Beləliklə, vergi daxilolmalarının ümumi məbləği gəlirlərin səviyyəsinə artırılmış
vergi stavkasının həcminə bərabərdir və ya ty=0,2U. Müvafiq olaraq, gəlirlərin
səviyyəsi sıfra bərabər olduqda, yığılan vergilərin məbləği də sıfra bərabər olur. Əgər
gəlirlər 500 vahid artdıqda bu məbləğ 100 təşkil edir. Nəhayət, gəlirlərin səviyyəsi
1000-ə çatdıqda, onda ümumi vergi daxilolmaları dövlət xərclərinin məbləğinə
bərabər olacaq.
Aydın görünür ki, gəlirlərin səviyyəsi 1000 vahiddən aşağı olduğu zaman, büdcə
kəsiri yaranacaq, yəni G-dövlət xərcləri vergilərin məbləğindən çox olacaq. Gəlirlərin
səviyyəsi 1000-ə bərabər olan zaman dövlət büdcəsi tarazlaşdırılmış olur, gəlirlərin
yüksək səviyyəsində isə büdcə artığı əmələ gəlir.
Beləliklə, verilmiş dövlət xərclərinin səviyyəsində və vergiyə cəlb olunma
stavkasında büdcə kəsirinin və ya artığının həcmi gəlirlərin səviyyəsindən asılı
olur.
Bu məsələdə bir sıra çətinliklər də var. Belə ki, dövlət xərclərinin səviyyəsi və
vergiyə cəlb olunma stavkası həmçinin məcmu tələbin səviyyəsinə, müvafiq olaraq
Ümumi Mərkəzi Məhsulun həcminə də təsir göstərə bilər. Əmtəə və xidmətlərin
dövlət tədarükünün həcminin artması gəlirlərin səviyyəsini də artırır və bununla da
vergilərin ümumi məbləğini çoxaldır. Buna görə də, belə bir sual yaranır:
mümkündürmü ki, dövlət xərclərinin artması büdcə kəsirinin artmasına yox, onun
azalmasına gətirib çıxartsın. Fərz etmək olar ki, dövlət xərclərinin artması iqtisadi
fəallığın elə canlanmasına şərait yaradar ki, bu zaman yığılan vergilərin məbləği
dövlət xərclərinin artmasından yüksək olar. Bu suala müsbət cavabın nə qədər
düzgün olmasını araşdıraq.
Dövlət xərclərinin artması və büdcə kəsiri arasındakı əlaqəni izah etmək üçün
xərclərin, yığımların və vergilərin bərabər səviyyəsi arasında asılılığın təhlilinə
müraciət edək.
Məcmu tələbin məhsul buraxılışına bərabər olmasının əsas şərti başqa mənada da
xülasə edilə bilər: məhsul buraxılışının bərabər səviyyəsi zamanı yığım investisiyaya
bərabər olacaq. Uyğun fikir pul vəsaitlərinin inyeksiyası və itkisi terminlərində öz
əksini tapa bilər. Hansılar ki, gəlirlərin və əmtəələrin dövriyyəsində yerə malikdirlər.
Yığım məcmu tələbin müəyyən hissəsinin itkisini və gəlirlərin axınının əmtəələrin
məcmu tələbinə çevrilə bilməyən hissəsini əks etdirir. Investisiya bu məcmu tələbinə
inyeksiyasıdır, hansı ki, dövriyyə prosesinin nəticəsində yaranmır, çünki gəlirlərin
səviyyəsindən asılı deyil. Iqtisadi tarazlıq nöqtəsində dövriyyədəki pul vəsaitlərinin
itkisinin məbləği (bu halda yığımlar) inyeksiyanın ümumi məbləğinə (bu halda
investisiyalar) bərabərdir.
Bu fikirdən istifadə edərək, yığım, invetisiya və büdcə kəsiri arasındakı əlaqəni
nəzərdən keçirək:
Ev təsərrüfatlarının gəlirlərinin firmaların onlara ödəmələri təşkil edir. Bu
gəlirlərin bir hissəsi xalis vergilər formasında gedir. Qalan vəsait ev təsərrüfatlarının
bölüşdürüləsi gəliri olur.
Yenidən vəsaitin bir hissəsi yığıma gedir və beləliklə istehlak tələbini tərk edir,
hansı ki, məcmu tələbin hissəsi kimi çıxış edir. Eyni zamanda məcmu tələbin iki
inyeksiyası var: bu dövlət tədarükü və investisiyadır. Əgər iqtisadiyyat tarazlıq
vəziyyətindədirsə, onda pul vəsaitlərinin ümumi itkisinin məbləği inyeksiyanın
məbləğinə bərabər olacaq.
Iqtisadi tarazlıq nöqtəsində gəlirlərin səviyyəsi məcmu tələbin həcminə
bərabərdir. Digər tərəfdən isə bu onu izah edir ki, dövriyyədə ki, pul vəsaitlərinin
itkisinin məbləği pul inyeksiyasının məbləğinə bərabərdir. Itkilər xalis vergiləri və
yığımı əks etdirir. Inyeksiya isə əmtəə və xidmətlərin dövlət tədarükünü, həmçinin
investisiyanı əks etdirir.
Tarazlıq zamanı, xalis vegilərin və yığımın məbləği dövlət tədarükünün və
investisiyanın məbləğinə bərabər olacaq.
Bütün bu qeyd edilənlərdən nəticəyə gələrək, aşağıdakı kimi yazmaq olar:
Yığım + xalis vergilər = hökumət tədarükü + investisiya
və ya simvollarla S + T= G + l (1)
T - simvolundan xalis vergiləri işarə etmək üçün istifadə edirik. Bu tənlikdən T
və I simvollarının yerlərini uyğun olaraq dəyişsək aşağıdakı tənliyi alarıq:
Yığım - investisiya - büdcə kəsiri
və ya S -1 = G - T (2)
Bu əlaqəni daha aydın izah etmək üçün, borc pul almaq və kreditləşmə prosesini
nəzərdən keçirək, hansı ki, buna real iqtisadiyyatda tez-tez rast gəlinir.
Ev təsərrüfatları öz vəsaitlərinin bir hissəsini yığıma yönəldirlər. Eyni zamanda
firmalar öz investisiya xərclərini maliyyələşdirmək üçün borc pul alırlar. Əgər
hökumət büdcə kəsiri ilə üzləşirsə, həmçinin borc almağa məcburdur.
Beləliklə, (2) tənliyi bizə onu izah edir ki, hökumət və firmalar tərəfindən alınan
kreditlərin ümumi məbləği (büdcə kəsiri və investisiyanm cəmi) yığımın ümumi
məbləğinə bərabər olacaq.
Yığım və investisiyanın bərabərlik şərti yalnız sadə iqtisadi modeldə
mümkündür. Mürəkkəb iqtisadi modeldə isə, əgər iqtisadiyyatda dövlət büdcəsinin
kəsiri və ya artığı mövcuddursa, onda yığım investisiyaya bərabər olmur. Məsələn,
əgər büdcə kəsiri varsa, hökumət yığımın bir hissəsini bu kəsiri maliyyələşdirmək
üçün istifadə edəcək və beləliklə, yığımın ümumi məbləği investisiyanın
məbləğindən çox olacaq.
(2)- tənliyindəki asılılıqdan istifadə edərək göstərək ki, dövlət xərclərinin
artması büdcə kəsirini artırır. Bu nəticəyə necə gəldik? (2) - tənliyinin sol hissəsinə
nəzər salaq, bu zaman belə bir sual yaranır: dövlət xərclərinin artırılması və onunla
birlikdə gəlirlərin səviyyəsinin artdığı zaman nə baş verir? Belə ki, gəlirlər artdığı
təqdirdə yığım da artır. Indi biz artmış yığım məbləğinə malik olacayıq. Eyni vaxtda
bizim fərziyyəyə görə investisiya dəyişməz qalır. Beləliklə, "yığım-investisiya" fərqi
artmalıdır.
Məlumdur ki, iqtisadi tarazlıq şəraitində yığım və investisiya arasındakı fərq
dövlət büdcəsi kəsirinin həcminə bərabərdir. Deməli, dövlət xərclərinin artması
büdcə kəsirini artırır, əgər gəlirlərin səviyyəsi artsa belə, yəni vergi daxil olmaları o
səviyyədə arta bilməz ki, büdcə kəsiri azalsın.
Büdcə-vergi siyasətinin iki növü var: diskresion və qeyri-diskresion:
Dostları ilə paylaş: |