102
Maddə 4
3-cü
maddəyə verilən şərhdə qeyd edildiyi kimi, bütün
Avropa üzrə yerli hakimiyyət orqanlarının malik olduğu bütün
hüquq və vəzifələrinin sadalaması mümkün deyildir və buna
hətta cəhd etməyə də ehtiyac duyulmur. Lakin bu maddədə yerli
hakimiyyət orqanlarının vəzifə və səlahiyyətlərinin əsasını təş-
kil edən ümumi prinsiplər müəyyən edilir.
Bənd 1
Yerli
hakimiyyət orqanları vəzifələrinin xarakteri yerli
özünüidarəetmə üçün böyük əhəmiyyət kəsb etdiyi nəzərə alına-
raq, aydınlıq və hüquqi müəyyənlik baxımından onların əsas və-
zifələri hər zaman xüsusi olaraq ötürülməməli, onlar qanunveri-
cilikdə kifayət qədər möhkəm əsasa malik olmalıdırlar. Adətən,
belə vəzifələr onların üzərinə konstitusiya və ya parlamentin ak-
tı ilə həvalə olunur. Lakin, bu bənddə “qanun” termininin istifa-
də edilməsinə baxmayaraq etiraf edilir ki, bəzi dövlətlərdə, xü-
susilə Avropa İttifaqının göstərişləri əsasında həll edilməsi zə-
ruri olan işlərə və ya məsələlər münasibətdə müəyyən vəzifələ-
rin yerinə yetirilməsi üzrə səlahiyyətlər parlament tərəfindən
ötürülməsi o şərtlə məqsədəuyğun ola bilər ki, parlament onun
tərəfindən ötürülmüş səlahiyyətlərin həyata keçirilməsinə nəza-
rət etmək hüququnu özündə saxlasın. Bundan başqa, Avropa
Birliyinin üzvü olan dövlətlərə Birliyin Nizamnaməsinin (Roma
Müqaviləsinin 189-cu maddəsi əsasında birbaşa qüvvədədir)
dövlət idarəçiliyinin hazırkı səviyyəsində xüsusi tədbirlərin
tətbiqini qeyd-şərtsiz edə bildiyi dərəcədə istisnalar şamil
olunur.
103
Bənd 2
Qanunvericiliklə ayrı-ayrı səviyyələrin hakimiyyət or-
qanlarına həvalə edilən vəzifələrdə başqa, dövlət idarəetmə or-
qanlarının digər hərəkətləri də zəruri və ya mümkün ola bilər.
Belə hərəkətlər yerli əhəmiyyətə malik olduqda və onların ümu-
mi səlahiyyətlərində istisna edilmədikdə yerli hakimiyyət or-
qanlarının siyasi vahidlər kimi konsepsiyası onlardan əhalinin
ümumi rifahına yardım göstərən sərbəst hərəkətlərin həyata
keçirilməsini və bu məsələlərin həll edilməsində təşəbbüsü öz
əllərinə götürmək hüququ ilə səlahiyyətləndirilməsini tələb edir.
Lakin, əsasında belə hərəkətləri həyata keçirilə bilən ümumi
normalar qanunvericiliklə müəyyən edilir. Avropa Şurasının üz-
vü olan bəzi dövlətlərdə yerli hakimiyyət orqanları öz hərəkət-
lərini qanunla əsaslandırmaq imkanına malik olmalıdırlar. Belə
sistemdə yerli hakimiyyət orqanlarına, konkret vəzifələrdən
başqa, öz mülahizəsi ilə geniş həcmdə hərəkət etmək hüququ
verilməlidir. Belə sistemin mövcud olması imkanı 4-cü maddə-
nin 2-ci bəndində nəzərdə tutulur.
Bənd 3
Bu
bənddə dövlət idarəçiliyi funksiyalarının əks-mər-
kəzləşdirilməsi haqqında ümumi prinsip ifadə olunur. Bu prin-
sip Avropa Şurası kontekstində bir sıra hallarda, xüsusilə də
1977-ci ildə yerli özünüidarəetməyə məsul olan Avropa nazirlə-
rinin Lissabon konfransının Yekun Qeydlərində səsləndirilmiş-
dir. Bu o deməkdir ki, vəzifənin həcmi və ya xarakteri daha bö-
yük ərazinin miqyasında həyata keçirilməsini tələb etmədikdə
və ya bu səmərəlilik və ya qənaət baxımından tələb edilmədik-
104
də, həmin vəzifə, adətən ən aşağı səviyyədə olan yerli hakimiy-
yət orqanına həvalə edilməlidir.
Lakin bu müddəa funksiyaların müntəzəm əks-mərkəz-
ləşdirilməsi tələbini öz xarakteri və ölçüsünə görə məhdud vəzi-
fələr həyata keçirən yerli hakimiyyət orqanlarına ötürülməsini
ifadə etmir.
Bənd 4
Bu
bənddə söhbət vəzifələrin qismən üst-üstə düşməsin-
dən gedir. Aydınlıq baxımından və vəzifələrin “daşıyıb aparıl-
masına” yol verməmək məqsədilə səlahiyyətlər əhatəli və müs-
təsna olmalıdır. Lakin, müəyyən sahələrdə hakimiyyətlərin bir-
birini tamamlayan hərəkətlər zəruridir və vacibdir ki, belə hal-
larda mərkəzi və regional hakimiyyət orqanlarının müdaxiləsi
qanunun aydın müddəalarına uyğun olaraq baş vermiş olsun.
Bənd 5
Yerli hakimiyyət orqanlarının inzibati strukturları və on-
ların yerli şəraitdən xəbərdar olmaları onlara müəyyən funksi-
yaları həyata keçirmək imkanını verə bilər və onlara görə məsu-
liyyət son nəticədə yerli hakimiyyət orqanlarının üzərinə qoyula
bilər. Lakin zəruridir ki, belə ötürülmə yerli hakimiyyət orqan-
larının sərbəstliyini çox pozmasın ki, bu da onlar tərəfindən hə-
min ötürülmüş səlahiyyətləri, yerli şəraiti nəzərə almaqla, yeri-
nə yetirə bilsin. Buna baxmayaraq etiraf edilir ki, müəyyən
funksiyaların, məsələn, şəxsiyyət vəsiqələri verilməsinin həyata
keçirilməsində bunun üçün vahid qaydalar yerli hakimiyyətlərə
öz mülahizəsi ilə hərəkət etməyə imkan vermir.
105
Bənd 6
1-5-ci
bəndlərdə yerli hakimiyyət orqanlarının səlahiy-
yətlərinə daxil olan məsələlərin həll edildiyi bir zamanda, 6-cı
bənd həm belə hakimiyyətlərin səlahiyyətlərinə daxil olan mə-
sələlərə, həm də onların səlahiyyətlərinə daxil olmayan, lakin
maraqlarına toxunan məsələlərə aiddir. Xartiyada nəzərdə tutu-
lur ki, məsləhətləşmə qaydaları və müddətləri yerli hakimiyyət
orqanlarına öz nüfuzunu nümayiş etdirmək imkanını verir, hal-
buki xüsusi hallar məsləhətləşmə zərurətini ləğv edə bilər. Belə
məsləhətləşmələr birbaşa maraqlı hakimiyyət orqanı və ya or-
qanları ilə və ya birbaşa deyil, bir neçə hakimiyyət orqanı
məsləhətləşmədə maraqlı olduqda, öz assosiasiyaları vasitəsilə
keçirilməlidir.
Maddə 5
Aydındır ki, rayon sərhədlərinin dəyişdirilməsi haqqında
təkliflər yerli hakimiyyət orqanı və xidmət göstərdiyi əhali üçün
mühüm əhəmiyyət kəsb edir. Əksər dövlətlərdə yerli icmalar
belə təkliflərə veto qoymaq hüququna malik olduğunu güman
etməyin reallıqdan kənar olduğuna baxmayaraq, həm birbaşa ,
həm də dolayı ilkin məsləhətləşmələrin keçirilməsi olduqca va-
cibdir. Ola bilsin ki, referendumlar belə məsləhətləşmələrin ke-
çirilməsinin müvafiq vasitəsidir, lakin bir sıra dövlətlərdə onlar
qanunvericiliklə nəzərdə tutulmamışdır. Referendumun keçiril-
məsi qanunla məcburi olmadıqda, məsləhətləşmələr digər for-
mada keçirilə bilər.
Dostları ilə paylaş: |