Salatın Əhmədli
279
kəndə hücum etmək, dinc əhalini qırmaq, kəndin var-
yoxunu talayıb, sonra da kəndi yandırmaq istəyirdilər.
Türk sərkərdəsi Fətəli xan qoşunu ilə kəndə daxil
oldu. Kişilər kəndə varid olmuş Fətəli xanı dövrəyə
aldılar. Fətəli xan bir göz qırpımında sıçrayıb iri daşın
üstünə çıxdı. Onun hündür boyu daşın üstündə daha
əzəmətli göründü. İncə belinə enli, zərli kəmər bağla-
dığından beli daha da incələşmiş, sanki üzükdən keçə-
cəkdi.
Meydan adamla dolmuşdu. Yaxın kəndlərin ca-
vanları, igid oğlanları da gəlmişdi. Fətəli xan izdihama
göz gəzdirib türk ləhcəsilə uca səslə dedi:
- Ay camaat, kəndin ağsaqqallarını çağırın,
gəlsinlər.
Molla İsmayıl və bir neçə ağsaqqal Fətəli xana
yaxınlaşdı. Gözlərini türk sərkərdəsinin gözlərinə
dikdilər, onun nə deyəcəyini gözlədilər.
Türk sərkərdəsi izdihamı yenidən nəzərdən
keçirib soruşdu:
- Kəndin qoçaq, qeyrətli oğlanlarından kim var
burada?
Molla İsmayıl gözlərini dolandırıb Zülfüqarın
üzündə saxladı. Zülfüqar kəndin vurub-tutan, heç kim-
Salatın Əhmədli
280
dən qorxmayan oğlanlarından idi. O, igid olmaqla
bərabər hündürboy, enli kürək, qolu zorlu bir qoçaq
idi. Molla İsmayıl Zülfüqara yaxınlaşdı. Onun
qolundan yapışıb sərkərdənin hüzuruna gətirdi. Sonra
da gedib qoçaqlıqda heç də Zülfüqardan geri
qalmayan Burcalını, Nəcəfi və Bəndalını gətirdi.
- Paşam, bizim bu oğlanların hər biri bir qoşuna
dəyər.
Fətəli xan daşın üstündən yerə atıldı. Oğlanlara
yaxınlaşıb ayrı-ayrılıqda çiyinlərindən möhkəm-
möhkəm sıxdı, qartal baxışları ilə onları nəzərdən
keçirdi. Dəmir kimi bərkimiş əlini onların kürəyinə
vurub dedi:
- Əcəm cocuqları, sizə yaraq-yasaq veriləcək.
Gecə çıxırsınız yuxarı, dağlara sarı, gedib Toğlu qaya-
sını tutursunuz. Hə, bilirsiniz ki, Toğlu qayası erməni-
lərin toplaşdığı kəndin başının üstündədir. O qayadan
Səngəri saxlayırsınız. Mən gün çıxana yaxın, tezdən
sizin yanınızda hazır olacam. Di haydı, əcəm cocuq-
ları, durmayın, gedin, hazırlaşın.
Fətəli xan tapşırıqlarını verdikdən sonra gətirib
onların hərəsinə içi qumbara, güllə, silah-sursatla dolu
olan iki heybə verdi. Qumbaranı işlətməyi bilməyən
Salatın Əhmədli
281
Zülfüqargilə ondan necə istifadə etməyi öyrətdi. Fətəli
xan onu da əlavə etdi ki, qumbaranı lazım olanda işlə-
din, boş yerə atmayın.
Axşama yaxın dostlar dağlara tərəf qalxmağa
başladılar. Kəndin kənarına çatanda onları maraq
bürüdü: görəsən, bu qumbara nə olan şeydir, bir ataq,
görək, necə silahdır?
Zülfüqar əlini heybənin içinə saldı, qumbaranın
birini götürüb var gücü ilə yaxınlıqdakı çaya atdı.
Çaydan qalxan toz-duman qarışıq su zərrəciklərindən,
daş qırıntıların-dan bir anlıq heç nə görünmədi. Onlar
əmin oldular ki, bu nədirsə çox güclü şeydir.
Aşağıda dayanıb onları izləyən Fətəli xan bu ha-
disəni gördü, əsgərlərindən birini yaxına çağırıb dedi:
- Onlar maraqdan qumbaranı atdılar. Apar onlara
bir qumbara ver, özü də tapşır ki, paşa deyir, bir də
belə səhvə yol versəniz yerinizdəcə güllələyəcəm.
Əsgər Paşanın əmrini yerinə yetirib onlara dedi:
- Bu silah düşməni öldürmək üçündür, vətən tor-
pağını yaralamaq üçün yox, siz onu niyə atdınız?
Zülfüqar ötkəm səslə cavab verdi:
- Biz bilməliydik ki, o nə olan şeydir? Onun üçün
də atdıq.
Salatın Əhmədli
282
Əsgər heç nə demədi, gülümsünüb geri qayıtdı.
Zülfüqargil yollarına davam etdilər. Səngərə çatıb
səhə-rə qədər erməniləri gözdən qoymadılar. Onların
kəndə hücum üçün necə hazırlaşdıqlarının şahidi
oldular.
Oyaq qaldıqlarından gecənin bir yarısı aclıq hiss
edib yemək yığılmış heybəni açdılar. Heybənin o biri
silahla dolu idi. Onlar böyük daşın dalında aşağı
oturub süfrə açdılar. Doyunca yeyib-içəndən sonra
növbə ilə dincəlmək qərarına gəldilər.
Səhər açılmaq üzrə idi. Ermənilər yuxudan dur-
muşdular. Sərkərdələr əsgərlərə tapşırıqlar verirdi.
Hiss olunurdu ki, onlar hücum üçün tam hazırdılar.
Aşağıdan-türk qoşunundan isə səs-soraq yox idi.
Zülfüqargil narahat olmağa başladılar. Nəcəf üzünü
Zülfüqara tutub dedi:
- Zülfüqar, birdən türkün qoşunu gəlməz, ermə-
nilər bizi burada qırar. Onlar çox, biz az. Ölməyimdən
qorxmuram, ucuz ölümdən qorxuram. Bir də ki, mən
ölsəm o boyda külfət başsız qalıb acından qırılacaq.
Zülfüqar dostlarına ürək-dirək verdi:
- Qorxmayın, türkün paşası mərd olur, harada ol-
sa, gəlib çıxacaqlar.
Salatın Əhmədli
283
Bir az da keçdi. Gün göylərdə görünməyə
başladı. Dostlar narahat-narahat bir-birilərnin üzünə
baxdılar. Zülfüqar onların narahat baxışlarını görüb
yenə təskinedici səslə dedi:
- Bu heç kişilikdən deyil, qoyub qaçmaq namərd-
lərin işidir. Biz, nə olur olsun, ermənilərin qabağını
saxlamalıyıq.
Onların qulağına iki dəfə zəng səsi gəldi. Bu,
erməni qoşununun hücum işarəsi idi. Üçüncü zəngdən
sonra Zülfüqarın iti gözləri yuxarıda ilişib qaldı.
Erməni qoşunlarının sel kimi axıb üzü yuxarı qalxdı-
ğını gördü. Atların ayağı altından çıxan toz-dumandan
ətraf görünməz oldu. Zülfüqar yoldaşlarına məsləhət
gördü:
- Tüfənglərinizi doldurun, hazır olun, mən nə
vaxt «atəş» desəm, onda atarsınız.
Bir güllə məsafəsi qalmış Zülfüqar əmr verdi.
Onlar daşın dibində dayanaraq, yuxarıdan atın üstündə
sürətlə gələn erməniləri güllə yağışına tutdular. Ermə-
nilər qabaqda heç nə görməsələr də, qarasına atmağa
başladılar. Zülfüqar yenidən əmr verdi:
- Sağ tərəfdəki Ağ yolu gözdən qoymayın!
Erməni qoşunu Ağ yola çatanda qumbaranı atarsınız!
Salatın Əhmədli
284
Ağ yol qayanın dibindən keçirdi. Əgər erməni
qoşunu Ağ yolu keçsəydi, Zülfüqargilin vuruşduqları
yeri iri daşlıq ərazini mühasirəyə ala bilərdilər.
Ermənilər Ağ yola yaxınlaşanda Zülfüqar qumbaranın
birini var gücü ilə erməni qoşununun içinə atdı.
Onların qabaqda gələn dəstəsi qoyun sürüsü kimi yerə
yatdı. Ermənilər xeyli itki verərək geri çəkildilər. Nə
olduğunu anlayan ermənilər bu dəfə daha sürətlə
hücuma keçdilər. Zülfüqar qumbaranın birini də atdı.
O, ermənilərlə döyüşə-döyüşə hərdən Paşa ilə
şərtləşdik-ləri yerə-Qırxbulaq tərəfə baxırdı; türkün
ordusu gəlməliydi. Birdən qulaqları arxadan kişnərti
səsini aldı. Dönüb arxaya baxdı. Qırxbulağın üstündə
Türk Paşasının atı iki ayağı üstə şahə qalxaraq
fınxırırdı, burun pərləri genişlənib yumulurdu.
Paşa birdən elə bir dəli nərə çəkdi ki, Zülfüqar
qeyri-ixtiyari yenidən dönüb arxaya baxdı. Gördüyü
mənzərədən heyrətə gəldi. Paşa hər iki əlində tutduğu
mauzerdən atırdı. Atdığı güllələrin biri də boşa çıx-
mırdı. Hər atəşə bir erməni atdan aşırdı. Zülfüqar
çaşıb qalmışdı, bilmirdi Paşanın bu igidliyi onun öz
qoçaqlığı idi, yoxsa Allahın möcüzəsiydi? Paşa
erməniləri dənləyə-dənləyə erməni qoşununun içinə
Dostları ilə paylaş: |