MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
 
41
VIII.
  ELEKTRON KOMMERS YANIN                        
ALƏTLƏR BAZASI 
 
1.
  Elektron kommersiyanın alətlər bazası və təsnifatlar 
2.
  Elektron kommersiyada istifadə olunan təsnifatlar  
 
1.
  Elektron  kommersiyanın  alətlər  bazası  elə  alətlərin, 
vasitələrin  məcmusunu  özündə  əks  etdirir  ki,  onların  köməyi 
ilə  nəzərdən  keçirilən  kommersiya  sövdələşməsinin  texnoloji 
ə
məliyyatları  həyata  keçirilir  və  yaxud  keçirilə  bilər.  Bu  cür 
alətlər  bazası  kimi  informasiya  təsnifçiləri,  elektron  bildiriş-
lərin  formalaşdırılması  üçün  istifadə  olunan  məlumatlarla  işi 
nizamlayan müxtəlif standartları,  nternet-mağazanın alətlərini, 
həmçinin konkret texnoloji əməliyyatların reallaşdırılması üçün 
nəzərdə tutulan ixtisaslaşdırılmış, avtomatlaşdırılmış sistemləri 
göstərmək olar. Bu cür sistemlərin misalı kimi, virtual mağaza-
lar  və  ticarət  sistemləri,  ödəniş  sistemləri,  bank  və  mühasibat 
sistemləri, müəssisənin idarəedilmə sistemi, məsələn, ERP-sis-
temlər və s. göstərilə bilər. 
nformasiya təsnifçiləri 
Elektron kommersiya öz təbiətinə  görə sərhədləri keçən, 
millətlərarası  bir  haldır,  ona  görə  bu  texnologiyaları  reallaşdı-
ran sistemlər dünya informasiya məkanında işləməyi bacarma-
lıdır.  Bunun  üçün  vacib  şərtlərdən  biri  beynəlxalq  və  yaxud 
beynəlxalq  bazasında  qurulmuş  yerli  informasiya  təsnifçilə-
rindən tam istifadə etmək lazımdır. 
Təsnifçi - qəbul edilmiş təsnifat əlamətlərinə görə bölüş-
dürülmüş  hər  hansı  bir  predmet  sahəsindən  olan  anlayışların 
tam siyahısından və onlara verilən kodlardan ibarətdir.  
Bu  anlayışda  üç  əsas  məqamı  ayırmaq  olar.  Birincisi 
onunla  bağlıdır  ki,  təsnifçidə  nəzərdən  keçirilən  predmet 
sahəsini təsvir edən anlayışların məhz tam siyahısı verilmişdir. 
kinci  məqam  ondan  ibarətdir  ki,  bu  əlamətlər  siyahısı  üçün 
ümumi olan təsnifat əlaməti ayrılmışdır ki, onlara uyğun olaraq 


 
 
42
bu  anlayışlar  da  müəyyən  bölmələrə,  qruplara,  yarımqruplara 
və  s.  bölüşdürülüb,  qruplaşdırılıb.    Nəhayət,  üçüncü  məqam 
ondan ibarətdir ki, siyahının hər bir anlayışına kod verilmişdir, 
yəni  rəqəmlərin,  hərflərin,  digər  simvolların  hər  hansı  bir 
kombinasiyasına uyğun olaraq qoyulmuşdur. Ayrı-ayrı hallarda 
bu  kod  müxtəlif  simvollardan,  məsələn,  hərfli-rəqəmli  sim-
vollar kombinasiyasından ibarət ola bilər. 
Təsnifçidən  fərqli  olaraq  kodifikator  –  anlayışlar  siya-
hısından və onlara verilən kodlardan ibarətdir. 
 
2.
  Elektron  kommersiya  sistemlərində  aşağıdakı  bey-
nəlxalq təsnifçilərdən istifadə etmək tövsiyə olunur: 
Dünya ölkələri; 
Valyutaların ifadə olunması üçün əlifba kodu; 
«Incoterms» göndəriş şərtləri üçün ixtisarlar; 
«Payterms» ödəniş şərtləri üçün ixtisarlar; 
Yüklərin,  qablamaların  və  qablaşdırma  materiallarının 
növləri; 
Beynəlxalq  ticarətdə  istifadə  olunan  ölçü  vahidləri  üçün 
kodlar; 
Nəqliyyat növləri; 
Azərbaycan  üzrə  təsnifçilər  və  sorğu-məlumat  kitab-
çaları; 
Xarici iqtisadi fəaliyyət üzrə əmtəə (mal) nomenklaturası; 
Sövdələşmənin xarakteri; 
nzibati-ərazi bölgüsü; 
Hesablaşma formaları; 
Gömrük tarifi; 
Gömrük rejimləri və s. 
 
«Dünya ölkələri» təsnifatının xarakteristikası 
«Dünya ölkələri» təsnifatının BMT-nin Standartlaşdırma 
üzrə  Beynəlxalq  Təşkilatı  tərəfindən  1993-cü  ildə  tətbiq  edil-
məyə  başlanılmışdır  (ISO  3166;  1993  tövsiyələri).  Təsnifçidə 


 
 
43
BMT-nin bütün ölkələri göstərilmişdir. Təsnifçi inkişafda olan-
dır:  yeni  dövlətlər  yarananda  və  yaxud  onlar  xəritədən  yox 
olanda  ona  müvafiq  düzəlişlər  edilir.  Məsələn,  SSR   dağılan-
dan  sonra  onun  kodu  Rusiyaya  keçdi,  təsnifçidə  14  yeni 
müstəqil dövlət meydana çıxdı. Oxşar hal Yuqoslaviyanın, Çe-
xoslovakiyanın  dağılması,  Qərbi  və  Şərqi  Almaniyanın  birləş-
məsi və s. zamanı baş vermişdir. 
Təsnifçidə  təsnifat  əlaməti  kimi  dünya  ölkələrinin  əlifba 
qaydasında  yerləşdirilməsi  qəbul  olunmuşdur.  Ölkələrin  adı 
həm  qısa  (qəbul  edilmiş),  həm  də  rəsmi  olaraq  (tam  və  ix-
tisarla) verilmişdir. Ölkələrin adlarını kodlaşdırmaq üçün iki la-
tın hərfindən ibarət olan və yaxud üçrəqəmli kodlar tətbiq olu-
nur.  Kodlar  bərabər  hüquqa  malikdirlər,  adətən  rəqəmli  kod 
informasiyanın müvafiq avtomatlaşdırılmış sistemlərdə işlənil-
məsi prosesində tətbiq olunur, hərfi isə - sənədin çapa verilməsi 
və  yaxud  hər  hansı  bir  vizual  baxış  zamanı  istifadə  olunur. 
Bundan başqa, ölkənin hərfi kodu digər təsnifçilərdə (məsələn, 
valyuta) və yaxud beynəlxalq sənədlərdə və işarələnmələrdə də 
istifadə olunur. Məsələn,  nternetdə domen ünvanının işarələn-
məsi (nöqtə AZ). 
Bu təsnifçidən bir neçə misal. 
 
Qısa (ümumi qəbul edilmiş) adı 
Rəsmi (tam və ixtisarla) adı 
Kod işarəsi 
Azərbaycan dilində 
ingilis dilində 
hərfi 
rəqəmli 
AZƏRBAYCAN  
Azərbaycan Respublikası 
AZERBAIJAN 
Azerbaijan Republic 
AZ 
031 
DOM N KA 
Dominika  ttifaqı 
DOMINICA 
DM 
212 
L V YA 
Liviya Ərəb Sosialist 
Cümhuriyyəti 
LIBYAN ARAB 
JAMAHIRIYA 
Sosialist People´s 
Libyan Arab 
Jamahiriya  
LY 
434 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə