atamızın dostu, bizim
lələmizdir. O, bizi xilas etməyə gəlib.
Aləmşahbəyim: - Hüseyn Lələ bizi bir halı elə, görək, işimiz
necə oldu?
Hüseyn Lələ: - Hər şey yaxşıdır. Baysunqur Şamaxıdadı.
Qızılbaşlar Rüstəm Mirzəni taxta çıxartdılar. O, da fərman
verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik.
Aləmşahbəyim: - Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq
olar.
17
Hüseyn Lələ: - Rüstəm Mirzə uşaqları orda təntənə ilə
qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.
Tamaşanın sonunda iştirakçılar baş əyib səhnədən ayrılırlar.
Kitabxanaçı “Çaldıran döyüşü” kitabını götürüb icmalı davam
etdirir.
Kitabxanaçı: -
”
Xudafərin körpüsü” dilogiyasının ikinci
kitabı
“Çaldıran döyüşü” adlanır. Yazıçının “Çaldıran
döyüşü” romanı görkəmli dövlət xadimi, sərkərdə və şair,
ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin
həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən
“Xudafərin körpüsü” dilogiyasının ikinci hissəsidir. Siyasət
meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və
qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr,
ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə
göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas
mövzusudur. Bu romanda Şah İsmayıl Xətai müdrik dövlət
xadimi, qayğıkeş sərkərdə, istedadlı şair kimi göstərilir.
Romanda hadisələrin reallığı, qəhrəmanların mübarizliyi,
vətənpərvərliyi, insana hörmət və məhəbbət çox təsirli qələmə
alınmışdır. Şah İsmayılın məqsədi Azərbaycanı birləşdirmək,
onun ərazi bütövlüyünü, dilini müdafiə etməkdən ibarət
olmuşdur.
Sonra kitabxanaçı oxuculara “Təbriz namusu” və “Qoca
qartalın ölümü” kitabları haqqında məlumat verir.
Ömrünün son illərində F.Kərimzadə daha iki tarixi roman
yazıb - ”Təbriz namusu” və “Qoca qartalın ölümü”.
Kərbəlayı İsmayıl - Abbasqulu bəy, Qəmlo, Talıbov dövrünün
təsviri canlı yaddaş və xatirələrdən gəlirdi. Şah İsmayıl
dövrünün təsviri isə oxuduğu mənbələrdən və böyük
hökmdarın poeziyasından əxz olunmuşdu. ”Təbriz namusu”nda
isə F.Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Başlıca mənbə
orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin əsəridir. Bu əsərdə
Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də