L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

    - Əlbəttə, mən o qədər də yaxşı sehirbaz deyiləm, - Oz ah çəkdi, - səhər bura gəlsən, 

başını beyinlə dolduraram, amma beyindən istifadə etməyi öyrədə bilməyəcəm, bunu özün 

etməlisən. 

     - Minnətdaram, çox minnətdaram! – Bədheybət sevinclə qışqırdı, - beynim olsa, 

ondan istifadə etməyi öyrənərəm! 

     - Bəs mənə cəsarət verməyəcəksiz? – Aslan narahat halda soruşdu. 

     - Sən onsuz da cəsarətli və qoçaqsan, buna inan, - Oz dedi. – Sənə bir az özünəinam 

lazımdır. Bütün canlılar təhlükə anında qorxu keçirir. Cəsarət daxilindəki qorxuya qalib gəlmək 

deməkdir, bu bacarıq isə səndə var. 

     - Elə olmağına elədir, - Aslan dedi, - amma mən qorxunu yox edən cəsarəti əldə 

etməsəm, bədbəxt olaram. 

     - Yaxşı, sabah sənə də cəsarət verərəm, - Oz cavab verdi. 

     - Bəs mənim ürəyim? – Dəmir Odunçu inamsız halda soruşdu. 

     - Bilmirəm, heç bilmirəm, - Oz dedi. – Sən əbəs yerə ürək istəyirsən, bilsən insan 

ürəkdən nə qədər əziyyət çəkir! İnan mənə, bəxtin gətirib ki, ürəyin yoxdur. 

     - Bunu bulmək olmaz, - Dəmir Odunçu etiraz etdi. - Mən hər çür acılara dözməyə 

hazıram, təki ürəyim olsun. 

     - Yaxşı, - Oz razılaşdı, - sənə ürək verərəm, sabah hamınız bura gəlin. Mən sehirbaz 

rolunu elə uzun müddətdir oynayıram ki, bir az da oynaya bilərəm. 

     - Bəs mən? – Doroti dilləndi. – Evə, Kanzasa necə qayıdım? 

     - Bu məsələdə gərək bir qəqər baş sındıram, - Oz dedi. – Mənə fikirləşmək üçün 2-3 

gün ver, səni səhradan necə keçirməyin yolunu tapım. İndisə hamınız mənim qonağımsız, bütün 

arzularınız həmin an yerinə yetiriləcək. Əvəzində bir xahişim var – mənim sirrimi heç kimə 

açmayın. 

     Dostlar öyrəndiklərini kimsəyə söyləməməyə söz verdilər, sonra hərə öz otağına getdi. 

Doroti əmin idi ki, Oz Böyük Yalançı sehirbaz olsa da, Kanzasa qayıtmaq yolunu tapacaq. Bunu 

edə bilsəydi Doroti onun bütün günahlarını bağışlayacaqdı. 

 

16. Böyük yalançının sehiri 

 

     Səhər Bədheybət dostlarına dedi: 



     - Məni təbrik edin, Ozun yanına beyin almağa gedirəm. Nəhayət ki, insanlar kimi 

olacam! 


     - Sən belə də xoşuma gəlirdin, - Doroti dedi. 

     - Mənim kimi bir Bədheybəti sevdiyin üçün sən çox xeyirxah qızsan, - dedi 

cavabında, - ancaq beynimin yaratdığı gözəl fikirləri eşidəndə məni daha artıq sevəcəksən. 

     Bədheybət dostları ilə sağollaşıb səbirsiz addımlarla qəbul zalına getdi. Qapını döydü, 

Oz o tərəfdən qışqırdı: 

     - Gəl! 

     Bədheybət içəri girəndə qocanın fikir içində pəncərənin ağzında əyləşdiyini gördü. 

     - Beyinə görə gəlmişəm, - Bədheybət inamsız halda Ozun yadına saldı. 

     - Həə, əyləş görüm. Məni bağışla, amma gərək başını çıxaram ki, içinə beyin 

dolduram. 

     - Yaxşı, razıyam, - Bədheybət dedi. - Beyinli olmaqdan ötrü bir qədər başsız yaşaya 

bilərəm. 

     Oz Bədheybətin başını çıxarıb, samanı tökdü, sonra arxa otağa keçdi, ordan kəpək və 

çoxlu iynə-sancaq gətirdi. Hamısını qarışdırıb, Bədheybətin başına doldurdu, bir qədər saman 

əlavə etdi ki, beyin öz yerini tutsun. Sonra Oz başı Bədheybətin bədəninə birləşdirdi. 

     - Sən ağıllı, həm də itiağıllı olacaqsan, çünki başın iti əşyalarla doludur. – Oz dedi. 

     Bədheybət  sevinc içində dostlarının yanına qayıtdı, axı onun əsas arzusu həyata 

yetmişdi, Bədheybət özü və yeni beyni ilə qürur duyurdu. 

     Doroti maraqla ona baxırdı, beynin çoxluğundan Bədheybətin başı şişmişdi.  



     - Özünü necə hiss edirsən? – Qız soruşdu. 

     - İndi müdrik vaxtımdı, - Bədheybət cavab verdi, - təzə beynə bir qədər öyrəşəndən 

sonra Oz ölkəsində məndən ağıllısı olmayacaq. 

     - Bəs bu nə iynə-sancaqdır başından çıxır? – Dəmir Odunçu soruşdu. 

     - Bunlar mənim ağlımın iti olduğuna sübutdur, - Bədheybət dedi. 

     - İndi mən Ozun yanına ürək dalınca gedəcəm, - Dəmir Odunçu ümidlə dedi. 

     Dəmir Odunçu qəbul zalına getdi və Oza dedi: 

     - Ürəyimin dalınca gəlmişəm. 

     - Lap yaxşı, - Oz cavab verdi. – Ürəyi sinənə qoymaq üçün gərək bədənində deşik 

açam. Bu əməliyyat sənə ziyan vurmaz. 

     - Qorxmayın, heç nə hiss etmərəm. 

     Oz alətlərini götürüb Dəmir Odunçunun bədəninin sol tətəfində bir deşik açdı, sonra 

yeşikdən içi kəpəklə doldurulmuş qırmızı ipək ürək çıxartdı. 

     - Bax, nə gözəldir! – Oz ürəyi Dəmir Odunçuya göstərdi. 

     - Həqiqətən gözəldir! - Dəmir Odunçu təsdiqlədi, ürək çox xoşuna gəlmişdi, - Ancaq 

bu ürək xeyirxah incə bir ürəkdirmi? 

     - Ən xeyirxah ürəkdir. – Oz ürəyi deşikdən Dəmir Odunçunun bədəninə saldı, sonra 

deşiyi bağladı. – İndi sənin də ürəyin var, düzdür, bədənində yamaq yarandı, amma başqa cür 

sənə ürək qoya bilməzdim. 

     -Yamaq qorxulu deyil! – ruhlanmış Dəmir Odunçu  dedi, - Siz çox xeyirxah adamsız, 

mən sizin yaxşılığınızı heç vaxt unutmaram. 

     Dəmir Odunçu dostlarının yanına qayıtdı, hamı onun təmiz ürək üçün təbrik etdi. İndi 

Taxt Otağının qapısını döymək sırası Qorxaq Aslana çatmışdı. Aslan qəbul otağına getdi: 

      - Gəl, - dedi Oz. 

      - Cəsarətdən ötrü gəldim, - dedi Aslan otağa girərkən. 

      - Lap yaxşı, - deyə cavab verdi balaca adam; - indi cəsarətini gətirərəm 

     Oz şüşəbəndli taxçaya yaxınlaşdı və üst rəfdən yaşıl, dördbucaq bir şüşə götürdü, 

içindəkini çox gözəl oyulmuş yaşıl qızıldan olan bir qaba boşaltdı. Qorxaq Aslan önünə qoyulan 

qabın içindəkini qoxlayıb üzünü büzüşdürəndə sehirbaz dedi: 

     - İç! 

     - Bu nədir? - Aslan şübhəylə soruşdu. 

     - Aha, - Oz qımıldandı, - bunun içindəki cəsarətdir, daha doğrusu, mayeni içəndən 

sonra o, cəsarətə çevriləcək, axı cəsarət bizim daxili cəhətimizdir, nə qədər ki içməmisən onu 

cəsarət adlandırmaq da çətindir. Buna görə də məsləhət görürəm ki, tez içəsən. 

     Aslan artıq tərəddüd etmədi, qabdakı bütün mayeni içdi. 

     - İndi özünü necə hiss edirsən? – Oz soruşdu. 

     - Cəsarətlə doluyam, - Aslan cavab verdi və başına gələnləri danışmaq üçün sevincək 

dostlarının yanına qaçdı. 

     Tək qalmış Oz hiyləgərcəsinə gülümsədi, o sevinirdi ki, Bədheybətə, Dəmir 

Odunçuya, Aslana kömək edə bilib, onların istədiyini verib. 

     “Yalançı olmaqdan necə əl çəkə bilərəm axı, - Oz fikirləşdi, - bir halda ki insanlar 

məndən mümkün olmayan şeyləri yerinə yetirməyimi istəyirlər! Əlimdən hər şeyin gəldiyinə 

inandıqlarına görə Bədheybəti, Dəmir Odunçunu və Aslanı xoşbəxt etmək çətin olmadı. Ancaq 

Dorotini Kanzasa qaytarmaq üçün xəyal gücündən daha artıq şeylər lazım olacaq. Heç bilmirəm 

neynim!” 

 

17. Hava şarının uçuşu 



 

     Doroti üç gün Ozdan bir xəbər almadı, həmin günlər qızın ən kədərli günləriydi

dostları xoşbəxt olsalar da, Dorotinin könlü şad deyildi. Bədheybət ağlına maraqlı fikirlər 

gəldiyini söyləyirdi, ancaq bu fikirləri dilə gətirə bilmirdi, çünki bu düşüncələri özündən başqa 

heç kim başa düşə bilməzdi. Dəmir Odunçu yeriyərkən ürəyinin köks qəfəsi içərisində hərəkət 



Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə