M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


M.6. Orta əsrlərAzərbaycan və maarifçilik fəlsəfəsi



Yüklə 222,71 Kb.
səhifə17/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
muhazirə felsefe 2021

M.6. Orta əsrlərAzərbaycan və maarifçilik fəlsəfəsi

6.1. Орта ясрляр Азярбайcан фялсяфяси


6.2. Азярбайcан maarifçilik fəlsəfəsi


6.1. Orta əsrlər azərbaycan fəlsəfəsi

Azərbaycanda əsas fəlsəfi təfəkkür erkən orta əsrlərdə, ərəblər bu ölkəni işğal edəndən və VII əsrin 40-cı illərində burada islam dini yayılandan sonra yaranmışdır.VIII əsrin əvvəllərindən XIII əsrə qədər olan dövr fəlsəfi problemlərin müxtəlifliyi ilə seçilir. Azərbaycan fəlsəfi fikri özünün ən böyük nümayəndələri Bəhmənyar, Sührəvərdi, Urməvi, N.Gəncəvi, N.Tusi və b. timsalında fəlsəfi fikrin inkişafında mühüm rol oynamışlar.


Peripatetizmin (Aristotelin fkirlərinin davamçısı) Azərbaycanda yayılmasından danışdıqda ilk əvvəl, Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin (993-1066) adını çəkmək lazımdır. Onun bir sıra qiymətli əsərləri («Təhsil kitabı», «Məntiqə dair zinət kitabı», «Gözəllik və səadət kitabı», «Metafizika elminin mövzusuna dair traktat», «Mövcudluğun mərtəbələri») olmuşdur. Bunların içərisində «Təhsil kitabı» xüsusi yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur.
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq problemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edilməsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qalan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır. Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhmənyarın fikrincə, səbəblə nəticə bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir.
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələləri bir-birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və göstərilir ki, «hər dərk edilən şey dərk edəndə təzahür edir», duyğular, qavrayışlar maddi varlıqların düzgün sürətləri, in'ikaslarıdır. Əqli və ya rasional idrak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin predmetinə, vəzifələrinə, problemlərinə «Təhsil kitabında» geniş yer vermişdir.
XII əsrin görkəmli Azərbaycan filosoflarından biri də Şihabəddin Yəhya Sührəverdi (1154 - 1191) olmuşdur. O, işraqilik fəlsəfəsinin banisi və istedadlı şairdir.
Əsas əsərləri bunlardır: «İşıq heykəlləri», «İmadəddin lövhələri», «İşıqnamə», «İşraq fəlsəfəsi» və s.
Əsası Ş.Sührəvərdi tərəfindən qoyulan işraqilik emanasiya termininə uygundur. İşraqilik fəlsəfəsində nur, zülmət və qaranlıq anlayışları əsas yer tutur. Lakin burada işıqla zülmətin mübarizəsi nəzərdə tutulmur. Zülmət nurun yoxluğu deməkdir.Bu təlimə görə bütün möcudatlar işıq və onun kölgəsindən ibarətdir. Onların zirvəsində isə mütləq işıq-işıqlar işığı (nur-əl-Ənvar) durur. Ondan digər işıqlar və onların kölgələri yaranır.Bu təlimə görə insanın ruhu da bu mücərrəd işıqdan törəyən işıqdır. İnsanın bütün fəaliyyəti də onda olan mücərrəd işığın sayəsində baş verir. O, mövcudatın mərtəbələrini yalnız işıqdan və qaranlıqdan ibarət hesab edirdi. Buradan çıxış edərək emanasiyada ikilik təlimini yaratmışdı. Həmin təlimə görə işıqlar işığından faydalanan hər bir mücərrəd işıq ikili təbiətə malikdir. Bunlar zənginlik və yoxsulluqdur. Zənginliyin özü yeni bir mücərrəd işığı doğurur, yoxsulluq isə mücərrəd işığın kölgəsi kimi çıxış edir.
İşraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir.
«İnsan nəfsi gerçəklikləri əks etdirərək Allahı və onun mələklərini dərk etdikdə əbədiyyətə çatır. Onda gerçəkliyin əks olunma dərəcəsi vardır. Nəfsin kamillik həddi həzzlərdən gözün görmədiyi, qulağın eşitmədiyi, bəşər qəlbində duyulmayan şeyi tapır. Dərk etməyən kordur»
Bununla, işraqilik fəlsəfəsində Şərq peripatetiklərindəki əql, nəfs və cismin üçlük sisteminə deyil, ikiliyə – işıq və qaranlığın ikilik sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır.
XIII əsr Azərbaycanda fəlsəfi və elmi fikrin ən böyük nümayəndəsi N.Tusi (1201-1274) olmuşdur.
Onun əsərləri: «Əxlaqi – Nasiri», «Əxlaqi möhtəşəmi», «Osafül əşrəf», «Risaləyi – fəlsəfi», «Şerlər ölçüsü, tibb elminin qanunları, məqalələr məcmuəsi» əsəri məşhurdur.
Mütəfəkkir aləmin yaranışında varlığa və ağla yüksək qiymət verir. Ağıl və can yaradılışın birincisidir.
Nəsrəddin Tusi təbiətin inkişafını maddi vəhdətdə götürür və maddənin bir formasından digər formasına keçib itməməsi haqda müddəa irəli sürür. O həmçinin inkişafın əsasında ziddiyyətlərin olduğunu qeyd edir.
Varlıqlı 2 qismə mümkün və vacibə bölür, zəruri varlıq heç bir səbəbə möhtac olmayan varlıqdır. Mümkün varlıq 2 formada substansiya və aksidansiya halında ölür, substansiyanın 5 növü var: materiya, forma, cisim, ağıl və ruh. Forma materiyadan törəmədir.
İdrak nəzəriyyəsində insanı heyvandan fərqləndirən başlıca cəhət idrak və ağıldır. Elm əməlsiz və əməl də elmsiz mənasızdır. Elm başlanğıc, əməl isə tamamlayıcıdır. Kamal onların hər ikisindən mürəkkəb olduğuna görə, biz onu insan varlığının məqsədi hesab etdik.
Mütəfəkkir «Əxlaqi Nasiri» əsərinin başqa bir yerində nəzəriyyə və təcrübənin əhəmiyyətindən danışaraq göstərir ki, nəzəriyyə insanların əqlində, düşüncəsində yaranır təcrübə vasitəsilə meydana çıxır. Yəni nəzəriyyə özünü təcrübədə təcəssüm etdirir. Əgər buna evin tikilməsini təsəvvürünə gətirirsə, bu onun məqsədi hesab olunur. Elə ki, buna hazır oldu, bu onun kamalı sayılır. Tusi insanın mənəvi cəhətdən təkmilləşməsində elmin rolunu yüksək qiymətləndirir. Öz sələfləri kimi elmi 2 hissəyə nəzəri və əməli elmlərə bölərək göstərir ki, əməli elmi bilavasitə insanın iradəsindən asılı olan məsələləri, nəzəri elmlər isə insanın iradəsindən asılı olmayan meylləri öyrənir. Tusi dünyagörüşündə fəlsəfi müddəalarla yanaşı ictimai-siyasi ideyaları da mühüm yer tutur. Tusi mövcud cəmiyyətdən bəhs edərkən insan cəmiyyətini abstrakt fərdlər birliyi kimi deyil, ayrı-ayrı zümrələrin və silklərin məcmusu kimi anlamış və həmin zümrəni 4 qrupa ayırmışdır: «O, deyir: «İnsanlar 4 təbəqədən ibarətdir: əmirlər, tacirlər, sənətkarlar və əkinçilər».
Azərbaycanda sufizm mistika və islam dininin vəhdəti zəminində inkişaf etmişdir. Sufizmin Azərbaycanda inkişafı nəzəri və praktiki səviyyələrdə, mötədil (monoteist) və ifrat (panteist) olmaqla iki istiqamətdə inkişaf etmişdir.
Şihabəddin Əbuhəfs Ömər Məhəmməd oğlu Sürrəverdi (1145-1234) Azərbaycanın məşhur sufi mütəfəkkiridir. Ə.Sührəverdinin yaradıcılığında təsəvvüfün demək olar ki, bütün başlıca məsələləri onun mahiyyəti və mənşəyi, sufi sözünün təfsiri, şeyxlik rütbəsinin müəyyənləşdirilməsi və s. işıqlandırılır.
Təsəvvüf anlayışının şərhində əxlaqi fikirlərə mühüm yer verilir. Təsəvvüf hər bir yüksək xasiyyətə yiyələnmək və hər bir alçaq xasiyyətdən uzaqlaşmaqdır. Ə.Sührəverdiyə görə sufilik edən şəxs özünə hesabat (əl müsahibə), özünənəzarət (əl müraqəbə) və daxili müşahidə (əl müşahidə) yolu rəzilliklərdən çəkinib nəfsini paklaşdırmalı, özünün kamilləşdirməlidir. O, Allahın insan ilə substansional birliyini, eyniliyini qəbul edən panteist baxışları rədd edərək sufizmin monoteist sistemini yaratmışdır.
Azərbaycanda sufizmin digər görkəmli nümayəndəsi Eynəllüzat Miyanəci Həmədani (1099-1131) görkəmli sufi mütəfəkkiridir. O, «Həqiqətlərin qaymağı», «Müqəddimələr» kitabında və öz dostlarına yazdığı çoxlu məktublarda sufizmin panteist fikirlərini işləyib hazırladı. Bütün mövcudatın vəhdəti Allahdır. Azərbaycan filosofunun panteist fəlsəfə sistemində həm varlıq təlimi, həm də idrak məsələləri tamamilə orijinal şəkildə qoyulub həll edilmişdir. O varlığı canlı və cansız varlığa bölür. Eynəllqüzat Miyanəcinin panteist fəlsəfəsində ən ümumi mənada götürülən «varlıq» anlayışı son nəticədə Allah anlayışı ilə eyniləşdirilir. Allah «varlığın mənbəyi və çıxış yeri» sayılır. Eynəllüzat Miyanəcinin təsəvvüründə Allah saysız-hesabsız atributları olan substansiyadır. İdrak nəzəriyyəsində idrakın hissi, əqli və intuitiv formaları qəbul edilir. Duyğu kimi əqlin də obyektiv həqiqəti, şeylərin düzgün inikasını verə bilməsini təsdiq edən filosof yalnız intuisiyanın köməyi ilə anlaşılan şeylərin ya substansia ilə əlaqədar olan sahəyə aid etmiş, ya da ümumiyyətlə fəlsəfi mahiyyətin qayda qanunları ilə izah edilə bilməyən sahələr saymışdır.
Eynəllüzat Miyanəcinin təlimi geniş yayılmış, İbn Ərəbi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi kimi görkəmli mütəfəkkirlərə ideya mənbəyi kimi nümunə olmuşdur.
Nizami Gəncəvi (1141-1209) görkəmli Azərbaycan mütəffəkkiri-filosofudur. O, öz fəlsəfi və elmi fikirlərini “Xəmsə” adlanan poemalarında vermişdir. Onun bədii yaradıcılığı fəlsəfi fikirlərin zənginliyi ilə diqqəti cəlb edir. Nizaminin varlıq nəzəriyyəsində Allah heç nə ilə müqayisə edilə bilməyəcək dərəcədə geniş anlayışdır. Allahın atributları əzəli və əbədidir. Şərq peripatetikləri mövcudatı vacib varlığın aşıb daşmasından əmələ gəldiklərini söylədiyi kimi, Nizami də onu allahın varlığından bir damla saymışdır. Nizami göstərirdi ki, həmin damla, Allahın azad iradəsi ilə atılmışdır: «Allahın kəraməti öz feyzini ehsan qılıb, öz dəryasından bir damla atdı». Nizaminin əsərlərində kainatın quruluşu həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru nəzərdən keçirilir. I hal, əsasən, Allahın yaratma aktı ilə, II hal isə peyğəmbərin meracı ilə əlaqədar təsvirdə özünü göstərir. O, yerdə sonlu varlıqların 4 ünsürdən əmələ gəldiyini yazmışdır.
Nizami mövcudatı məhdud məkan daxilində bildiyindən kainatın sonunu onun zirvəsi adlandırmışdır. Eyni radius boyunca fırlanmalarda zirvəyə qalxma ilə üfüqə enmə ortasında fərq yoxdur: «Yeddi dalğa mühiti olan fələk nə qədər fırlansa yenə zirvədədir. İstər üfüqdə olsun, istər zirvədə, haraya getsə üzü yüksəkliyə doğrudur. Onun gəzinti fəzası olan kainat onun yüksəkliyi, onun sonudur». Allah isə mövcudat münasibətindən zaman və məkan kateqoriyalarını nəzərdə tutmuşdur. Nizami dünyada hər şeyi dəyişmədə, yeniləşmədə olduğunu söyləmişdir. Məhvə məhkum yalnız müəyyən maddi varlıqdır ki, onlar da bir şəkildən başqa şəklə keçir. Onun idrak haqda fikirləri o dövrün elmi fəlsəfəi səviyyəsinə müvafiq inkişaf etmişdir. Mütəfəkkirin fikrincə «özü fələyin altında rəyi isə ondan yüksəkdə olan» insan hər şeydən əvvəl idrak qabiliyyətinə görə yer üzünün əşrəfidir. Həm duyğularla, hissə və qavrayışa, həm də ağla və zəkaya malikdir. Hissi mərhələ, heyvanlara da xasdır. Lakin bu insanlarda təfəkkür qüvvələrinin sayəsində düz istiqamətləndirildiyi üçün keyfiyyətcə daha üstündür. Bütün yaranmışlar Allahı dərkə can atır. Allahı hissi və məntiqi yolla birbaşa dərk etmək qeyri-mümkündür. Nizami bu işdə ağıl və fəhmin acizliyini dönə-dönə qeyd etmişdir.
Allahı dolayısı yolla dərk etmək Nizaminin fikrincə, insanın əqllə özünü, yaxud mövcudatı dərk etməsi vasitəsilə baş verir. Bir halda peyğəmbər adından deyilmiş «Özünü dərk edən kəs Rəbbini də dərk edər» hədisini əsas tutur. Allahı dərk etməyin başqa yolu mövcudatı dərk etməkdir. Meydana çıxmış bütün mövcudar Allahın varlığından xəbər verir. Allah sürətcə deyil, yaratdığı sürətlərlə aydındır. Nizami təfəkkürü məhdud sonlu bildiyi maddi aləmi dərk etməklə məhdudlaşdırmışdır.
Beləliklə, Nizaminin idrak haqda fikirləri mövcud dini və fəlsəfi təhlillərinin heç birini təkrar etmədən onların zəminində formalaşa və özünəməxsus şəkildə ifadə edilməlidir. HÜRUFİLİK(mənası hərflər deməkdir) XIV-XV əsrlərdə meydana çıxmış dini-fəlsəfi cərəyan idi. Onun banisi Fəzlullah Nəimidir (1339-1394). Hürufilik təliminə görə allah kainatda, təbiətdə, insanda, göy cismlərində, əşyada təcəssüm tapmışdır. Sufilikdə olan fəlsəfi, hürufilikdə isə ağıla üstünlük vermək daha çox səciyyəvidir. Hürufiliyə görə insan öz varlığında olan ilahi nuru dərk etmək üçün əqli-mənəvi təkamül keçməli, qəlbini daim saflaşdırmaq qayğısına qalmalıdır. Onların fikrincə, insan müqəddəsdir, kamil insan Tanrı səviyyəsinə qədər yüksələ bilər. Nəimi məhz belə ağıllı ürfan sahibi olduğuna görə zəmanəsinin ən kamil insanıdır. Yalnız o, həyatda olan ictimai haqsızlığa, şər, zülmə son qoya bilmək iqtidarında deyildir. Söz, kəlam və hərf hürufilikdə xüsusi məna daşıyır. Allahın ilk əmri sözlərdə təcəssümünü tapıb. Kamil insan üzündə isə ilk yaradıcıya məxsus cizgilər vardır. Quran 28 hərflə, «Cavidannamə» isə 30 hərflə yazılıb.
Hürufilik işarələri və bu işarələrin daşıyıcısı olan insanı ilahiləşdirir. Fəzlulah Nəiminin «Caviddannamə» əsəri Quranı təfsir edən kitabdır.
Nəimidən sonra hürufiliyi davam etdirənlər sırasında böyük Azərbaycan şairi İ.Nəsimi(1369-14170 xüsusi yer tutur.Nəsiminin panteist yaradıcılığında insan ilə Allahın yaxınlığı açıq-aydın görünür. Nəsimi yaradıcılığında Allah dünyanın yaradıcısıdır. İnsan hər şeydir. Hər şey insandır. İnsan Allahın bütün atributlarına malikdir.O, insanı qiblə adlandırır, onu yüksəklərə qaldırırdı. İnsan 4 elementdən yaranıb. Ruh və bədən vəhdətdir. Dünya bədəndir, ruh sənsən. Ruh daimi hərəkətdədir. Lakin Nəsimi bu məsələyə ötəri toxunur. İnsana əql və nitq verilib. Söz sirrin təzahürüdür. Ətraf aləmlə bərabər əql və söz özünüdərkə də xidmət edir. Allah yalnız saf insanların ürəyində olur. Əsl dövlət bilikdir. Nəsimiyə görə kainatın bütün sirləri insanda təcəssüm edir.İnsan zəkası isə ilahi varlığı və dünyanı dərk edə bilər.
Məhəmməd Füzulinin (1494-1556) fəlsəfi görüşləri «Mətləül –etiqad»,”Şikayətnamə” və s. əsərində öz əksini tapmışdır.
Füzuli dünyagörüşündə sufizm müəyyən rol oynayıb, təsəvvüflə bağlı olan bir çox məqamlar işıqlandırılıb. Bu cəhətdən görkəmli şərqşünas tədqiqatçı Bertels onu sufi adlandırır. Sufi panteizmi, vəhdətil vücud təlimi Füzuli fəlsəfəsində öz əksini tapmışdır. Mütəfəkkir tanrının kainatdakı şeylərin mahiyyətindəki təzahürünü qeyd edərək, aləmdəki varlıqların zərrələrdən təşkil olunduduğunu, zərrələrin qarşılıqlı əlaqə və bağlılığını yazır. Allah vahiddir və kainatla vəhdət təşkil edir, onda qeyrilər də inikas edir. Filosof ruhun ölməzliyini qəbul etmir. O, substansiya – cövhər və ərəz – aksidenısiya məsələsinə öz münasibətini bildirir. Aləmin cövhəri eşqdir və cövhərdən varlıqlar törəyir. Füzulinin fikrincə elmin, şerin sənətin əsas mövzusu insan olmalıdır. Dünyada insandan qiymətli inci görmədim, insan vücudunda isə sözdən dəyərli inci tapmadım-deyən şair, insanı ülviləşdirir və onu çox ustalıqla Allahın ülviliyinə qarşı qoyur.
Füzulinin idrak nəzəriyyəsində 5 zahiri 5 batini duyğy sadalanır. Zahiri duyğu orqanları görmə, eşitmə, dadbilmə, iy və lamisə. Daxili duyğulara – hiss, fəhm, xəyal, hafizə, müştərək hiss. 10 əql var – 9 göy cismlərinin idarəedicisi, biri insan nəfsidir.

Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə