L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

Bu sualın aid olduğu hissədə baş qəhrəman – Polyanna obrazı ilə ilk dəfə
tanış oluruq və elə ilk epizodda onun əsas cəhəti – həyatsevərliyi, hər bir
xoşagəlməz hadisədə xoş məqam tapmaq bacarığı təzahür edir.
3. Müəllifin miss Polliyə münasibətini əks etdirən məqamları göstərin.
Bu sual mətndəki hadisələrə və obrazlara müəllif münasibətinin müəyyən
edilməsi ilə bağlıdır.
Müəllimin nəzərinə!
“Amma, in sa fən, demək lazımdır ki, gözlərini kitabdan ayırdı və hətta
hər barmağı “çox inkişaf etmiş borc hissinin” mücəssəməsi kimi gö rü -
nən əlini Polyan naya uzatdı” cümləsində müəllifin kinayəsi hiss olunur.
Bu da onun obraza münasibətini göstərir. 
4. Nensi ilə Polyannanın bu dialoqundan sonra balaca qızın xarakteri haq -
qın da fikirlərinizə nə əlavə olundu?
Şagirdlər bu suala cavab verərkən 2-ci sualla bağlı cavablarını yada salır,
müqayisələr aparır və Polyannanın portretini tamamlayırlar.
5-6-cı suallar mətnin məzmununun mənimsədilməsinə, eyni zamanda şa -
girdin fik rini əsaslandırmaq bacarığının inkişafına xidmət edir. 
Qeyd. Şagirdlərə VI sinifdə keçdikləri “Atanın dərsi” və “Sevinc” hekayələri
xatırladılır. Adıçəkilən əsərlərdə də əsas fikir həyatın ağır anlarına sinə gər mək,
taleyin acı sınaqları qarşısında əyilməmək, gözəllik görüb ona sevinə bil mək -
dən ibarətdir. Şagirdlər bu əsər lər arasındakı ideya yaxınlığını müəyyən et mək -
 lə “Polyanna” əsərindəki əsas fikrə münasibət bildirirlər.
Danışma
(St. 1.2.2)
7-8-ci tapşırıqlar şagirdlərdə yaradıcı təfəkkürün və şifahi nitq
bacarığının inkişafına xidmət edir. 
Dinləmə. Yazı
(St. 
1.1.2; 
3.1.4) 
Mətnin 2-ci hissəsində Polyannanın gəlişi ilə bağlı tele-
qramdan danışılır. Bu, 
3.1.4 standartında qeyd olunan teleqram yazmaq ba ca -
rığını forma laş dır ma ğa xidmət edir. Dərslikdə teleqramın sxemi verilmişdir. Müasir
dövrdə teleqramdan az istifadə olunduğundan müəllim bu yazı növü haqqında
şagirdlərə məlumat verməli, daha sonra sxemə əsasən onun quruluşu və xüsu -
siyyətlərini açıqla ma lıdır. Qeyd etmək lazımdır ki, sxemdə verilmiş hara, kimə 
s. sözlərinin yerinə müvafiq adlar yazılmalıdır. Teleqram başqa yazı növlərin dən
lakonikliyi ilə seçilir, onun va sitəsilə qısa şəkildə müəyyən xəbər və ya göstə riş
verilir. 
Əsərin orijinalından götürülmüş məktub şagirdlərə oxunur. Onlara tapşırılır
ki, mətn dəki və dinləmə materialındakı məlumatları müqayisə etsinlər. Sonda
şa gird lər hər iki mətndən əldə etdikləri informasiyaya istinad edərək te leqram
mətni hazırlamalıdırlar (9-cu tapşırıq).
37
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Hörmətli miss Polli Harrinqton!
Sizə dərin hüznlə bildirmək istəyirəm ki, Con Vayter 15 gün bundan əvvəl vəfat
et mişdir. Onun on bir yaşında bir qız övladı qalmışdır. Bildiyiniz kimi, Con Vayter ki -
tablarından başqa heç bir sərvəti olmayan keşiş idi. Dini mövzularda moizə edən bir
şəxsin nə sərvəti ola bilər ki?! Conla olan söhbətlərimdən belə başa düşmüşəm ki,
si zin aranızda inciklik var. Con həyat yol da şını itirəndə çox sarsılmışdı. Əgər özü də
öl sə, qızın sizin yanınıza gön də ril məyini vəsiyyət etmişdi. O deyirdi ki, nə olursa ols un,
böyük bacınızın xatirinə qızı yanınıza götürəcəksiniz. Mənə bu məktubu sizə yaz ma -
ğa cəsarət verən də budur. 
Hörmətli miss Polli, ümid edirəm ki, məktubu alandan sonra ən qısa zamanda mənə
ca vab yazacaqsınız. Yaxın günlərdə bir ailə qatarla Vermont ştatının Beldinqsvil şə hə -
rinə gələcəkdir. Razılıq cavabınızdan sonra sizə teleqramla Polyannanın nə vaxt gə lə -
cəyi haqqında məlumat verəcəyəm. Sizdən müsbət cavab alacağıma ümid edirəm. 
Xeyriyyə cəmiyyətinin sədri O.Vayt,
Monterey şəhəri, Kaliforniya ştatı
Müəllim məktubun məzmunundan çıxış edərək lövhədə Polli xalanın cavab
teleqramını yazıb nümunə kimi şagirdlərə göstərir.
Monterey şəhəri, Kaliforniya ştatı xeyriyyə cəmiyyətinin sədri O.Vayta.
Bacım qızı Polyannanın yanıma göndərilməsinə razılıq verirəm.
Beldinqsvil şəhəri, Vermont ştatı
Polli Harrinqton 
9-cu tapşırıq yerinə yetirilir. Bunun üçün şagirdlərdən diqqətli oxu tələb olu -
nur.  Belə ki, mətndə Polyannanın gəlişi ilə bağlı teleqramın məzmunu öz ək -
sini tapmışdır. “...Birdən o, teleqramda təsvir edildiyi kimi, sarışın saçlı, əy  nində
qırmızı damalı çit don, başında həsir şlyapa olan qızla qarşılaşdı”. Əlavə
olaraq şagirdlərə tapşırıla bilər ki, başqa şəhərdə yaşayan qohumlarına teleq -
ram yazsınlar.
Dil qaydaları
(St. 4.1.2) 
10-cu tapşırıqla motivasiya yaradılır. Şagirdlər tapşırığı yerinə
yetirdikdən sonra müəllim qar 
şılıq-birgəlik növ haqqında məlumat verir. 
11-13-cü və 15-ci tapşırıqlar aşağıdakı qrammatik bacarıqların formalaş ma -
sı na xidmət edir: 1) -ış
4
şəkilçili feillərdə hərəkətin qarşılıqlı şəkildə, yoxsa bir -
gə icra edildiyini müəyyənləşdirmək; 2) -ış
4
şəkilçisinin qarşılıq-birgəlik növ
ya radan, yoxsa feildən isim düzəldən şəkilçi olduğunu müəyyənləşdirmək.
14-cü tapşırığın icrası zahirən qarşılıq-birgəlik növ feillərə bən zə yən, lakin
məlum növə aid olan sözlərin fərqləndirilməsini nəzərdə tutur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
38

BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə