22
Suvarma sistemini layihələndirərkən ərazinin torpaq və iq-
lim şəraiti, geomorfoloji və hidrogeoloji şəraiti, su mənbəyinin
xüsusiyyətləri, sahələrdə tətbiq ediləcək suvarma üsulları və su-
varma texnikası, həmçinin sistem daxilində tətbiq ediləcək dövrü
əkin, buna müvafiq olaraq, yaradılacaq suvarma sahələri (tarla-
lar), onların planda ölçüləri, sahələri və s. xüsusiyyətləri nəzərə
alınmalıdır.
Müntəzəm suvarma sistemlərinin tərkibi aşağıdakı əsas
hissələrdən ibarətdir:
1) suvarılan ərazilər;
2) su mənbəyi (göl, çay, su anbarları, yeraltı sular və s.);
3) baş qurğu – su mənbəyindən suvarma suyunu magistral
kanala qəbul etmək üçün tikilən qurğu (şlüz);
4) magistral kanal – suvarma sisteminin əsas kanalı olub,
suyu su mənbəyindən paylayıcı kanallara nəql etmək üçün tikilir.
Bu kanalların uzunluğu bir neçə on m - dən min m və hətta bir
neçə km-ə qədər olur. Magistral kanal başlanğıc hissədən, bila-
vasitə nəqledici və işçi hissələrdən ibarət olur;
5) magistral kanaldan suyu ayrı-ayrı təsərrüfatlara axıdan
paylayıcı kanallar şəbəkəsi ayrılır. Paylayıcı kanallar – təsər-
rüfatlararası, təsərrüfat və təsərrüfatdaxili paylayıcı kanallardan
ibarətdir.
Təsərrüfatlararası suvarma şəbəkəsi suyun
suvarma sahə-
lərinə çatdırılmasına və onun suvarma massivləri və təsərrüfatlar
arasında paylanmasına xidmət edir. Təsərrüfatlararası şəbə-kə ma-
gistral kanal, təsərrüfatlararası paylayıcı kanallar və boru kəmər-
ləri, müxtəlif hidrotexniki qurğulardan ibarətdir.
Təsərrüfatdaxili suvarma şəbəkəsi suyun əkin sahələrinə
paylanmasına və sahələr üzrə suvarma texnikasına çatdırılma-sına
xidmət edir.
Paylayıcı kanallardan su
suvarma kanalı vasitəsilə sahələrə
verilir;
6) sutoplayan şəbəkə - suvarma sahələrində toplanan artıq
suları sahələrdən kənarlaşdırmaq
üçün nəzərdə tutulur;
23
7) yol şəbəkəsi – tarlalar, təsərrüfatlar və yaşayış məntə-
qələri arasında əlaqənin yaradılması və suvarma sisteminin istis-
marı məqsədilə yaradılır;
8) meşə zolağı və yaşıllıqlar;
9) suvarma kanalları, sutoplayıcılar və yol şəbəkəsi üzərində
olan hidrotexniki qurğular.
Suvarma şəbəkəsi
açıq (açıq kanallardan ibarət) və
qapalı
(boru kəmərlərdən ibarət) ola bilər.
Şəbəkənin tipindən (açıq, qapalı) asılı olaraq, suyun bir
hissəsi aerasiya zonasına süzülüb gedir, bir hissəsi kanalların açıq
səthindən və ona qonşu olan sahələrdən buxarlanmaya sərf olunur.
Suvarma şəbəkəsinin texniki mükəmməlliyi onun faydalı iş
əmsalı (FİƏ) olub, sahəyə daxil olan suyun həcminin (brutto)
sugötürücünün həcminə (netto) olan nisbəti ilə xarakterizə olunur
(FİƏ=brutto/netto).
Açıq, torpaq yatağa malik köhnə suvarma şəbəkələri 0,50-
0,55 FİƏ ilə xarakterizə olunur. Bu halda suyun 60-80 faizi
süzülməyə sərf olunur. Süxurlar yüksək sukeçiriciliyə malik ol-
duqda bu itkinin həcmi daha da artır. Qapalı suvarma şəbəkələri
isə 0,95-0,97 FİƏ ilə xarakterizə edilir ki, bu da suvarma sula-
rının səmərəli istifadəsinə xidmət edir.
Təcrübə göstərir ki, su ehtiyatlarından səmərəli istifadə
edilməsi üçün bir ha sahəyə düşən daimi suvarma kanalları-
nın uzunluğu 20-30 m – dən artıq olmamalıdır.
Lakin respubli-
kada bu göstərici bəzən 40 m – dən artıq qeyd olunur. Suvar-
ma kanallarının sıxlığının (m/ha) böyük olması
öz növbəsində
su itkisinin artmasına, torpaqdan istifadə əmsalının azalmasına
və suvarılan torpaqların meliorativ vəziyyətinin pisləşməsinə sə-
bəb olur.
Respublika üzrə hər il dövlət suvarma şəbəkələrindən 2,5
– 3 mlrd. m
3
su səmərəsiz - itkiyə sərf olunur. Bu isə nəinki əkin
sahələrinin su ilə təminatını çətinləşdirir, həm də kanal-ların
ətrafındakı torpaq sahələrinin bataqlıqlaşmasına, təkrar şor-
laşmasına şərait yaradır. Belə vəziyyət Yuxarı Şirvan və Yuxarı