MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   2   3   4   5   6   7   8   9   ...   79

  Fəlsəfəyə olan tələbatı daha yaxından aĢağıdakı kimi müəyyənləĢdirmək olar: ruhun hiss edən və seyr edən ruh kimi 
hissi predmetə, təxəyyülə malik olan ruh kimi obrazlara, iradə kimi məqsədə və i. a. malikdir; özünün mövcud varlığının 
bu formalarının və predmetlərinin əksinə olaraq, yaxud onlardan fərqli olaraq, həmçinin özünün ali iç mahiyyətini, 
təfəkkürü təmin edir və onu özünün predmeti edir. Beləliklə, o, sözün ən dərin anlamında, özünə qayıdır, çünki onun 
prinsipi, xalis, qatıĢıqlardan təmizlənmiĢ özlüyü təfəkkürdür. Lakin təfəkkür özünün bu iĢini görməklə ziddiyyətə 
qapılır, yəni fikrin özünə daimi eyniyyətsizliyində özünü itirir və beləliklə, özü-özünə çata bilmir və əksinə, öz 
əksiliyinin əsirliyində qalır. Ruhun uca tələbatı yalnız idrak səviyyəsində qalan təfəkkürün bu sonucuna qarĢı çevrilmiĢ 
olur və bu uca tələbat isə ona əsaslanır ki, təfəkkür özündən üz çevirmir, özünün özündəki – varlığında baĢ verən bu 
Ģüurlu itkidə belə, özünə sadiq qalır, öz ziddiyyətlərini özündə həll edir. 
  Qeyd. Təfəkkürün təbiətinin dialektika olduğunun, onun idrak qismində özündə inkarlı olduğunun baĢa düĢülməsi 
məntiqin baĢlıca tərəflərindən birini oluĢdurur. Təfəkkür düĢdüyü ziddiyyəti öz gücü ilə həll etmək ümidini itirərək 
ruhun digər formalarındakı həllə və rahatlığa qayıdır. Lakin özünün bu qayıdıĢında təfəkkürün Platonun qarĢısına çıxan 
mizologiyaya21 qapılması vacib deyil; bilavasitə deyilən və özünü həqiqətin dərkinin tək forması kimi təsdiq edən 
düĢüncə mübahisəli tərzdə özünə qarĢı çıxmamalı idi. 
   
§ 12 
  Yuxarıda göstərilən tələbatdan doğan fəlsəfənin çıxıĢ nöqtəsi təcrübə, bilavasitə olan və mühakiməli Ģüurdur. Bir 
qıcıqlandırıcı kimi təcrübə ilə oyanan təfəkkür sonradan təbiidən, hissi olandan və mühakiməli Ģüurdan yüksəyə, özünün 
xalis, qatıĢıqlardan məhrum stixiyasına ucalır, özünü əvvəlcə kənarlaĢdırmıĢ bu baĢlanğıc, çıxıĢ nöqtəsinə inkar 
münasibətinə gətirir. O, özünün təminatını öncə özündə, bu olayların ən ümumi mahiyyəti ideyasında tapır; bu ideya 
(mütləq, allah) az və ya çox ölçüdə abstrakt ola bilər. Təcrübi elmlər də öz tərəfindən öz məzmununun zənginliyini 
yalnız bilavasitəlik və öncə tapılan, bir-biri ilə bağlı və deməli, ümumiyyətlə, təsadüfi müxtəlifliyin təqdim olunduğu 
formaların aradan qaldırılmasına və bu məzmunun zərurətə yüksəldilməsinə stimul verir. Bu stimul göstərilən 
ümumilikdən və yalnız özündə sınaqdan çıxmıĢ təminatdan təfəkkürü ayıraraq onu özü-özündən inkiĢaf etməyə məcbur 
edir. Bu sonuncu, bir tərəfdən məzmunun və onun təklif etdiyi təriflərin qavranılmasından ibarətdir, digər tərəfdən isə, o 
eyni zamanda bu məzmuna yalnız predmetin özünün zəruriliyi ilə müəyyənləĢdirilən ilkin (ursprünqlchen) təfəkkürün 
azad inkiĢaf formasını verir. 
  Qeyd. ġüurda bilavasitəliliklə vasitəliliyin münasibəti haqqında aĢağıda ayrıca və ətraflı söz açacağıq. Burada biz, 
öncədən yalnız ona diqqət yetirməliyik ki, bu iki moment fərqli momentlər kimi çıxıĢ etsələr də, hər ikisi mütləq 
olmalıdır və bir-biri ilə qırılmaz bağlılıqdadır. Belə ki, məsələn, allah haqqında və ümumiyyətlə, fövqəlhissi varlıqlar 
haqqında bilik əslində hissi duyğu və seyr üzərində ucalmadır; ona görə də o bilik özünün bu çıxıĢ nöqtəsinə inkar 
münasibətindədir və eyni zamanda da vasitələnmiĢ bilikdir. Çünki vasitəlilik hansısa bir baĢlanğıcdır, nə isə bir ikinciyə 
keçiddir, belə ki, bu ikinci ona görə vardır ki, ona onun özünün "özgəsindən" gəlinmiĢdir. Amma allah haqqında bilik 
bununla empirik tərəfə münasibətdə az müstəqil olmayacaq və hətta məhz bu inkarın və yüksəlmənin vasitəsilə o, özünə 
öz müstəqilliyini verir. Əgər vasitələnməni Ģərtlənməyə çevirsək və onu birtərəfli qaydada qeyd etsək, onda demək olar 
ki, fəlsəfə özünün ilkin yaranıĢında təcrübəyə (aposteriora) borcludur, ancaq bununla çox Ģey demiĢ olmarıq, çünki 
doğrudan da təfəkkür önəmli ölçüdə bilavasitə varlığın inkarından ibarətdir. Həmçinin demək olar ki, qidalanma 
prosesinin yaranması qida məhsullarına borcludur, onlarsız yemək baĢ verməz. Yemək prosesi, əlbəttə, bu yöndən 
baxıldıqda münasib deyil, çünki yemək özünün baĢ verməsi üçün borclu olduğu Ģeyin udulmasıdır. Bu anlamda təfəkkür 
də yeməkdən geri qalmır. 
  Lakin əsl, özü-özündə refleksləĢmiĢ təfəkkürün bilavsitəliliyi (apriorluğu) ən ümumilikdir, onun ümumiyyətlə özü-
özündə varlığıdır; təfəkkür burada özü-özünə ödənilir, təminatlanır və buna görə də onda xüsusiləĢməyə biganəlik, eləcə 
də öz inkiĢafına laqeydlik vardır. Buna oxĢar olaraq din də az və ya çox inkiĢaf etməsindən, elmi Ģüur yüksəkliyinə 
qalxmasından, yaxud sadəlövh inam və könül səviyyəsində qalmasından asılı olmayaraq eyni intensivliyə malik olub, 
eyni dərəcədə razı salır və sayğıya səbəb olur. Əgər fəlsəfə ilk fəlsəfi təlimlərdə labüd olaraq baĢ verdiyi kimi (məsələn, 
eleat məktəbinin varlıq təlimində göründüyü kimi) ideyaların ən ümumiliyində dayanırsa, onda haqlı olaraq 


formalizmdə günahlandırılır. Ola bilər ki, daha inkiĢaf etmiĢ fəlsəfi təlimdə də xüsusi gözdən keçirilərkən yalnız 
təkrarlanan abstrakt müddəalar və təriflər formullaĢdırılır (məsələn, belə: mütləqdə hər Ģey birdir, subyektiv və obyektiv 
olan eyniyyətdədir).Təfəkkürün ilkin abstrakt eyniliyinə münasibətdə o müddəa düzgün və əsaslandırılmıĢ sayılmalıdır 
ki, fəlsəfə öz inkiĢafında təcrübəyə borcludur. Empirik elmlər, bir tərəfdən təkcə olayların müĢahidəsində dayanmayıb 
fəlsəfə ilə görüĢə hərəkət edir, fikir vasitəsilə material üzərində iĢləyir: ümumi tərifləri, cinsləri və qanunları taparaq 
onlar xüsusinin məzmununun fəlsəfəyə daxil olmasına zəmin hazırlayırlar. O biri tərəfdən isə onlar təfəkkürün özünü bu 
konkret təriflərə keçməyə məcbur edirlər. Empirik elmlərin məzmununu qəbul edərək və bu məzmuna xas olan 
bilavasitəlik və varlıq formasını aradan qaldıraraq təfəkkür eyni zamanda özü-özündən inkiĢaf edən təfəkkür olur. 
Beləliklə, öz inkiĢafı ilə empirik elmlərə borclu olan fəlsəfə onların məzmununa təfəkkür azadlığının önəmli formasını 
(aprior formasını) verir, onlara öncədən tapılanın və təcrübi faktların inandırıcılığı yerinə faktları təfəkkürün ilkin və 
tamamilə müstəqil fəaliyyətinin təsvirinə və nümayiĢinə çevirən zərurət bilgisinə əsaslanan həqiqilik verir. 
   
§ 13 
  Fəlsəfənin dıĢ tarixinin özünəməxsus formasında Ģərh olunan yaranıĢı və inkiĢafı bu elmin tarixi kimi təsvir edilir. Bu 
forma ideyanın inkiĢaf mərhələlərinə fəlsəfi təlimlərin təsadüfi ardıcıllığı xarakteri verir və görüntü yaradır ki, onların 
prinsipləri və bu prinsiplərin iĢlənib hazırlanması arasında yalnız fərqlər vardır. Ancaq bu iĢi düĢünən təbiəti öz varlığını 
dərk etməkdən ibarət olan və bu yolla öz varlığını özünün predmeti etməsi sayəsində öz inkiĢafının yüksək pilləsinə 
qalxan tək canlı ruhun minillərlik iĢi görür. Fəlsəfənin tarixi göstərir ki, birincisi, fərqli görünən fəlsəfi təlimlər eyni bir 
fəlsəfənin inkiĢafının ardıcıl tarixi pillələridir; ikincisi, hər biri hansısa bir sistemin təməlində duran ayrı-ayrı prinsiplər 
eyni bir bütövün yalnız Ģaxələridir. Zaman baxımından sonuncu fəlsəfi təlim bütün əvvəlki fəlsəfi təlimlərin sonucudur, 
yekunudur və buna görə də onların bütün prinsiplərini özünə daxil edir; odur ki, o ən inkiĢaf etmiĢ, ən zəngin və ən 
konkret fəlsəfi təlimdir. 
  Qeyd. Çoxsaylı fərqli fəlsəfi təlimlərin varlığı görüntüsündə ümuminin xüsusidən (onların öz təriflərində) 
fərqləndirilməsi zərüridir. Formal və xüsusi ilə yanaĢı götürülən ümuminin özü də nə isə bir xüsusiyə çevrilir; həyatın 
ötəri predmetlərinə tətbiq edildikdə belə münasibətin mənasızlığı və yersizliyi tez gözə dəyir, belə ki, məsələn, kimsə 
özünə meyvə istəsə və eyni zamanda albalıdan, armuddan, üzümdən meyvə deyil, albalı, armud, üzüm olduqları üçün 
imtina etməsini göstərmək yetərlidir. Lakin fəlsəfədən söz açıldıqda ona göstərilən həqarətli münasibətə onunla haqq 
qazandırırlar ki, fərqli fəlsəfi təlimlər vardır və onlardan hər biri ümumiyyətlə, eyni bir fəlsəfə deyil, hər biri ayrıca bir 
fəlsəfədir, guya albalı meyvə deyilmiĢ. Elə də olur ki, prinsipi ən ümumilik olan fəlsəfi təlimi prinsipi xüsusidən ibarət 
olan və hətta fəlsəfənin varlığını inkar edən təlimlə bir sıraya qoyurlar. Və bu müqayisə belə bir əsasda aparılır ki, bütün 
bunlar yalnız dəyiĢik fəlsəfi baxıĢ nöqtələridir. Bu da iĢığın və qaranlığın yalnız iki iĢıq növü olduğunu söyləməyə 
bənzəyir. 
   
§ 14 
  Fəlsəfə tarixində təsvir edilən təfəkkürün inkiĢafı da fəlsəfənin özündə bu cür təsvir edilir. Lakin burada təfəkkürün 
inkiĢafı dıĢ tarixi Ģəraitdən azad edilir və xalis təfəkkürün stixiyasına verilir. Azad və həqiqi fikir özündə konkretdir və 
özündə o, bir ideyadır; özünün ən ümumi tamamlanmasında isə o, mütləq ideyadır. Onun haqqında olan elm önəmli 
ölçüdə sistemdir, çünki həqiqi olan konkret kimi özü özündə geniĢlənən və özünü saxlayan vəhdət yaxud totallıqdır və 
yalnız fərqlər və onların tərifləri sayəsində onlaın zəruriliyi və bütövün azadlığı mövcud ola bilər. 
  Qeyd. Sistemsiz fəlsəfəçilikdə elmlik ola bilməz; bundan baĢqa sistemsiz fəlsəfəçilik özlüyündə subyektiv rəyi ifadə 
etdiyindən məzmunca da təsadüfidir. Hər bir məzmun bütövün yalnız bir momenti kimi haqq qazanır və bütövdən 
kənarda o, əsaslandırılmamıĢ müddəadır, yaxud subfektiv inamdır. Bir çox fəlsəfi əsərlər də məhz rəy və subyektiv 
mülahizə biçimində ifadə etməklə məhdudlaĢırlar. Sistem dedikdə yanlıĢ olaraq məhdud, baĢqalarından prinsipcə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə