Korrupsiyaya qarşı mübarizədə
Rəşad Həsənov
hökumət-vətəndaş əməkdaşlığı
11
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
çətin olur. Bu kimi təşəbbüslər büdcə layihəsinin müzakirəsi zamanı başlayır və
korrupsiyalaşmış ölkələrin büdcələrində bir qayda olaraq investisiya xərcləri üstünlük təşkil edir.
Çünki əmək haqların, sosial müavinətlərin, pensiya ödənişlərinin ödənilməsində hazırkı elektron
dövrdə hər hansı formada mənimsəməni həyata keçirmək daha çətin olur. Nəticədə bu kimi
ölkələrdə ictimai vəsaitlərin sosialyönümlülük səviyyəsi daim aşağı olur.
4) Dövlət müəssisələrinin gəlirlərində səbəbsiz azalma halları artır.
Dövlət sektoruna aid təsərrüfat müəssisələrinin gəlirləri süni şəkildə azaldılır. Başqa
sözlə, bu vəsaitlər korrupsiya predmetinə çevrilir. Hətta, bir çox hallarda bütün şərtlərin müsbətə
doğru dəyişdiyi halda müəssisənin gəlirlərində azalma baş verir ki, nəticədə itirən tərəf yenə də
dövlət büdcəsi və cəmiyyət olur. Bu kimi hallarda korrupsiya metodu olaraq istehsal edilən mal
və xidmətlərin həcmi azaldılır, xərclər şişirdilir, istehsalat prosesi zamanı itkilərin həcmi süni
şəkildə artırılır.
5) Dövlət qurumları öz vəzifələrinin icrası zamanı süni əngəllər yaradır.
Bu hal bir çox ədəbiyyatlarda rüşvətə təhrik
kimi də təsvir edilir. Bu kimi hallarda ağır prosedur
qaydalarının
tətbiqi,
prosesin
cansıxıcılığı,
qanunvericilikdə
mövcud
olan
boşluqlardan
istifadə, zaman sərfinin çoxluğu kimi təzyiq
metodlarından istifadə edərək vətəndaş rüşvətə
təhrik edilir. Digər tərəfdən isə, vətəndaş məmur münasibətləri əngəllənir və vətəndaşların ərizə
və şikayətlərinin cavablandırılması prosesi uzadılır. Beləliklə, rüşvət prosesində əsas məsuliyyət
ikincilərin, yəni vətəndaşların üzərinə qoyulur.
6) Məhkəmə orqanları birtərəfliliyini itirir.
Korrupsiyaya qarşı mübarizədə
Rəşad Həsənov
hökumət-vətəndaş əməkdaşlığı
12
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Korrupsiyalaşmış
ölkələrdə
məhkəmə
orqanlarının adil qurum kimi fəaliyyət göstərməsi
mümkün deyil. Çünki bu qurumlar baş vermiş
qanun pozuntuları zamanı ədalətli qərarlar qəbul
edərsə, o zaman ölkədə korrupsiya və rüşvət halları
azalar. Başqa sözlə, korrupsiya və rüşvətin
çiçəklənməsində əsas aktyor məhz məhkəmə qurumları olduğu üçün, bu fəaliyyətlərin geniş
yayıldığı ölkələrdə adil qərarlardan söz etmək gərəksiz yanaşmadır. Yəni, ilk öncə məhkəmə
orqanları prosesə qatılır və tərəfsizliyini itirir ki, nəticədə cəmiyyət bu bataqlığa yuvarlanır.
Təsadüfi deyil ki, hələ 2700 il bundan əvvəl İran hökmdarı korrupsiyaya qarşı mübarizə
fərmanlarında ən sərt cəzaları hakimlər üçün müəyyən etmişdi. Bu hallar aşkar edildikdə
hakimlərə ölüm hökmü tətbiq edilirdi.
Korrupsiyanın və rüşvətin fəsadları
Aparılan araşdırmalar onu göstərir ki, müasir dövrdə korrupsiya cəmiyyətləri mənəvi
deqradasiyaya sürükləməklə paralel olaraq gəlirlərin ədalətsiz paylaşmasında da katalizator
rolunu oynamaqla, ciddi problemlərə start verir. Korrupsiya və rüşvətin cəmiyyətdə,
dövlətçilikdə və eyni zamanda ictimai davranışda fəsadlarını aşağıdakı kimi qruplaşdırmaq olar;
Hüququn aliliyi prinsipi pozulur - ölkə qanunvericiliyinin müdafiəçisi olan
qurumların korrupsiyaya qurşanması nəticədə məhkəmə orqanlarının müstəqilliyini
və ədalətliliyini itirməsinə səbəb olur ,beləliklə, bu kimi cəmiyyətlərdə hüququn
aliliyi prinsipi faktiki olaraq işləkliyini itirir. Buna bənzər cəmiyyətlərdə
yazılmamış qanunlarla idarə edilir, yazılmış qanunlar isə sadəcə görüntü xarakteri
daşıyır.
Korrupsiyaya qarşı mübarizədə
Rəşad Həsənov
hökumət-vətəndaş əməkdaşlığı
13
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Cəmiyyətin mənəvi deqradasiyası sürətlənir-məmur özbaşınalığı, qeyri-bərabər
gəlir bölgüsü, qanunların addımbaşı tapdanması, ədalət və adil qərar axtarışındakı
uğursuzluq cəmiyyətin təməl dəyərlərini ( vətənpərvərlik, insani xarakter,
dövlətçilik, dini mənsubiyyət, ailə münasibətləri və s) deformasiyaya uğradır ki,
nəticədə insanlar doğru və yalnışın izini itirir. Bu kimi cəmiyyətlərdə güc, maddi
üstünlük insan beynini məşğul edən əsas problemə və arzuya çevrilir. Korrupsioner
məmur, rüşvətxor vətəndaş ictimai qınaqdan yayınır və hətta digərlərinə nisbətən
daha üstün hörmətə layiq bilinir. Nəticədə sosial-iqtisadi prinsiplər tamamilə
pozulur.
Vətəndaş-dövlət münasibətlərində inamsızlıq hökm sürür - təcrübə onu göstərir ki,
korrupsiyalaşmış hökumətlərə ictimai inam ciddi sarsılır, vətəndaş-məmur
münasibətlərində səmimiyyət itir, ictimai vəsaitlərin idarə edilməsində vətəndaş
cəmiyyətinin iştirakçılığı formal xarakter daşıyır. Digər tərəfdən isə korrupsiya və s
kimi problemlərlə mübarizədə vətəndaş iştirakçılığının səviyyəsi aşağı düşür.
Mülki və hüquqi problemlər isə əksər hallarda hüquqi prosedurlara söykənərək
deyil, qeyri-qanuni həll üsullarından istifadəyə meyillənir.
Ölkənin beynəlxalq imici ləkələnir – korrupsiya halları ölkənin beynəlxalq
hesabatlarda reytinqinə mənfi təsir göstərir, biznes mühiti ilə bağlı araşdırmalara
təsir edir. Nəticədə ölkənin beynəlxalq imicinin ləkələnməsi kimi problemlərlə
yanaşı, ölkəyə xarici investisiya axını əngəllənir, beynəlxalq korporasiyaların
iqtisadi sektorlarda fəaliyyət maraqları azalır.
Biznesin inkişafını və rifahı əngəlləyir, rəqabət mühitini çətinləşdirir, monopoliya
halları genişlənir – korrupsiya və rüşvət biznes mühitini çətinləşdirən, haqsız
rəqabətə yol açan eyni zamanda inhisarçılığı, havadarlığı stimullaşdıran fəaliyyət
növü hesab edilir. İnhisarçılığın hakim olduğu iqtisadiyyatlarda isə təşəbbüskarlıq,
sahibkarlığa maraq azalır, yeni iş yerlərinin yaradılması ləngiyir, bütün bunlara
paralel olaraq büdcənin vergi daxilolmalarının artım tempi real imkanlara uyğun