MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

60

mərhələsindən sonra TuranBankın ICD ilə digər mənfəətli iri layihələrə qoşulmağa 



zəmin  yaradacaq.  Ümumiyyətlə,  TuranBank  gələcək  illərdə  islam  bankçılığı 

sahəsində  ICD  ilə  məhsuldar  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsini 

planlaşdırır. 

TuranBank  beynəlxalq  əməkdaşlıq  əlaqələrinin  inkişafında  biznesin 

kreditləməsi  ilə  yanaşı,  ticarətin  maliyyələşdirilməsi  üzrə  proqramlara  da  önəm 

verməkdədir.  Bu  istiqamətdə  TuranBankın  İsverçrənin  BCP  və  Türkiyənin  Ziraat 

Bankları ilə mövcud əməkdaşlıqları Azərbaycan iqtisadiyyatı üçün çox faydalıdır. 

Bildirmək lazımdır ki, TuranBank  alternativ satış kanalları fonunda ənənəvi 

bankçılığa  parallel  olaraq,    islam  bankçılığının  Respublikamızın  maliyyə 

sektorunda  təşviqatını  fəal  aparan  banklardan  biridir.  Belə  ki,  bank  2007-ci  ildən 

OSİİK  tərəfindən  islam  bankçılığı  sahəsində  təşkil  edilmiş  müxtəlif  təlimlərə 

qatılmış və nəticə etibarı ilə 2008-ci ildə ilk dəfə olaraq kiçik və orta sahibkarlığın 

dəstəklənməsi  məqsədilə  1  mln.  ABŞ  dolları  məbləğində  resurs  cəlb  etmişdir. 

Məlum olduğu kimi, Azərbaycan müsəlman ölkəsi olmaqla islami dəyərlərə önəm 

verir  ki,  bu  da  iş  muhitinin  islami  etik  standartlar  çərçivəsində  inkişafını  zəruri 

edir.  Deyilənləri  nəzərə  alaraq,  TuranBank,  istər  OSİİK,  istərsə  də  BİTMK 

tərəfindən  cəlb  olunmuş  vəsaitləri  şəriət  qaydaları  çərçivəsində  kiçik  və  orta 

sahibkarlığın inkişafına yönləndirmiş və islam bankçılığının onəmli rolu və inkişaf 

prespektivlərinin  geniş  olması  barədə  mütəmadi  təbliğat  və  təşviqat  işləri 

aparmışdır. 

Azərbaycanda  ABB  bankla  yanaşı  “Nikoil”  bankı  İslam  bankçılığı  üzrə 

məhsul  təklif  etməyə  başlayıb.  “Nikoil”  yalnız  cari  hesab  açır,  kredit  vermir. 

NIKOIL  Bankın  “Wadiah”  –hesabına  yerləşdirilən  vəsaitlər,  bankın  heç  bir  faiz 

əməliyyatlarında  iştirak  etmir  və  bu  hesabla  aparılan  mədaxil  və  məxaric 

əməliyyatları pulsuzdur. Nikoilbank   bir  neçə ay əvvəl “Vadiə əd Damənə”  islam 

bankçılığı məhsulunu tətbiq etməyə başlayıb

*

.  


                                                

*

  Xatırladaq  ki,  “Vadiə əd  Damənə”  ərəbcə  “zəmanətli  qoruma”  deməkdir.  “Vadiə əd  Damənə”  bir  müqavilə 



forması  olaraq,  iki  cürdür.  Biri  “Wadih  yad  Damanah”,  digəri  isə  “Wadih  vəl  Amanah”  adlanır.  “Wadih  yad 

Damanah” əslində bizim dilimizdə “zəmanət”, “Wadih vəl Amanah” isə “əmanət” deməkdir.  

 



 

61

Yeri  gəlmişkən,  hazırda  “Nikoilbank”ın  islami  bank  xidmətləri  bu 



istiqamətlərin yalnız bir istiqamətini, depozit xidmətini əhatə edir, yəni bu, gəlirsiz 

hesabdır,  halaldır,  həm  də  sərfəlidir.  Yəni  insanlar  pul  yerləşdirdikdən  sonra  həm 

qanunvericiliyə uyğun, həm də şəriətə zidd olmayan bir müqavilə formatı insanlara 

təklif edilir.  

“Nikoilbank”  müştərilər  üçün  digər  kredit  məhsullarından  olan  lizinq 

xidmətlərini tətbiq etmək niyyətindədir.  

Hazırda bankın islam bankcılığı çərçivəsində tətbiq etdiyi maliyyə alətlərinə 

"Murabaha", "2 pilləli Murabaha" və "İjarə"ni aid etmək olar. 

Nəzərə  alsaq  ki,Azərbaycanda  həm  vətəndaşların,həm  də  bankların  ənənəvi 

formada  hissəli  ödənişlərlə  bağlı  praktiki  vərdişləri  və  təcrübələri  var,  onda 

zənnimcə  ilkin olaraq  xüsusilə Murabaha və İjara maliyyələşmə üsullarının tətbiqi 

Azərbaycan bazarı üçün  münasib olardı. 

Azərbaycanda  hal-hazırda İslam  bankçılığının  müştəri seqmenti  mövcüddur 

və  ilk  növbədə  aşağıdakı  amillərə  bağlıdır:  Azərbaycan  əhalisinin  əksəriyyəti 

müsəlmandır; Azərbaycanda  investisiyaya yönümlü sahələr çoxdur və bu nədənlə 

Azərbaycanda İslam bankçılığının inkişafı üçün  çox böyük imkanlar var. 

Azərbaycanda  İslam  bankçılığının  fəaliyyətinin  inkişafı  üçün  nə  etməli:  ilk 

növbədə  Azərbaycan  bank  qanunvericiliyində  dəyişiklik  etməli  və  islam  bankinq  

kadrların hazırlanmasına keçid. 

Sonda qeyd etmək lazımdır ki, Azərbaycanda islam maliyyə müəssisələrinin 

inkişafının stimullaşdırılması haqqında qərar qəbul etməzdən əvvəl bu cür addımın 

bütün  nəticələrini  diqqətlə  mülahizə  etmək  lazımdır.    Belə  ki,  nəzərdə  tutmaq 

lazımdır ki, islam  maliyyə xidmətlərinin yaranması əvvəllər maliyyə xidmətlərdən 

istifadə  etməyən  istehlakçıları  maliyyə  sektoruna  cəlb  etmək  deyil,  daha  çox  adi 

maliyyə  müəssisələrindən  islam  müəssisələrinə  istehlakçıların  axınına  gətirib 

çıxara bilər.   

AR Banklar haqqında qanunun 33-cü maddəsinə görə, bank ticarətlə məşğul 

ola  bilməz.  Amma  islam  bankçılığının  fəlsəfəsi  budur  ki,  bank  öz  müştərisi  ilə 

riskləri  və  gəlirləri  bölüşür.  Amma  başqa  tərəfdən  lizinq  var.  Bununla  banklar 



 

62

məşğul  ola  bilər.  Lizinqin  də  əsası  ticarətdir.  Hansısa  daşınan,  ya  daşınmayan 



əmlak bank tərəfindən alınır, sonra lizinq müqaviləsi ilə müştəriyə verilir. Məsələn, 

Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı kontekstində altı məhsul təklif edir. 

Bu  məhsullar  qanunvericiliklə  qadağan  olunmayıb,  eyni  zamanda  ənənəvi 

bankçılıq çərçivəsində tənzimlənir

*

.  


Azərbaycan  hələ  ki  islam  maliyyə  institutlarının  yaradılmasının  birinci 

mərhələsinə  qədəm  qoyur.  Gələcəkdə  inkişafın  nə  dərəcədə  müvəffəqiyyətli 

alınacağını  zaman  göstərəcək.    Eyni  zamanda  hesab  edirik  ki,  həmin  prosesi 

sürətləndirməyə  lüzum  yoxdur.  Digər  sözlərlə,  Azərbaycanda  islam  maliyyə 

institutlarının  yaradılması  yalnız  o  zaman  mümkündür  ki,  iqtisadi  agentlərin  belə 

maliyyə xidmətlərinə tələbi xeyli artsın.  

Biz  hesab  edirik  ki,  Azərbaycan  Beynəlxalq  Bankı  (ABB)  Azərbaycanı 

İslam  bankçılığının  regional  mərkəzinə  çevirmək  üçün  potensiala  malikdir.

  

            



Azərbaycanda  öz  pul  vəsaitlərini  ənənəvi  banklara  etibar  etməyə  hazır 

olmayan  daha  çox  müsəlman  əhalisi  olan,  eləcədə  ənənəvi  bankların 

xidmətlərindən istifadə etməyən kifayət qədər çox müsəlman sahibkarların olduğu 

ölkədə  islam  maliyyə  müəssisələrinin  yaranması  maliyyə  bazarının  effektivliyini 

artırmağa kömək edər və onun inkişafını tezləşdirər.  

 

Azərbaycanda  islam  bankçılığı  tam  şəkildə  fəaliyyət  göstərsə,  ərəb 



ölkələrindən,  ilk  növbədə  də  Səudiyyə  Ərəbistanı,  Birləşmiş  Ərəb  Əmirlikləri, 

Qətərdən,  eləcə  də  digər  müsəlman  dövlətlərindən,  o  cümlədən  Türkiyədən,  hətta 

İrandan  belə  investorların  cəlb  edilməsi  mümkün  olacaq.  Həmin  ölkələri 

Azərbaycan vasitəsilə Avropa və MDB məkanına çıxarmaq imkanları mövcüddür.  

 Bu  tip  bankingin  Azərbaycanda  tətbiqi  üçün  müəyyən  əngəllər  və  eyni 

zamanda perspektivlər var.  

Zənnimcə  sırf  Azərbaycan  üçün  spesifik  ola  biləcək  əngəllər  və 

çatışmazlıqlar  aşağıdakılardır: 

                                                

*

  Bu  məhsullar  aşağıdakılardır:  lizinq  məhsulları,  texniki  vəsaitlərin,  daşınan  və  daşınmayan  əmlakın  lizinqə 



verilməsidir;  vəkalət  depozitləri,  yəni  müştərilərdən  vəsaitləri  cəlb  edilir,    ipoteka  portfeli,  faizsiz  islam  bank 

kartları. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə