MəRSİYƏLƏR



Yüklə 0,73 Mb.
səhifə2/18
tarix05.05.2018
ölçüsü0,73 Mb.
#41492
1   2   3   4   5   6   7   8   9   ...   18

Şur


Dərgəhinin dəxiliyik , Ya Hüseyn yəbnə-Zəhra!

Dinə fəda olan Hüseyn! Ya Hüseyn yəbnə-Zəhra!

Zülmün əlilə qəlbinə, Ya Hüseyn yəbnə-Zəhra!

Qırmızı qan dolan Hüseyn! Ya Hüseyn yəbnə-Zəhra!

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra!

Mərizlərə şəfa elə. Ya Hüseyn yəbnə-Zəhra!

Başa qara bağlamışıq, Ya Hüseyn yəbnə-Zəhra!

Sinəmizi dağlamışıq, Ya Hüseyn yəbnə-Zəhra!

Sən bil Əliyyü Əkbərin, Ya Hüseyn yəbnə-Zəhra

Qanına qəltan Əsğərin. Ya Hüseyn yəbnə-Zəhra

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra

Mərizlərə şəfa elə. Ya Hüseyn yəbnə-Zəhra!

Dəhridə hər qədər varıq, Ya Hüseyn yəbnə-Zəhra!

Damənivi buraxmarıq, Ya Hüseyn yəbnə-Zəhra!

Biz yolunu bağlamarıq, Ya Hüseyn yəbnə-Zəhra!

Milləte Kufə olmarıq. Ya Hüseyn yəbnə-Zəhra!

Qoyma yanaq şəmatətə, Ya Hüseyn yəbnə-Zəhra!

Biz də şataq səadətə, Ya Hüseyn yəbnə-Zəhra!

Kəmininə batanların, Ya Hüseyn yəbnə-Zəhra!

Qəlbinə ox atanların, Ya Hüseyn yəbnə-Zəhra!

Əlləri şil olaydı kaş, Ya Hüseyn yəbnə-Zəhra!

Xeyməvə od vuranların. Ya Hüseyn yəbnə-Zəhra!

Dərd oturub ürəklərə, Ya Hüseyn yəbnə-Zəhra!

Xəbər yetib Peyğəmbərə. Ya Hüseyn yəbnə-Zəhra!

Tutubdu ərş əza sənə, Ya Hüseyn yəbnə-Zəhra!

Eşqidə mərhəba sənə! Ya Hüseyn yəbnə-Zəhra!

Sahib-əzadı xuncigər, Ya Hüseyn yəbnə-Zəhra!

Ürəkdə Mustafa sənə. Ya Hüseyn yəbnə-Zəhra!

Qara çəkiblər göylərə, Ya Hüseyn yəbnə-Zəhra!

Yetibdi qəm mələklərə. Ya Hüseyn yəbnə-Zəhra!

Qurana can verən Hüseyn, Ya Hüseyn yəbnə-Zəhra!

Ləbteşnə can verən Hüseyn. Ya Hüseyn yəbnə-Zəhra!

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra!

Dolubdu qəm ürəklərə. Ya Hüseyn yəbnə-Zəhra!


“Şiələr, namaz!”


Hüseynə ağlamağın vardı yaxşı bir səməri,

Xamuş edər bəli duzəxdəki yanan şərəri.

Fəqət bu şərtilə ey aşiqane şahi-hicaz,

Hüseyn özü buyurub “Şiələr, namaz, namaz!”

Hüseyn namaza görə eliyubdir cəngü-cədəl,

Hüseyn namaza görə çəkdi itrətindən əl.

Hüseyn namaza görə teşnə baş və qan verdi,

Hüseyn namaza görə Əkbəre-cavan verdi.

Namazın ərzişinə bu işarəsi bəsdi:

Yazıllar Şümre-ləin səcdədə başın kəsdi.


Şiələrin müqtədası


Hüseyndir Xaliqi əzəm fədası,

Hüseyndir dine-İslamın bəqası,

Hüseyndir aləmin zibo-səfası,

Hüseyndir şiəyanın müqtədası,

Hüseyndir ənbiyanın dilrübası.

Gözəldir çöhrəi-izəd nüması,

Cəmi kainatın rəhnüması,

Atasi Mürtəza şiri-Xudadı,

Anası Fatimə xəyrun-nisadı,

İki dünyanın olmuş pişvası.

O dəm ki, məqtələ sultan yıxıldı,

Gəlib səs höccəte-Rəhman yıxıldı,

Sütune-xanei-iman yıxıldı,

Səfa öldü, yerə irfan yıxıldı,

Olar həşrə kimi bərpa əzası.

Sərasər cismi olmuşdu qızıl qan,

Baxıb səmte-səmayə şahe-xuban,

Dedi sən şahid ol, ey həyyi-sübhan,

Hüseyn eliyib vəfayi-əhdo-peyman,

Minayi-eşq olubdur Kərbəlası.

İlahi üzmüşəm əl Əkbərimdən,

Ləb ətşan şirxarə Əsğərimdən,

Bəlalı itrətimdən yavərimdən,

Nənəm Zəhraya bənzər xahərimdən,

Mənə minnətdi eşqin hər bəlasə.

Sənin eşqində sərməstəm Xudaya,

Tərəktul-xəlqə turrən fi həvaka,

Və əytəmtul əyalə kulli əraka,

Və ləv qəttətəni fil-həbbi irba

Ola qanilə möhkəm din binası.

Qərəz ərşe-Xuda qudalə düşdü,

Rüxe-zibaya qandan halə düşdü,

Yaralı Kəbəyi-amalə düşdü,

Dilim gəlmir deyim nə halə düşdü,

Çıxıb əndazədən xəncər yarası.

Axardı yarəsindən qan sərasər,

Duranmazdı ayaq üstə o sərvər,

Gəlibdi naləyə yeksər mələkər,

Boyandı qanına Zəhra balası.

Həqiqi Kəbə Kərbəladı


Ey dərdmənd, dərdə dəva Kərbəladədi,

Qorxma mərizin olsa, şəfa Kərbəladədi.

Əqlim dedi ki, beyti təvaf eylə hacı ol,

Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi.

Əqlim dedi şəbi-ərəfatın səfası var,

Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi.

Əqlim dedi Minadə dua müstəcabidi,

Eşqim dedi həqiqi mina Kərbəladədi.

Əqlim dedi ki, səyi-Səfa qəlbi saf edər,

Eşqim dedi səfayi-səfa Kərbəladədi.

Əqlim dedi ki, zəmzəmin abi-həyatı var,

Eşqim dedi ki, abi-bəqa Kərbəladədi.

Əqlim dedi yəmin Xudavəndidir həcər,

Eşqim dedi cəmali-Xuda Kərbəladədi.

Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə,

Insan elə bilir üsəra Kərbəladədi.

İllər qara geyib vurasan başə, sinəyə,

Allah bilir ki, əsli-əza Kərbəladədi.

Hansı ürəkdi titrəməsin qətligahidə,

Xəncər əlində Şümri-dəğa Kərbəladədi.

Min həccidən gözəldi Hüseynin ziyarəti,

Miqati-seyyidiş-şühəda Kərbəladədi.

Əqlim dedi nə sözdü ələstu bi rəbbikum,

Eşqim dedi bu qövlə bəla Kərbəladədi.

Oğlun rəva görənmədi qurbanlığa Xəlil,

Yetmiş iki xəzibe-dəma Kərbəladədi.

Əqlim dedi Xuda deyib Uduni əstəcib,

Eşqim dedi məqame-dua Kərbəladədi.

Əqlim dedi ki, Məkkənin ali həvası var,

Eşqim dedi o halü həva Kərbəladədi

Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə,

İndi tufaqilə rüfəqa Kərbəladədi.

Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər,

Misbahi-xəmsətun-nücəba Kərbəladədi.

Babül-həvaic həzrət Əbbasi-namdar,

Əlan əlində qanlı liva Kərbəladədi.

Həllale-müşkül oğludur səqqayi-teşnələb,

Hər günə hacət olsa rəva, Kərbəladədi.

Qalmaz Kəriminin dəxi qəlbində həsrəti,

Görsə ki, heyəti-şüəra Kərbəladədi.

Şirkət edər əimmə Hüseyn ərbəininə,

Hər ərbəin İmam Rza Kərbəladədi.

Zəhranı sən Bəqidə axtarma ey bacı,

Gəl Kərbəlayə, xeyrün-nisa Kərbəladədi.

Əqlim dedi yer üstə hanı bir gözəl məkan,

Eşqim dedi ki, Kərbübəla Kərbəladədi.

Qalmaz Kərimin dəxi qəlbində həsrəti,

Görsə bu heyəti- şüəra Kərbəladədi.

Aşiqəm, düşmüşəm yaman günə mən,

Bənzərəm dağ başındakı günə mən,

Gülşən və gül əgər həvəsdi mənə,

Tək Hüseynin əzası bəsdi mənə.

* * *

Mən Kərbəlasız aləmi-imkanı neylirəm,



Eşq və məhəbbət olmasa, dünyanı neylirəm.

Ruze-cəzada rövzeyi-rizvana getmərəm,

Ali-Muhəmməd olmasa rizvanı neylirəm.

* * *


Eşqi-Hüseyni rövzeyi-rizvanə vermərəm,

Bəzmi-əzanı bağe-gülüstanə vermərəm,

Xaki-məzarı möhre namazımdı sübh və şam,

Bu möhrü mən negini- Süleymanə vermərəm.

* * *

Göz yaşını mən tamami-dünyayə vermərəm,



Ərzeşlidi bu gövhəri yəğmayə vermərəm,

Bir qətrə ki, behişt ala billəm bəhasına,

Allah bilir bu qətrəni dəryayə vermərəm.

* * *


Mərize- eşqəm əlac və davanı axtarıram,

Nişan verin mənə darüş-şəfanı axtarıram,

Hacı gedib Ərəfata Xuda ziyarətinə,

Hüseyn Hüseyn deyirəm mən Xudanı axtarıram.

* * *

Münacat


İlahi rəhm qıl mənə, ürəkdə yarə gəlmişəm,

Bu asimanə üz qoyam, gedib dübarə1 gəlmişəm.

Yatıbdı gözlər bu nimə-şəb2,

Mənə nəzər qıl, amandı ya rəbb!

O bəndəyə ki, daimən gedib xəta, yorulmuşam,

Gəlibdi başıma nə çox qəm və bəla, yorulmuşam,

Haram var Xudaya mənim, gedim hara, yorulmuşam.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl,amandı ya rəbb!

Gər etməsən nəzər Xuda,bu bəndələr xətərdədi,

Ürək ki, sındı bu güman nişanı əşk-tərdədi3,

Özün buyurmusan yerim şikəstə4 qəlbilərdədi.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl amandı ya rəbb!

Nələr gətirdi başıma cahanda nəfse-bihəya5,

Ağardı baş-gözüm Xuda, nə qədri getmişəm xəta,

Mən ki, xəta elədim, sən etdin əfvilən əta.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl amandı ya rəbb!

Münacat


Ey mahe-siyamı6 bizə ehsan edən Allah,

Xane-kərəmə7 bəndəni mehman edən Allah!

Ey mahe mübarəkdə açan süfrəye-ehsan,

Öz dəvətini insanlara elan edən Allah!

Bu ayda bizə lütf elə tofiqe-ibadət8,

Ey Yunusa mahini9 negəhban10 edən Allah!

Bu sovmü-səlatı,sələvatı-həsənatı11,

Rədd eyləmə ey müşkülü asan edən Allah!

Hər yerdə məriz2 olsa şəfa ver öz əlinlə,

Ey dərdlilərin dərdinə dərman edən Allah!

Ey Yusifi azad eliyən bənde-bəladan3,

Zəncirin açıb Misirdə sultan edən Allah!

Hər hacəti-şəriyyələri4 eylə bəravərd5,

Sənsən hamı nöqsanları cübran6 edən Allah!

Ey həzrəti-Yəqubu edən qüssədən azad,

Qomgəştəsini7 varide-Kənan edən Allah!

Öz rəhmət ayından bizi gəl etmə peşiman,

Ey atəşe-Nəmrudu gülüstan edən Allah!

Yağdır bizə rəhmət yağışın əbre-səxadən,

Ey şəbnəmilə qönçəni xəndan edən Allah!

Qapılar açılıb bu gecələr name-Hüseynə,

Məqbul elədi gözləri giryan edən Allah!

Əfv eylə Kərimidə olan cürm və günahı,

Ey Hürrü xətasında pəşiman edən Allah!


On dörd məsuma təvəssül


Ey xatəme-Peyğəmbər, əl bizdən ətək səndən,

Ey müntəxəbe-davər əl bizdən, ətək səndən,

Lütf et bizə ey sərvər, əl bizdən, ətək səndən,

Sənsən hamıya rəhbər əl bizdən, ətək səndən,

Sənsən ağa biz nökər, əl bizdən, ətək səndən.

Ey yavəre-məzluman, sən Heydəre-Səfdərsən,

Fərzənde-Əbu Talıb damade-Peyəmbərsən,

Sən şafei-məhşərsən, sən saqiye kövsərsən,

Sən aləmə məhvərsən, yer-göylərə sərvərsən,

Biz şiələrə sərvər, əl bizdən, ətək səndən.

Ey gövhəre-yeganə ya Fatimətəz-Zəhra,

Peyğəmbərə reyhanə, ya Fatimətəz-Zəhra,

Şəme-həqqə pərvanə, ya Fatimətəz-Zəhra,

Döndü ürəyin qanə, ya Fatimətəz-Zəhra,

Sadatə gözəl madər, əl bizdən, ətək səndən.

Ey gərdişe-əyyamın məhmumu Həsən canəm,

Ey firqeye-züllamın məzlumu Həsən canəm,

Ey səltənəte-Şamın məsmumu Həsən canəm,

Ale əbul-əytamın məşmumu Həsən canəm,

Xunin dəhən və müztər, əl bizdən, ətək səndən.

Ey sərvəre-məzluman, ləbbeyk Hüseyn, ləbbeyk!

Can dinə verən qurban, ləbbeyk Hüseyn ləbbeyk!

Din üstə ölən ətşan, ləbbeyk Hüseyn, ləbbeyk!

Ətfalı qalan giryan, ləbbeyk Hüseyn,ləbbeyk!

Ey tərcümeyi vənhər, əl bizdən, ətək səndən.

Ey tace-səre übbad, nure-bəsre zühhad,

Sər silsileyi-ovtad, sahibe-nəzəre-irşad,

Adı Əli əla ikən ləqəbi Səccad,

Biçarələrə çarə, hər bimədədə imdad,

Bimarlərə yavər, əl bizdən, ətək səndən.

Ey hər sitəmə sabir, hər hadisəyə Şakir,

Əsle-nəsəbi təyyib, zato-həsəbi mahir,

Elm və əmələ amil, helm və ədəbə mahir,

Həm nami Əbülqasım ziba ləqəbi Baqir,

Ey varisi-Peyğəmbər, əl bizdən, ətək səndən.

Ey sidqo-Sədaqətdə mesdaqe-səfa Sadiq,

Ey gənce-imamətdə dürr və göhərə layiq,

Didare-həqqə aşiq, ya Cəfərəs-Sadiq,

Sən əsbəq və sən sabiqsən, şayiq və sən vasiq,

Deldarələrə dilbər, əl bizdən, ətək səndən.

Ey həbsidə on dörd il zülmilə qalan mövla,

Ey qaiməyi-ərşə səbt olmuş adı lovla,

Sən babul-həvaicsən, sən mərtəbədə vala,

Harun sənə zindanda etdi nəqədr iza,

Musasən, atan Cəfər, əl bizdən, ətək səndən.

Ey mülke Xorasanı abad eliyən sultan,

Güldəstə qızıl gülbənd, şahanə qızıl eyvan,

Hər gün o gözəl qəbrə minlərcə mələk mehman,

Lütfün hamıya şamil, kane-kərəm və ehsan,

Dillərdə adın əzbər, əl bizdən, ətək səndən.

Ey cude-Cavad ilə cavid Təqi canəm,

Bir bəndeye-nalanəm, dərgəhuvə mehmanəm,

Sən babe kəramətsən, mən saile-ehsanəm,

Məhzun və pərişanəm, məğbun və pəşimanəm,

Lütf et bizə bir sağir, əl bizdən, ətək səndən.

Həmname Əbus-sibtəyn şöhrətdə Nəqisən sən,

Fərzənde Əba-Cəfər dilbənde-Təqisən sən,

Məzlume əzəldəsən, məsmume nəqisən sən,

Məhv oldu bəni Əbbas, cavid və bəqisən sən,

Ey qaide- namavar, əl bizdən,ətək səndən.

Ey yazdəhum kövkəb əbrace-vilayətdə,

Ömrün qurtaran hər şəb mehrabe-ibadətdə,

Zikri həmə-şəb ya rəbbe-ixlase-iradətdə,

Mövla Həsən Əskər bi məsəl-məhabətdə,

Ey ma xəlqə zivər, əl bizdən, ətək səndən.

Ey Müntəzər və Qaim, canlar aduvə qurban,

Mehdiyu-əbəl-Qasım, ey müntəqim və sultan,

Gəl dada ağa səslir imdadə səni Quran,

Zəhra yolunu gözlər əl sinədə sərgərdan,

Sənsən xələfe-Heydər, əl bizdən, ətək səndən.

Bu cümə negəhban et, Qurani-kərim Allah,

Məqbul elə banidən, ehsani kərim Allah,

Öz bəndələrindən geç, üsyanı kərim Allah,

Hifz eylə Kərimidə, imanı kərim Allah,

Ey bəndələrə yavər, əl-bizdən, ətək səndən.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə