Küt quyuların qazılması


Küt qazımada maili quyuların şaquli intervallarinin görüşmə ehtimalının



Yüklə 148,37 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix15.06.2023
ölçüsü148,37 Kb.
#117442
1   2
Laboratoriya №4

Küt qazımada maili quyuların şaquli intervallarinin görüşmə ehtimalının 
təyini 
Dəniz yataqlarının işlənməsinin özünün bir çox xüsusiyyətləri vardır. 
Onlardan ən əsası böyük maliyə vasaiti ağır iş şəraiti həmçinində ətraf mühitin 
çirklənməsi problemidir. 
Bu məqsədlə belə problemlərin həlli məqsədi ilə yataqların işlənməsində küt 
qazıma geniş tətbiq edilir və nəticədə böyük maliyyə qoyuluşuna qənaət edilir, dəniz 
şelflərinin çirklənməsi dərəcəsi azalır. Belə ki, quyuların küt qazımasından başqa 
problemlər meydana çıxır. Onlardan əsası qonşu quyuların lülələrinin görüşməsidir. 
Bir çox hallarda küt qazımada quyu ağızları arasındakı məsafə 2 m-dən bir az artıq 
olur. 
Küt qazımada quyu lülələrinin görüşməsinin baş verməməsi üçün quyu 
agızları arasındakı məsafəni artırmaq lazım gəlir, bu isə qazılan quyular üçün 
qurulan özülün olçüsü artır və qoyulan maddi vəsait artır.
Ona görə də şaquli qazımada quyu ağızları arasındakı məsafənin və dərinlik 
intervalının təyin olunmasından göruşmə ehtimalı çox asılıdır 
Şəkildən göründüyü kimi L/2 >R olduqda quyu lülələrinin görüşməsi mümkün 
deyil. 


Fərz edək ki,hər iki quyu bir-birinə qarşı əyilir, bu ən qorxulu haldır.Bu halda 
quyu lülələrinin görüşməsi ehtimalı quyu dərinləşdikcə artır.Həmin şəkildə quyu 
dərinliyindən və əyrilik bucağından asılı olaraq quyu diblərinin mümkün yerləşmə 
dairələri göstərilmişdir 
Həmin şəkildə quyu dərinliyində və əyrilik bucağından asılı olaraq quyu 
diblərinin mümkün yerləşmə dairələri göstərilmişdir.Quyu lülələrinin görüşmə 
ehtimalı alınmış qorxulu kəsik sahəsi iki quyudibi sahə ilə bağlanır.
Sqor=2S

burada Sqor-qorxulu kəsiyin sahəsi 
Sb- balta müstəvisinin sahəsidir.
Birinci quyu dibinin qorxulu sahəyə düşmə ehtimalı: 
P
1
=Sqor/S

İkinci quyu dibi üçün 
P
2
=Sqor/S

Beləliklə iki lülənin son görüşmə ehtimalı o vaxt baş verəcək ki, hər iki lülə 
qorxulu sahəyə düşəcək.Bu halda iki lülənin qorxulu sahəyə düşmə ehtimalı iki 
ehtimalın hasili kimi təyin olunacaq. 
Pson=P
1

P
2
S
1
=S
2
=S olarsa 
Pson=S²
qor
/S² 
İki lülənin görüşü o vaxt baş verər ki, hər iki balta qorxulu sahəyə düşsün, baltaların 
sahələrinin kəsişməsi aşağıdakı ehtimal ilə baş verə bilər.
P*=2S
b
/Sqor 
Nəticədə hər iki baltanın qorxulu sahəyə düşməsi və görüşmə ehtimalı iki 
ehtimalın hasili kimi təyin olunur.
P=P*·Pson=S²qor/S² · 


2S
b
/Sqor=2Sqor·S
b
/S² 
Quyuların küt qazılmasını təxminən konus və ya piramida şəklində təmsil oluna 
bilər, təpələri küt quyu meydançasıdır, və əsasları - ölçüləri işlənmə şəbəkəsinin 
ölçüsü və maili quyuların qazılması zamanı quyuların diblərinin şaquli istiqamətdən 
yerdəyişmə ehtimalı ilə müəyyən edilən dairə və ya çoxbucaqlıdır. 
Küt qazımada quyuların sayı, işlənmə şəbəkəsinə əlavə olaraq, bir və ya 
çoxlaylı layların olması və digər amillər maili quyuların diblərinin texniki cəhətdən 
mümkün kənarlaşmaları ilə müəyyən edilir. 
Çox laylı yataqların qazılması zamanı küt quyuların sayı mütənasib şəkildə 
arta bilər. Küt quyular nəqliyyat magistralı boyunca yerləşdikdə, küt quyuların sayı 
bir local küt quyularla müqayisədə azalır. 
Quyu ağızlarının küt qazıma meydançasında yerləşməsi üçün seçilmiş 
variantdan asılı olaraq, hazırlıq, tikinti, quraşdırma və sökmə işlərinin həcmi geniş 
diapazonda dəyişə bilər. Bundan əlavə, ayrılmış ərazinin ölçüsü, yaşayış yerləri üçün 
çox vacib olan küt qazıma meydançasında quyu ağızlarının yerləşməsi üçün 
seçilmiş variantdan asılıdır. 
Quyuların istismarında quyu ağızlarının meydançada yerləşməsinin xarakteri 
mühüm rol oynayır. Küt qazıma 
meydançasında quyu qazarkən, eyni vaxtda işləyən 
qazma qurğularının sayı fərqli ola bilər. 
Küt qazma təcrübəsi göstərir ki, bu üsul tikinti-quraşdırma işlərini əhəmiyyətli 
dərəcədə azaltmağa, yolların, su kəmərlərinin, elektrik ötürücü və kommunikasiya 
xətlərinin tikintisinin həcmini azaltmağa, istismarda olan quyuların saxlanılmasını 
sadələşdirməyə və daşımaların həcmini azaltmağa imkan verir. . 

Yüklə 148,37 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə