I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Baku Engineering University
1155
05-06 May 2017, Baku, Azerbaijan
perceived both as a buffer for the impact of society’s problems on individuals and as a resource
provider (Mihaela, 2004, p. 10, 13) . Czech sociologist Ph Dr. Maříková argues that the family
provided the individual with economic support as well as the possibility of self – realization (Mihaela,
2004, p. 31). Moreover, Lithuanian sociologist Prof. Dr. Juozeliūnienė comes to the result that the
structural and economic changes, the liberalization of society determined changes in values such as
increased individualization, freedom and independence, reduced acceptance of normative constraints
and institutional regulations of the state and the church which was accepted the family formation
through marriage remained universal during soviet period, therefore, cohabitation and births outside
marriage were stigmatized. New demands such as faithfulness, mutual understanding, and respect
regulated the quality of interpersonal relations is a new and accepted definition of family (Mihaela,
2004, p. 214). The family seems to individualize and socialize its children, to make feel at the same
time unique and yet joined to all humanity, accepted is and yet challenged to grow, loved
unconditionally and yet propelled by greater expectations (Stephens, 2012, p. 1).
Functionalists come to define the family on the basis of the functions that the family
performs. An American anthropologist G.P. Murdock argued that “the nuclear family which exists as a
unique and strongly functional group in every known society is a universal social grouping.
According to G. P. Murdock the family in general and the nuclear family are also functional
for society in that they fulfil the following essential functions:
The Sexual Function
The regulation of sexual activity. Husbands and wives have sexual
access to each other and in all societies, there are norms concerning
sexual activity outside marriage. Therefore, Murdock has argued that
the family caters to the sexual needs of its adult members and also limits
sexual access of other members of the society thereby maintaining stability.
The Reproductive
Function
Bearing and raising children. The family provides the society with
new members and assumes responsibility for raising them.
The Educational /
Socialization function
Transmitting a society's way of life, norms, and values to the younger members.
This function is an important one as, without culture, the society could not
survive, and too much deviation from the norm would disrupt the stability of the society.
The Economic
Function
It deals with a division of labor along gender lines. He considers this division of
labor as rewarding for the spouses and as strengthening the bond between them,
as they are perceived as doing distinct but complementary work (Davis, 2013).
B. Malinowski, Polish anthropologist, declared family universal and his definition
(Sarkisian, 2009, p. 4) was (1) a bounded set of people (a mother, a father and
children) who recognize each other and are distinguishable from other groups; (2) a
definite physical space, a hearth and home; (3) a particular set of emotions, family love.
Drawing attention to the psychological approach, it is obviously visible that even within
psychology, there are various branches, and all of them have multiple approach to define the notion of
family. Great attention is payed to an American humanistic psychologist A. H. Maslow‘s the five stage
model of hierarchy of needs that include safety needs within Social Needs - love and belonging –
family, friendship, sexual intimacy. He formulated a more positive account of human motivation is
based on people seeking fulfillment. The growth of self-actualization refers to the need for personal
growth and discovery that is present throughout a person’s life (Maslow, 1943). Due to Professor D.
Kenrick who focuses on the evolutionary psychology and dynamical systems perspectives, each
person is unique the motivation for self-actualization leads people in different directions. For some
people self-actualization can be achieved through creating works of art or literature, for others through
sport, and for most creating good family model (Kenrick, D. T., Neuberg, S. L., Griskevicius, V.,
Becker, D. V., & Schaller, M., 2010, p. 2).
In the conclusion, Family connotes various things according to the time and place of the
culture and people involved wherefore some people are explicit suppositions are for others
impossible. There are simply multiple scientific approach to family by various field of science
due to their investigation data and for this point of view, it is unthinkable to express that nobody is
correct. The most close approach to Azerbaijani family concept is the Turkish sosiolog M. E.
I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Baku Engineering University
1156
05-06 May 2017, Baku, Azerbaijan
Erkal‘s, which is emphasised that the most conceded conformation is ’‘the family is the insti
tuation that fulfilled the following functions, such as producing new individuals in order to in-
crease the rate of nation, keeping national culture and national " I ", socializing children and
satisfying spouses economically, biologically and psychologically (Unal, 2013, p. 2).
The fate
of nation is up to the greatest institution known to man-family, concentrating on the fundamen
tals of basic social unit, the foundation of culture, state is unthinkable without family
AİLƏ ŞƏXSİYYƏTİN SOSİALLAŞMASININ İLK ÖZƏYİ KİMİ
Səlimova Ülviyyə Tacir qızı,
Bakı Dövlət Universitetinin doktorantı
salimova.ulviyye@mail.ru
Sosiallaşma fərdin xarici mühitə uyğunlaşması kimi başa düşülür. Sosiallaşma tarixi təcrübənin
mənimsənilməsi və hakim sosial mühitə uyğunlaşmanı ifadə edir. Şəxsiyyətin sosiallaşmasında sosial
mühitin həlledici rolu əsasdır. Şəxsiyyətin formalaşdığı mühit mövcud dəyərlər sistemi - sosial və
hüquqi normalar, ailə münasibətləri, təhsil sistemi, informasiya-kommunikasiya məkanı, mövcud
dövlət quruluşu, iqtisadi münasibətlər kimi elementlərin sintezindən ibarətdir.
Sosiallaşma prosesində əsas və təsirli amil ailədir. Sosioloji lüğətdə ailə altında birlikdə yaşayan,
ümumi təsərrüfatı olan insanların birliyi başa düşülür. Ailə şəxsiyyətin inkişaf prosesini istiqamətlən-
dirən ilk sosial qrupdur. Məhz ailə uşağa yaşamağa “dünyanın obrazı”nı verir. Bir çox hallarda insanın
gələcəyi ailədə müəyyən edilir, çünki valideynlərin şəxsi xüsusiyyətləri, davranışı, ailə tərkibi, bacarıq
və qabiliyyətləri uşağa birbaşa təsir göstərir. Uşaq artıq formalaşmış dəyərlərə, davranış nümunələrinə
qarşı çıxır. Ailə şəraiti, valideynlərin təhsil səviyyəsi, məşğuliyyət növü, sosial vəziyyəti və maddi
səviyyəsi də daxil olmaqla, xeyli dərəcədə uşağın həyat yolunu müəyyənləşdirir. Valideynlər tərəfin-
dən verilən tərbiyədən başqa, şüurlu, məqsədyönlü tərbiyə üçün uşağa ailədaxili ab-hava təsir edir. Buna
görə çox vacibdir ki, uşaq özünü gərəkli və xoşbəxt hiss etmək üçün gözəl, mehriban ailədə böyüsün.
Yeniyetməlik dövründə uşaqlar və valideynlər arasında münaqişə yaş məsafəsi ilə bağlı yarana bilər.
Fərdin ailəni seçmə şansı yoxdur və ailədəki davranışlar, valideynlərin münasibətləri uşağın cəmiyyətə
olan inteqrasiyasına kömək edir. Bir çox hallarda gənclər müxtəlif sosial institutların təsirinə düşərək
böyüdükləri ailə ilə quracaqları ailənin eyni davranış modelinə malik olmağını istəmirlər. Sosiallaşma
prosesi ailədən ailəyə də fərqli olur. Bu fərq ailənin irqi, etnik, dini, coğrafi məkan və s. göstəricilərin-
dən asılı olaraq dəyişir. Məhz bunlar ailədə uşaqların sosiallaşmasına təsir edir.
Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhə-
ləsində ailə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Bütün xalqlar ailəyə həmişə müqəddəs
münasibət bəsləmiş, Azərbaycan xalqı isə xüsusilə, onun ləyaqətini hər zaman qoruyub saxlamışdır.
Ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların
tərbiyəsinə müsbət təsir göstərir. Milli adət-ənənələrimizi özündə yaşadan ailələrimizdə valideyn-
övlad, böyük-kiçik, qayınana-gəlin münasibətlərinin düzgün qurulmasına, uşaqların milli dəyərlərə
bağlılıq ruhunda tərbiyə olunmalarına xüsusi diqqət verilir. Ailə insanın sosiallaşmaya təsir qaldığı ilk
mühitdir. Ölkəmiz inkişaf etdikcə, cəmiyyətimiz Qərbə meyl etdikcə bir sıra sahələrdə müəyyən dəyi-
şikliklər baş verir. Belə ki , baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə digər sahələrə olduğu kimi
ailə münasibətlərinə də təsirini
göstərir. Qloballaşma prosesi bir sıra mənəvi-əxlaqi dəyərlərin sıradan
çıxmasına səbəb ola bilər . Gənclərin karyera qurmaq istəyi ailənin gec qurulmasına səbəb olur. Şərq
ölkələri Avropadan bir sıra dəyərləri mənimsədikləri kimi, Qərb də hər zaman müsəlman-Şərq
aləminin ailə dəyərlərinə həsədlə yanaşmışdır və öz ailə modelini yaradarkən onların milli-mənəvi,
əxlaqi dəyərlərinə müraciət etmişdir. Düzdür, son zamanlar boşanmaların sayı xeyli artıb. Buna əsas
maddi çətinlik, işsizlik, gənclərin dünyagörüşündə, həyata baxışlarında, sosial mühitində, təhsil
səviyyəsindəki fərqlilik səbəb ola bilir. Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə
bağlıdır. Ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür.
I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Baku Engineering University
1157
05-06 May 2017, Baku, Azerbaijan
Təbii ki, tək ölkəmizdə deyil, dünyanın əksər cəmiyyətlərində qəbul olunan - ailə şəxsiyyəti və
eləcə də, cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan cəmiyyəti üçün də ailə
başlıca və hamı tərəfindən qəbul olunan anlamdır , belə ki ailəyə münasibət şəxsiyyətin sosial
əhəmiyyətinin özünəməxsus qiymətləndirməsinin və özünətəsdiqin vacib amilidir. Müasir dövrdə ailə
istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan
ümumbəşəri dəyər mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Eləcə də,
qədim adət və ənənələrə sahib olan, müasir ölkəmizdə xalqımızın ailə ənənələrinin inkişaf etdirilməsi
və qorunub saxlanılmasında ailədaxili münasibətlər, böyüklərə olan hörmət və ehtiram, valideyn-övlad
münasibətləri aparıcı rol oynayır. Bu milli-mənəvi dəyərlər uzaq keçmişdən indiki müasir həyat
tərzimizədək qorunub saxlanılmaqdadır. Böyük şəxsiyyətlər cəmiyyətdə fərdi xüsusiyyətləri ilə
tanınsalar da məhz uşaq vaxtı aldıqları ailə tərbiyəsi əsasında formalaşaraq cəmiyyətə adaptasiya
olublar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, ölkəsinə, ailəsinə, torpağına, el-
obasına və xalqının milli mentalitetinə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların
gözlənilməsi məhz ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Xüsusilə maddi
baxımdan zəngin bir ailə ilə yalnız gündəlik ehtiyaclarını ödəyə biləcək ailədə yaşayan uşaqların
cəmiyyətə adaptasiyası və sosiallaşma prosesi eyni şəkildə baş vermir. Fərqli ictimai sinif və təhsil
səviyyəsindəki ailələrdə dünyaya gələn uşaqların zehni inkişaf səviyyələri də bir-birindən fərqli olur.
Aşağı təbəqəyə mənsub olan ailədə çox zaman uşaqların sualları cavabsız qalır, lakin orta təbəqəyə
mənsub olan ailədə uşağın istəkləri, arzuları və maraqları nəzərə alınır və uşağa hər mövzuda lazım
olan izah edilir.
Amerikalı antropoloq Marqaret Mid insan tarixində nəsillərarası əlaqələri cəmiyyətin inkişafı və
ailə təşkilatı növünə görə üç növ mədəniyyət ayırır: postfiqurativ- bu tipdə uşaqlar əsas olaraq
valideynlərdən öyrənirlər, ikincisi, konfiqurativ-bu tipdə həm uşaqlar, həm də böyüklər hər şeydən
əvvəl, öz həmyaşıdlarından öyrənirlər. Üçüncüsü, prefiqurativ- bu tipdə böyüklər həmçinin öz
uşaqlarından öyrənirlər. Digər Amerikalı sosioloq Parsonsun fikrincə, ailə cəmiyyətə qarşı durmur,
əksinə, sosiumun stabilliyini təmin edən altsistemdir: “Ailə digər sosial altsistemlər və strukturlarla
münasibətlər qurmaq üçün dəqiq, eyni zamanda, şəxslərarası sabitliyin dinamikasının və inteqrativ
tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır”.
F. Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində Morqandan belə bir sitat
gətirir: “Ailə - aktiv başlanğıcdır, o heç vaxt bir yerdə dayanmır, cəmiyyət aşağı pillədən yüksək
pilləyə adladıqca, ailə də aşağı formadan yüksək formaya keçir...”görəsən, gələcəkdə bu forma çoxmu
ömür sürəcək? Buna yalnız bir cavab ola bilər; əvvəllər olduğu kimi, cəmiyyət öz formalarını yenə də
dəyişəcək, buna uyğun olaraq ailə də dəyişəcəkdir. İctimai quruluşun məhsulu olaraq, ailə bu
quruluşun mədəni inkişaf səviyyəsini əks etdirməlidir ”.
Belə ki, cəmiyyətdə baş verən tarixi, iqtisadi, siyasi, hüquqi proseslər bilavasitə ailədə baş verən
proseslərə təsir göstərir. Ailə sosiallaşma institutu kimi şəxsiyyətin formalaşması və inkişafına
konstruktiv müsbət axardır.
İŞ KEYFİYYƏTİNİN ARTIRILMASINDA İŞÇİ VƏ MÜƏSSİSƏ
ARASINDA OLAN BAĞLILIĞIN ROLU
Yaqut
HƏSƏNOVA
Bakı Mühəndislik Universiteti
Yagut.hasanova@gmail.com
Cəmiyyətimizdə gündən günə artan rəqabət şəraitində, bilikli və savadlı şəxsləri təşkilatda
saxlamağın tək yolu heç şübhəsiz ki, maddi maraqlarla çərçivəli deyil. Bəzi hallarda savadlı kadrların
yüksək maaşlı işindən ayrılaraq başqa bir şirkətdə daha az gəlirli bir işi qəbul etdiyi müşahidə olunur.
Bunun ən mühüm səbəblərindən biri, təşkilatın və onun idarə heyətinin işçiləri təşkilata bağlaya bilmə
qabiliyyət və bacarıqların yetəri qədər olmamasından qaynaqlanır. Təşkilata bağlılıq mövzusu
dəfələrlə araşdırma mövzusu olmuş, işçilərin təşkilata bağlılığı daha yüksək olan müəssisələrdə həmin
işçilərin müəssisəyə daha çox fayda verəcəyi qənaətinə gəlinmişdir. Mathieu və Zajac (1990)
I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
Baku Engineering University
1158
05-06 May 2017, Baku, Azerbaijan
apardıqları araştırmada təşkilata bağlı olan şəxslərdə işə davamsızlıq, gecikmə və işdən çıxma
hallarının az olduğunu müşahidə etmişlər. Qeyd olunan faktorların kəmiyyət baxımından azalması
müəssisənin gördüyü işin keyfiyyətinin artmasına ciddi şəkildə təsir göstərir.
Təkilata bağlılıq anlayışı – İşgörənlərin işlə bağlı mövqelərindən biri olan təşkilata bağlılıq,
Mowday və yoldaşları tərəfindən "İşçilərin təşkilatın məqsəd və dəyərlərinə yüksək səviyyədə
inanması və qəbul etməsi, təşkilat məqsədləri üçün səy və əmək sərf etmək istəyi, təşkilatda qalmaq,
təşkilat üzvlüyünü davam etdirmək üçün duyduqları güclü bir arzu" şəklində xarakterizə olunur
(Mowday Və b, 1979, 311). Grusky (1966) təşkilata bağlılığı, "Fərd və təşkilat arasında olan əlaqənin
gücü" olaraq xarakterizə etmişdir (Wahn, 1998:256). Başqa bir tərifdə isə, təşkilata bağlılıq, "fərd və
təşkilat arasında olan harmoniyanın bir funksiyası" şəklində ifadə edilir (Bateman and
Strasser,1984:95).
Təşkilata bağlılığa təsir edən amillər.
Məsələ ilə bağlı aparılan ilk tədqiqatlarda bağlılıq anlayışı, təşkilatın məqsəd və dəyərlərini
mənimsəmək, təşkilatın bir hissəsi olmaq üçün səy göstərmək və insanın özünü ailənin güclü bir üzvü
kimi hiss etməsi şəklində xarakterizə olunmuşdur (Steers, 1977:46). Təşkilata bağlılığı, psixoloji bağlılıq
olaraq açıqlayan ORELLY III və Chatman (1986:493) bağlılığın bir mükafat almaq istəyinə əsaslanan
ahəng, digər işgörənlərlə yaxın münasibətlər qurmaq istəyinə əsaslanan eyniləşmə, fərd və təşkilat
dəyərlərinin uyğunluğu üzərində qurulmuş mənimsənmə şəklində üç fərqli ölçüsü olduğu bildirir.
Elmi ədəbiyyatda təşkilata bağlılığın üç elementinin olduğu vurğulanır:
1- İşləyənin müəssisənin bir üzvü olmaq üçün güclü istək duyması,
2- İşləyənin müəssisənin xeyri üçün yüksək səviyyədə səy, əmək sərf etmək istəməsi,
3- İşləyənin müəssisənin dəyərlərini və hədəflərini mənimsəyib qəbul etməsi.
Araşdırmalar zamanı təşkilata bağlılığın 3 növü müəyyən olunmuşdur- Hissi bağlılıq, məcburi
bağlılıq, minnət bağlılığı. Bu üçlü münasibətdə, fərdlərin təşkilatda işləməyə davam etmək
istəklərinin, əsas faktor olduğu görülür. Fərdləri təşkilata bağlayacaq faktorlarda əlbəttə, fərdlərin
şəxsi xüsusiyyətləri və içində olduqları vəziyyət də təsirli olmaqdadır.
Hissi bağlılıq- müəssisədə işləyən fərdlərin emosional olaraq öz istəkləri ilə müəssisədə
qalmaq arzusu kimi xarakterizə olunur (Meyer və Allen, 1997:11). İşçilərin təşkilata hissi bağlılığını
və onunla inteqrasiyasını ifadə edən bu cür sədaqətdə, təşkilatda qalma səbəbi, təşkilatın məqsədləri
ilə birlikdə olmasıdır. Təşkilata bağlılığa dair bu ölçü, işçilərin təşkilatda qalmaq istəyi və duyğusal
olaraq təşkilata bağlı olmalarını ifadə edir. Bu bağlılıqda işləyənlər, özlərini təşkilatın bir hissəsi kimi
görür, təşkilat onlar üçün böyük bir məna və əhəmiyyətə malik olur. Yəni işçilərin təşkilata qarşı güclü
emosional bağlılıq hiss etmələri, təşkilatla bağlı bütün münasibətlərində, ehtiyac duyduqlarından deyil,
istədikləri üçün təşkilatda qalmağa davam etmələrindən irəli gəlir (Balay, 2000:21).
Məcburi bağlılıq- işçilərin təşkilatdan ayrılmanın gətirəcəyi mənfi cəhətləri nəzərə alması və
bir zərurət olaraq işlənməyə davam etməsi şəklində xarakterizə olunur. Təşkilata bağlılığın bu ölçüsü,
işçilərin təşkilatlarına çəkdikləri zəhmət nəticəsində inkişaf edən bir bağlılıq kimi qiymətləndirilir.
Buna görə bağlılıq, işçilərin təşkilatda çalışdığı müddət ərzində sərf etdiyi əmək, vaxt və səy ilə
tutduğu status, pul kimi nailiyyətlərini təşkilatdan ayrılması ilə birlikdə, itirəcəyindən qaynaqlanan
bağlılıqdır. (Obeng və Ugboro, 2003.84). Məcburi bağlılıqda əsas olan təşkilatda qalma ehtiyacıdır.
Rasional bağlılıq olaraq da adlandırılan bu cür sədaqətdə söhbət təşkilatdan ayrılmağın ciddi maddi
problemlərə gətirəcəyi düşüncəsiylə, təşkilat üzvlüyünün davam etdirilməsindən gedir. (Balay,
2000:21).
Minnət bağlılığı - İşçilərin əxlaqdan qaynaqlanaraq bir vəzifə borcu olduğuna inandıqları
üçün özlərini təşkilata bağlı hiss etmələri şəklində ifadə olunan bu bağlılıqda doğruluq və əxlaq kimi
inanmalar təsirli olur. Təşkilata bağlılığın bu növü, işçilərin çalışdığı təşkilata qarşı məsuliyyəti və
öhdəliyi olduğuna inanması və buna görə özlərini təşkilatda qalmağa məcbur hiss etmələrinə
əsaslanan çərçivə üzərində inşa edilmişdir. Bu bağlılıqda işləyənlər sədaqətin vacib olduğuna inanır
və bu məsələdə əxlaqi bir zərurət hiss edir.
Yuxarıda təşkilati bağlılığa dair açıqlanan üç yanaşmada da fərdlərin təşkilat içində davam
etmə istəklərinin əsas faktor olduğu gözə çarpır. Lakin, birincisində təşkilatda qalma tələbatı istəyə,
ikincisində tələbə, üçüncüsündə isə öhdəliyə əsaslanır.
Document Outline - A4_Sozler_Curve.pdf
- Приветственное
- Untitled-1.pdf
- Untitled-1.pdf
- Untitled-1.pdf
- Untitled-2.pdf
Dostları ilə paylaş: |