АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 50-54 (2017)
50
Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta, Marchantiophyta)
Məlumat Siyahısı
T.P. Qasımov
AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ1004, Azərbaycan; E-mail: tgasimov@hotmail.com
Məqalədə Azərbaycanın Bozqır yaylasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilən briofit-
lərin məlumat siyahısı verilmişdir. Briofloristik tədqiqatlar nəticəsində müəyyən edildi ki, yaylada
yayılan yarpaqgövdəli mamırkimilər 16 fəsilə, 30 cinsə aid 71 taksonla, ciyərotu mamırları isə 5 fəsilə,
5 cinsə aid 5 taksonla təmsil olunur. Yarpaqgövdəli mamırlar içərisində takson sayına görə Pottiaceae
(27), Grimmiaceae (8), Bryaceae (7) və Orthotrichaceae (5) fəsilələri üstünlük təşkil edir. Takson sayına
görə Bryum (7), Grimmia (7), Tortula (5), Syntrichia (5), Didymodon (5) və Orthotrichum (5) ən zəngin
cinslərdir.
Açar sözlər: Bozqır yaylası, ciyərotu mamırları, yarpaqgövdəli mamırlar, məlumat siyahısı, takson
GİRİŞ
Bozqır yaylası, Böyük Qafqazın cənub yamac-
ları ilə Alazan-Həftəran vadisi arasında yerləşir.
T.S.Babakişiyeva və S.H.Səlimova görə (2008)
Bozqır yaylası şimaldan Alazan-Həftəran vadisi,
cənubdan Kür çayı, qərbdən Ceyrançölün qılıncvari
silsiləsi, şərqdən isə Bozdağla nəhayətlənir (ASE,
1980). Azərbaycanın Bozqır yaylasının florası haq-
qında ilkin məlumata A.V.Fominin (1906) əsərində
rast gəlinir. Daha sonra, A.L.Rollovun (1908)
əsərində də yaylanın bitkiliyi haqqında müəyyən
qədər məlumatlar mövcuddur. Bozqır yaylasının
florasının geniş şəkildə öyrənilməyə başlanılması,
1926-cı ildən sonrakı dövrlərdə respublikamızda
kənd təsərrüfatı və heyvandarlığın inkişafı ilə əla-
qədardır. Bu sahədəki tədqiqat işlərinə A.A.Qros-
sheymin (1926, 1929, 1932), M.F.Saxokiyanın
(1931), L.İ.Prilipkonun (1950, 1954, 1972), T.M.Ta-
ğıyevin (1960) və başqalarının əsərlərini misal
göstərmək olar. 1976-cı ildən başlayaraq, akademik
V.S.Hacıyevin rəhbərliyi altında yaylanın Ceyrançöl
massivində aparılan geobotaniki tədqiqaqatlar Boz-
qır yaylasının bitki örtüyünün ətraflı öyrənilməsi ilə
nəticələnmişdir (Гаджиев и др., 1979). Azərbay-
canın müstəqillik əldə etdikdən sonrakı dövrdə ölkə-
mizdə iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq,
Bozqır yaylasının Ceyrançöl və Acınohur massivlə-
rinin qış otlaqları yenidən tədqiq edilməyə başlanıldı.
Bu tədqiat işləri S.Z.Əhmədova (2004, 2005) tərəfin-
dən Ceyrançöl və Acınohurda, K.K.Əsədova (2006,
2008) tərəfindən isə Ceyrançöldə aparılmışdır. Boz-
qır yaylasının flora və bitkiliyinə dair ən son məlu-
matlara əsasən yayla ərazisində 114 fəsiləyə aid, 705
cinsdə ümumiləşən 1018 ali sporlu, çılpaqtoxumlu
və çiçəkli bitki növü göstərilir (Babakişiyeva, Musa-
yev, 2008). Həmin növlərdən 97-si endemik bitki
növləridir ki, onlardan da 80-i Qafqaz endemləridir.
Bu da onu göstərir ki, ərazinin bitki örtüyünün təx-
minən 10 %-i endem taksonlardır. Lakin, indiyədək
aparılan tədqiqat işlərinin heç birində Bozqır yayla-
sının brioflorası tədqiq edilməmişdir. 2012-ci ildən
başlayaraq, ilk dəfə olaraq, tərəfimizdən Bozqır yay-
lasının briofitləri tədqiq olunmağa başlanıldı (Qası-
mov, 2015). Bu tədqiqatlarda yaylanın əhatə etdiyi
ərazinin briofit müxtəlifliyi ümumilikdə araşdırılmış
(Qasımov, 2016; Gasimov & Novruzov 2016), eləcə
də yaylanın brioflorası ayrı-ayrı fəsilələr və cinslər
üzrə öyrənilmişdir (Qasımov, 2016). Ərazidən Azər-
baycan üçün yeni bir neçə briofit növü aşkar edil-
mişdir (Qasımov, Kürschner & Parolly., 2016). La-
kin bu tədqiqaqların heç birində ərazinin briofit-
lərinin takson siyahısı tam göstərilməmişdir. Bu mə-
qalənin əsas məqsədi, Azərbaycanın Bozqır yayla-
sının briofit müxtəlifliyini dəqiqləşdirərək takson
siyahısını tərtib etməkdir.
MATERİAL VƏ METODLAR
2012-2016-cı illərdə Bozqır yaylası massivin-
dəki ərazilərdə aparılmış çöl tədqiqatlarında briofit-
lərə aid nümunələr toplanılmışdır. Bu baxımdan
yaylanın yerləşdiyi Ceyrançöldə, Acınohur-Sarıca
qış otlaqlarında və yaylada lokal şəkildə yayılan
tuqay meşəsində tədqiqat işləri yerinə yetirilmişdir.
Bununla bağlı Ağstafa, Tovuz, Şəmkir və Samux
(Ceyrançöldə), eləcə də Şəki və Qax rayonlarında
(Acınohur-Sarıca) müvafiq tədqiqat sahələri seçil-
mişdir. Qeyd edilən yerlərdən toplanılan briofit
nümunəri əl lupaları və müasir işıq mikroskopları
vasitəsilə araşdırılmışdır. Təyinat morfoloji xüsu-
siyyətlər nəzərə alınaraq bir sıra təyinedicilərdən və
monoqrafiyalardan istifadə etməklə (Игнатов, Иг-
натова, 2003-2004; Smith, 2004; Kürschner, Frey,
2011) aparılmışdır.
Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta,
51
Etiketləşdirilmiş herbari nümunələrinin bir
nüsxəsi Berlin Botanika Bağı və Botanika Muzeyi-
nə (BBBM), digər nüsxəsi isə AMEA Botanika
İnstitutunun lixenobrioloji herbari fonduna depozit
edilmişdir. Briofit siyahısının nomenklatur tərtibi
ciyərotu mamırları üçün L.Söderström və b. (2002),
yarpaqgövdəli mamırkimilər üçün isə M.O.Hill
və b. (2006) sisteminə görə aparılmışdır. Fəsilə
daxilində olan cinslərin, cins daxilində olan tak-
sonların siyahıya alınması latın əlifbasının sırasına
uyğun verilir.
NƏTİCƏLƏR
Azərbaycanın Bozqır yaylasından toplanılan
500 briofit nümunəsinin təyinatı nəticəsində 21
fəsilə, 35 cinsə aid 76 takson müəyyən edilmişdir.
Ərazidən toplanılan taksonlardan 5 fəsilə, 5 cinsə
aid 5 takson ciyərotu mamırlarına, 16 fəsilə, 30 cin-
sə aid 71 takson isə yarpaqgövdəli mamırlara aid-
dir. Bozqır yaylasının floristik siyahısı tərtib edilər-
kən ən son nomenklatur yeniliklər nəzərə alınmış-
dır. Müəyyən edilən taksonların floristik siyahısı
aşağıda verilir. Taksonun adı ilə yanaşı ən çox isti-
fadə edilən sinonimləri də göstərilmişdir:
MARCHANTIOPSIDA
Aytoniaceae Cavers
1. Reboulia Raddi
1. hemisphaerica (L.) Raddi
Cephaloziellaceae Douin
2. Cephaloziella (Spruce) Schiffn.
1. divaricata (Sm.) Schiffn.
Radulaceae (Dumort.) Müll. Frib.
3. Radula Dumort.
1. complanata (L.) Dumort.
Porellaceae Cavers
4. Porella L.
1. platyphylla (L.) Pfeiff. [Madotheca
platyphylla (L.) Dumort.]
Frullaniaceae Lorch
5. Frullania Raddi
1. dilatata (L.) Dumort.
BRYOPSIDA
Polytrichales M.Fleisch.
Polytrichaceae Schwagr.
1. Polytrichum
1. juniperinum Hedw.
2. piliferum Schreb. ex Hedw.
Encalyptales Dixon
Encalyptaceae Schimp.
2. Encalypta Hedw.
1. ciliata Hedw.
2. rhaptocarpa Schwägr.
3. vulgaris Hedw.
Funariales M.Fleisch.
Funariaceae Schwagr.
3. Funaria Hedw.
1. hygrometrica Hedw.
Grimmiales M.Fleisch.
Grimmiaceae Arn.
4. Schistidium Bruch & Schimp.
1. apocarpum (Hedw.) Bruch & Schimp.
5. Grimmia Hedw.
1. alpestris (F.Weber & D.Mohr) Schleich.,
2. anodon Bruch & Schimp.
3. laevigata (Brid.) Brid. [G. campestris
Hook.]
4. orbicularis Bruch ex Wilson
5. ovalis (Hedw.) Lindb. [ G. commutata Bruch
& Schimp.]
6. pulvinata (Hedw.) Sm.
7. trichophylla Grev. [G. britannica A.J.E.
Sm., G. robusta Ferg., G. trichophylla Grev. var.
robusta (Ferg.) A.J.E. Sm.]
Dicranales H.Philib. ex M.Fleisch.
Fissidentaceae Schimp.
6. Fissidens Hedw.
1. dubius P. Beauv. [F. cristatus Wilson]
2. taxifolius Hedw.
Ditrichaceae Limpr.
7. Ceratodon Brid.
1. purpureus (Hedw.) Brid.
8. Ditrichum Timm ex Hampe
1. flexicaule (Schwägr) Hampe
9. Pleuridium Rabenh.
1. subulatum (Hedw.) Rabenh.
Pottiales M.Fleisch.
Pottiaceae Schimp
10. Aloina Kindb.
1. aloides (D.J. Koch ex Schultz) Kindb.
2. ambigua Bruch & Schimp.) Limpr. [A.
aloides (Schultz) Kindb. var. ambigua (Bruch &
Schimp.) E.J.Craig, A. ericaefolia Kindb.]
11 Barbula Hedw.
1. convoluta Hedw.
2. unguiculata Hedw. [incl. var. cuspidata
(Schultz) Brid., var. robusta Lindb.]
12. Crossidium Jur.
1. crassinerve (De Not.) Jur.
13. Didymodon Hedw.
1. acutus (Brid.) K. Saito [Barbula acuta
(Brid.) Brid., B. gracilis (Schleich.) Schwägr.]
2. fallax (Hedw.) R. H. Zander [Barbula fallax
Hedw.]
3. luridus Hornsch. ex Spreng. [Barbula lurida
(Hornsch) Lindb., B. trifaria auct. non (Hedw.)
Mitt.]
4. rigidulus Hedw. [ Barbula rigidula (Hedw.)
Mitt., D. mamillosus (Crundw.) M.O.Hill]
5. vinealis (Brid.) R. H. Zander [Barbula
vinealis Brid.]
T.P. Qasımov
52
14. Phascum Hedw.
1. cuspidatum Hedw.
2. cuspidatum var. piliferum (Hedw.) Hook. &
Taylor
15. Pleurochaete Lindb.
1. squarrosa (Brid.) Lindb.
16. Pterygoneurum Jur.
1. ovatum (Hedw.) Dixon [P. cavifolium Jur.]
17. Syntrichia Brid.
1. caninervis Mitt. [S. desertorum (Broth.)
J.J.Amann, Tortula caninervis (Mitt.) Broth., T.
desertorum Broth.]
2. caninervis var. gypsophila (J.J. Amman ex
G. Roth) Ochyra [Tortula caninervis subsp. spuria
(J.J.Amann) W.A.Kramer var. gypsophila ex
G.Roth), Tortula spuria J.J.Amann]
3. montana Nees [S. intermedia Brid., Tortula
intermedia (Brid.) De Not.]
4. papillosa (Wilson) Jur. [Tortula papillosa
Wilson]
5. ruralis (Hedw.) F. Weber & D. Mohr
[Tortula ruralis (Hedw.) P.Gaertn., B.Mey. &
Scherb.]
18. Tortula Hedw.
1. canescens Mont.
2. inermis (Brid.) Mont. [Syntrichia inermis
(Brid.) Bruch]
3. lindbergii [Tortula lanceolata (Hedw.)
R.H.Zander, Pottia lanceolata (Hedw.) Müll.Hal.]
4. muralis Hedw.
5. truncata (Hedw.) Mitt. [Pottia truncata
(Hedw.) Bruch & Schimp.]
19. Trichostomum Bruch
1. brachydontium Bruch
2. crispulum Bruch
20. Weissia Hedw.
1. controversa Hedw.
Bryales Limpr.
Bryaceae Schwagr.
21. Bryum Hedw.
1. algovicum Sendtn. Ex Müll.Hal. [B.
angustirete Kindb. ex Macoun, B. pendulum
(Hornsch.) Schimp.]
2. argenteum Hedw.
3. caespiticum Hedw. [B. badium (Brid.)
Schimp.]
4. capillare Hedw.
5. dichotomum Hedw. [B. bicolor Dicks., B.
dunense A.J.E. Sm. & H.Whitehouse]
6. moravicum Podp. [B. flaccidum Brid., B.
laevifilum Syed, B. subelegans Kindb.]
7. torquescens Bruch & Schimp.
Orthotrichales Dixon
Orthotrichaceae Arn.
22. Orthotrichum Hedw.
1. affine Schrad. ex Brid. [O. fastigiatum
Bruch ex Brid.]
2. anomalum Hedw.
3. cupulatum Hoffm. Ex Brid.
4. diaphanum Schrad. ex Brid.
5. rupestre Schleich. ex Schwägr.
Hypnales (M.Fleisch.) W.R.Buck & Vitt
Amblystegiaceae Kindb.
23. Amblystegium Schimp.
1. serpens (Hedw.) Schimp. [A. juratzkanum
Schimp.]
Leskeaceae Schimp.
24 Leskeae Hedw.
1. polycarpa Hedw.
Thuidiaceae Schimp.
25. Abietinella Müll.Hal.
1. abietina (Hedw.) M.Fleisch. [Thuidium
abietinum (Hedw.) Schimp.]
Brachytheciaceae Schimp.
26. Brachythecium Schimp.
1. albicans (Hedw.) Schimp.
27. Homalothecium Schimp.
1. lutescens (Hedw.) H. Rob.
2. sericeum (Hedw.) Schimp.
Hypnaceae Schimp.
28. Hypnum Hedw.
1. cupressiforme Hedw. s.l.
2. cupressiforme Hedw. var. cupressiforme
3. vaucheri Lesq.
Leucodontaceae Schimp.
29. Leucodon Schwägr.
1. immersus Lindb. [L. caucasicus Jur. &
Milde]
2. sciuroides (Hedw.) Schwägr.
Anomodontaceae Kindb.
30. Anomodon Hook. & Taylor
1. attenuatus (Hedw.) Huebener
2. viticulosus (Hedw.) Hook. & Taylor
ƏDƏBİYYAT
Azərbaycan Sovet Ensiklopediyası (ASE) (1980)
Bakı. 2: 219
Babakişiyeva T.S., Musayev S.H. (2008) Bozqır
yaylası və onun florası. AMEA Botanika İnsti-
tunun Elmi əsərləri, XXVII: 26-32.
Qasımov T.P. (2016) Azərbaycanın bozqır yayla-
sında Bryum Hedw. (Bryaceae, Bryophyta) сinsi-
nin növlərinin morfoloji təsviri, ekologiyası və
antimikrob aktivliyi. AMEA-nın Mikrobiologiya
İnstitutunun Elmi Əsərləri, 14(№1): 58-63
Qasımov T.P. (2015) Bozqır yaylasında Grimmia
Hedw. cinsinin növ müxtəlifliyi. Azərbaycan Mil-
li Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının
Elmi Əsərləri, XIII: 167-169
Qasımov T.P. (2016) Bozqır yaylasının ceyrançöl
düzünün mamırkimilərinin (Bryophyta, Marchan-
tıophyta) sistematik analizi və prespektivli növləri
Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta,
53
haqqında. Gənc Alimlərin Beynəlxalq Elmi Kon-
fransı, Gəncə: s. 337-340
Асадова К.К. (2006) Рациональное использова-
ние и улучшение зимних пастбищ Джейран-
чёльского массива. Агарарная наука Азербай-
джана, 162-164.
Асадова К.К. (2008) Степная растительность
зимних пастбищ Джейранчеля. Труды Инсти-
тута Ботаники Национальной Академии Наук
Азербайджана, XXVIII: 142-146.
Ахмедова С.З. (2004) Биоразнообразие экосис-
темы растительного покрова Джейранчель-
ского и Аджиноурского массивов Азербай-
джана. Монография. Гянджа: с. 104.
Ахмедова С.З. (2005) Формирование пустын-
ных фитоценозов Джейранчёль-Аджиноурско-
го массивов. Известия НАН Азербайджана,
№3-4: 81-85.
Гаджиев В.C., Маилов А.И. (1979) Учет и пути
улучшения зимних пастбищ Азербайджана. В
кн: Кормопроизводство, Москва: с. 45.
Гроссгейм А.А. (1926) Краткий очерк расти-
тельного покрова Азербайджана. Матер. по
райониров. Азерб. ССР (Баку), 1-2: 42 с.
Гроссгейм А.А. (1929) Введение в геоботани-
ческое обследование зимних пастбищ Азер-
байджана. Баку: 73 с.
Гроссгейм А.А. (1932) Растительный покров
пастбищ Азербайджана и его кормовое значе-
ние. Баку: 78 с.
Игнатов М.С., Игнатова Е.А. (2003, 2004)
Флора мхов средней части Европейской Рос-
сии. M.: 2003, Т. 1: Sphagnaceae – Hedwigi-
aceae c. 1-608; М., 2004. Т. 2: Fontinalaceae –
Amblystegiaceae, c. 609-960.
Прилипко Л.И. (1950) Краткий геоботаничес-
кий очерк южных склонов БК (в пределах Аз-
на). Труды бот. ин-та АН Аз. ССР, XV: 31-33.
Прилипко Л.И. (1954) Растительный покров
Азербайджана. Баку: Элм, 120 с.
Прилипко Л.И. (1972) Геоботаника в Азербай-
джане. Обзор исследов. и публикаций. Бот.
журн. (М.), №12: 1610-1620.
Роллов А.Х. (1908) Дикорастущие растения Кав-
каза, их распространение, свойства и примене-
ние. Тифлис: с. 20-31.
Сахокия М.Ф. (1931) Очерк растительности
зимних пастбищ Шекинского нагорья. Труды
по геоб. обследов. пастбищ. Азербайджана,
сер. А., 9: 19-23.
Тагиев Т.М. (1960) Улучшение и рациональное
использование зимних пастбищ Джейранчёля
в связи с динамикой запаса пастбищных кор-
мов. Автореф. канд. дисс., Баку: 25 с.
Фомин А.А. (1906) Солончаки и сопровождаю-
щие их формации в Восточном и Южном За-
кавказье. Вестник Тифлиск. бот. сада, вып. 2:
18-22.
Gasimov T.P., Novruzov. V.S. (2016) Bryophytes
of Jeyranchol Plateau (Azerbaijan). Symposium on
EuroAsian Biodiversity, Turkey: Antalya, p. 56
Hill M.O., Bell N., Buruggeman-Nannenga M.A.,
Brugues M., Cano M.J., Enroth Flatberg K.I.,
Fraham J-P., Gallego M.T., Garilleti R., Guerra
J., Hedenäs L., Holyoak DT., Hyvönen J.,
Ignatov MS., Lara F., Mazimpaka V., Munoz J.
and Söderström L. (2006) An annotated checklist
of the mosses of Europe and Macronesia. Journal
of Bryology, 28: 198-267.
Kürschner H., Frey W. (2011) Liverworts, Mos-
ses and Hornworts of Southwest Asia. Stuttgart:
Nowa Hedwigia: 240 p.
Qasımov T., Kürschner H., & Parolly G. (2016)
Three new moss records from the Bozqır yaylası
area of Azerbaijan. Herzogia, 29: 805-809.
Smith A.J.E. (2004) The moss flora of Britain and
Ireland. 2 ed. Cambridge: Cambridge University
Press, 1012 p.
Söderström, L., Urmi, E. & Váňa, J. (2002) Dis-
tribution of Hepaticae and Anthocerotae in
Europe and Macaronesia. Lindbergia, 27: 3-47.
T.P. Qasımov
54
Аннотированный Список Бриофитов (Bryophyta, Marchantiophyta)
Бозгырского Плато Азербайджана
Т.П. Гасымов
Институт ботаники НАН Азербайджана
В статье дается список таксонов мохообразных Бозгырскогo плато Азербайджана. В результате
бриофлористических исследований выявлен 71 таксон листостебельных мxoв из 30 родoв и 16
семейств, 5 таксонов печеночныx мxoв из 5 родoв и 5 семейств. Доминирующие по числу таксонов
семейства листостебельных мxoв соответственно: Pottiaceae (27), Grimmiaceae (8), Bryaceae (7),
Orthotrichaceae (5). В категории родов самыми богатыми по разнообразию таксонов являются Bryum
(7), Grimmia (7), Tortula (5), Syntrichia (5), Didymodon (5) и Orthotrichum (5).
Ключевые слова: Бозгырское плато, печеночные мхи, листостебельные мхи, аннотированный
список, таксон
Checklist of bryophytes (Bryophyta, Marchantiophyta)
in Bozqır Plateau of Azerbaijan
T.P. Gasimov
Institute of Botany, Azerbaijan National Academy of Sciences
The list of taxa of bryophytes in Bozgyr plateau of Azerbaijan has been presented in the paper. Briofloristic
research revealed that mosses were represented with 71 taxa belonging to 30 genera and 16 families, hepatics
were represented with 5 taxa belonging to 5 genera and 5 families. According to the amount of taxa the
richest moss families are Pottiaceae (27), Grimmiaceae (8), Bryaceae (7), Orthotrichaceae (5), and the
richest genera are Bryum (7), Grimmia (7) Tortula (5), Syntrichia (5), Didymodon (5) and Orthotrichum (5).
Keywords: Bozgyr plateau, liverworts, mosses, annotated checklist, taxa
Dostları ilə paylaş: |