Lim standartlarının hazırlanması Nümunəvi peşə standartı



Yüklə 320,49 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix11.12.2023
ölçüsü320,49 Kb.
#147891
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
1411-0-00112-01 Front office manager az

Uyğun 
gələn 
səviyyə 

Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək 
İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı 
əhatə edir. 

Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq 
Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün 
məsuliyyət daşımaq 
Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək 
Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək 

Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil 
idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda 
həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək) 
İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli 
zamanı elementar nəzəriyyələrdən istifadə etmək 
Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin 
qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə 
bağlı təkliflər vermək 
İşçilərə rəhbərlik etmək 
Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi 
təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək 

Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq. 
Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək 
Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti 
həyata keçirmək 
Özü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən 
keçirmək və təkmilləşdirmək
Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə 
məsuliyyət daşımaq 
Fərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət 
daşımaq 
Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar 
hazırlamaq və dəyişikliklər təklif etmək 



“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
10 
A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI 

Təcrübə qazanmaqla rəhbər vəzifələrə yüksəlmək mümkündür;

Təlim keçməklə bu peşə ilə əlaqədar yüksək dərəcədə ixtisaslaşmış işlərə keçid imkanları 
mövcuddur. 
A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ 
FƏALİYYƏTLƏRİN (F) SİYAHISI 
V.1. 
Otellərin, və otel tipli müəssisələrin müştəri xidməti fəaliyyətini əlaqələndirmək və qarşıya 
çıxan məsələləri həll etmək: 
F.1.1.
Otelin siyasəti və xidmətləri ilə bağlı sorğuları cavablandırmaq və müştərinin 
şikayətlərini həll etmək; 
F.1.2.
Qonaq otaqlarının, ictimai yerlərin və məkanların işlək olması və görünüşünü yoxlamaq; 
F.1.3.
Telefon xidmətini təşkil etmək, poçt və bağlamaları paylamaq, yaxud qida və əyləncə ilə 
bağlı suallara cavab vermək; 
F.1.4.
Otaqların icarəyə verilməsi və ya ayrılmasını təşkil etmək. 
V.2. 
Qonaqların məsələlərinə operativ reaksiya vermək: 
F.2.1.
Otelin xidmətləri və obyektləri barədə müştərilərin rəyini öyrənmək və nöqsanları 
aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək; 
F.2.2.
Oteldə baş verən və qonaqlar ilə əlaqəli olan bütün bədbəxt hadisələri və qəzaları 
araşdırmaq, rəhbərliyə məlumat vermək və müvafiq işləri əlaqələndirmək; 
F.2.3.
Onun fəaliyyət sahəsində daxil olan qonaqların onlar üçün nəzərdə tutulan xidmətlərlə 
təmin olunmasını şəxsən və müntəzəm şəkildə yoxlamaq. 
V.3. 
İşçilər ilə bağlı cari işləri, o cümlədən qrafikin hazırlanması, motivasiya, vəzifə bölgüsü, təlim, 
siyasət və prosedurların qiymətləndirilməsi işinə rəhbərlik etmək: 
F.3.1.
Biznes məqsədlərinə və xidmət standartlarına nail olmaq üçün yüksək məhsuldarlı 
komanda formalaşdırmaq məqsədilə işçiləri səfərbər etmək, həvəsləndirmək, işçilərin 
fəaliyyətinə nəzarət etmək və onları monitorinq etmək; 
F.3.2.
İşçilər üçün təlimlər təşkil etmək; 
F.3.3.
İşçilər arasında vəzifə bölgüsü aparmaq və bölüşdürmək
F.3.4.
Bütün işçilərin otelin xidmət və obyektləri ilə tanış olduqlarını və onların iş qrafikinin 
düzgün şəkildə tərtib və əməledildiyini təmin etmək; 
F.3.5.
Tabeçiliyindəki işçilərin fəaliyyəti və inkişaf səviyyəsi ilə bağlı onlara müntəzəm 
təlimatlar vermək və onların dövri qiymətləndirilməsini (attestasiya) həyata keçirmək. 
V.4. 
Otelin bütün funksiyaları/şöbələri arasında effektiv əlaqəni təmin etmək: 
F.4.1.
Şöbənin və ya ümumilikdə müəssisənin (əgər kiçik oteldirsə) fəaliyyəti ilə bağlı siyasət 
və prosedurlar hazırlamaq və həyata keçirmək; 
F.4.2.
Otelin fəaliyyətini əlaqələndirmək məqsədilə digər menecerlər ilə müzakirələr aparmaq 
və əməkdaşlıq etmək; 
F.4.3.
Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sənədləri hazırlamaq. 
V.5. 
Marketinq və ictimaiyyətlə əlaqədar işləri həyata keçirmək: 
F.5.1.
Bütövlükdə müəssisə üçün dövri biznes planının hazırlanmasına yardım etmək; 
F.5.2.
Qonaqların və bazarın ehtiyacını tam şəkildə dərk etməyə çalışmaq və müvafiq olaraq, 
məhsul və xidmət əlaqələrinin hazırlanmasına yardım etmək; 


“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
11 
F.5.3.
Daimi müştərilərə xüsusi diqqət göstərmək və qonaqlarla yüksək səviyyədə əlaqələr 
saxlamaq; 
F.5.4.
Təchizatçılar və həmkarlar ilə effektiv və vaxtında əlaqələndirməni təmin etmək
F.5.5.
Satış artırma fəaliyyətində satış və marketinq şöbəsinə kömək etmək; 
F.5.6.
Otaqların büdcə proqnozlarının müəyyən edilməsində satış və marketinq şöbəsinə 
dəstək olmaq; 
F.5.7.
Müxtəlif tədbir və konfranslarda oteli təmsil etmək və otelin reklamı üçün broşur, 
buklet və reklam çarxlarının hazırlanmasını həyata keçirmək. 
V.6. 
Xidmətlərin bütün amillər baxımından otelin standartlarına cavab verdiyini müntəzəm şəkildə 
yoxlamaq: 
F.6.1.
Otaqları və ayrılmış sahələri dövrü olaraq yoxlamaq və onların təmiz və lazımı 
səviyyədə saxlanıldığını təmin etmək; 
F.6.2.
Ön büro işçilərinin xarici görünüşü, gigiyenası və sanitar normaları ilə bağlı siyasət və 
prosedurlara əməl olunmasını təmin etmək; 
F.6.3.
Daimi olaraq nöqsansız xidmətlər göstərmək və otelin təlimatlarına cavab vermək üçün 
ön ofisin və foye xidmətlərinin fəaliyyətini idarə etmək yoxlamaq və səmərəliliyini 
yüksəltmək; 
F.6.4.
Otelin standartları və normaları ilə bağlı siyasət və prosedurları ön büro işçilərinə şərh 
etmək. 
V.7. 
Otelin və ya obyektin gəlir fəaliyyətini yoxlamaq: 
F.7.1.
Mal və məhsulların alınması və çatdırılması, paltarların yuyulması, təmir və zibillərin 
yığılması kimi kənar xidmətlərin təmin edilməsinə nəzarət etmək; 
F.7.2.
Qonaqların giriş və çıxış mərhələlərində ödənişlərin alınmasına nəzarət etmək; 
F.7.3.
Ləğv olunmuş otaq rezervlərini kənarlaşdırmaq; 
F.7.4.
İlkin qeydiyyat ödənişlərini, təsdiq məktublarını almaq və qeyd etmək, yaxud və 
qeydiyyat baş tutmadıqda ödənişləri geri qaytarmaq; 
F.7.5.
İlkin qeydiyyatların dəqiqliyini yoxlamaq, yerləşdirilmənin düzgün aparılmasına 
nəzarət etmək, üst-üstə düşmüş qeydiyyatlara yol verilməməsi üçün lazımi tədbirlər 
görmək; 
F.7.6.
Qrup şəklində olan yerləşdirmələrin ilkin qeydiyyatının dəqiqliyinə, qrupun üzvlərinin 
gəlmə günündən əvvəl otaqlar üzrə yerləşdirilmə planının hazırlanmasına nəzarət 
etmək , qrupun gəliş və gediş vaxtlarında ön büronun işini standartlara uyğun 
tənzimləmək və əlaqəli şöbələri işə cəlb etmək; 
F.7.7.
Ödənişlərin dəqiqliyinə, minibar, restoran, camaşırxana və s. kimi əlavə xərclərin 
ödənilməsinə nəzarət və ödənişlərlə bağlı sənədləşməni təmin etmək; 
F.7.8.
Otaqların qiymətinin müəyyən edilməsi, büdcənin hazırlanması və vəsaitlərin şöbələr 
arasında bölüşdürülməsi kimi maliyyə işlərində iştirak etmək; 
F.7.9.
Büdcə fəaliyyəti nəticələrinin əldə edilməsi üçün gəlir və xərclər üzərində nəzarət 
sistemi və prosedurları yaratmaq və yoxlamaq. 
V.8. 
İnzibati işləri görmək: 
F.8.1.
Müəyyən edilmiş siyasət və prosedurlara uyğun olaraq otel ilə bağlı bütün qeydiyyatları 
və statistikanı aparmaq və formaları doldurmaq, yerli lazımi orqanlara qonaqların 
qeydiyyatı haqqında sənədlər təqdim etmək
F.8.2.
Otaqların tutulması üzrə gündəlik, həftəlik və aylıq proqnozların hazırlanmasına 
nəzarət etmək; 
F.8.3.
Qonaqlarla bağlı qeydlərin hər zaman qüvvədə olmasını təmin etmək; 
F.8.4.
Müəyyən edilmiş siyasətlərə uyğun olaraq görüşlər və tədbirlər təşkil etmək. 


“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
12 
A.3. SƏRİŞTƏLƏR HAQQINDA 
Fərdin "Ön büro meneceri" peşə standartı üzrə vəzifə və fəaliyyətləri həyata keçirməsi üçün zəruri 
olan əsas səriştələr "Ön büro meneceri" peşəsi üzrə müvafiq təlim standartında göstərilmişdir (formal, 
qeyri-formal və informal təlimlər vasitəsilə əldə olunan bilik, bacarıq, yanaşma və davranış). 
A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDA 
Bu peşədə fərdin fəaliyyətinin qiymətləndirilməsi prosesi "Ön büro meneceri" peşəsi üzrə müvafiq 
peşə standartının qiymətləndirilməsində öz əksini tapır. Fərdin sistemli qiymətləndirilmələr vasitəsilə 
qiymətləndirilməsi işəgötürənə müxtəlif məqsədlər (yəni işəgötürmə, karyerada irəli çəkmə, heyətin 
qiymətləndirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi) baxımından faydalı ola bilər. 


“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
13 

Yüklə 320,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə