M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə22/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   18   19   20   21   22   23   24   25   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

67 

 

yüksək nəticələrə böyük hədiyyənizi vermiş  və vaxtı çatmış böyük 



vəzifələrin həll edilməsi üçün olan çatışmazlıqların aradan qaldırılmasında 

da az iş görməmişsiniz. 

Buna görə də təltif olunursunuz, layiqli təltifdir».

1

 



Azərbaycan zəhmətkeşləri onuncu beşillikdə  sənaye və  kənd təsərrüfatı 

məhsulları istehsalı  vəzifələrini vaxtından  əvvəl  yerinə yetirdiyinə görə 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 15 mart tarixli fərmanı ilə 

Azərbaycan SSR Lenin ordeni ilə təltif edildi. 

Azərbaycanın böyük oğlu, görkəmli dövlət və siyasi xadimi Heydər 

Əlirza oğlu  Əliyevin böyük xidmətləri Azərbaycan tarixinin parlaq 

səhifələrini təşkil edir. XX əsrin ikinci yansı  və XXI əsrin başlanğıcında 

Azərbaycan xalqının taleyində Heydər Əliyevin tarixə çevrilmiş unudulmaz 

xidmətləri vardır. Sovetlər  İttifaqı  tərkibində bütün fəaliyyəti ilə  həmişə 

fərqlənmişdir. Onun xidməti qiymətləndirilmiş, mükafatlandırılmışdır. 

Aşağıda bəzilərini qeyd etməyi məqsədəuyğun hesab edirik: 

1. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 may 1949-cu ü tarixli fərmanı 

ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik 

Komitəsinin şöbə müdiri Əliyev Heydər Əlirza oğlu «Əmək şərəfinə görə» 

medalı ilə təltif edilir.

2

 



2. SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1954-cü il tarixli 

fərmanı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik 

Komitəsinin rəhbər heyəti işçilərindən Əliyev Heydər Əlirza oğlu «Mübariz 

xidmətlərinə görə» medalı ilə təltif edilir.

3

 

3. SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 may 1962-ci il tarixli fərmanı 



ilə Əliyev Heydər Əlirza oğlu «Qızıl Ulduz» ordeni ilə təltif edilir. 

4. SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 avqust 1971-ci il tarixli 

fərmanı ilə Azərbaycan KP MK-nın birinci katibi Əliyev Heydər  Əlirza 

oğlu Lenin ordeni ilə təltif edilir.

4

 

                                                 



1

 

Rusiya Federasiyasmın Dövlət Arxivi. Fond, 7523, siyahı 135, iş 40, vərəq 80



 

2

 



Yenə orada, siyahı 36, iş 534, vərəq 232

 

3



 

Yenə orada, siyahı 72, iş 256, vərəq 1

 

4

 



Yenə orada, siyahı 105, iş 306, vərəq 1 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

68 

 

5. SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 may 1973-cü il tarixli fərmanı 



ilə anadan olmasının 50 illiyi ilə  əlaqədar olaraq, Kommunist partiyası  və 

Sovet dövləti qarşısında xidmətlərinə görə Azərbaycan KP MK-nın birinci 

katibi Əliyev Heydər Əlirza oğlu Lenin ordeni ilə təltif edilir.

1

 



6. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1976-cı il tarixli 

fərmanı ilə Azərbaycan SSR kənd təsərrüfatı qabaqcıllarının orden və 

medallarla təltif edilməsi haqqındakı  fərmanla Azərbaycan KP MK-nın 

birinci katibi Əliyev Heydər Əlirza oğlu Lenin ordeni ilə təltif edilir.

2

 

7. Azərbaycan KP MK-nm birinci katibi Əliyev Heydər Əlirza oğluna 



Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət 

Heyətinin fərmanı: 

«Partiyanın XXV qurultayının, xalq təsərrüfatının inkişafı ictimai 

istehsalın səmərəliliyinin yüksəldilməsi, dövlətə bütün kənd təsərrüfatı 

məhsulları satışına dair plan və sosialist öhdəliklərinin hər il artıqlaması ilə 

yerinə yetirilməsinin təmin edilməsi barədə  qərarlarının müvəffəqiyyətlə 

yerinə yetirilməsində respublika kommunistlərini və bütün zəhmətkeşlərini 

səfərbərliyə almaqda böyük təşkilatçılıq və siyasi işinə görə Sov.İKP MK-

nın siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin birinci katibi Əliyev Heydər  Əlirza oğlu yoldaşa 

Lenin ordeni və «Oraq və  çəkic» qızıl medalı  təqdim edilməklə Sosialist 

Əməyi Qəhrəmanı adı verilsin. 24 avqust 1979-cu il».

3

 

8.  1981-ci ilin plan və sosialist öhdəliklərinin, dövlətə taxıl, pambıq, 



üzüm, tərəvəz və başqa əkinçilik məhsulları üzrə satışının müvəffəqiyyətlə 

yerinə yetirilməsi üçün respublika kommunistlərinin və bütün 

zəhmətkeşlərinin səfərbər edilməsində böyük təşküatçılığına və siyasi 

fəaliyyətinə görə Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, 

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi 

Əliyev Heydər Əlirza oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 10 

mart tarixli fərmanı ilə «Oktyabr inqilabı» ordeni ilə təltif edilir.

4

 



                                                 

1

 



Rusiya Federasiyasının Dövlət Arxivi. Fond, 7523, siyahı 105, iş 306, vərəq 1

 

2



 

Yenə orada, siyahı 116, iş 329, vərəq 190

 

3

 



Yenə orada, siyahı 135, iş 40, vərəq 79

 

4



 

Yenə orada, siyahı 135, iş 368, vərəq 168 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

69 

 

9. SSRİ Ali Soveti Rəyasət Heyətinin Sosialist Əməyi Qəhrəmanı, 



SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Əliyev Heydər  Əlirza 

oğlunun Lenin ordeni və ikinci «Oraq və  çəkic» qızıl medalı ilə  təltif 

edilməsi haqqında 7 may 1983-cü il tarixli fərmanında deyilir: «Kommunist 

partiyası  və Sovet dövləti qarşısında böyük xidmətlərinə  və anadan 

olmasının 60 illiyi münasibəti ilə Sov.İKP MK siyasi bürosunun üzvü, SSRİ 

Nazirlər Soveti sədrinin birinci müavini, Sosialist Əməyi Qəhrəmanı Əliyev 

Heydər Əlirza oğlu Lenin ordeni və ikinci «Oraq və çəkic» qızıl medalı ilə 

təltif edilsin. Qəhrəmanın vətənində tuncdan büstü qoyulsun.»

1

 

10. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1985-ci il tarixli fərmanı 



ilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini Əliyev Heydər  Əlirza oğlu sovet xalqının Böyük Vətən 

müharibəsində  qələbəsinin 40 illiyi ilə  əlaqədar «Birinci dərəcəli Vətən 

müharibəsi ordeni» və «1941—1945-ci illər Vətən müharibəsində qələbənin 

qırx illiyi» yubiley medalı ilə təltif edilir.

2

 



1970-1982-ci illərdə Azərbaycan böyük inkişaf yolu keçdi. 

Respublikanın rəhbəri Heydər Əliyev SSRİ-nin görkəmli rəhbərlərindən biri 

kimi Sovetlər ölkəsində və dünyada tanındı. SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini vəzifəsinə irəli çəkildi. 

Heydər  Əliyev hələ 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi 

vaxtlarda da Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünürdü. 

Azərbaycanın müstəqil yaşaması üçün, mövcudluğu üçün, böyük imkanlara 

malik olduğuna tam əmin idi. Qeyd etmək lazımdır ki, o, respublikanın 

sosial-iqtisadi, milli-mədəni inkişafını yüksək səviyyədə  təmin etməklə 

məhz bunun gələcəkdə  əsas təməl olacağını  nəzərdə tuturdu. Bu fikrini, 

ideyasını sonralar daha açıq şəkildə ifadə edirdi. 1996-cı ildəki çıxışlarının 

birində göstərirdi ki, «Mən keçmişdə də Azərbaycanın gələcəyi, müstəqilliyi 

haqqında düşünərkən və Sovet İttifaqı dağılan zaman bu barədə öz fikrimi 

qəti bildirərkən Azərbaycanın müstəqil yaşaması üçün tam imkanı olduğu 

barədə fikirlərimi deyərkən, eyni zamanda zəngin ye- 

                                                 

1

 

Rusiya Federasiyasının Dövlət Arxivi. Fond, 7523, siyahı 144, iş 133, vərəq 30



 

2

 



Yenə orada, siyahı 135, iş 515, vərəq 142 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə