Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   2   3   4   5   6   7   8   9   10   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

mövcuddurlar.  Akvatoriyaların  təsirinə  məruz  qalan  ekosistemlər  davamlı  inkişafın  prinsiplərinə 
uyğun  olaraq  mühavizə  və  istifadə  olunmalıdırlar.  Sonra  onlar  siyasi  sərhədlərindən  (dövlət)  asılı 
olmayaraq  hövzələrə  görə  qiymətləndirilmələdirlər.  Suyun  lazımi  keyfiyyətinə  nail  olmağa 
yönəlmiş, emissiya və keyfiyyət notmaları, və həm də, monitoring tətbiqini nəzərə alan inteqrasiya 
olunmuş  yanaşma  təklif  olunur.  Müəyyən  məqsədlər  və  keyfiyyət  kriteriyası  tətbiq  etmək  və 
tədricən  onları  həyata  keçirməklə  2030-cu  ildə  təhlükəli  maddələrin  havaya  emissiyasının    “sıfır” 
həddinə  çatdırılması gözlənilir. Müəyyən edilməlidir ki, su təkcə müvəqqəti bazar qiymətinə malik 
deyildir, suyun qiyməti onun qənaətlə istifadəsinə keçməyi stimullaşdırmalıdır.   
Yeni  siyasi  xətlər  proyektləri  ilə  əlaqədar  olaraq  landşaft  planlaşdırılması  sular  haqqında 
adyekvat  informasiya  bazası  hazırlamalı  və  onların  istifadəsinin  ekoloji  məqsədlərini 
ə
saslandırmalıdır.  Birinci  növbədə  çay  vadiləri  və  dəniz  sahillərinə  diqqəti  artırmaqla,  su 
təsərrüfatının bu məqsədlərə tərəfdaş olduğu aydınlaşdırılmalıdır. 
1958-ci ildə AĐ ekoloji ekspertizalar və layihələrin ətraf mühitə təsirinin  qiymətləndirilməsi 
(UVP)  üçün prosedurlar daxil etdi.   Bir qədər gecikməklə onlar milli qanunvericiliyə daxil edildi, 
1997-ci ildə isə təzələndi. Bu proseduralar, mədəni komponentlər də daxil olmaqla, mühitin bütün 
komponentlərinə  layihələrin  təsirini  nəzərə  alır.  Bununla  da  o  vəziyyəti  ictimaiyyətə  təqdim  edir, 
layihələtin ətraf mühitə mümkün neqativ təsirini layihə təklif edənlırin əvvəlcədən nəzərinə çatdırır. 
Bu    təsirlər    azaldılmalı  və  ya  kompemsasiya  edilməli,  təbiəti  mühafizə  tələblərinə  uyğun  olaraq 
bərpa olunmalıdır. Tətbiqinin çətinliyinə baxmayaraq bütünlüklə bu proseduralar ekoloji tələblərin 
rolunun  güclənməsinə  zəmin yaradır.  
UVP-nin  əldə  etdiyi  nəticələrin  və  proseduraların  strateji  əhəmiyyəti  göstərir  ki,    onları 
yalnız ayrı-ayrı sahə layihələrinə tətbiq etməklə kifayətlınmək omaz.  Ona görə də 1996-cı ildə AĐ 
ə
traf  mühitinin  strateji  qiymətini  verən daha  inteqral  və kompleks  hüquqi  xətlər təklif  etdi - SUP. 
Bu təkliflər 1999-cu  ildə  yenidən  işlənildi. Bu siyasi  xətlər torpaqdan  istifadə planlarını  və  məkan  
xüsusiyyətli  bütün  sahə  planlarını  (tullantıların  utiliizasiyası,  energetika  və  s.)  bu  prosedurlardan 
keçməyi tələb rdir.  Bundan  başqa, ətraf  mühitə  minimal təsir edən alternativ planlarda  baxılmalı, 
müxtəlif planların uzunmüddətli nəticələri və kumulyativ təsiri aydınlaşdırılmalıdır.  
SUP  hüquqi  xətləri  hazırda  yalnız  siyasi  əhəmiyyət  kəsb  edir,  onların  reallaşması  üçün 
konkret  mexanizmlər  hələ  müəyyən  olunmayıb.  Bnunla  belə  onlar  ekoloji  yönəmli  mühitdə  ərazi 
planlaşdırılması fəaliyyətini genişləndirir. 
Aydındır ki, SUP özünün “alman anlayışında” landşaft planlaşdırılmasının bəzi məsələlərinə 
uyğundur.  Hal  hazırda  landşaft  planlaşdırılması  sahə  planlaşmanın  (su  və  kənd  təsərrüfatı  və  s.) 
ə
trafa  mühitə  təsirinin  qiymətləndirilməsinin  xeyli  məsələlərini  özünə  götürür,  o  bunu  üçün 
inteqrallaşmış  informasiya  bazası  verir  və  uyğun  kriteriya    və  məqsədləri  irəli  sürür.  Beləliklə, 
landşaft planlaşdırılması SUP-un strategi olaraq ekoloji istiqamətləndirilmiş planlaşdırilmasının bir 
sıra məsələlərini həll edə bilir.( von Haaren Et al, 2000).   
Bu  sahədə  fəaliyyət  göstərən  sturuktur  fondları  və  bələdiyyələrin  təşəbbüsü  sayəsində  AĐ-
nın  regional  siyasəti  birlik  ölkələrinin  ərazi  inkişafına  böyük  təsir  edir.  Qeyd  etmək  lazımdır  ki, 
Avropa  investisya  bankı  bu  işdə  sturuktur  fondları  və  bələdiyyələrə  kömək  göstərir.  Üç  struktur 
fondu, regionların üç növünün ödənişini koordinasiya edir. Bu cür  ödənişləri  almaq üçün AĐ ölkə 
iştirakçıları Avropa Komissiyasına regionların inkişaf  planlarını təqdim etməlidirlər. Təqdimatdan 
sonra  planların  ətraf  mühitin  mühafizəsi  tələblərinə  uyğunluğu  çox  ciddi    qiyməyləndirilir. 
Bələdiyyələrin  təşəbbüsünə  kömək  Komissiyası  tərəfindən  dəstəklənmək  üçün  bu  müraciətlərin 
müəyyən tələbləri ödəməsi vacibdir. Ondan sonra bu layihənin nə dərəcədə Đttifaqın tələbələrininin 
bu bələdiyyənin siyasətinə uyğun olduğunu yoxlamaq asandır.  
Lakin  regionların  ərazilərinin  təşkilinə  təsir  imkanları  çox  məhdud  olaraq  qalır.  Bu  təsir 
ə
sasən ayrı-ayrı sahə təsərrüfatları üçün həyata keçrilir, inteqral inkişaf mühiti üçün isə hələ imkan 
yoxdur. Avropa Nazirlər Sovetində qərar qəbul edilməsində  yekdillik zəruriliyi əslində bu sektorun 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

siyasətinə  əngəl  törədir.  Bununla  belə  AĐ-da  inteqral  regional  inkişaf  üzrə  təşəbbüslər  çoxdan 
meydana  gəlib  və  1999-cu  ildə  ərazi  inkişafının  Avropa  konsepsiyasında  (EUREK)    birləşdirilib. 
Bu  konsepsiya  məcburi  xarakter  daşımır,  AĐ  iştirakçısı  ölkələri    üçün    ümumi  sənəd  kimi  təqdim 
edilir,  avropa  regionlarının  gələcək  siyasi  inkişafını,  onların  təbii-mədəni  irslərini    nəzərə  alır  və  
infrastruktura,  informasiyaya  və  birliyə  bərabər  imkanları  təmin  edir.  Bu  sənədin  bir  bölməsində, 
indiki  zamanda  regionların  inkişafını  dəqiqləşdirən  və  konkretləşdirən  ssenari  verilir.  Gələcəkdə 
bunlar  üçün  fəaliyyət  planları  işlənib  hazırlanacağı  gözlənilir.  Konsepsiya  inkişafın  vahid 
strategiyası haqqında təsəvvürü yaymağ üçün mövcud kommunikasiya şəbəkəsindən istifadə etməyi 
nəzərdə  tutur.  Konsepsiya  müxtəlif  səviyyələrdəki  düşüncə  tərzləri  və  fəaliyyət  planlarının 
ahəngdar  olmasına  dəstək  göstərir,  milli  reginonal  planlaşdırma  sistemini  stimullaşdırır  və 
möhkəmləndirir.         
Landşaft  planlaşdırması,  sözsüz,  ərazi  inkişafında  ekoloji  önəm  təklif  etməklə,  regional 
siyasətin bu sahəsinə öz töhfəsini verə bilir. 
 
1.6. Avropa ölkələrində landşaft planlaşdırılması  
Ekoloji yönəmli ərazi planlaşdırılmasının müxtəlif avropa ölkələrində çoxlu sayda formaları 
mövcuddur.  Ona  görə  də  biz  burada  onların  qısa  xülasəsini  vermək  və  landşaft  planlaşdırması 
sistemi kimi onların formalaşma tendensiyasını müzakirə etmək istəyirik.  
Müxtəlif ölkələrdə landşaft planlaşdırılmasının konkret modelləri əsasən bu ölkələrdə siyasi 
sistemin xüsusiyyətləri, ətraf mühitin problemləri, və həm də, planlaşdırma ənənsindən asılıdır.  
Landşaft  planlaşdırması  müxtəlif  ölkələrdə  müxtəlif  fəaliyyətlərə  daxil  edilə  bilər  və  şəhər 
və  kənd  yerlərinin  xüsusiyyətlərini  nəzərə  almaqla  inkişaf  edə  bilər.  Bəzi  ölkələrdə  landşaft 
planlaşdırılmasını  təyin  edən  landşaft  anlayışı  Almaniyadakından  fərqli  mahiyyətə  malikdir. 
Bununla  birlikdə  landşaft  planlaşdırması  öz  mahiyyətinə  görə  ümumi  məqsədlərə  xidmət  edir  və 
planlaşdırmanın  sahə  və  təbiəti  mühafizə  məzmunlu  və  estetikalı  ümumi  ərazi  formalarını 
zənginləşdirir.   
 
1.6.1. Böyük Britaniya 
Bir  çox  avropa  ölkələrinə  nisbətən  planalaşdırma  Böyük  Britaniyada  tarixi  olaraq  zəif 
mövqeyə malikdir. Burada planlaşdırma sistemi “top down” prinsipniə uyğun təşkil olunmuşdur. O 
ə
sasən ərazi inkişafı təşəbbüsünə yönəlmişdir, xüsusi halların həlli ikinci dərəcəlidir.  Sistemin əsas 
prinsipi  həm  xüsusi  mülkiyyəti,  və  həm  də,  fundamental  ictimai  maraqları  müdafiə  etməkdir. 
Bunula  yanaşı, planlaşdırma prosesinə  son zamanlar  ictimaiyyət daha çox cəlb olunur. Torpaqdan 
istifadə  rejimi  və  ərazinin  bu  və  ya  digər  formada  istifadəsi  birinci  növbədə  konkret  halın 
xüsusiyyətlərinə  və  konkret  istifadəçinin  maraqlarını  nəzərə  almaqla  həll  olunur.  Vahid  qaydaya 
üstünlük  verilmir  və  bu  da  Britaniya  hüququnun  xüsusiyyətlərindən  irəli  gəlir.  Ümumiyyətlə 
götürdükdə  sistem  çevikdir,  ictimai  maraqlar  baxımından  heç  də  həmişə  şəffaf  deyil.  Xüsusi 
mühafizə  olunan  ərazilərdən  kənarlarda  təbiəti  mühafizə  və  landşaft  planlaşdırılması  prioritet 
məqsəd kimi qoyulmur və ikinci dərəcəli rol oynayır. 
Bunula  belə  son zamanlar planlaşdırmada ekoloji tələbləri daha dəqiq  və sistematik nəzərə 
almaq  tendensiyası  yaranır.  Məsələn,  təbiəti  mühafizə  tədbirləri  aparmaq  üçün  AĐ-dan  maliyyə 
yardımı alan ərazilərdə bu tələblər yüksəkdir.  
Dövlət tərəfindən nisbətən zəif təşkil olunmuş ekoloji yönəmli planlaşdırma bir çox hallarda 
britaniya təbiəti mühafizə və mədəni landşaft ittifaqlarının güclü mövqeyi ilə kompensasiya olunur. 
Onlar  ictimai  fikirə  hiss  olunacaq  təsir  göstərə  bilirlər  və  beləliklə  də  cəmiyyətin  müxtəlif 
təbəqələrinə ekoloji əsaslı təbiətdən istifadənin əhəmiyyətini çatdırırlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə