“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
8
Konsolidə etmənin əsasları
Maliyyə Hesabatı “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə
“Azvirt Ogranak Beograd” Nümayəndəliyin
konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatlarından ibarətdir. Digər törəmə müəssisələri və
filialları aktiv fəaliyyətlə məşğul olmamışlar. 31 dekabr 2015-ci il tarixinə Cəmiyyətin iki törəmə
müəssisəsi və dörd nümayəndəliyi olmuşdur.
3.
Əhəmiyyətli uçot siyasətlərinin qəsa məzmunu
Valyutaların yenidən hesanması
Cəmiyyətin konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatları Azərbaycan Respublikası Manatı
(AZN) ilə göstərilmişdir. Bu "Azvirt" MMC-nin fəaliyyət göstərdiyi iqtisadi mühitin əsas valyutası hesab
edilir. Cəmiyyət daxilindəki hər bir müəssisə öz yerli valyutasını müəyyən edir və hər bir müəssisənin
hesabatında olan maddələr həmin valyuta ilə hesabalanır. Xarici valyuta ilə aparılan əməliyyatlar
əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq yerli valyutada əks etdirilir. Xarici
valyutada ifadə edilən monetar aktivlər və öhdəliklər balans tarixində spot məzənnəyə uyğun olaraq yerli
valyutada yenidən hesablanır. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul
vəsaitlərinin və netto – investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin
dəyişməsindən yaranan itkilərdən sığortalamaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid
edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Xarici valyutadakı
məzənnə fərqlərindəki xərclərə aid olan kreditlər və vergi xərcləri ilkin əməliyyat tarixindəki məzənnəyə
əsasən dəyişdirilir. Xarici valyutanın ədalətli dəyəri ilə hesablanan qeyri-monetar maddələr ədalətli
dəyərin qəbul olunduğu günə olan məzənnəyə əsasən dəyişdirilir. Monetar maddələr üzrə mübadilə
fərqləri mənfəət və ya zərərdə tanınır.
Cəmiyyətin maliyyə hesabatlarının hazırlanmasında tətbiq etdiyi valyuta mübadiləsi məzənnələri
aşağıdakı kimi olmuşdur:
2015
2014
1 ABŞ dolları/AZN
1.5594
0.7844
1 Avro/AZN
1.7046
0.9522
1 AZN/RSD
121.6261
126.8028
Gəlirlərin tanınması
Gəlir müəssisəyə gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi
ehtimalı olduqda tanınır. Gəlirin məbləği, alış-satış ilə bağlı hər hansı güzəşt məbləğləri və müəssisə
tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla, alınmış və ya alınacaq vəsaitlərin ədalətli dəyəri ilə ölçülür.
Satışdan gəlir aşağıdakı qaydada tanınır:
(a)
Malların satışı
Malların satışından gələn gəlir, mülkiyyət hüququ ilə bağlı mühüm risklərin və mülkiyyətlə bağlı
mükafatların müəssisə tərəfindən alıcıya ötürülən zaman, adətən mallar alıcıya çatdırılanda tanınır.
(b)
Xidmətlərin göstərilməsi
Hesabat dövründə yükdaşıma xidmətləri ilə bağlı olan gəlirlər xidmət göstərildikdə və konkret
köçürmələrin tələb olunması dayandırıldıqdan sonra tanınır. Xidmətin yerinə yetirilmə dərəcəsi faktiki
olaraq görstərilmiş xidmətlərin məbləğinin müqavilə üzrə göstərilməli olan dəyərin nisbəti kimi
hesablanır. Tələb olunan konkret köçürmələrin bitmə dərəcəsi faktiti xidmətlərin dəyərinin gələcəkdə
realizə ediləcək xidmətlərin dəyərindəki payı kimi qiymətləndirilir.
(c)
Faiz gəlirləri
Faiz gəlirləri effetiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənasüblüyü əsasında tanınır. Faiz
gəlirləri mənfəət və zərərlər hesabatında maliyyə gəlirləri başlığı altında qeyd olunur.
“Azvirt” MMC
31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş)
maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi
9
(d)
İcarə gəlirləri
Lizinq əməliyyatlarından icarə gəlirləri lizinqin müddətinə müvafiq olaraq düz xətli metod tətbiq
edilməklə tanınır
Vergilər
(a)
Cari mənfəət vergisi
Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi
orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergi dərəcəsi
və vergi qanunları, göstərilmiş və ya mühasibat balansı ilə sabit göstərilən məbləğləri hesablamaq üçün
istifadə olunur.
(b)
Təxirə salınmış mənfəət vergisi
Təxirə salınmış mənfəət vergisi öhdəliklər metodu istifadə edilməklə, aktivlərin və öhdəliklərin
vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan
bütün zaman fərqləri üzrə müəyyən edilir.
Təxirə salınmış vergi öhdəlikləri vergiyə cəlbolunan bütün zaman fərqləri əsasında tanınır. Yalnız:
Təxirə salınmış vergi öhdəlikləri qudvilin, aktivin və ya öhdəliyin biznes birləşməsi əməliyyatından
başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə də vergiyə cəlb olunan
mənfəətə heç bir təsir etmir; və
Aşağıdakı hər iki şərtə cavab verən hissəsi istisna olmaqla, müəssisə, törəmə və asılı müəssisələrinə,
filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar ilə əlaqədar bütün vergi tutulan
müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi öhdəliyini tanımalıdır:
1) əsas müəssisə, investor və ya sahibkar müvəqqəti fərqin bərpa olunmasının vaxt üzrə paylanmasını
idarə edə bilər; və
2) müvəqqəti fərqin yaxın gələcəkdə bərpa olunmayacağı ehtimalı var.
Aktivin tanınması müəssisəyə gələcək dövrlərdə daxil olacaq iqtisadi səmərələr şəklində həmin aktivin
balans dəyərinin bərpa olunmasını nəzərdə tutur. Aktivin balans dəyəri onun vergi bazasından artıq
olduğu zaman, vergi tutulan iqtisadi səmərələrin məbləği vergi məqsədləri üçün çıxılmasına yol verilən
məbləğdən artıq olacaq. Bu fərq vergi tutulan müvəqqəti fərqdir, yaranan mənfəət vergisini gələcək
dövrlərdə ödəmək öhdəliyi isə təxirə salınmış vergi öhdəliyidir. Aktivin balans dəyəri bərpa olunduqca,
vergi tutulan müvəqqəti fərq bərpa olunacaq və müəssisə vergi tutulan mənfəət əldə edəcəkdir. Bu,
iqtisadi səmərələrin müəssisədən vergi ödənişləri şəklində xaric olacağı ehtimalını yaradır. Yalnız:
vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivi, aktiv və ya öhdəliyin biznes
birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə
də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və
vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivinin istifadəsi, müəssisə, törəmə və asılı
müəssisələrinə, filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar yatırılan zaman,
mövcud olan vergi tutulan müvəqqəti fərqlərin bərpa olunmasından yaranan mənfəətdən artıq olan
gələcək vergi tutulan mənfəətdən asılı olduqda mümkündür.
Təxirə salınmış vergi aktivinin balans dəyəri hər balans hesabatı tarixində yoxlanılmalıdır. Müəssisə
balans dəyərini, bu təxirə salınmış vergi aktivinin tam məbləği və ya onun bir hissəsindən səmərə əldə
etməyə yol verən kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının artıq olmadığı dərəcədə
azaltmalıdır. Hər hansı belə azalma kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının
yarandığı dərəcədə bərpa olunmalıdır.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, balans hesabatı tarixinə qədər qüvvədə olan və ya mahiyyət
etibarilə qüvvədə olan vergi dərəcələri (və vergi qanunvericiliyi) əsasında aktivin realizasiya olunduğu və
ya öhdəliyin yerinə yetirildiyi dövrə tətbiq ediləcəyi gözlənilən vergi dərəcələri ilə qiymətləndirilməlidir.
(c)
Satış vergisi