Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
67 
Burada  diqqəti  cəlb  edən  məsələlərdən  birisi  də  “axund  deyə 
canın  qatsın  canına”  məsələsinin  verdiyi  bilgidir.  Ayrı-ayrı 
nümunələrdə,  eləcə  də  mənbələrdə  axund  deyə  xatırlanması 
onun  dinə,  dini  elmlərə  dərindən  bələdliyindən,  xalq  arasında 
bu  gün  də  məşhur  olan  “hər  oxuyam  Molla  Pənah  olmaz” 
qənaətindəki düşüncədən qaynaqlanır. M.P.Vaqifin istedadının, 
şəxsiyyətinin,  düşüncəsinin,  xanlıqda,  elatda  nüfuzunun 
nəticəsi idi ki, bu kəlam geniş ictimaiyyət arasında yayılmışdı. 
Bədii mətnin verdiyi informasiya bütün parametrlərdə Vaqifin 
böyüklüyünə  yönəlmişdi.  Məhz  Kərbalayi  Səfi  Valeh  təxəllüs 
Vaqifin haqqında “tapmaq olmaz o kamalda can hanı” misrası 
ilə  şairin  ağıl,  düşüncə,  sənət  qüdrətini  ifadə  etmişdir. 
S.Vurğunun  “Vaqif”  dramında  “mən  orda  olmasam  qan  çıxar 
dizə”  ifadəsi  də  bu  böyüklüyün  təqdiminə  hesablanmışdır.  
Burada  məsələnin  xalq  və  hökmdar  müstəvisində  maraq 
doğuracaq  reallığa  hesablanan  tərəfləri  də  vardır  ki,  buna  biz 
hələlik  elə  də  diqqət  yetirmirik.  S.Vurğun  “Vaqif”  dramı  ilə 
Vaqifin əbədiyaşar obrazını  yaratmış  və özü də  bu dramla bir 
ölməzlik  qazanmışdır.  Məsələnin  mahiyyətində  olan  digər 
istiqamət  Nizamidən,  Füzulidən  sonra  məktəb  yaratma  prob-
lemidir  ki,  bu  məktəb  bütün  parlaqlığı  ilə  XVIII  əsr  Qarabağ 
xanlığında,  Qarabağ  ədəbi  mühitində  özünü  göstərmişdir. 
Təkrar  edirik,  təəssüfləndirici  hal  odur  ki,  şairin  Qarabağ 
mühitinə  qədərki  yaradıcılığı  haqqında  elə  də  dərin  bilgi  əldə 
edə bilmirik. Bu olsaydı daha təfərrüatlı və ədəbiyyat tariximiz 
üçün  daha  ciddi  faktura  ilə  çıxış  etmək,  ciddi  mülahizələr 
yürütmək imkanı olardı. Qarabağ xanlığındakı siyasi gərginlik, 
Ağa  Məhəmməd  şah  Qacarın  hücumu,  yaşanan  xof  və  qorxu 
son  olaraq  ağırlıq  mərkəzi  olaraq  Vaqifin  üzərində 
cəmlənmişdi  və  ona  görə  də  Vaqif  məsələsi  opponentlərin 


 
68 
düşüncəsində  həll  olunmalı  əsas  məsələ  idi.  Bunun  nəticəsi 
olaraq  Ağa  Məhəmməd  şah  Qacardan  canını  qurtaran  şair 
Məhəmməd  bəyin  əlində  F.Köçərlinin  təbirincə  desək  giriftar 
və  məqtul  oldu”.  Ədəbiyyatşünas  alimimiz  F.Köçərli  yazır: 
“Hərçənd  Molla  Pənah  Ağa  Məhəmməd  şahın  əlindən  xilas 
oldu,  amma  Məhəmməd  bəyin  əlində  giriftar  və  məqtul  oldu. 
Məhəmməd bəy dəxi İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu 
idi ki, rəşadət və sücaətdə  məşhur bir xoşsurət  və hünərmənd  
cavan  idi  ki,  hamı  xəlayiq  onu  sayıb  hörmət  edərdilər.  Ağa 
Məhəmməd  şah  məqtul    olandan  sonra  Məhəmməd  bəy  onun 
tamami  nəqdi-cinsinə  sahib  və  mütəsərrif  olub  və  Qarabağ 
əhlini  başına  cəm  edib  bir  neçə  müddət,  İbrahim  xan 
Bələkandən müraciət edənə kimi, hökmranlıq elədi” (60, 169). 
F.Köçərli  digər  bir  məqama  da  diqqət  yetirir  ki,  bu  da  onun 
öldürükməsi  ilə  bağlıdır:  “Belə  rəvayət  olunur  ki,  çün  Molla 
Pənahı  oğlu  Əli  ağa  ilə  qətlgaha  gözübağlı  aparırdılar  və 
qətlgah Xəzinə qalası gesab olunurdu – ki, ziyadə dəhşətli, uca 
və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə 
atarlarmış,  -  əsnayi-rahda  Molla  Pənah  onu  qətlgaha 
apardıqlarını  anlayıb,  getməyə  taqəti  olmayır  və  bilaixtiyar 
yerə  yıxılıb  təvəqqe  edir  ki,  əvvəlcə  onu  qətlə  yetirsinlər  ki, 
oğlunun  ölməyini  görməsin.  Burada  onların  hər  ikisini  qətlə 
yetirirlər.  Haman  yerdə  Mollanı  dəfn  edib,  qəbrinin  üstə 
künbəz  tikdiriblər  ki,  “Molla  Pənah  künbəzi”  adı  ilə 
məşhurdur” (60, 169).   Əlbəttə siyasi hadisələrin gərginliyində 
ən  ağrılısı  milli  maraqlardan  çox  şəxsi  münasibətlərin  aparıcı 
xəttə  dayanması,  hakimiyyət  və  nüfuz  üzərində  olanlar  idi  ki, 
bu  da  xalqın,  bütünlükdə  məmləkətin  tale  məsələsinə  gəlib 
çıxırdı.  Burada  M.P.Vaqifin  cəzalandırılması  (həm  Ağa 
Məhəmməd şah Qacar, həm də Məhəmməd bəy tərəfindən) sırf 


 
69 
siyasi  müstəvidə  dayanır  və  idarəçilikdə  maneələrin  aradan 
qaldırılmasına  xidmət  edirdi.  “Ol  vaxt    Məhəmməd  bəy  ona 
çox  hörmət  edərdi  ki,  onun  vəsatəti  və  tədbiatı  səbəbinə 
İbrahim  xana  yaxın  ola  və  bir  para  mətləbləri    və  muradı  var 
idi,  xahiş  edirdi  ki,  Mollanın  tədbiri  ilə  xandan  o  mətləbləri 
hasil ola. Amma Məhəmməd bəyin düşmənləri çox idi. Tamam 
əmizadələri  və  İbrahim  xanın  əqrəbaları  və  müqərrəbləri  ona 
hasid  və    müanid  idilər  və  mane  olardılar  ki,  məbadə  xan 
Məhəmməd  bəyi  özünə  müqərrəb  edə  və  həmə  vəqt  onun 
pisliyini  xana  söylərdilər  və  Məhəmməd  bəy  bu  barədə  Molla 
Pənahdan  bədgüman  olmuşdu”  (60,  169-170).  M.P.Vaqifin 
həyatı,  şəxsiyyəti  elə  də  uzaq  zaman  keçməsinə  baxmayaraq 
əfsanələşməyə,  rəvayətlərin  içərisində  müxtəlif  çaşqınlıqların 
ortaya  çıxmasına  səbəb  olmuşdur.  Ancaq  yaxın  tarixi 
mənbələr,  haqqında  yazılanlar  və  nümunə  verdiklərimiz 
məsələyə  soyuq  münasibətin,  reallığa  istinadın  nəticəsidir. 
Burada  vurğulanmalı  və  diqqəti  cəlb  edən  məsələ  “qətlgahın 
Xəzinə  qalası  olması”  faktıdır.  Vaqifin  böyük  şair,  siyasi 
xadim,  nüfuz  sahibi  olması  onun  qətlinin  də  böyüklüyünü, 
ciddiliyini  zəruri  edirdi.  Hakimiyyətlərin  belə  mürəkkəb,  son 
dərəcədə amansızlaqlara hesablanmış işləri kifayət qədərdir və 
bütün  zamanlarda,  dünən  də,  bu  gün  də  olmuş  və  sabah  da 
olacaqdır. Mənəmmənəmlik, təkəbbürlük, hərislik məhz bütün 
xanlıqlarda  olduğu  kimi,  Qarabağ  xanlığının  siyasi  hakimiy-
yətində də yaşanırdı. Gizli iddialar, hakimiyyət savaşları, nəsil 
daxilində  mövqe  mübarizəsi  Məhəmməd  bəyin,  eləcə  də 
Cəfərqulu  xanın  şəxsində  bütün  təfərrüatları  ilə  yaşanırdı. 
F.Köçərli  də  məhz  bunları  M.P.Vaqifin  şəxsi  faciələri,  taleyi 
timsalında  şərh  edir  və  Ağa  Məhəmməd  şahdan  qurtulan 
Vaqifin  Məhəmməd  bəydən  qurtula  bilmədiyini  göstərir. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə