Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə16/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   12   13   14   15   16   17   18   19   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

kms
ks
İfrat soyuma dərəcəsi, n
0
C


Kristal mərkəzlərinin yaranma və böyümə sürəti ifrat soyuma dərəcəsindən asılıdır.Bu aslılıq
şəkil 2-də
verilmişdir.
Şəkil 2b-dən
görünür ki, nəzəri kristllaşma temperaturunda ifart soyuma dərəcəsi n=0 ol-
duğu üçün kristal mərkəzlərinin yaranma və böyümə sürəti sıfra bərabər olur. Odur ki, bu temperaturda
kristallaşma getmir. İfrat soyuma dərəcəsi artdıqca kristal mərkəzlərinin yaranma və böyümə sürətləri ar-
taraq maksimuma çatdıqdan sonra azalmağa başlayır. İfrat soyuma dərəcəsinin böyük qiymətində tem-
peratur çox aşağı düşdüyündən, atomların fəallığı azalır. Ona görə də sistemin çevrilmə qabiliyyəti zəif-
ləyir. Nəhayət ifrat soyuma dərəcəsinin ən böyük qiymətində kristal mıərkəzlərinin yaranma və böyümə
sürətləri praktiki olaraq sıfra bərabər olur.
İfrat soyuma dərəcəsinin kiçik qiymətlərində kristal mərkəzlərinin sayı az və böyümə sürəti yük-
sək olduğundan az miqdarda iri ölçüçü kristallar yaranır.
Metallarda faza çevrilmələrinin yaranması üçün kristal mərkəzlərinin yaranma və böyümə sürəti
əsas şərtdir.
Müəyyən edilmişdir ki, nəinki maye ərintilərdə, hətta bərk halda olan metallarda da çevrilmələr
kristal mərkəzlərinin əmələ gəlməsi və onların böyüməsi prosesləri ilə gedir. Bu proseslərin getmə sürəti
ifrat soyuma dərəcəsindən asılıdır. Adətən maye metalların kristallaşmasından fərqli olaraq, bərk halda
çevrilmə, yəni yenidən kristallaşma (buna rekristalllaşma da deyirlər) yüksək ifrat soyumada baş verir.
Beləliklə, bir haldan başqa hala keçmə, məsələn, maye halından bərk hala və əksinə , o za-
man mümkündür ki, son hal daha dayanıqlı olub, nisbətən az sərbəst enerjiyə malik olsun.
Kristallaşmada müxtəlif ölçülü kristal mərkəzləri yaranır.Lakin bunların yalnız müəyyən öl-
çüdə olanları böyümə imkanına malikdir. Bu bir tərəfdən kristallaşma zamanı sistemin sərbəst enerjisi-
nin azalması, digər tərəfdən isə kristalla mayenin ayrılma səthində izafi səthi enerjinin
(Sσ)
artması ilə
əlaqədardır.
Metallurgiya və Metalşünaslıq kafedrası
.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə