Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Məktəbəqədər yaşlı usaqların əmək tərbiyəsinin vəzifələri



Yüklə 76,6 Kb.
səhifə11/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
MQT m.pedaqogika-2

Məktəbəqədər yaşlı usaqların əmək tərbiyəsinin vəzifələri

Məktəbəqədər pedaqogika uşaq əməyi qarşısında müəyyən məqsədlər qoyur: yaşlıların əməyi ilə uşaqları tanış etmək, uşaqlarda onların əməyinə hörmət aşılamaq, sadə əmək bacarığı və vərdişləri yaratmaq, əməyə maraq formalaşdırmaq, əməyin ictimai mahiyyət daşıdığını öyrətmək. Əmək tərbiyəsi zamanı həyata keçirilən vəzifələrdən biri gənc nəslin psixoloji cəhətdən əməyə hazırlanmasıdır. Gənc nəslin əməli cəhətdən əməyə hazırlanması da əmək tərbiyəsinin vəzifəsidir. Ailədə, uşaq bağçasında, məktəbdə özünəxidmət, məişət, ictmai faydalı fəaliyyət sahələri üzrə adi əmək bacarıqları və vərdişlərinin uşaqlara, yeniyetmə və gənclərə aşılanmasından ibarətdir. Əməyə hazırlıqla əlaqədar söhbətdə əməyin digər növü olan zehni əməyi unutmaq olmaz. Çünki zehni əməyin də özünəməxsus spesifik bacarıq və vərdişləri mövcuddur. Məsələn; şeir yazmaq, şəkil çəkmək, musiqi bəstələmək, elmi tədqiqat işi, dərsə hazırlaşmaq, dərs təşkil edib keçirmək və s. fəaliyyət növləri zehni əməyə aiddir.Bu cür bacarıq və vərdişlərin gənc nəslə aşılanması da əməyə əməli şəkildə hazırlığın tərkib hissəsidir.Əmək mədəniyyəti, bacarıq və vərdişlərinin uşaqlara aşılanması əmək tərbiyəsinin vəzifələrindən biridir. Əmək mədəniyyəti deyəndə iş yerinin sahmana salınması, iş üçün lazım olan əşyaların, cihazların, alətlərin, avadanlıqların və s-nin gətirilməsi, işdən sonra iş yerinin səliqəyə salınması, təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Ailədə valideynlərin müxtəlif növ əməyi uşaqlar üçün nümunə olur: ata-anaları kimi iş görməyə səy göstərirlər. Təcrübəli valideynlər övladlarını balacalıqdan gücləri çatan məişət və özünəxidmət işlərinə cəlb edirlər. Əmək tərbiyəsi uşaq bağçasında davam etdirilir. Uşaqlar burada müəllimlik, həkimlik, sürücülük və s. peşələri əks etdirən oyunlarda həvəslə iştirak edirlər. Bu baxımdan əməyin cəmiyyətdə rolunun nədən ibarət olmasının uşaqlara çatdırılması və həm də onlarda zəhmətsevərlik hisslərinin aşılanması, əməyin yaşamaq üçün nə qədər zərurət olmasının onlara izah edilməsi bu gün mühüm vəzifələr sırasındadır.


  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə