Konstruksiya materiallarının texnologiyası” fənnindən test imtahan sualları. Qrup: 1415 a



Yüklə 0,9 Mb.
səhifə3/3
tarix29.05.2018
ölçüsü0,9 Mb.
#46522
1   2   3



B) lif və sapların su buxarlarını udması

C) lif və sapların su buxarlarını udması və müəyyən şəraitdə yenidən atmosforə qaytarması


D) lif və sapların səthinin su buxarlarını cəzb etməsi


E) lif və sapların suyu udması
428. Buxar keçirməni tədqiq edərkən, üzərinə material çəkilmiş stəkançıqların orta hesabi kütlələri fərqi Aoq= 54 qram, üzərinə material nümunələri çəkilməmiş stəkançıqların kütlələri fərqinin Boq=135 qram olduğunu bilərək, nisbi buxar keçirməni hesablayın.

A) 40%


B) 33%

C) 70%


D) 4%

E) 10%


Hesabat Bn= formulası əsasında aparılmışdır.
429. Yun parçanın istilik ötürmə əmsalı λ= 0,03 Vt / (m· oS) olduğunu bilərək, bu parçanın xüsusi istilik müqavimətini hesablayın.

A) ρ ≈ 33,3(m· oS)/ Vt

B) ρ ≈ 0,003(m· oS)/ Vt

C) ρ ≈ 333(m· oS)/Vt

D)ρ ≈ 0,1(m· oS)/ Vt

E)ρ ≈ 10(m· oS)/ Vt

Məsələnin həlli ρ = formulsından hesablanır
430. Materialların fiziki faktordan dağılması dedikdə nəyi nəzərdə tuturlar?

A) Havanın oksigeninin, işığın, nəmin və temperaturunun təsiri

B) Çürütmənin, mikroorqanizmin və həşəratların təsiri

C) Çox dövrlü mexaniki dartılmanın və sıxılmanın təsiri

D)Materialların daxili strukturunun öz-özünə dağılmsını

E)kənar qüvvələrin təsirini


431. «Pillinq» termininin təyininə aşağıdakılardan hansı uyğundur?

A) material səthində çoxdövrlü sürtünmədən kürəşəkilli çıxıntıların yaranması

B) material səthində parıltı əmələ gəlməsi

C) material səthində rəngin dəyişməsi

D) material üzərində lif və saplrın çıxıntılarının yaranması

E) material daxilində çatların əmələ gəlməsi


432. Təbii xəz hansı hissələrdən ibarətdir?

A) tük örtüyündən və gön parçasından


B) tük örtüyündən, derma və mezdra qatından

C) yalnız tük örtüyündən

D)epidermiş, derma və mezdradan

E) tük örtüyündən və dərialtı piy qatından


433. Süni xəzlərin tük örtüyü kimi müxtəlif mənşəli təbii və süni liflərdən istifadə edilir. Bu liflərin «torpaq» əsası kimi hansı materillar tətbiq edilir?

A) parça, trikotaj, yapışqan və toxunmayan polotno

B) süni gön

C) qətranlar, kartonlar, şüşə lifləri

D) plastik materiallar, preslənmiş oduncuqlar

E) təbii gön


434. Burulmuş tikiş saplarının burulma istiqamətləri hansı hərflərlə işarə edilir?

A) «S» və «Z»

B) «P» və «B»

C) «A» və «C»

D)«E» və «V»

E)«O» və «D»


435. Pambıq tikiş sapları hansı metrik nömrələrdə istehsal edilir?

A) 10; 30; 40; 50; 60; 80;

B) 5; 10; 20; 70; 90;

C) 50; 60; 80;

D)80; 90; 100; 110; 120;

E)5; 7; 9; 11; 13; 15


436. Ipək tikiş sapları hansı metrik nömrələrlə istehsal edilir?

A) 45; 60; 75; 90;

B) 50; 60; 80;

C) 10; 30; 40; 50; 60;

D)) 13; 18; 33; 65; 75;

E)5; 7; 9; 11; 13; 15


437. Viskoz tikiş sapları hansı nömrələrlə istehsal edilir?

A) 45; 60; 75; 90;

B) 13; 18; 33; 65;75;

C) 30; 40; 50;

D)10; 20; 30; 40;

E) 10; 30; 40; 50; 60;


438. Isti ara qatı materialı kimi istifadə edilən materiallarının əsas keyfiyyət göstəricisi hansıdır?

A) istilik müqavimət xassəsi

B) kütləsinin minimum həddə olması

C) yuyulmadan qısalma

D)formasaxlama xassəsi

E)estetik xassəsi


439. Insan dərisinin komfort temperaturu neçə dərəcə qəbul edilmişdir?

A) 33 oS

B) 30 oS

C) 31 oS

D) 22 oS

E)25 oS


440. Təbii gönün novləşdirilməsi üzrə neçə növü məlumdur?

A) 7


B) 5

C) 3


D)10

E)2
441. Təbii gönün aşılanma üsulları hansılardır? 1) Əhənglə emal; 2) Duzlarla emal; 3) Sintanlarla emal; 4) Isti-nəm emalı; 5) Termokontaktla emal;6) Xörək duzu ilə emal; 7) Bitki yağları ilə emal;

A) 2; 3;

B) 5; 6;


C) 1; 7;

D) 4; 5;


E) 6; 7;
442. Süni gönlərin istehsalında aşağıdakı hansı qətrandan istifadə edilmir?

A) sellyuza

B) nolivinilxlorid

C) poliamid

D)noliuretan

E)sintetik kauçuk


443. Hansı material kompleks material adlanır?

A) iki və ya daha artıq materialların bir-birinə yapışdırılmasından alınan material

B) bir neçə materialın kombinə edilməsi ilə bir-birinə calanmış material

C) bircins materialın müxtəlif rənglərlə rənglənməsindən alınan material

D)toxunmayan materiallar

E)qarışıq saplardan alınan parça materialı


444. Tikiş məmulatları istehsalında istifadə edilən örtük materillarının qalınlıqları aşağıdakılardan hansına uyğun gəlir?

A) 0,1÷0,3 mm

B) 0,7÷1,0 mm

C) 1,0÷1,5 mm

D)2,5÷3,0 mm

E)3,0÷4,0 mm


445. Aşağıdakılardan hansı tikiş məmulatları istehsalı üçün bəzək materialı deyildir?

A) karsaj lenti

B) haşiyələndirici lenti

C) bəzək lenti

D)) düymələr

E)tesmalar


446. Aşağıdakılardan hansı tikiş istehsalında köməkçi material kimi istifadə edilən furniture da aid deyildir?

A) aplikasiyalar

B) molniya sepləri

C) düymələr

D)düyməciklər

E)qarmaqlar


447. Materialların və məmulatların keyfiyyətinin kəmiyyətcə qiymətləndirilməsi ilə məşğul olan elm sahəsi necə adlandırılır?

A) kvalimetriya

B) metrologiya

C) standartlaşdırma

D) sertifikatlaşdırma

E) unifikasiya


448. Tikiş müəssisəsinə daxil olmuş material partiaysının kompleks keyfiyyət göstəricisi balla Q =243 bal qiymətləndirilmişdir. Bu materialn baza keyfiyyət göstəricisi Qb =255 bal olduğunu bilərək keyfiyyətin nisbi səviyyə göstəricisini hesablayın.

A) 0,95


B) 1,05

C) 0,5


D) 0,1

E) 10,5


Məsələ: Y = keyfiyyətin nisbi səviyyə göstəricilərinin təyini formulu
449. Kvalimetriyada bütün təsərrüfatlarda istehsal edilən məhsullar neçə qrupa bölünürlər?

A) 5 qrupa

B) 10 qrupa

C) 20 qrupa

D)100 qrupa

E)) 15 qrupa


450. Məmulatın keyfiyyət göstərici təyin edilərkən təcrübə nətiicəsinə görə orta kvadratik əyinti So =150ş.v., təcrübə nəticələrinin orta hesabi qiyməti isə

M =175 ş.v. olduğunu bilərək şərti olaraq variasiya əmsalını hesablayın:

A) Cv =85,7%

B) Cv =116,7%

C) Cv =0,857%

D) Cv =11,67%

E) Cv =100%

Məsələ: Cv = . 100 formulası ilə hesablanmışdır.


451. Məhsulun keyfiyyətini yoxlayarkən təcrübə nəticələri müxtəlif xətalarla müşahidə edilir ki, bu da nəticələrinin emalına birbaşa təsir göstərir. Aşağıdakılardan hansı delə xətalara aid deyildir?

A) qəsddən edilən xətalar

B) sistematik xətalar

C) təsadüfi xətalar

D) buraxıla bilən cihaz xətaları

E) kobud xətalar


452. Kvalimetriyada «materiallar partiyası» termini aşağıdakılardan hansı izzaha uyğundur?

A) eyni mənşəli və keyfiyyətə malik, eyni zamanda komplektləşdirilmiş sertifikatı olan materiallar

B) Eyni tərkibli materiallardan xarici formasına görə digərlərindən fərqlənən bir qrup (partiyA) materiallar.

C﴿ Eyni materiallardan xassələrinə görə digərlərindən fərqlənən bir qrup (partiyA) materiallar..

D)müxtəlif mənşəli, lakin eyni keyfiyyət göstəricilərinə malik materillar

E)müxtəlif keyfiyyətli, lakin eyni həcmə malik materiallar


453. Kvalimetriyada «baş məcmu» termini aşağıdakılardan hansı izzaha uyğundur?

A) təcrübə nəticələrinin ən böyük qiymətini alan rəqmə (nəticəyə)

B) material partiyasının götürülmüş nümunə həcminə

C) material partiyasının ümumi həcminə

D)) material partiyası üçün təcrübə nəticələrinə

E)təcrübə nəticələrinin göstəricilərindən standart göstəricilərinə uyğun gələn nəticələrə


454. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin kompleks üsulunun mahiyyətini izzah edin.

A) məhsulun keyfiyyətinin ümumiləşdirilmiş göstəricisinin təyin edilməsi üzrə tətbiq edilən üsuldur

B) məhsulun keyfiyyət səviyyəsinin baza məhsulunun keyfiyyəti ilə müqayisə edilməsi üzrə tətbiq edilən üsuldur.

C) məhsulun keyfiyyət göstəricilərinin cəmlənməsi üçün tətbiq edilən üsuldur.

D)məhsulun keyfiyyətlərlə ifadə edilməsi üçün tətbiq edilən üsuldur
455. Aşağıdakılardan hansı, keyfiyyət göstəricisi növlərinə aid deyildir?

A) normal göstəricilər

B) etibarlıq göstəriciləri

C) erqonometrik göstəricilər

D)estetik göstəricilər

E) təyinat göstəriciləri


456. Tikiş müəssisələrinə daxil olan materilların keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarışıq üsul hansı şəraitdə tətbiq edilir?

A) materialların keyfiyyət səviyyəsinin kompleks üsulla qiymətləndirilməsi, lazımi nəticənin əldə edilməsinə imkan vermədikdə bəzi göstəricilərin tək xassə göstəricilərindən istifadə edilməsi şəraitində

B) materialların tək xassə göstəricilərinin sayının daha çox sayda olması şəraitində

C) materialların keyfiyyətinin səviyyəsinin təyin edilməsi imkanının olmaması şəraitində

D) materialların çeşidlərinin daha çox sayda olması şəraitində

E)materniavlların keyfiyyət səviyyəsinin təyin edilməsində müxtəlif üsulların tətbiq edilməsi


457. «Standartlaşdırma» termini hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş və dünya standartlarında həmçinin fəaliyyətdə olan DÜIST 1.0.68-də mahiyyəti açılmışdır?

A) Standartlaşma üzrə beynəlxalq təşkilat (ISO)

B) Beynəlxalq hüqüq assosiyası (BHA)

C) Beynəlxalq standartlaşdırma və sertifikasiya assosiyyası (BS, SA)

D)Beynəlxalq həmkarlar təşkilatı (BHT)

E) Qarşılıqlı iqtisadi yardım şurası (QIYŞ)


458. DÜIST 4662-85 əsasən yuyulmuş yun liflərindən ibarət material prtiasından keyfiyyətinin yoxlanması məqsədi ilə onun 10% həcmindən neçə kiloqram nümunə götürülməsi standartlaşdırılmışdır?

A) 1,8; 2,0;

B) 1,0; 1,5;

C) 5,5; 6,0;

D)10; 15;

E)15; 20;


459. DÜIST 3779-85 əsasən pambıq liflərindən ibarət material partiyasının hər 10 pambıq kipintin 1 ədədindən keyfiyyətinin yoxlanması üçün ən azı nə qədər nümunə götürülməsi standartlaşdırılmışdır?

A) ən azı 0,1 kq

B) ən azı 0,5 kq

C) ən azı 1,0 kq

D) ən azı 0,8 kq

E) ən azı 5,0 kq


460. DÜIST 102113-82 əsasən kimyəvi liflərdən ibarət material partiyasınını 10% həcmindən keyfiyyətinin yoxlanması üçün nə qədər nümunə götürülməsi standartlşdırılmışdır?

A) 400-600 qram

B) 1000-1500 qram

C) 100-200 qram

D)2000-2500 qram

E)3000-3500 qram


461. DÜIST 6309-73 və DÜIST 6611.2-73 uyğun olaraq Tikiş fabrikinə daxl olmuş pambıq tikiş saplarının həndəsi, fiziki və mexaniki xassələrini yoxlamaq üçün material partiyasından neçə yumaqdan neçə metr sap nümunələri kəsilir?

A) 20 yumaqdan hər biri 100 metr nümunə

B) 10 yumaqdan hər biri 100 metr nümunə

C) 20 yumaqdan hər biri 50 metr nümunə

D) 10 yumaqdan hər biri 50 metr nümunə

E) 5 yumadan hər biri 50 metr nümunə


462. DÜIST 3810-72 əssən tikiş müəssisəsinə daxil olmuş parçaların möhkəmliyini yoxlamaq üçün yun parçalar istisna olmaqla kəsilmiş nümunələrin ölçüləri aşağıdakılardan hansı uyğundur?

A) 50 x 250 mm

B) 150 x300 mm

C) 50 x 100 mm

D) 200 x200 mm

E) 300 x 300 mm


463. DÜIST 938.11-79 (DÜIST 938-45) uyğun olaraq təbii gön partiyasıda «x» sayda gön olduğunu bilərək partiyadan nümunə kəsilməsi üçün seçilmiş obyektlərin sayı «n» hansı formula ilə hesablanır?

A) n = 0,15·X

B) n = X/10

C) n= 0,15· X

D) n = 10· X

E) n = 0,001· X


464. Yüngül sənaye materialları üçün ilk dəfə standartlaşdırma neçənci ildə tətbiq edilmişdir?

A) 1918 ci il

B) 1930 cu il

C) 1968 ci il

D)1895 ci il

E)1920 ci il


465. DÜIST 93333-83 (DÜIST 10438-63) əsasən yumşaq üzlük süni gön partiyasının keyfiyyətinin yoxlanması üçün partiyanın ümumi həcminin neçə faizindən nümunələr kəsilir?

A) 1% həcmindən

B) 3% həcmindən

C) 5% həcmindən

D)10% həcmindən

E) 50% həcmindən


466. Materialların növləri onun keyfiyyətinin hansı göstəricisinin nəticəsini ifadə edir?

A) kompleks

B) baza

C) inteqral



D) təyinat

E) texnoloji


467. Parçaların növləşdirilməsində bal sistemi ilə qiymətləndirilmə hansı göstəricilərə əsasən aparılır?

A) Parçaların fiziki –mexaniki və xarici görnüşünə görə

B) parçaların fiziki xassə göstəriciləri

C) parçaların lif tərkibinə görə.

D) parçaların həndəsi xassə göstəriciləri

E) parçaların rənginin davamlılığına və qalınlığına görə


468. Parçaların növləşdirilməsinin tikiş müəsisələrində düzgünlüyü hansı sənədə görə aparılır?

A) konkret parça növünün texniki şərtlərinə əsasən

B) sahə standartlarına əsasən

C) respublika standartlarına əssən

D) dövlət standartlarına əsasən

E)parça istehsal edən fabrikanın müəsisə standartlarına əsasən


469. Ipək parçalarda şərti parça tikəsinin uzunluğu 40 metr, parça tikəsinin faktiki uzunluğunun isə 45 metr və faktiki uzunluq üzrə yerli noqssanlarına verilən balların sayı B1 = 26 olduğunu bilərək parça tikəsinin uzunluğu nəzərə alınmaqla verilən balı («Bm») hesablayın.

A) Bm = 23

B) Bm = 35

C) Bm = 70

D) Bm = 10

E) Bm = 46

Hesabat Bm = formulası ilə aparılmışdır.
470. Tikiş müəsisələrində parçaların səthindəki nöqsanlar hansı markalı avadanlıqların köməyi ilə təyin edilir:

A) RM-3


B) RT-250

C) PT-2


D)AK-2

E)UT-1
471. Aşağıdakı hansı liflər "lub" liflərinə aiddir?

1) yun; 2) ipək; 3) abaka; 4) pambıq; 5) kətan; 6) sızal; 7) kənaf; 8) pamı.

A) 5; 7; 8

B) 2; 3; 6

C) 1; 4


D) 1; 6

E)3; 4; 6


472. Aşağıdakılardan hansı mineral lifdir?

A) asbest

B) şüşə

C) metallik



D) kozein

E) noliefir


473. Bitki mənşəli liflərin tərkibi əsasən hansıdır?

A) sellyuza

B) saxaroza

C) fruktoza

D) keratin

E) alfa amin turşusu


474. Yun və ipək liflərinin kimyəvi tərkibi hansıdır?

A) keratin; fibroin

B) saxaroza; fruktoza

C) tereftalat turşusu; asetat turşusu

D) noliolefin; noliakrilonitril

E)zein; kozein


475. Elementar lif və saplar hansı əlamətinə görə təsnif edilir?

A) mənşəyinə

B) kimyəvi tərkibinə

C) xassələrinə

D)quruluşuna

E)tətbiq sahələrinə


476. Dakron (kapron) sapları hansı lifəmələgətirici monomerin polimerləşməsindən alınır?

A) kaprolaktamdan

B) noliakrilonitrildən

C) polivinilxloriddən

D)polivinilspiptdən

E)polietilendən


477. Viskoz liflərinin makromolekul quruluşunu göstərin:

A) xətti ziqzaqvari

B) tsiklik zəncirli

C) xətti cənzirli

D) şaxələnmiş

E) nərdivanvari


478. Yun liflərinin makromolekul qurluşunu göstərin:

A) şaxələnmiş

B) tonlu

C) yastı


D) nərdivanvari

E) xətti ziqzaqvari


479. Laboratoriya şəraitində liflərin tanınması üçün hansı üsuldan daha geniş istifadə edilir?

A) işıq mikroskopiyası üsulu

B) orqanoleptik üsul

C) kimyəvi analiz üsulu

D) fiziki analiz üsulu

E) çəki üsulu


480. Aşağıdakı üsullardan hansıları ipliklərin əyrilmə üsullarıdır?

1. Isti-nəm üsullar; 2. burulma üsulu; 3. yapışdırma üsulu; 4. daraq üsulu;

5. konvektiv üsul; 6. kadr üsulu; 7. apparat üsulu; 8.seçmə üsulu

A) 4; 6; 7

B) 1; 3; 5

C) 1; 8


D) 2; 3

E) 2; 5; 8


481. Aşağıdakılardan hansıları süni liflərdir?

  1. ) asetat, viskoz

  2. kapron, anid

  3. polietilen, polipropilen

  4. pambıq, ipək

  5. spandeks, kətan.

481. Materialların sərtliyi aşağıdakılardan hansına uyğundur?



  1. materialların əyilmədə formasını mühafizə etməsi

  2. materialların əyilmədə qırılması

  3. materialların deformasiyası

  4. materialların sıxılmada elastikliyi

  5. materialların çox dövrlü əyilməyə müqaviməti.

482. Möhkəmlik hansı cihaz-maşınla təyin edilir?



  1. Qırıcı maşın

  2. əyici maşın

  3. vurucu maşın

  4. ) qırıcı maşın

  5. tikiş maşını.

483. Parçaların ən möhkəm toxunma növü hansıdır?



  1. polotno

  2. sətin

  3. atlas

  4. kiçik naxışlı

  5. iri naxışlı.

484. Parça ilə keçə məmulatının istehsal fərqini göstərin:



  1. parça sapların toxunmasından, keçə yun liflərinin döyülməsindən alınır

  2. parça nazik və elastikdir, keçə qalın və şərtdir

  3. parçadan geyim, keçədən yapıcı hazırlanır

  4. parça ensiz olur, keçə enli olur

  5. parça toxucu dəzgahında, keçə kəsici dəzgahda hazırlanır.

485. Aşağıdakı göstəricilərdən hansı mexaniki xassə göstəricisidir:



  1. qırılmada uzanma

B﴿ nəmlik

C﴿uzunluq

D﴿lifin kimyəvi tərkibi

E﴿ temperatura dözümlülük


486. Tikiş saplarının metrik nömrəsi "N" onların hansı xarakteristikasını ifadə edir?

  1. naziklik

B) qalınlıq

C﴿dözümlülük

D﴿əbədilik

E﴿ səmi ilik.


487. Materialların sıxlığı anlayışı aşağıdakılardan hansına uyğundur?

  1. Vahid həcminin kütləsi

  2. vahid təzyiqinin qiyməti

  3. vahid kütləsinin həcmi

  4. vahid sahəsinin kütləsi

  5. vahid möhkəmliyinin qiyməti.

488. Aşağıdakı xassələrdən hansıları fiziki xassə göstəricisidir?

1. Qırılmada uzanma; 2. Sürtünmədən dağılma; 3.Nəmliyi; 4.Sərtliyi; 5.Hiqroskopikliyi; 6.Drapirlənməsi; 7.Xətti sıxlığı.


  1. 3; 5

  2. 2;4;6

  3. 1;7

  4. 1;2;7

  5. 4;5;7.

489. Gönün möhkəmliyini qırıcı maşında təyin edilməsi üçün nümunənin ölçülərini göstərin:



  1. 100x10 mm

  2. 200x50 mm

  3. 500x20 mm

  4. 450x50 mm

  5. 200x10 mm.

490. "Saja" toxunması parça toxunma siniflərinin hansına aiddir:



  1. sadə və ya baş toxunma sinfi

  2. kiçik naxışlı toxunma sinfi

  3. iri naxışlı toxunma sinfi

  4. mürəkkəb toxunma sinfi

  5. jakkard toxunma sinfi.

491. Aşağıdakılardan hansı isti ara qatı materialıdır?



  1. vatin

  2. flezelin

  3. zein

  4. kozein

  5. lizin.

492. Sapın qalınlığı T=20 teks, möhkəmliyi Pq=140sH olduğunu btlərək xüsusi möhkəmliyini hesablayın:



  1. 7 sH

  2. 0,14 sH

  3. 280 sH

  4. 2800 sH

  5. 14 sH.

Məsələ: Pn=Pq/T=140/20=7sH formulasından hesablanır.
493. Pambıq tikiş sapının metrik nömrəsi 40 olduğunu bilərək xətti sıxlığını hesablayın (tekslə):

  1. 25 teks

  2. 400 teks

  3. 20 teks

  4. 4 teks

  5. 10 teks.

Məsələ, T=1000/N=1000/40=25 teks formulasından hesablanır.
494. İpək tikiş sapının xətti sıxlığının 50 teks olduğunu bilərək onun metrik nömrəsini hesablayın?

  1. 20

  2. 500

  3. 100

  4. 50

  5. 40.

495. Parçaların möhkəmlik həddi aşağıdakılardan hansına uyğundur?



  1. vahid en kəsik sahəsinə düşən qırılma yükü

  2. vahid qalınlığa düşən yük

  3. vahid sahəsinə düşən təzyiq

  4. vahid həcminə düşən yük

  5. vahid həcminin kütləsi.

496. Parçaların sıxlığı əriş üzrə Pə =140 ədəd olduğunu bilərək əriş üzrə xətti dolumu hesablayın - ərih sapının diametri də=0,6 mm.



  1. 84%

  2. 0%

  3. 200%

  4. 50%

  5. 16%.

Məsələ: Eə= Pə · də=140·0,6=8,4% kimi hesablanır.
497. Parçaların sıxlığı arğac üzrə Pa=150 ədəd olduğunu bilərək, arğac üzrə xətti dolunu hesablayın. Arğac saplarının diametri da=0,5 mm.

  1. 75%

  2. 15%

  3. 45%

  4. 150%

  5. 80%.

Məsələ, Ea= Pa· da=150·0,5=75% kimi hesablanır.
498. Parçanın həcmi çəkisi δ=0,3 q/mm3, xüsusi çəkisinin γ=0,255 q/mm3 olduğunu bilərək həcmi dolumunu hesablayın:

  1. 85%

  2. 40%

  3. 50%

  4. 35%

  5. 100%.

Məsələ: Ev=γ/δ · 100=0,255/0,3 · 100 = 85% kimi hesablanır.
499. Parçaların həcmi çəkisinin 80% olduğunu bilərək, ümumi məsamədidiyi hesablayın:

  1. 20 %

  2. 120%

  3. 40%

  4. 60%

  5. 100%.

Məsələ, R=100-Ev=100-80=20% kimi hesablanır.
500. Qədimdən bəri ən möhkəm dənizçi kəndirləri hansı ağac yarpaqlarının biflərindən hazırlanırdı?

  1. abaka, sizal

  2. akasiya, palma

  3. palıd, cökə

  4. çinar, şam

  5. azami, söyüd.


Tərtib etdi: b/m Hümbətova M.H.

Düzgün cavab A) bəndində
Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə