AMEA.Elmi əsərlər.Fəlsəfə, sosialogiya və hüquq institutu.-2013.-№ 11.-S.53-60.
Mentalitet və azərbaycançılıq ideologiyası
Sahibə Əliyeva
Dissertant, ВDU
Sosial-fəlsəfı tədqiqatlarda milli özünütəsdiq kateqoriyası mücərrəd anlayış deyil, sosiomədəni
fenomen kimi qiymətləndirilən suveren Azərbaycan vətəndaşlarının həyat tərzinin ayrılmaz elementidir.
Vətən amalı anlayışının strukturunda vətənə xidmət prinsipi ilə yanaşı milli özünütəsdiq də mühüm
sosial-psixoloji komponentdir. Hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki vətən hissi,
millətin mənəvi-əxlaqi dəyərləri məhz bu etnomədəni məkanda, özünütəsdiq prosesində formalaşır. Milli-
mədəni yaddaşda, insanların əqidəsində vətən diyarı, doğma torpaq əcdadlarımızın beşiyi kimi müqəddəs
anlayış olaraq daim yaşayır. Bu kateqoriyada ölkənin təbii landşaftı, xalqın sosial-iqtisadi və mənəvi
dəyərləri haqqında təsəvvürləri, onun təfəkkürünün mental xüsusiyyətləri sabit struktur elementləri rolunu
oynayır. Həmin struktur elementləri şəxsiyyətin mənlik şüurunda öz doğma etnik torpağına məhəbbəti,
doğma diyarına bağlılığı, xalqın ənənələrinə və adətlərinə dərin ehtiramı dönməz sosial fenomen kimi bu
gün suveren Azərbaycan vətəndaşlarının vətən amalı ilə özünütəsdiq fəaliyyəti yeni mental keyfiyyətləri
formalaşdıran faktora çevrilməkdədir. Doğma diyara və ata ocağına təbii bağlılıq onun tarixi yaddaşının
və milli şüurunun vətən xislətində olduğu kimi xalqımızın görkəmli mütəfəkkirlərinin əsərlərində də öz
əksini tapmışdır. Onlar həmişə millətin bəşəri təcrübəsində xalqımızın ləyaqətini ucaldan, onu digər
xalqlardan fərqləndirən mental keyfiyyətləri vəsf etmişlər. Xalqımızın sosiomədəni təcrübəsində mərdlik,
cəsarət, ləyaqət, ulu babaların ənənə və adətləri, xeyirxahlıq və əməksevərlik həmişə yüksək
qiymətləndirilmişdir. Abbas Səhhətin «Vətənim verdi mənə nanu-nəmək, Vətəni məncə unutmaq nə
demək» sözləri həmişə azərbaycanlıların şüurunda Vətənə məhəbbət hissi, milli mentalitetin xüsusiyyəti
kimi həkk olunub.
İngilis fılosofu Arnold Toynbi hesab edir ki, yaşadığımız tarixi dövr bütün bəşəriyyəti sınaqlara
məruz qoyur (1, s.605). Bu mülahizə həqiqətən də hamımızı düşündürməlidir. Hazırda milli inkişafımız
elə bir mərhələdədir ki, sosial həyatımızı müşayiət edən sosiomədəni konfliktlər, milli mənlik
şüurumuzun üzləşdiyi sosial sarsıntılar bəşəriyyəti həlli olduqca çətin olan böyük sosial-siyasi problemlər
qarşısında qoymuşdur. Təfəkkürdə ekoloji məsələlərlə bağlı narahatlığın artması, transmilli
korporasiyalar insanların gələcəyi üçün gözlənilməz təhlükə yaradır. İnformasiya böhran və artmaqda
olan millətçilik meylləri dövlətləri yeni geosıyası şəraitdə milli mənafelər naminə bazar qanunlarının
məntiqindən irəli gələn qüsurları və konfliktləri aradan qaldırmaq məqsədilə real vəziyyətə müdaxilə
siyasəti yeritməyə məcbur edir gözlənilməz problemləri ortaya qoyan informasiya proseslərinin danılmaz
nəticələri ilə hesablaşmağa vadar edir.
Bu günün sosial tarixi reallıqlarında bütün xalqları, xüsusilə gənc demokratları narahat edən
problemlərin sınağa çəkilməsi milli mənlik şüurunun dinamikliyini, milli-etnik dünyagörüşündə düşüncə
tərzindəki mental xüsusiyyətləri üzə çıxarır. Bu keyfiyyət böhranlı anlarda xalqları adətən
özünürefleksiyaya, öz milli təcrübələrinə yenidən baxmağa, sosial-tarixi yaddaşlardakı sosiomədəni
dəyərlərə yeni təfəkkürlə yanaşmağa sövq edir. Çünki intensiv transformasiya prosesləri dünyanın
mənzərəsində dəyişən cəmiyyətə artıq ənənəvi təcrübənin məzmununa və sərvətlərinə yenidən baxmağı,
yeni tarixi həqiqətin bərqərar olduğu gerçəklikdə yeni seçim etməyi tələb edir. Milli və bəşəri dəyərlərdən
bəhrələnmiş xalqlar artıq başa düşmüşlər ki, öz milli mənliyinin başlıca qayəsi kimi müasir yeniliklərin
sosiomədəni dərki, mentalitetin saflaşdırılması zamanın tələbidir. Məhz genişmiqyaslı təfəkkürün
daşıyıcısı olan xalq dərk edir ki, əgər tərəqqiyə inam onun düşüncəsinə hakim kəsilmirsə, onun milli
inkişafi yolunda üzə çıxan sosial maneələri aradan qaldırmaq mümkün deyildir. Konkret tarixi şəraitdə bir
çox situasiyalarda neqativ təsirlərlə üzləşən xalq düzgün dünyagörüşü seçimi etmirsə, mənəviyyatını,
əxlaqi idealını və milli varlığını xilas edə bilmir, vətən amalı və millət anlamları onun düşüncəsinin
strukturunda dəyərincə yer tutmur. Bu kontekstdə, fikrimizcə, xalqın milli mənlik şüurunda vətən amalı
problemi milli-mədəni düşüncəmizin müqəddəs anlayışı kimi təhlil olunmalıdır. Milli dövlətçilik
ideologiyasında mühüm nəzəri ideya budur ki, vətən amalı kateqoriyası və onun struktur elementləri milli
mənlik şüurunda «milli faktor» problemi kimi milli həmrəyliyin dərkində inteqrativ mexanizm kimi
diqqəti cəlb etməlidir.
Biz sosial fəlsəfə elmində «milli faktor» kateqoriyasını millətin real iqtisadi, sosial-psixoloji və
mədəni həyatının potensialını hərəkətə gətirən mexanizm kimı başa düşürük. Bu anlayışın potensial
məzmunu ilk növbədə millətin mənlik şüurunun xarakterik xüsusiyyətlərində, emosional-psixoloji
cəhətlərində açılır. Bizə elə gəlir ki, məsələyə müasir azərbaycanlıların yeni mentalitetinin formalaşması
baxımından yanaşılarsa, milli faktor probleminin xalqın mənəvi potensialı, onun təzahür Formaları, milli
mədəniyyət və milli mənlik şüuru kontekstində nəzərdən keçirilməsi daha məhsuldar yanaşma olardı.
Milli mədəniyyətin və
milli mənlik şüurunun mental xüsusiyyətlərinin inkişaf
qanunauyğunluqlarından biri mənəvi irsin varisliyidir (2, s.71). Ən ümumi mənada varislik inkişaf
prosesində yeni ilə köhnə arasında obyektiv əlaqədir. Varislik proseslərinin düzgün başa düşülməsi onun
yeni metodologiya baxımından təhlili-istər keçmişin nailiyyətlərinə qeyri-tənqidi yanaşılma və istərsə də
mədəni irsin nihilistcəsinə inkarı ilə mübarizə nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Məlum
olduğu kimi, mədəniyyət bir sistem halında insanların maddi və mənəvi fəaliyyətinin nəticəsində
təcəssümünü tapmış zəngin sosial təcrübədir. Bu isə о deməkdir ki, birincisi, konkret mədəniyyətdə hər
xalqın dünyagörüşü, millətin mənəvi ideal təmsil olunur, deməli, onların dünya anlamı və ətraf mühiti
dərketməsi xüsusiyyəti həmi xalqın ıdeya-psixoloji baxışlarında öz əksini tapır. İkincisi, mənəvi irs ayrıca
insanın təcrübəsi bilikləri və fəaliyyətini deyil, bütövlükdə xalqın tarixi yaddaşını, onun dərk olunmuş
mənafelərini və məqsədlərini əhatə edir. Xalqı vəhdətdə birləşdirən bu sosiomədəni faktorlar onun milli
inkişafının mühüm sosial mexanizmləridir. Bizcə, bu mənada xalqın milli özünütəsdiqi problemi, milli
mədəniyyət və milli mənlik şüuru milli təfəkkürün mental xüsusiyyətləri ilə six vəhdətdə götürülməlidir.
Hesab edirik ki, belə yanaşma sosial-fəlsəfə elmində mühüm metodoloji təhlil mexanizmi kimi
araşdırmalıdır. Bunu da qeyd edək ki, mil özünütəsdiq ictimai görüşlərin kontekstində öz real strukturları
baxımından öyrənilməlidir çünki о heç də milli özünütəcrid prinsipi kimi deyil, əksinə milli inkişaf
naminə inteqrasiya proseslərinə qoşulmağın zəruriliyini bildirən sosial-fəlsəfi ideya mənasında başa
düşülməlidir. Müasir qloballaşma proseslərinin gedişində baş verən dəyişikliklərin məntiqi belədir ki, ye
cəmiyyət о zaman meydana gəlir ki, istehsal münasibətlərində, hakimiyyət və sosial təcrübə əlaqələrində
yeni mədəniyyətin formalaşmasını şərtləndirən struktur dəyişiklikləri baş verir. Real dəyişikliklərin
məntiqi belədir ki, ən güclü dövlət belə, özünümövcud inteqrasiya proseslərində təsdiq etməsə, zamanın
inkişaf məhvərindən qopmuş olur. Milli özünütəsdiq millətin sosial varlığının, eləcə də onun dünyanın
yeni sosial-siyasi strukturlarında tanınması üçün müqəddəsdir.
Etiraf edək ki, ölkəmizdə demokratikləşmə prosesləri öz gözlənilməz xüsusiyyətləri və bəzən də
konfliktləri ilə xalqın milli mənlik şüuru üçün siyasi-psixoloji sınaq amili olmuşdur. Bu gün vətənin
təhlükəsizliyi qarşısında vicdan məsuliyyəti vətənçilik anlayışının strukturunda mühüm elementlərdən
birinə çevrilmişdir. Yeniləşmə prosesləri xalqın mənlik şüurunun mental xüsusiyyətlərinin bir daha
aşkarlanmasına təkan verərək yeni şəraitdə «milli tarixi məsuliyyət» fenomeninin aktuallığını daha da
artırmışdır. Xalqın mənlik şüurunda gələcək nəsillərin azad, müstəqil, öz milli ənənələrinə, tarixi
keçmişinin pozitiv məqamlarına sədaqət inamı, ümumi birgə səylə bütün vətənin mənəvi-siyasi
potensialının inkişaf etdirilməsinin zəruriliyi ideyasının dərki və özünütəsdiq psixologiyasının yeni,
müsbət çalarlarda formalaşmağa başladığı belə bir tarixi anda hər kəs öz əməli üçün fərdi məsuliyyət
daşımağı özünün vicdan işi hesab etmişdir.
Sosiomədəni kontekstdə vətən və vicdan anlamı özünütəsdiqlə bir əxlaqi meyarlar sistemində
təsəvvür edilən anlayışlardır. Xalqın mənlik şüurunda müstəqil Azərbaycanın taleyi qarşısında məsuliyyət
hissini itirmiş bəzi liderlərin eqoist, ambisiyalı düşüncələri həmişə vətənçiliyə neqativ münasibət kimi
qəbul edilmişdir. Xalqın gərgin sosial-siyasi anlar keçirməsi vətən amalı faktorunun daha da
qabardılmasına, onun əxlaqi mahiyyətinin isə böyük tərbiyəvi faktora çevrilməsinə səbəb olmuşdur.
Lakin biz bu fenomenin əsl mental mahiyyətini daha dərindən təhlil etmək məqsədilə «riskli tarixi seçim
və milli dövlətçiliyə psixoloji etimad» probleminə toxunmaq istərdik. Millətin sosial varlığı onun mənəvi
məsuliyyətli seçimi ilə six vəhdət təşkil edir. Məsuliyyətli addım onun mövcudluğunun və milli
inkişafının danılmaz məntiqindən doğur, milli mənlik şüuru özünütəsdiqə meyilli olan insanlarımızın
dühasının və təfəkkürünün predmetidir. Təcrübə göstərir ki, yüksək məsuliyyət hissi ilə müşayiət olunan
riskli seçmə-tarixin ən gərgin anlarında müxtəlif həyat tərzli insanların iradə və intellektinin daim
toqquşduğu, milli mentalitetin funksional təbiətinin açılmağa başladığı dövrdə ehtiyac duyulur. Bu tarixi
məqam bir daha göstərir ki, sosiumun böhranlı anlarında, xüsusilə yeni demokratik quruculuğa keçid
dövründə konfliktli vəziyyətin yarandığı mərhələdə seçim edərkən milli mentallıq fenomeni nəzərə
alınmalıdır.
Ölkəmizin kiçik bir tarixi kəsimində həyata keçirilməkdə olan demokratikləşmə proseslərin təhlil
edərkən bir daha aydın olur ki, Azərbaycan ziyalıları milli varlıqlarının ən çətin və gərgin anlarında
zamanın tələblərinə məsuliyyətlə yanaşaraq, öz düşüncəsinin pozitiv mental, mədəni və intellektual
xüsusiyyətlərinə söykənərək düzgün tarixi seçim və riskli qərar qəbul etməyə hazır olmuş, dövlət
müstəqilliyini qorumaq üçün milli lider-şəxsiyyətinə milli etımad hissi nümayiş etdirərək ölkənin
konstruktiv qüvvələrini öz ardınca apara bilmişdilər. Həmin ağır illərdə xalqın müstəqillik idealını böyük
risk qarşısında qoymuşdular. Belə bir sosial həqiqət dərk edilmişdi ki, siyasi azadlıq kimi ümidverici bir
ictimai dəyərlə mänipulyasiya etmək xalqın mənliyinə və hissiyyatına toxunmaq, onun düşüncə tərzində
demokratik quruculuga olan inamı sındırmaq demək idi. Beləliklə, cəmiyyətdə daha dəhşətli psixoloji
ovqat müşahidə olunurdu. Ölkə miqyasında milli sayıqlığın kütləşməsi mentaliteti və kütləvi şüurda
demokratiyanın dəyərdən düşməsilə bağlı təzahür edən psixoloji sarsintilar, eləcə də risk vəziyyəti
yaranmışdı. Bu sosial gerçəkliyin analitik dərkində mentalitetin rolunun öyrənilməsinə böyük ehtiyac
vardı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı real seçimini həyata keçirə bilməyən, dövlətçiliyə
etimad hissini itirmiş və real alternativlərdən məhrum olmuş xalqı sosial-əxlaqi fəlakətdən azad etdi.
Tarixi təcrübə bir daha göstərirdi ki, yeniləşmənin təbiətindən irəli gələn qeyri-müəyyənlik daha çox risk
vəziyyəti yaradır (3, s.9-50). Ümummilli liderin müdrik rəhbərliyi sübut etdi ki, konyuktur siyasətlə
dərhal və tezliklə uğur qazanmaq «strategiyası» na söykənən, sosial həyatın riskli reallıqlarını dərk
etməyən cəbhəçi liderlər cəmiyyət hadisələrinin inkişaf dialektikasına zidd mövqedə durduqlarını başa
düşməkdə aciz idilər. Bütün bunlar hazır bolşevik ideyalara, şüarlara və proqramlara əl atmağa gətirib
çıxarır ki, bu da mentalitetin pozitiv dəyərlərlə zənginləşməsində ətalət situasiyası yaradır, özlüyündə
siyasi mentalitet faktoruna biganəlik psixologiyası üçün zəmin hazırlayırdı. Səriştəsiz rəhbərlik
nəticəsində real seçim alternativlərinə ehtiyac duyul siyasi məkanda geniş xalqın siyasi düşüncəsində
çaşqınlıqla bərabər, sağlam düşüncədən uzaq ehkamçı mentalitetə rəvac verən amorf bir mühit yaranırdı.
Nəticədə belə hərəkət xətti labüd olaraq siyasətdə daha riskli zona yaradır, siyasi elitanın özünü sağlam
mübarizədən yayındırır.
Etiraf edilməlidir ki, о dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər kütlələrin mənlik
şüurunun oyanışı şəraitində Azərbaycanın özü sosiomədəni və geosiyası məkan kimi xüsusi tarixi
gərginlik zonası idi. Bizcə, respublikanın risk məkanına mənsubluğu daha çox onun Şərqlə Qərb arasında
strateji mövqedə yerləşməsi, bu zonada iki müxtəlif mental mədəniyyətə malik dünyanın-Şərqlə Qərbin
həm sosiomədəni dəyərlərinin, həm də geosiyasi. korporativ maraqlarının çulğalaşdığı «körpü zonası»nda
müəyyən mənada mentalitetlərin dialoqunun baş verməsi ilə bağlı idi. Digər tərəfdən, bu məkanda
sosiomədəni dəyərlərin sintezi regionun mənəvi sferasında özünəməxsus identikliyin oyanmasına təkan
verir. Azərbaycan dünya sivilizasiyası ilə dialoqunda özünün mənliyini təsdiq etdikcə xari
mədəniyyətlərlə münasibətlərində özünürefleksiya faktoruna üstünlük verir. Bir faktor nəzərə alınmalıdır
ki, cəmiyyət üzvlərinin bir qisminin mühafizəkar şüuru da ümummilli inkişafa, xüsusilə xalq
düşüncəsinin mahiyyət qüvvələrinə təsir edə bilər. Amma bəzən şüur yaddaş özündə məhz pozitiv
mühafizəkar dəyərləri qoruyub saxlaya bilir ki, bunun sayəsində potensial risk şəraitində olan milli
mənlik şüurunun mental keyfiyyətinə zədə vura bilə başlıca çətinliklər aradan qaldırılır. Təsadüfi deyildir
ki, dahi şəxsiyyətlər həm şüuru çaşdı inqilaba, həm də mentalitetin neqativ cəhətlərini üstün say an
irticaya eyni neqativ sosial hadisə kimi baxmışlar. Həm inqilabi, həm də utopik ideyaları həyata keçirmək
eyni dərəcədə riskli seçimdir. Lakin riskin potensialında vəziyyəti sabitləşdirən, alternativ variantlar
axtarışını stimullaşdıran amillər də az deyildir (4, s.23).
Vətənpərvərlik konsepsiyası funksional baxımdan bir-birilə qarşılıqlı əlaqədə olan komponentdən
ibarətdir: vətənpərvər münasibət, vətənpərvərlik şüuru və vətənpərvərlik fəaliyyəti. Vətənpərvər
münasibət-insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin
Ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir Vətənpərvərlik şüuru vətənpərvərlik
obyekti ilə vətənpərvərin qarşılıqlı münasibətinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun
daxili determinantıdır. Vətənpərvərlik fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan və görünən
tərəfləridir (5, s. 23).
Vətənpərvərlik və millətçilik anlayışları, təbii ki, milli mentalitetin mühüm elementidir. Bu sözlər
müxtəlif xalqlarda, məsələn, almanlarda öz Vətəninə və xalqına məhəbbət hissini bildirir. Millətçilik xalqı
sevmək anlayışı kimi təqdim edilir. Millətçilik vətənpərvərlik anlayışını tamamlayaraq xalqı sevmək, öz
ləyaqətini sevmək səviyyəsində səslənir (6, s.263
Müasirlik meyarlarından yanaşılarsa, vətənpərvərlik şəxsiyyətin ictimai görüşlərində hər şeydən
əvvəl real düşüncənin mental cəhətlərinin, vətən amalının mahiyyəti ilə vəhdətdə götürülür. Bu fenomen
özündə vətənə məhəbbət, vətən amalını uca tutmaq, əcdadların ənənələrinə hörmət, əqidəsində
özünütəsdiq hissi ilə vətənpərvərlik şüurunu dialektik vəhdətdə ehtiva edən, məzmununda coğrafi, sosial
və mədəni mühitlə bərabər yeni keyfiyyətli dövlət idarəçiliyi ideyaları, demokratiyanın inkişaf səviyyəsi
barədə təsəvvürləri, real siyasəti səciyyələndirən siyasi mühit anlayışını daşıyır, bütövlükdə yüksək
mənəvi-əxlaqi dəyər olmaqla sosial-fəlsəfı tədqiqatlarda milli ideyanın tərkib elementi kimi araşdırılır.
Şəxsiyyətin şüurunda vətən anlayışı mürəkkəb təkamül dövrünü keçirmişdir. Bu anlayışda vətən haqqında
biliklər, onun tarixi ovqatı, ənənələri, hissləri, emosiyaları, vətənpərvər davranış normaları əks
olunmuşdur. Məhz bu keyfiyyətlər sayəsində vətənpərvərlik şüuru inteqrativ funksiya daşıyır,
mənəviyyatda vətən amalı ideyasının real məzmununu müəyyənləşdirir. Beləliklə, vətənpərvərlik şüuru
müstəqil siyasi-əxlaqi sərvət olmaqla xalqın sosiomədəni dəyərlərinin həyata keçirilməsində müəyyən
meyar rolunu oynayır, şəxsiyyətin mentalitetində ətraf hadisələrə dəyər münasibətini formalaşdırır.
Hegel vətənpərvərlik barədə belə deyirdi: «Vətənpərvərlik sözü altında çox zaman yalnız fövqəladə
qurban verməyi və davranışları başa düşürlər. Amma əslində о elə bir ovqatdır ki, adi vəziyyətdə və adi
həyat şəraitində dövləti substansional əsas və məqsəd kimi başa düşür… Bu ovqat, ümumiyyətlə,
etimaddır, mənim substansional və xüsusi marağının başqasında, yəni dövlətdə yerləşdiyini başa
düşməkdir» (7, s.292). Bu mənada vətənə məhəbbət hissi bəlağət sevmir, vətənpərvərlik hissinin
daşıyıcısı olan hər bir kəs bu mənəvi-əxlaqi keyfiyyətini ölkəsinin çiçəklənməsi naminə öz konkret
fəaliyyəti ilə nümayiş etdirməlidir. Dövlətçiliyə etimadın meyarı bundadır ki, о məhz sözü ilə işı arasında
vəhdətlik olan dövlət başçısına etimad kimi qəbul olunur. Yalnız mentalitetin bu sağlam elementi
sayəsində vətən amalını dərk etmək, xalqı böyük məqsədlərə və ideallara ruhlandırmaq, öz ardınca
aparmaq mümkündür.
Azərbaycan gəncləri milli inkişafin potensial qüvvəsidir. Yeni müstəqil dövlət quruculuğunda
gənclərin cəmiyyətimizin iqtisadi, ictimai-siyasi və mədəni həyatında mövqeyinin sosioloji baxımdan
öyrənilməsi, sosial-əxlaqi maraqlarının müəyyənləşdirilməsi və nəzərə alınması, onlardan istifadə
olunması vətənpərvərlik şüurunun inkişafında mühüm faktordur. Bu gün vətənpərvərlik tərbiyəsinin
xüsusi aktuallıq kəsb etdiyi bir vaxtda ölkədə gənclərin yeni təfəkkür ruhunda formalaşdırılması
məqsədilə xüsusi sosioloji xidmət sahəsini daha da gücləndirmək son dərəcə vacib, dövlət əhəmiyyətli
işdir. Bu kontekstdə Azərbaycan xalqının mentalitetində vətənpərvərlik ideyalarının formalaşması
tarixinin hərtərəfli öyrənilməsi ilə yanaşı, Azərbaycanın siyasi müstəqilliyinin möhkəmləndirilməsi və
iqtisadi suverenliyinin inkışaf etdirilməsi sosiologiyanın mühüm tədqiqat işidir. Respublikanın filosof və
sosioloqları, psıxoloq və politoloqları hər şeydən əvvəl tələbə-gənclərin siyasi şüurunun, siyasi
mədəniyyətinin İnkışafı məqsədilə əlverişli şəraitin yaradılması ilə bağlı mühüm tərbiyəvi-təlim
texnologiyaları işləyib hazırlamalıdırlar. Bizə elə gəlir ki, müasir gənclərin mentalitetində vətənin siyasi
mədəniyyət elementlərinin təbliğinə xüsusi diqqət yetirmək, onlarda milli özünütəsdiq hissini
stimullaşdırmaq və inkişaf etdirmək vacib sosial-psixoloji problemdir. Gənclərimız Ümummilli Liderin
“Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi yaşayacaqdır” tövsiyyəsini daim yaddaşlarında
saxlayırlar (8, s. 556).
Təbii ki, Azərbaycanın Milli Ordusunda, Silahlı Qüvvələrində xidmət etmək Vətənə sədaqətin,
Vətənin müstəqilliyini qorumağın nümunəsi kimi olduqca tərbiyəvi faktordur. Humanıtar elmlərin
gənclərə aşıladığı pozitiv ideya budur ki, onlar xalqımızın qəhrəmanlıq ənənələrini öyrənsinlər,
azərbaycanlıların mənlik şüurunda Vətənə sevgi əqidəsini şüurun mental keyfiyyətinə çevirsinlər. İndiki
gənclərin fəal həyat mövqeyini formalaşdıran faktorlardan biri budur ki, onlar tamamilə yeni bir şüur
formasına-öz müstəqil dövlətini qoruyub çiçəkləndirmək amalına köklənmiş məfkurəyə sahib olmuşlar.
Bu gün hər bir azərbaycanlı gənc dərk edir ki, hər bir həmvətənlisi milli mənlik şüurunda «Mən-
müstəqillik» dixotomiyasını yeni təfəkkürün mental elementinə, milli özünütəsdiq faktoruna çevirməli,
vətəndaşlıq fəaliyyətində psixoloji mexanizm kimi qəbul etməlidir. Buna görə də cəmiyyət üzvlərinin
vətəndaşlıq mövqeyini müəyyənləşdirməyə yönəlmiş sosial-fəlsəfı konsepsiyaların işlənib hazırlanmasına
üstünlük verilməlidir. Vətənin ləyaqət və nüfuzunu yüksəldən vətəndaşın ləyaqətinə dərin hörmət xalqın
milli şüurunun və varlığının yüksək mental keyfiyyəti kimi qiymətləndirilir. Bu gün Azərbaycan
cəmiyyəti qloballaşma, transmilli korporasiyalar əsrində yaşayır. Hazırda ölkəmizin insan potensialının,
milli inkişafımızın sosial resursu olan gənclərimizin intellektual imkanlarının daha səmərəli reallaşması
xüsusi aktuallıq kəsb edir. Bununla bağlı belə bir sosial-psixoloji faktoru yada salmaq istərdik: insanın
intellekt və mentaliteti həyata gəldiyi ilk günlərində, aylarında, konkret tarixi məkan və zaman
parametrlərində formalaşmağa başlayır. Bu proses əsrlər boyu davam etmiş, mədəniyyətlərin və
sivilizasiyaların simasını müəyyənləşdirmişdir.
Vaxtilə siyasi oyanışın, milli mənlik şüurunun yeni müasir keyfiyyətdə formalaşdığı dövrdə
Əlimərdan bəy Topçubaşov yazırdı: «Hər bir kəs başa düşürdü ki, bu ülvi ideyalar (vətəndaşlıq, dini və
siyasi azadlıq idealları-S.Ə.) dərin mənasını dərk etmək üçün ilk növbədə özünü, öz millətini və
bölgəsinin tarixini başa düşməli, cari hadisələrin içərisində olmalı, millətin müasir tələbatlarını,
görüşlərini və ideyalarını bilməli, bir sözlə, millətin fərdiyyətliyi, necə deyərlər, öz milli siması olmalıdır»
(9). Onu da qeyd edək ki, görkəmli ziyalı, universal biliyə malik Y.V. Çəmənzəminlinin 1918-1919-cu
illərdə yazdığı «Xarici siyasətimiz», «Milli və mədəni irslərimiz», «Biz kimik və istədiyimiz nədir»
əsərlərində azərbaycançılıq ideologiyasının formalaşması üçün mühüm obyektiv sosial-siyasi amillər olan
Vətən millət və milli dövlət anlayışlarını vəhdətdə götürürdü (10). Odur ki, tarixən Azərbaycan xalqının
mentalitetində bu anlayışlar sintez şəklində həkk olunaraq milli bütövlük fenomeninin təkamülündə
mühüm rol oynamışdır.
«Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri
dəyərlərlə sintezindən, dünya sivilizasiyasına inteqrasiyasından bəhrələnmək, hər bir insanın inkişafının
təmin olunması deməkdir» ideyası milli mentalitetin təşəkkülündə qırmızı xətt kimi keçir. İntellekti xalq
düşüncəsinin, onun milli təfəkkürünün qaynaqlarından bəhrələnən, daha mürəkkəb, dinamik
reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli fenomeni, dərin fəlsəfi mülahizələrin nəticəsi-hər bir
azərbaycanlının özünütəsdiqinin vacib vasitəsidir. Xalq düşüncəsinin ən mürəkkəb və ən ziddiyyətli
sosial-siyasi hadisələrin mahiyyətinə nüfuz etməsi və milli dövlətçilik fəaliyyəti göstərir ki, sosial inkişaf
və azərbaycançılıq siyasəti ilə bağlı mümkün potensial imkanlar real gerçəklikdə yalnız sağlam
mentalitetin mühüm daşıyıcısı olan əxlaqi və intellektual düşüncə gərginliyi sahəsində həyata keçirilə
bilər. Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün
mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfı fikrin rolu böyükdür. Lakin milli qorumaq, inkişaf
etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət
ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu
zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da, milli ideologiya da eyni bir təməl
üzərində-milli fəlsəfı fikir zəminində formalaşır (11, s.22).
Beləliklə, mədəniyyətini, onun cövhəri olan dilinin saflığını qoruyan hər bir azərbaycanlı belə bir
həqiqəti dərk etməlidir ki, azərbaycançılıq ideologiyası gözəl ifadə xatirinə deyilməmişdir.
Azərbaycançılıq ideologiyası cəmiyyətimizin ədalətli, ləyaqətli həyat qanunları əsasında inkişafına,
xalqımızın mənlik şüurunun zənginləşməsinə, yeni mentalitetimizin formalaşmasına yönəlmişdir. Bir
sözlə, ləyaqətli cəmiyyət qurub ləyaqətlə yaşamaq ideyası-mədəniyyətimizin və milli mentalitetimizin
saflaşdırılması deməkdir.
Açar sözlər: vətən amalı, özünütəsdiq, mental xüsusiyyət, azərbaycançılıq, milli mənlik şüuru.
İstifadə olunmuş ədəbiyyat
1.
Тойнби А. Постижение истории. М.: Прогресс, 1992, 605 с.
2.
Əliyev Q. Mentalitet varlıq və şüar ölçülərində //“Respublika” qəzeti, 9 dekabr, 2001-ci
il.
3.
Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. B.: “Qismət”, 2003,248 s.
4.
Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. B., Azərnəşr, 2003.
5.
Мамедова 3. Патриотизм как философская проблема. Дисс…. канд. филос. наук.
Баку: 1999,28 с.
6.
Абдулатипов Р.Г. Этнополитология. М.: Питер, 2004, 313 с.
7.
Гегель. Философия права. М.: Мысль, 1990,292 с.
8.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. В., Azərnəşr, 1997, 604 s.
9.
Topçubaşov Ə. Paris məktubları. В.: Azərbaycan Dövlət Nəşriyyatı, 1998,119 s.
10.
İbrahimli Ə. Yusif Vəzir Çəmənzəminli və milli məsələ. B.: Qartal, 2002,151 s.
11.
Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. Bakı,
Azərbaycan Universiteti”, 2008.
Сахиба Алиева
МЕНТАЛИТЕТ И ИДЕОЛОГИЯ АЗЕРБАЙДЖАНСТВА
Резюме
В статье рассматриваются вопросы морали, мировоззрения, патриотизма и национального
самосознания в рамках азербайджанского менталитета. В ней также анализируются с современной
точки зрения социальные взгляды личности и вопросы менталитета.
Автор акцентирует внимание на таком важном социально-психологическом аспекте, как
осознание нацией понятия «Родина». Он также высказывает мысль о сохранении и развитии среди
молодежи национально-моральных ценностей.
Ключевые
слова: национально-моральные
ценности,
социально-психологический
компонент, самоутверждение, менталитет, азербайджанство.
Sahiba Aliyeva
MENTALITY AND IDEOLOGY OF AZERBAIJANISM
Summary
The article considers the issues of moral, world outlook, patriotism and nationalism. within the
framework of the Azerbaijani mentality. As well the social views of personality and issues of mentality
are analyzed using the modem approach.
The author accentuates on such important socio-psychological aspect as realization by nation of
notion «Homeland». He also expresses his thought on a maintenance and development of the national-
moral values among the youth.
Keywords: national-moral values, socio-psychological component, self-assertion, mentality,
Azerbaijanism.
[*]Məqalə fəlsəfə ü f d., dos. Hüseyn Məmmədov tərəfindən çapa məsləhət görülüb.
Dostları ilə paylaş: |