Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

 
Pedaqoji müsahibə
 
 
Anket sorğusu
 
 
Pedaqoji konsilium
 
 
7.
Pedaqoji eksperimentin planlaşdırılması kriteriyaları əsasında anket tərtib edin.
Anket: 
1.
Eksperimentin məqsədi;
2.
Eksperimentin həcmi;
3.
… 
4.
… 
5.
… 
6.
… 
...........
1.
Mətn
Mətn
2.
Mətn
Mətn
3.
Mətn
Mətn


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
30 
8.
Sağlamlıq imkanları məhdud olan uşaqlarla korreksiaedici
-
pedaqoji iş üçün metod 
qrupunun seçilməsinin amillərini cədvələ uyğun müəyyənləşdirin:
Metodlar qrupu 
Amillər 
Tədris
-
idraki fəaliyyətin 
təşkili və həyata 
keçirilməsi
(Nümunə)
1.
İnkişafın perspektiv sferasında kənara çıxmalarla (eşitmə, 
görmə, dayaq
-
hərəkət sistemi və s.) bağlı şagirdlərdə 
əhəmiyyətli dərəcədə eşitmə, görmə və
taktil qavrayışın 
zəifləməsi...............
2.
3.


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
31 
1.3. Tədqiqat vasitəsi ilə mövcud problemləri aşkar edir
 
Korreksiya pedaqogikasında elmi
-
tədqiqat prosesinin məntiqi quruluşu 
Təhsilin keyfiyyəti, bilavasitə müəllimin yaradıcı potensialı,
peşəkarlıq səviyyəsi, 
təlimin yeni pedaqoji texnologiyalarının tədris prosesində tətbiqi, öz üzərində daim 
işləməsi, çevik pedaqoji təfəkkürlü və humanist yönümlü insan olmasından çox asılıdır. 
Məqsədi hərtərəfli inkişaf etmiş və humanist yönümlü şəxsiyyət yetişdirməkdən ibarət olan 
müasir təhsil sistemi, müəllimdən hər bir şəxsə onun fərdi xüsusiyyətləri və inkişaf 
səviyyəsini nəzərə alaraq yanaşmağı tələb edir. Bununla əlaqədar müəllimin peşəkarlıq 
səviyyəsi və pedaqoji fəaliyyətinin öyrənilib qiymətləndirilməsi (pedaqoji diaqnostika) 
onun işindəki çətinliklərin aşkar edilməsi və bu çətinliklərin araşdırılaraq aradan 
qaldırılmasına xidmət edir. Pedaqoji diaqnostika, həmçinin, müəllimin bacarıq səviyyəsi və 
fəaliyyətinin müsbət cəhətlərini müəyyən etməyə və fərdi xüsusiyyətləri fonunda onları 
inkişaf etdirməyə imkan verir. Məlumdur ki, müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji 
fəaliyyətinin qiymətləndirilməsi, təlim
-
tərbiyə prosesinin səmərəliliyinin əsas göstəriciləri 
olan bilik, inkişaf və tərbiyə məqsədlərinin həyata keçirilməsi baxımından aparılmalıdır. 
Ona görə də, müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi 
üçün göstəricilər müəyyənləşdirilərkən onun şəxsi keyfiyyətləri, pedaqoji bacarıqları, tədris 
etdiyi şagirdlərin nailiyyətləri və müasir təlim texnologiyalarına yiyələnmə səviyyəsi, onları 
öz işində tətbiq edə bilmək bacarığı nəzərə alınmalıdır.
İstənilən elmi
-
tədqiqat işinə, faktların yığılması, sistemləşdirilməsi və 
ümumiləşdirilməsi ilə
başlanır. Tədqiqat işlərinin
fəlsəfəsi 

həqiqət faktları 
– 
baş verən və 
ya artıq baş vermiş hadisələrdir. Elmi faktlar isə tədqiqatçı tərəfindən empirik mühakimələr 
əsasında yoxlanılmış, düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Digər sözlə, faktlar 
elmi biliyin məntiqi strukturunun tərkib hissəsi olduqda ona elmi faktlar deyilir. Lyu de 
Broyl yazırdı ki, “eksperimentin nəticəsi sadəcə qeyd olunmuş faktlardan ibarət deyil. Bu 
nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara söykənən izaha ehtiyac vardır”.
Elmi tədqiqatın empirik
mərhələsində bir
-
birindən xarakterik fərqləndirilən məsələlər 
həll olunur. Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların 
başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlər və xalqların fəaliyyət göstəriciləri, 
həmçinin, təbii hadisələr və proseslər. Tədqiqatçı heç də həmişə hadisə və proseslərlə bağlı 
ilkin faktlarla işləmə imkanına malik olmur. Bu, çox vaxt zaman və məkan amilləri ilə 
bağlıdır. Ona görə də elmdə bir çox halda ikinci və ya üçüncü dərəcəli faktlarla işlənilir. 
Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir və bununla işin 
sonrakı mərhələləri üçün baza yaradır. Empirik tədqiqatın ikinci mərhələsi, toplanmış 
faktların ilkin emalı və qiymətləndirilməsi ilə məşğul olur.
Bu mərhələdə artıq düşündürücü 
işə qədəm qoyulur. Tədqiqatçı nəyin fakt olması, nəyin isə sadəcə fikir olmasına aydınlıq 
gətirməyə çalışır. O, elmin nəzəri əsasları, qanun və kateqoriyalarına əsaslanaraq faktların 
məzmununu təyin edir, onlar arasındakı əlaqəni aydınlaşdırır və xassələrinin vacibliyinə və 
aktuallığına görə onları qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur. Burada araşdırılan 
hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və təsnifatlaşdırılır.
Növbəti
addımda 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə