71
hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatları aid
edilir.
Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı
30%-dən az olmayan digər müəssisələr tərəfindən malların
(xidmət və əqli mülkiyyətin) kreditə ixracı, bağlanmış müqa-
vilələrin müvafiq dövlət orqanında qeydiyyatdan keçirilmə-
sindən sonra aparılır. Buraya aid olmayan şəxslər tərəfindən
malların kreditə ixracı gömrük orqanlarında bəyan edilməklə
həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrin-
də istehsal olunan mallar həmin malların dəyəri istehsalçıya
tam ödənildikdən sonra ixrac oluna bilər.
Təkrar ixrac (reeksport)
əməliyyatları ölkənin gömrük
ə
razisinə daxil olan xarici mənşəli malların emal ediləndən
sonra başqa xarici ölkələrə ixracını nəzərdə tutur. Təkrar ixrac
üzrə bağlanılmış müqavilələr Azərbaycan Respublikasının
beynəlxalq öhdəliklərində tələb olunan hallarda müvafiq dövlət
orqanında qeydə alınmaqla, başqa hallarda isə gömrük
orqanlarında bəyan edilməklə icra olunur.
Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
xarici şəxslərlə
bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kə-
narda satışı müəyyən müddət ərzində aparılan malların ixracını
nəzərdə tutur. Konsiqnasiya müddəti üçün ayların müddəti
gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə
qədər müəyyən olunur. Satışdan əldə olunan vəsaitlər, mallar
satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının
Azərbaycan Respublikasındakı bank hesabına daxil olunmalı-
dır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün
ə
rzində Azərbaycan Respublikasına qaytarılmalıdır.
Malların dövlət müəssisələri tərəfindən konsiqnasiya
yolu ilə ixracı bağlanmış müqavilələr müvafiq dövlət orqanın-
da qeydiyyatdan keçirilməklə, dövlət müəssisəsi olmayan digər
rezidentlər tərəfindən ixrac isə gömrük orqanlarında bəyan
edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələ-
72
rində istehsal olunmuş mallar, həmin malların dəyəri istehlak-
çıya tam ödənildikdən sonra ixrac oluna bilər.
Müvəqqəti ixrac əməliyyatları
xarici ölkələrdə xidmət
göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yar-
markalarda iştirakı və s. üçün malların yenidən işlənilmədən
Azərbaycan Respublikasına qaytarılması şərti ilə ixrac əmə-
liyyatlarını nəzərdə tutur.
Müvəqqəti ixrac əməliyyatları dövlət müəssisələri tə-
rəfindən bağlanmış müqavilələr müvafiq dövlət orqanında qey-
diyyatdan keçirilməklə, başqa rezidentlər tərəfindən isə göm-
rük orqanlarında bəyan edilməklə ixrac olunur. Müvəqqəti
ixrac edilən belə əmtəələr bağlanmış müqavilədə nəzərdə tu-
tulan vaxtdan sonra 30 gündən gec olmayaraq Azərbaycan Res-
publikasına qaytarılmalıdır. Bu mallar müvafiq dövlət orqa-
nının icazəsiylə istifadə olunduqları ölkəyə satıla da bilərlər.
Bu satışdan əldə edilən vəsait 10 gündən gec olmayaraq ix-
racatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil
olmalıdır. Dövlət müəssisəsi olmayan başqa rezidentlər tərə-
findən müvəqqəti ixrac olunan mallar da bu qaydalara uyğun
müvafiq gömrük rüsumları ödəməklə tənzimlənir.
Rezidentlər tərəfindən öz vəsaitləri, konsiqnasiya və ya
dövlət zəmanətlərinə əsaslanmayan kreditlər hesabına aparılan
idxal əməliyyatları (xüsusi hallar istisna olmaqla) gömrük or-
qanlarında bəyan edilməklə həyata keçirilir. Rezidentlərin idxal
etdikləri malların gömrük dəyərlərinə nəzarət gömrük orqanları
tərəfindən həyata keçirilir.
Konsiqnasiya yolu ilə mal idxal edən bütün rezidentlər,
bu malların satışından əldə olunmuş vəsaitlə valyuta birjala-
rından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər.
Beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsində
səlahiyyətli dövlət orqanlarının icazəsi və ya təşəbbüsü ilə
həyata keçirilən idxal-ixrac əməliyyatları xüsusi yer tutur. Bura
aşağıdakılar aiddir:
73
1. Nazirlər Kabinetinin icazəsiylə aparılan idxal-ixrac
ə
məliyyatları;
2. müvafiq dövlət orqanlarından rəy və lisenziya almaqla
aparılan idxal-ixrac əməliyyatları;
3. barter əməliyyatları;
4. sərhədyanı ticarət;
5. dövlətlərarası sazişlərə əsasən ticarət əməliyyatları.
Xarici iqtisadi fəaliyyət zamanı aşağıdakı əməliyyatları
fərqləndirirlər:
• əmtəələrin, işlərin və xidmətlərin idxalı;
• əmtəələrin, işlərin və xidmətlərin ixracı;
• əmtəələrin reeksportu (idxal edilən malların ixracı);
• reimport (ixrac edilən malların idxalı);
• Barter, kompensasiyaedici və kombinə edilmiş əmə-
liyyatlar.
Təyinatından asılı olaraq idxal olunan malların aşağıdakı
növlərini fərqləndirirlər:
• ölkə daxilində istehlak edilmək üçün gətirilən əcnəbi
mənşəli əmtəələr;
• ölkə daxilində emal olunmaq və emaldan sonra xaricə
qaytarılmalı olan əcnəbi mənşəli əmtəələr;
• emal olunmaq üçün xaricə göndərilmiş və emaldan
sonra mənşə ölkəsinə qaytarılan əmtəələr;
• emal olunmadan xarici ölkədən mənşə ölkəsinə qay-
tarılan əmtəələr (reimport);
• müvəqqəti olaraq ölkəyə gətirilən (məsələn, sərgiyə)
və müəyyən müddət keçdikdən sonra aparılan xarici mənşəli
ə
mtəələr.
Lisenziyaların, “nou-hau”nun və əmtəə nişanlarından is-
tifadə hüququnun satın alınması, mühəndis-məsləhətçi, nəq-
liyyat xidmətləri və s. idxal edilən xidmətlər hesab olunur.
dxal olunan əmtəənin, xidmətlərin və işlərin ödənilməsi
aşağıdakı kimi həyata keçirilə bilər:
Dostları ilə paylaş: |