Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
107
gəldi, yetirdiyi uşaqlarla elə söhbət etdi ki, uşaqların hamısı, bir
nəfər kimi boyevoy halda getdik, hücum etdik. İnanırsınız ki,
bizim tanklar gedə bilmirdilər. O yolu gedə bilmirdilər.
Rəhmətlik Şirin Mirzəyev tankın böyrü ilə. Fikrət orada nə təhər
uşaqlarla danışdı, nə təhər ruh verdisə, biz özümüz, bax mən
tankın sağ tərəfi ilə, özü Allah şahididir, düz qabaqda, tankın on-
iyirmi metr qabağında gedirdik, sürünə-sürünə, tanka yol açırdıq.
Orada bizim uşaqlar erməniləri düz Yeniqaralara qədər qovdu.
Yeniqaralardan da o tərəfə keçib erməniləri çıxartdıq oradan.
Orada çay var, o çaydan keçdik, ermənilər qaçıb getdilər. Demək
onların orada avtomatları da, silahları da, ratsiyaları da qaldı».
Fikrət Nəbiyevin ifadəsi:
- … Mən Moskva təlimini görmüş bir insan idim. Mosk-
vada hərbi hissədə komandirin siyasi işlər üzrə müavini
işləmişdim. Deməli, bu təcrübəmə əsaslanmışdım və eyni
zamanda mən idman ustası Mirəli Seyidovun karate döyüş
məktəbini keçmiş bir insan idim.
Deməli məqsəd nə idi? Məqsəd bizə qarşı olan təcavüzün
qarşısını almaq. Ermənilərə qarşı mübarizə aparmaq, döyüş
qüdrətimizi bilavasitə düşmənə göstərmək. Belə bir yolda da mən
özümü kənarda qoya bilməzdim. Çünki mən bilirdim ki, həmin o
döyüş prosesində mən hardasa həm təşkilatçı kimi, həm də
döyüşçü kimi lazımam. Xalqı bu bəladan qurtarmaq birinci
növbədə mənim üzərimə düşür. Mənim kimi insanların, mənim
kimi, azərbaycanlıların üzərinə düşür. Ona görə də mən evdə
döyüşə getməyim barədə anama məlumat verdim ki, «Ana, mən
döyüşə gedirəm». … mən fikirləşirdim ki, anam hardasa zəiflik
göstərəcək, etiraz edəcək.. Anam isə o saat cavab verdi ki, mən
elə səndən onu gözləyirdim ki, sən döyüşə gedəcəksən, mən səni
o ruhnan tərbiyə eləmişəm ki, sən mütləq o döyüşdə olmalısan.
Bakıdan Ağdama yol aldım. … Milli Qəhrəmanımız, bizim
fəxrimiz, rəhmətlik Şirin Mirzəyevlə görüşdüm. Şirin Mirzəyev
məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim döyüşməyə
gəlmişəm. Dedi: harda oxumusan, hansı tərəfdə olmusan? Mən
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
108
isə ona dedim ki, mən burda vəzifə tutmağa gəlməmişəm. Mən
könüllü döyüşçülər silahı əllərinə alıb döyüşə getdikləri kimi,
onlarla bir yerdə döyüşə getmək istəyirəm. Bir müddətdən sonra
o, məni batalyon komandirinin müavini təyin elədi.
Xüsusi müxbirin ifadəsi:
- … Söhbət zamanı onu da söylədi ki, onda döyüşçülərin
görüşünə gələnlər çox idi. Bu gəlişlər bizi daha yaxşı savaşmağa,
düşmənə qarşı barışmazlığa, mübarizliyə ruhlandırırdı.
Xocalı İcra hakimiyyətinin başçısı Elman müəllimin
ifadəsi (hazırda Milli Məclisin deputatıdır):
- … Mən çox sevinirəm ki, bu günkü gündə bizim bu hərbi
hissəyə Fikrət kimi, başqa komandirlər kimi intizamlı oğlanlar,
qoçaq oğlanlar rəhbərlik edir. Mənə elə gəlir ki, belə
komandirlərin rəhbərliyi altında siz qələbə qazanacaqsınız.
Ermənilərin dizini yerə qoyacaqsınız, arxasını yerə qoyacaqsınız.
Yadınıza salın bir şeyi! 1941-1945-ci ilin müharibəsini yadınıza
salın və yaxud ondan qabaq 1812-ci ildə Napoleon ki, Fransadan
hücum elədi, gəldi Moskvaya qədər tutdu. Onu yadınıza salın.
Sonrası necə oldu: o müharibənin aqibəti tarixdən hamımıza
yaxşı məlumdur. Biz hazırlaşmamışdıq ki, müharibəyə. Bu
müharibəyə erməni hazırlaşıb. Özü də on illərnən hazırlaşmışdı.
Özü də tək hazırlaşmamışdı.
Xanım Ofeliya Nəzərli (Diviziyona maddi yardıi
göstərdi):
- … Mənim, Elman müəllimin arzusu olub ki, bu bayramı
sizinlə birlikdə keçirək.
Xüsusi müxbirin ifadəsi:
- … Gör neçə ildir. Qarabağ torpağı Qarabağ şikəstəsini
eşitmir. Yəqin ki, Qarabağ şikəstəsi dağların xəyalından qopub,
indi həzin-həzin, layla deyir qayalara. Düşmən tapdağı altında
qalan dərdli, həsrətli torpağa. Vətən torpaqları uğrunda şəhid ol-
muş müqəddəslərin ruhu yurdlarımızın azad olacağı günün
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
109
həsrətindədir və onlar inanırlar ki, onların yarımçıq qalmış arzusu
tezliklə başa çatdırılacaq. Qarabağda yenə Qarabağ şikəstəsi
səslənəcək. Qarabağa yol yaxındır, getmək isə çətindir. Amma bu
yolu gedəcək qüvvələr var. Azərbaycan əsgəri Vətən yürüşünə
başlayan kimi düşmən pərən-pərən olacaq. Çünki ordumuzun
sıralaırnda xidmət edən hər bir gənc Vətən torpaqları uğrunda
canından keçməyə hazır olan döyüşçülərin layiqli davamçılarıdır.
Həm də Qarabağ torpaqları uğrunda gedən savaşların iştirakçıları
da döyüşmək, düşməndən qisas almaq arzusundadırlar. Onlar or-
dumuzun sıralarında xidmət edən əsgər və zabitlərlə görüşlərində
də keçmiş xatirələrini danışırlar. Vətən uğrunda gedəcək
döyüşlərdə canlarından keçməyə hazır olduqlarını söyləyirlər.
Fikrət Nəbiyevin ifadəsi:
- … Erməni lap keçmişdən bizim torpaqları zəbt etməklə
məşğuldur. Vaxtilə İrəvan deyilən xanlıq bizim ərazimiz olub.
Mənim «Siyasi təfəkkür» adlı bir kitabım çıxıb ki, orada bu
proses öz əksini tapır. Bizim əsas məqsədimiz Qarabağın azad
edilməsidir. Bunun üçün bizim vətənpərvər qardaşlarımız,
daxilən döyüş ruhu ilə yaşayan insanlar həmin döyüşdə böyük
fəaliyyət göstəriblər. Yəni bütün Azərbaycan xalqı ayağa dur-
muşdu, amma döyüş ruhlu insanlar səngərdə idi. Yəni döyüş
ruhlu insanların bilavasitə fəaliyyəti uzun müddət erməni
təcavüzkarlarına qarşı bizim mübarizəmizin əsas, həlledici fak-
toru olaraq özünü göstərdi. O cümlədən, orada iştirak edən
döyüşçülər, məsələn İnsan var ki, döyüşdən söhbət gedəndə
deyirlər mən də döyüşərəm. Ancaq onun daxilində elə bir enerji
olmalıdır ki, o enerji o insanı döyüşə aparsın, erməni
təcavüzkarlarının qarşısına aparsın. Yəni söz ilə əməlin vəhdəti
olmalıdır. O dövr üçün, məsələn əyninə döyüş paltarı geyinmiş,
ürəkli, könüllü olaraq bu döyüşə gedən insanlar döyüşün
müqəddəratını demək olar ki, həll etmək səviyyəsində idilər. O
vaxtlar, o cümlədən, məsələn Kamil, İbad, Fəxrəddin, Allahverdi
Bağırov, Yavər kimi döyüçü qardaşlarımız olub. Bunlardan,
Mustafa müəllim bizim komandirimiz olub. Bu torpaqların azad
Dostları ilə paylaş: |