Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 

 

41 



        Bir  

şüşə  zəhər 

 

Ağır  xəstələnmişdi  Sədnik  müəllim.  Dünya 

işığına  baxmağa  halı  yox  idi.  Oğul-uşaq  bir-birinə 

qarışmış, Səfurə xanım dərd-qəm içində çırpınırdı. Bu 

günlər  elə  bil  evin  yaraşıqlı  çılçırağının    şöləsi 

azalmış, divardan asılmış, yerə döşənmiş xalı-xalçanın 

rəngi  sozalmış,  büllur  qab-qacağın  parıltısı  qalma-

mışdı.  Bər-bəzək  içində  həmişə  avazla  cingildəyən  

saatın səsindən indi kədər tökülürdü. 

Xəstəlik ailədə sevinci, şadlığı didərgin salmış, 

növ-

növ yeməklərin tamını itirmişdi. 



Hər  an  həkimin  və  Səfurə  xanımın  nəzarəti 

altında  olan  Sədnik  müəllim  uşaqlarının,  sevimli 

qadının ondan ötrü əzab çəkmələrinə dözmürdü: 

Səfurə,  sən  Allah  mənə  fikir  vermə,  uşaqları 



başına yığ, çayınızı için, çörəyinizi yeyin, mənə fikir 

verməyin.  Xəstələnmişəm,  sağalaram  da.  Səfurə 

ərinin  yanında  ağlayıb  sızlamağını  gizlədir,  onun 

kefini açmağa çalışırdı: 

-

Sədnik,  əzizim,  al  bu  bircə  qaşıq  südü  iç, 



uşaqların  fikrini  çəkmə,  onlar  yeyib  içiblər.  Bircə 

sənin  sağalmağını  gözləyirik.  Qapıdakı  qurbanlıq 

qoyunun boynu qaşınır, kəsilmək istəyir. Ə..... insafın 

olsun, bizə yazığın gəlsin, tez sağal. 

Qızlar xəlvətcə göz yaşlarını qurulayır, özlərini 

halı  azca  düzələn  atalarının  yanına  verir,  qızdırmalı 

alnından  öpür,  hərəsi  bir  dillə  onu  xəstəliyin 

cəngindən qurtarmağa çalışırdı. 




 

 

42 



Balaca  Sərvanə  bacılarını  yana  itələyir,  özünü 

atasının çarpayısına salır, öpə-öpə: 

-

Ata, istəyirsən sənə nağıl söyləyim? 



Sədafət ona acıqlanır: 

-

Gəl bu yana ay qız, atanı incitmə. 



Sahibə  hər  ikisini  kənara  çəkir,  özü  atasıyla 

baş-baş qalır, xəlvətcə qulağına pıçıldayır: 

-

Sənə  qurban  olum  ata,  sən  xəstələnmə.  Sən 



xəstələnəndə anam çox ağlayır. Heç kirimir. 

Bu  sözlər  Sədnik  müəllimin  ürəyinə  köz  kimi 

basıldı.  Onun    canını  almaq  istəyən  xəstəliyə  lənət 

yağdırdı. 

Səfurə  xanım  qızının  atasına    nələrisə 

çatdırdığını duyur, ona hirslənir: 

-

A kişi, uşaq-muşağın sözünə inanma, hamımız 



öz kefimizdə, işimizdəyik. Sənin sağalmağını gözləyi-

rik.  Qadan  alım,  bircə  sağalaydın,  -deyib özünü sax-

laya bilmədi. İri ala gözləri doldu yanağı boy axdı. 

-

Allahdan  əhdim  budur,  ay  kişi,  məni  sənin 



qabağında  öldürsün.  Sədnik  müəllimin  bu  kəlməni 

eşitməyə tabı yoxdu deyə əhvalı qarışdı, nəbzi sürətlə 

döyünməyə  başladı.  Həkim  iynə-dərmanla  onu  güclə 

sakitləşdirdi.  Oğlanlarının  biri  atasının  başını,  biri 

əlini, biri qıçını ovuşdurdular. Qızlar için-için ağlayır, 

Allaha dualar eləyirdilər ki, atalarına gələn qada-bəla 

onlara gəlsin. 

Xəstənin halını yaxşılaşdıra bilmədilər. 

Səfurə  xanım  ərinin  ağır  anlarında  onun  çar-

payısını evin ortasına çəkdi. Dodağının altında “sənə 




 

 

43 



gələn  dərd  bəla  mənə  gəlsin”  seyə-deyə  çarpayının 

başına dolandı. Üçüncü dövrəni tamamlayanda Sədnik 

müəllim  özünə  gəlib  ayıldı.  İstəkli  qadının  nə 

elədiyini anlayıb yalvardı: 

-

Səfurə,  səni  and  verirəm  mənim  canıma,  belə 



etmə, qayıt dala, mən səni başına dolanım, sənə gələn 

qoy mənə gəlsin. Mən ölsəm sən uşaqları saxlayarsan. 

Niyə belə edirsən axı? 

Səfurə onu sakitləşdirdi: 

-

Heç  nə  olmaz,  Sədnik.  Qoy  sənə  gələn  mənə 



gəlsin.  Bu  anda  ana-ata,  uşaqlar  hamısı  ağladı, 

həkimin də gözləri yaşardı. Bu evin, bu ailənin sonsuz 

məhəbbətinə qibtə elədi. 

Xəstəni Bkıya apardılar. Müalicəni orda davam 

elətdirdilər. 

Həmişə    ərköyün,  rahat  yorğan-döşəkdə  yatan 

Səfurə xanım dincliyini  itirmişdi, ərinin çarpayısının 

yanında  taxta  çarpayıda  yatırdı.  Bütün  əzab-əziyyət 

ondan ötrü xoş idi, təki əri sağalsın. 

Sədnik  müəllimi  sağaltmaq  üçün  tapılmayan 

iynə-dərmanlar  əldə  edilir,  həkimlərin  bircə  buyruğu 

nəticəsiz qalmırdı, ağızdan çıxan axşama hazır olurdu. 

Xəstənin önü bəri idi. Yavaş-yavaş dirçəlirdi. 

Bir  dəfə  Səfurə  xanım  yerindən  duranda 

döşəməyə bur ətir şüşəsi düşdü, səsə Sədnik müəllim 

diksindi, ətir şüşəsini istədi: 

-

Ver  görüm  o  hansı  ətirdi  elə,  xəstəxanada  da 



yanında saxlayırsan. Ay Səfurə, sağalım sənə ən yaxşı 

ətirlərdən alacağam. 




 

 

44 



Səfurə  xanım  istədi  aralığa  söz  qatıb  ərinin 

fikrini yozutsun. Ona görə dedi: 

-

Heç,  elə  belə,  ay  Sədnik,  duranda  yaxşısını 



alarsan. 

Kişisi əl çəkmədi: 

-

Yox  canım,  sən  o  şüşəni  ver  baxım.  Sən 



mənim  ölmüşüm  ver.  Bax,  mən  yenicə  sağalmışam, 

qoy yaşayım, ver ona baxım. 

Qadın  ha  o  yan,  bu  yan  elədisə  gördü  olmur, 

axırda dedi: 

-

Sədnik,  bu  ətir  deyil,  zəhərdir.  Vallah,  əgər 



sənə  bir  şey  olsaydı,  bunu  içib  mən  də  öləcəkdim. 

Şükür  Allaha,  hər  şey  yaxşı  qurtardı.  Bunu da  atarıq 

gedər. 

Otaq  Sədnikin  başına  fırlandı.  Bilmədi  ona  nə 



cavab  versin.  Onu  hansı  xoş  sözlərlə  dindirsin  ki, 

qadının istəyinin əvəzi olsun. Bu istəyin isə əvəzi yox 

idi. 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə