Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 
51 
Bir adım yerinə qəbir daşına,  
Ölümü gözləyən adam yazılsın.  
 
Oxuma gözlərdə qəmli bəstəni,  
Ölümü yarım tək özləyən mənəm,  
Bir həyat ölübdü içimdə artıq,  
Ölümü gözləyən o adam mənəm.  
 
 
Həyata bu qədər nifrət edən insanlar da 
var. Ölümü bu qədər gözləyən. “Həyat insa-
nı elə səhralara sürükləyir ki, yağışı Allahın 
qəbul  edirsən”  Bütün  ruhunla,  bütün  cis-
minlə həyata nifrət edirsən. Ya ətrafındakılar 
səni  anlamır  ya  da  sən  onları.  Elə  rüzgarlar 
əsir  ki,  həyatında  məqsədlərinin  səmti  yö-
nəlir.  Uşaq  olanda  böyümək  istəyirsən,  bö-
yüyəndə  isə  uşaq  olmaq.  Baxırsan  ki,  uşaq 
olanda  daha  böyük,  daha  təmiz  idin.  İstə-
məsən belə Tanrının sənə vəd etdiyi cənnətin 
qapılarını  öz  əllərinlə  bağlayırsan.  Çirkli  cə-
miyyət,  arzu  olunmayan  əməllər  çoxaldıqca 
hər  şeyi  süpürüb  Xəzərə  tökəsin  gəlir.  İn-
sanlıq.  Öz  sonunu  həzin-həzin  yazan  insan-
lıq.  Bu  qədər  nifrət  edirəm  həyata.  Ölümü 


 
52 
gözləyirəm,  amma,  ölüm  çarə  deyil.  Ölüm 
asan olandı, çətin olansa yaşamaqdı.  
 
Şeir  və  arxasınca  yazılan  bu  esseni 
oxuduqca  göz  yaşlarına  hakim  ola  bilməyən 
Nihad,  əlini  ürəyinə  qoyaraq  İlahi  dedi.  Sən 
necə  şairlər  yaradırsan..  Kitab  qucağında 
gözlərini yumdu.  
 
Artıq səhər açılırdı, hava işıqlanırdı. Ni-
had  hardasa  yarım  saat  yerinin  içində  mür-
güləmişdi.  Oyananda  saat  yeddidən  az  keç-
mişdi. Qonşunun səsi yenə eşidilirdi:  
 
-Az  itin  qızı,  küçük,  deməmişdim  köy-
nəyimi ütülə?  
 
Həmişəki  kimi  dava-dalaş  səsləriylə 
birgə  siqaret  yandıran  Nihad  az  keçmədi  ki, 
hadisənin  təsirindən  ayıldı.  Əl-üzünü  yudu, 
bu  dəfə  də  çay  içmədən  evdən  çıxdı  və  av-
tobusla  getməyi  qərarlaşdırdı.  Bir  az  xalq 
içinə  çıxmaqla  bu  təkliyi,  sıxıntıyı  qaldıraca-
ğına  inam  etdi.  Avtobusa  mindi,  arxa  cərgə-
lərin  birində  oturdu.  Onun  da  arxasında  iki 
məktəbli oğlan danışırdı:  
 
-Ramiq, dünən təzə nömrə almışam, yə-


 
53 
ni atam alıb. Altı dənə beş var.  
 
-Vay,  əla.  Sağlıqla  işlət,  neçiyə?  1000 
manata, o da tanışçılıqla.  
 
-Dəlisən e, mən beş manata almışam.  
 
-Səninki hərəsi bir kişidəndi.  
 
-Nə  olsun,  nəticədə  ikimizə  də  zəng 
gəlir, zəng gedir.  
 
Cavanların  bu  söhbəti  Nihadı  getdikcə 
daha çox sıxırdı. Çıxıb adam içinə könlü açıl-
sın  guya.  Yolda  gedərkən  gözü  yol  kənarın-
dakı  tabelalara  və  reklam  çarxlarına  ilişirdi. 
Kimi ev, kimi  şəbəkə, kimi avtomobil reklam 
edir. Hansısa müğənninin konsertinin afişası, 
“Bu  şəhərdə”nin  şəkilləri. Gözünə heç yerdə 
Qarabağ  bizimdir,  bizim  olacaq  kimi  sözlər 
dəymir.  Şuşadan,  Cəbrayıldan,  Ağdamdan 
şəkillər görmürdü. Müharibə  şəraitində  olan 
dövlətik  və  bunu  heç  unutmuruq.  “Həqiqə-
tən  biz  unutqan millətik.  Amma,  Mübariz, 
Fərid  kimi  oğullarımız  sübut  etdi  ki,  ölsək 
belə təki Vətən sağ olsun deyən igidlərimiz 
hələ  də  var”Allah  onlara  qəni-qəni  rəhmət 
eyləsin. Amin!!! 


 
54 
 
Nihad idarəyə gəldi, yas əhval-ruhiyyə-
si heç bilinməyən təşkilatı  heyəti göz altı  sü-
züb,  otağına  keçdi.  Yenə  şirkət  işləri  ilə  ma-
raqlandı,  yazıları  yazdı,  divar  saatına  baxdı. 
Saat  13:  00.  Hər  şeyi  bir  kənara  qoyub  o  dö-
nərçiyə getdi. Əsgərə salam verib içəri keçdi.  
 
-Nihad  üç  gündü  yoxsan.  Dedim,  sən 
də  atdın  məni.  Qardaş  hərdən  düşünürəm 
biz həyata artıq insanlarıq. Allah atıb bizi hə-
yata, deyib yaşa,  özün  elə hər şeyi. Bilmirəm 
sənin uşaqlığın necə keçib, amma, mən uşaq-
lıqdan  bir  qadına  ana  deməyi  arzulamışam. 
Baxıram bəzi uşaqların anası  ölür elə ağlayır 
ki.  Ya  atası.  Mənim  heç  ruhumda  incimir. 
Mən yazıq heç bilirəm ki, anası olmaq necədi, 
anası  ölməyi  hardan  bilim?  Bacım  olmuyub, 
qardaşım da yox, mən belə həyatı kimə yaşı-
yım?  İndi  söyəcəm  belə  həyatı  deyəcəksən, 
ağzını batırma. Burda halal dönərimi satıram, 
imkan vermirlər pulunu rahat yeyim. “Yetim 
adamam, kimsəsizəm” -deyəndə də,  deyirlər 
çörək gözləyənin yox, asılacağın yox. Hə, bu 
arada o qız da üç gündü gəlmir ha.  


 
55 
 
-Necə, bəs niyə?  
 
-Anası  ölüb  gedib  yasa!!!!  Sənin  də  so-
nunu  yaxşı  görmürəm,  vallah.  Mən  haradan 
bilim niyə? Lənət kor şeytana.  
 
-Niyə belə əsəbiləşirsən? Söz  soruşdum 
da.  
 
Elə  bunlar  mübahisə  aparırdılar  ki,  o 
qız içəri girdi. Stul çəkib  oturdu. Nihad  işarə 
etdi  ki,  dönəri  mənlikdi  və  keçdi  qızın  ya-
nına. İcazə belə almadan oturdu. Qız gülüm-
səndi.  Nihad  başıyla  salam  verdi.  Bilmədi 
necə danışsın. Bu dövrdə dili olanlarla danışa 
bilmirsən,  dilsizlərlə  necə  danışasan?  Nihad 
jestlərlə,  mimikalarla  qızı  başa  salmağa  çalı-
şırdı ki:  
 
-Nihad  əvvələr  AZTV-də  xəbərlər  apa-
randa,  aşağıda  da  bir  arvad  sənin  kimi  elə-
yirdi. İşdən çıxsan eləsən  orda  işə düzələ bi-
lərsən.  
 
-Əsgər, gəlib indi o dönər bıçağını.  
 
-Söy-söy  kardı,  nə  danışır,  nə  eşidir. 
Əslində zəmanə bunu tələb edir, amma.. .  
 
Nihad və qız dönərlərini yedilər, Nihad 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə