Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

15

 



C. 

Həbs qətimkan tədbiri 

Maddə 5 § 1 (c) 

“1. …  


Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

… 

(c)  hüquq  pozuntusunun  törədilməsində  əsaslı  şübhə  ilə  bağlı  şəxsin  səlahiyyətli  məhkəmə  orqanı 



qarşısında  durmasından  irəli  gələn  və  ya  onun  tərəfindən  törədilən  hüquq  pozuntusunun,  yaxud 

törətdikdən  sonra  gizlənməsinin  qarşısını  almaq  üçün  kifayət  qədər  zəruri  əsaslar  olduğunun  hesab 

edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; 

 

1) 



Həbs və ya tutulmanın məqsədi 

63. "S


əlahiyyətli  məhkəmə  orqanı  qarşısında  durmasından  irəli  gələn"  ifadəsi  5-ci 

maddənin 1 (c) yarımbəndində həbs və ya tutulma üçün nəzərdə tutulan üç alternativ əsasa da 

aiddir (

Loules İrlandiyaya qarşı (№ 3)

, §§ 13-14; 



İrlandiya Birləşmiş Krallığa qarşı

, § 196). 

64. 

Şəxs  5-ci  maddənin  §  1  (c)  yarımbəndinə  əsasən  yalnız  cinayət  mühakiməsi  icraatı 



çərçivəsində  hüquq  pozuntusu  törətdiyi  şübhəsi  ilə  səlahiyyətli  məhkəmə  orqanı  qarşısında 

durması məqsədi ilə həbs edilə bilər (



Ceius Litvaya qar.;

, § 50; 


Şvabe və M.G. Almaniyaya 

qarşı

, § 72). 

65. 

Bu  müddəanın  ikinci  alternativi  ("onun tərəfindən  törədilən  hüquq pozuntusunun 



qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğu hallarda") həmçinin sözügedən şəxsin 

artıq cinayət törətmiş olduğu şübhəsi olmadan preventiv məqsədlə tutulmasını deyil,  yalnız 

məhkəməyə qədər həbsi tənzimləyir (

Ostendorf Almaniyaya qarşı

§ 82).


 

66. 


Şübhəli  şəxsin  məhkəməyə  gətirilməsi  məqsədinin  mövcudluğu  bu  məqsədin  həyata 

keçib-


keçmədiyindən  asılı  olmayaraq  nəzərdən  keçirilməlidir.  5-ci  maddənin  §  1  (c) 

yarımbəndinin  təyin  etdiyi  standart  polisin  həbs  və  ya  nəzarət  altında  saxlanma  zamanı 

ittiham irəli sürmək üçün yetərli dəlillərə malik olduğunu nəzərdə tutmur (

Petkov və Profirov 

Bolqarıstana  qarşı,

 

§ 52; 



Erda

göz  Türkiyəyə  qarşı

, § 51). 5-

ci  maddənin  1-ci  bəndinin  (c) 

yarım  bəndi  çərçivəsində  həbs  zamanı  dindirilmənin  məqsədi  həbs  üçün  əsas  təşkil  edən 

konkret  şübhənin  təsdiq  edilməsi  və  ya  aradan  qaldırılması  yolu  ilə  cinayət  araşdırmasına 

yardım  etməkdir  (



Broqan  və  başqaları Birləşmiş Krallığa qarşı

, §§ 52-54; 



Labita İtaliyaya 

qarşı

 [GC], § 155; 



O’Hara Birləşmiş Krallığa qarşı

, § 36). 

67. 5-

ci  maddənin  §  1  (c)  yarımbəndi  çərçivəsində  həbs  göstərilən  məqsədə  nail  olmaq 



üçün proporsional tədbir olmalıdır (

Ladent Polşaya qarşı

, §§ 55-56). 

68. 

"Səlahiyyətli  məhkəmə  orqanı"  ifadəsi  5-ci  maddənin  3-cü  bəndinə  uyğun  olaraq 



"qanunla  məhkəmə  hakimiyyətini  həyata  keçirmək  səlahiyyəti  olan  hakim  və  ya  başqa 

vəzifəli şəxsi" bildirir (



Şisser İsveçrəyə qarşı

, § 29). 

 

2) 

“Əsaslı şübhə”nin mənası 

69. Cinay

ətin  törədildiyinə  dair  "əsaslı  şübhə"  obyektiv  müşahidəçinin  sözügedən  şəxsin 

hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın 

mövcudluğunu nəzərdə tutur (

İlqar Məmmədov Azərbaycana qarşı,

 

§ 88; 



Erdagöz Türkiyəyə 

qarşı

, § 51; 


Foks, Kempbell və Hartli Birləşmiş Krallığa qarşı

, § 


32). Beləliklə, səlahiyyətli 

orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla 

araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (

Stepulyak Moldovaya qarşı

, § 73; 


Elçi və başqaları Türkiyəyə qarşı

, § 674). 




5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



16 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

70. 

Nəyin  "əsaslı"  hesab  oluna  biləcəyi  isə  işin  hallarından  asılıdır  (



Foks, 

Kempbell  və 

Hartli Birləşmiş Krallığa qarşı

, § 32). 

71. T

errorizm kontekstində İştirakçı Dövlətlərdən məxfi məlumat mənbələrini açıqlamaqla 



terrorçuluqda şübhəli bilinən şəxsin həbsinə əsas olan şübhəni əsaslandırmaq tələb edilməsə 

də, Məhkəmə müəyyən etmişdir ki, terror cinayətləri ilə mübarizə problemi 5-ci maddənin § 1 

(c)  yarımbəndində  nəzərdə  tutulan  müdafiənin  təminatlarının  güzəştə  gedilməsi  hesabına 

əsaslılıq” anlayışının genişləndirilməsinə haqq qazandıra bilməz (



O’Hara Birləşmiş Krallığa 

qarşı

 § 35). 

72. 


Anonim  şəxsin  şayiəyə  əsaslanan,  təsdiqlənməmiş  ifadəsinin  ərizəçinin  mafiya  ilə 

əlaqəli  fəaliyyətlərə  cəlb  edildiyinə  dair  "əsaslı  şübhə"  üçün  kifayət  etmədiyi  müəyyən 

edilmişdir  (

Labita  İtaliyaya  qarşı

  [GC], §§ 

156  və  s.).  Digər  tərəfdən,  şübhəli  şəxslər 

tərəfindən  bir  neçə  il  əvvəl  irəli  sürülən  və  sonradan  geri  götürülən  ifşaedici  bəyanatlar 

ərizəçiyə  qarşı  əsaslı  şübhənin  mövcudluğunu  aradan  qaldırmayıb.  Bundan  əlavə,  bu,  həbs 

haqqında qərarın qanuniliyinə təsir etməyib (



Talat Tepe Türkiyəyə qarşı

, § 61). 

 

3)  “Hüquq pozuntusu” termini 

73. "Hüquq pozuntusu" termini 6-

ci maddədə göstərilən "cinayət" termini ilə eyni müstəqil 

mənaya  malikdir.  Hüquq  pozuntusunun  milli  qanunvericilik  çərçivəsində  təsnifatı  nəzərə 

alınmalı  olan  amillərdən  biridir.  Lakin  icraatın  xarakteri  və  sözügedən  cəzanın  ağırlığı  da 

əhəmiyyət daşıyır (



Benham Birləşmiş Krallığa qarşı

, § 56). 

74. "

Hüquq  pozuntusu"  dəqiq  və  konkret  olmalıdır:  Dövlət  tərəfindən  cinayətə 



meyll

ilikləri  səbəbindən  təhlükəli  hesab  olunan  fərdlərin  preventiv  həbsinə  icazə  verilmir 

(

Quzzar

di  İtaliyaya  qarşı

, § 102; 



Çiulla  İtaliyaya  qarşı

, § 40; 


M.  Almaniyaya  qarşı

, § 89; 


Şimovolos Rusiyaya qarşı

, § 54). 

 

D. 

Yetkinlik yaşına çatmamış şəxsin tutulması 

Maddə 5 § 1 (d) 

“1. …  


Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

… 

(d) 


yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya 

onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması; 

 

1)  Ümumi 

75. A


vropa standartları və Avropa Şurası Nazirlər Komitəsinin CM (72) saylı Qətnaməsi 

nəzərə  alınmaqla,  "yetkinlik  yaşına  çatmamış  şəxs"  anlayışı  18  yaşından  kiçik  şəxsləri 

(

Koniarska Birləşmiş Krallığa qarşı

 

(dec.)) əhatə edir (



X. İsveçrəyə qarşı

, Komissiyanın 14 

dekabr 1979-

cu il tarixli qərarı). 

76. (d

)  yarımbəndi sadəcə  yetkinlik  yaşına çatmamış şəxsin həbsinə icazə verən müddəa 



deyil. Bu y

arımbənd, tam olmasa da, yetkinlik yaşına çatmamış şəxslərin həbs edilə biləcəyi 

hallara dair nü

munələr  ehtiva  edir,  daha  dəqiq  onların  (a)  tərbiyə  nəzarəti  və  ya  (b) 

səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılmaq məqsədi ilə həbs oluna biləcəyini göstərir 

(

Mubilanzila Mayeka və Kaniki Mitunga Belçikaya qarşı

, § 100). 

 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə