Mehpara Muxtarqızı
ana kimi, oxşadı.
Onların Şəhid adı
Qəlbimizdə yaşadı.
Bu Şəhidliklə onlar
Zirvələrə ucaldı!
Şəhidlərə həsr olunmuş Bayatılar
Şəhidlərə həsr edirəm.
Əzizinəm ağlaram,
Yur-yuvamı ağlaram.
Qərib yerdə can verən,
Mən, balamı ağlaram.
Əzizinəm düşmənə,
Qoy ar olsun düşmənə.
Öldürdüyü balamı
Düşmən, sən tap ver, mənə.
Əzizinəm Vətənə,
Düşmən girmə Vətənə.
Dünya fani dünyadır,
Nə sənə qalar, nə mənə.
Əzizim axtarıram,
Balamı axtarıram.
Namərd düşmən, aman ver
Balamı axtarıram.
Əzizinəm gül bitə,
Bağ-bağçada gül bitə.
Anaya, ağır dərddir.
Bala məzarı itə.
Yerin, göyün, Xocalı, qan ağladı
Əzizinəm məzarı,
Balamın yox məzarı.
Balamı tapmamışam
Tapılaydı məzarı.
Əzizim tapmayıram,
Balamı tapmayıram.
Nə məzarın, nə özün
Heç yerdə tapmayıram.
Əzizim yaram sarı,
Məlhəm qoy yaram sarı.
Yaram məni incidir,
Ay ana, yaram sarı.
Əzizinəm öldürdü,
Düşmən səni öldürdü.
Balam al-qan içində
Vətən deyib, can verdi.
Əzizinəm can verir,
Balan ana can verir.
Dodağıma su vurun,
Balan susuz can verir.
Əzizinəm toy eylə,
Ana mənə toy eylə.
Üstümə xonça bəzə,
Məzarımda toy eylə.
Əzizim toy otağı,
Məzarım toy otağı.
Ana sən elə bəzə,
Qoy olsun "Toy otağı".
31
Mehparə Muxtarqızı
Əzizim böyüdərsən,
Balamı böyüdərsən.
Bir gün məni soruşsa,
"Şəhid" oldu deyərsən.
Əzizim harayladı,
Çağırdı harayladı,
Namərd düşmən balamın
Qollarını bağladı.
Əzizim ayan oldu.
Yuxumda ayan oldu,
Bala sənin ölümün,
Anana ayan oldu.
Əzizinəm üstümə,
Ay ana, gəl üstümə.
Bir gün torpağım alsan
Sən, səpərsən üstümə.
Əzizinəm qonaq gəl,
Məzarıma qonaq gəl,
Bura mənim evimdir.
Ana hər gün, qonaq gəl.
Əzizinəm ağlaram,
Bala deyib ağlaram.
Balam İtkin düşübdür
Hər kəsdən soraqlaram.
Əzizim - öldürdülər.
Balamı öldürdülər.
Nə ölüsün, nə dirisin
Balamı vermədilər.
32
Yerin, göyün, Xocalı, qan ağladı
Gəlin və qaynanalara həsr olunub
Qızlar böyüyüb, quş kimi pərvazlaşıb, bir ocaq
dan başqa ocağa gəlin köçürlər. Onlar getdiyi ocaq
da qaynataya - Ata, qaynanaya - Ana kimi baxma
lıdırlar. ismətlə, ləyaqətlə öz övladlıq borcunu yeri
nə yetirməli, valideynlərinin başını uca tutmalıdılar.
Getdiyi ocaq da onları övladı kimi qəbul etməlidir.
Əzizinəm gəlinəm,
Mən bu evdə gəlinəm.
Bu gündən mən anana,
Həm qızam, həm gəlinəm.
Əzizinəm qarşına
Çıxar bir gün qarşına.
Qayınanana can söylə.
Çıxsın bir gün qarşına.
Əzizinəm ana bil,
Qayınam ana bil,
Axı o da anadır,
Onla danış, onla gül.
Əzizinəm qayınana,
Gəlinə ol sən Ana.
Səni ana tək sevib,
Qoy sənə desin Ana.
Əzizinəm ayırma,
Gəlini qızdan ayırma,
Sən səhvini başa sal,
Hər sözü üzə vurma.
Mehparə Muxtarqızı
Əzizinəm bağça-bağ
Ətirlidir bağça-bağ.
Qızlar xına yaxarlar,
Hər zaman toydan qabaq.
Əziznəm örpəyi,
Başında var örpəyi.
Gəlinin ismətidir,
Başındakı örpəyi.
Yerin, göyiin, Xocalı, qan ağladı
A cılı-şirin li m əhəbbət payım
Bizim də sevginin sonu bu imiş
Bu gün ayrılıram, səninlə gülüm.
Hər zaman çəkəcəm, mən həsrətini.
Heç zaman unuda bilməyəcəyəm,
Sənin, mənə olan məhəbbətini!
Bilirəm, ayrılıq çətindir bizə,
Neyləyək, yolumuz ayrılmalıdır.
Bunu bil sevgilim, sonu həsrətin,
Bir gün şirin bir vüsal olmalıdır!
Yolumuz ayrıldı, nədən bilmirəm?
Bizim də sevginin sonu, bu imiş!
Bilməzdim sevginin, ilk məhəbbətin
Sonu belə həsrət ilə bitrmiş!
Məhəbbəti bölüşək
Düşünməzdim, məhəbbət
Sən, bu qədər sirlisən.
Hicranın-vüsalınla,
Acılı-şirinlisən.
Ürəklərə girirsən
Orda, yuva qurursan.
Cavan olsun, ya qoca,
Qəlbin ovsunlayırsan.
Məhəbbətin oduna.
Hər kəsi yandırırsan.
Bu odun istisiylə,
Qəlbi odlandırırsan.
3 5
Mehparə Muxtarqm
Vüsala çatmaq üçün,
"Sevəni" sınayırsan.
Eşqi, ucuz tutanı,
Yarı yolda qoyursan.
Daş qəlbli insanların,
Qəlbinə yol tapırsan.
Ürəklərdən ürəyə,
Daima yol açırsan.
Hər an düşündürürsən
Sən, bütün sevənləri.
Onlara bəxş edirsən,
Yuxusuz gecələri.
Əgər, sevən yatmırsa,
Gecə narahatdırsa,
Sevgilisin anırsa
Demək budur məhəbbət!
Gəlin, beləcə sevək,
Sevgini uca tutaq.
Yalnız bizi sevənlə,
Məhəbbəti bölüşək!
Dözəcəm ömürlük mən bu hicrana
Sevginlə yaşadım ömrüm uzunu
İsindi ürəyim məhəbbətinlə.
Bilmədim, gün gələr bu eşqin sonu
Dönüb buz bağlayar xəyanətinlə!
İçimdə şaxtalı bir tufan oldu.
Şaxtayla-tufana, dözmədi ürək!
Yaşıl budaq üstə çiçəyim soldu.
Yalançı məhəbbət nəyimə gərək!
Sö-
Yerin, göyün, Xocalı, qan ağladı
Qəlbimdə yarandı sənə nifrətim.
Kaş səni əzəldən heç sevməyəydim.
Saf bir məhəbbətlə döyünən qəlbi,
Sən tək vəfasıza mən veməyəydim!
Get, sən ayrı yaşa, uzaq ol məndən
Ayrıldı yolumuz, bu gündən belə.
Peşiman-peşiman geriyə dönüb.
Göz yaşın axıtma, sən gilə-gilə!
Demə aldanacam, göz yaşlarına.
Mən sənin yalançı ıbaxışlarma
Unut məni, artıq sevmirəm səni
Dözəcəm ömürlük mən bu hicrana!
Tanrıdan hər kəsin sevgi payı var
Tanrıdan, hər kəsin sevgi payı var,
Tanrı bu payı, hər kəsə ayırar!
Birinə çox, birinə az paylar.
Kimi xoşbəxt olar, kimi ayrılar!
Bəzən sənə, sevgi əlçatmaz olar,
Sevən sevgisinə, bir gün qovuşar!
Sevgi var ki, hər an səni yaşadar,
Sevgi var ki, ömrün boyu ağladar!
Sevgi atəşiylə, səni yandırar,
Sevənlər özünü çox xoşbəxt sanar.
"Yalan sevgi" hər an səni aldadar.
Qəlbində sevgiyə nifrət oyadar!
Saf məhəbbət təmiz olar, pak olar,
Sevən sevgisini hər an qoruyar.
Həyatda sevənlər, həm sevilənlər,
Məhəbbətin nə olduğun anlayar!
37