Konstitusiyası və hüquq əsasları fənninin test sualları



Yüklə 0,81 Mb.
səhifə7/9
tarix02.06.2018
ölçüsü0,81 Mb.
#47276
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

381. Düzgün variantı seçin.

Azərbaycan Respublikasının Konstitusiyasına görə:

  1. insan və vətəndaş hüquqlarını və azadlqılarını irqi, milli, dini. dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

  2. yalnız on səkkiz yaşına çatmış əmək qabiliyyətli uşaqların toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

  3. hər kəsin istənilən üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

  4. mülkiyyət toxunulmazdır və heç bir halda onun müsadirəsinə yol verilmir.

  5. hərbi qulluqçuların, din xadimlərinin və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

382. Azərbaycan Respublikasının Konstitusiyasına görə qadağandır:

  1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qulluğuna qəbul edilməsi

  2. hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının və din xadimlərinin seçkilərdə iştirak etməsi

  3. hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışıb mitinqlər, nümayişlər, küçə yürüşləri keçirməsi

  4. kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının tətbiq edilməsi

  5. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətini tənqid etməsi

383. Vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarına aiddir:

  1. dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək

  2. vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək

  3. vətənə sədaqətli olmaq

  4. vətəni müdafiə etmək

  5. dövlət rəmzlərinə hörmət etmək

384. Azərbaycan Respubnlikasının Konstitusiyası ilə qadağan edilməmişdir:

  1. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği

  2. Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilməsi

  3. Cəmiyyətin əsas özəyi kimi dövlətin ailəni xüsusi himayə etməsi

  4. Manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi

  5. Azərbaycan dilindən başqa əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi

    1. 3, 5

    2. 2, 4

    3. 1, 3

    4. 2, 5

    5. 1, 4

385. Azərbaycan Respublikasının Konstitusiyasına görə:

  1. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsi heç bir halda məhdudlaşdırıla bilməz.

  2. hər kəs qanunda göstərilmiş həcmdən əlavə vergilər və dövlət ödənişləri ödəməyə məcbur edilə bilər.

  3. vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.

  4. qanunu bilməmək vətəndaşların məsuliyyətdən azad edilməsi üçün əsas ola bilər.

  5. şəxsin təqsirli olduğuna görə əsaslı şübhələr varsa, qanunla onun təqsirli bilinməsinə yol verilir.

386. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?

  1. əmək müqavilələrinin bağlanması məcburidir və heç kəs əmək müqaviləsi bağlamadan işlədilə bilməz

  2. hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır

  3. valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur

  4. hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır

  5. heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz

387. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyətdən istifadə edə bilməz:

  1. iqtisadi münasibətlərdə inhisarçılıq əleyhinə

  2. təbii ehtiyyatların mənimsənilməsi üçün

  3. cəmiyyətin və dövlətin mənafeləri əleyhinə

  4. insan ləyaqətini alçaldan dinlərin (dini cərəyanların) yayılması və təbliği əleyhinə

  5. vətəndaş hüquqları və azadlıqlarının təmin olunması üçün

388. Azərbaycan Respublikasının Konstitusiyasına görə vətəndaşların azadlıqlarına aiddir:

  1. istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq

  2. tarix və mədəniyyət abidələrini qorumaq

  3. vətəni müdafiə etmək

  4. vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək

  5. ətraf mühiti qorumaq

389. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?

  1. heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

  2. Vətənə sədaqət hər bir vətəndaşın hüququdur.

  3. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasında heç kim tərəfindən və heç bir halda məhdudlaşdırıla bilməz.

  4. şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilir.

  5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.

390. “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” – müddəsasının Azərbaycan Respublikası Konstitusiyasına əsasən aid olduğu maddə:

  1. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı”

  2. “Təqsirsizlik prezumpsiyası”

  3. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”

  4. “Şəxsi toxunulmazlıq hüququ”

  5. “Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”

391. Azərbaycan Respublikası vətəndaşını müəyyən edən əlamətlər sırasına aid deyillər:

  1. Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, doğulduğu ölkənin qanunlarına tabe sayılan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  2. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  3. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşlarından döğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  4. Cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşayan və Azərbaycan dövləti qarşısında beynəlxalq öhdəlikləri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  5. Azərbaycan Respublikasının ərazisində yaşayan, hüquq və azadlıqlarının qorunmasına dövlət tərəfindən təminat verilən hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  6. Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  1. 1, 4, 5

  2. 1, 2, 3

  3. 2, 3, 6

  4. 4, 5, 6

  5. 1, 3, 6

392. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən əsas götürdüyü prinsiplər:

  1. “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər;

  2. Hüquqi dövlət prinsipləri;

  3. Qarşılıqlı anlaşma və güzəştə getmə prinsipləri;

  4. Azərbaycan Respublikasının Konstitusiyasında “Əsas hüquqlar, azadlıqlar və vəzifələr”də təsbit olunmuş prinsiplər;

  5. Xalqın və dövlətin mənafeyini qorumaq prinsipləri.

393. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən istəyir:

  1. Ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini;

  2. Ədalətin və azadlığın bərqərar olmasını;

  3. Ədalətin və təhlükəsizliyin bərqərar edilməsini;

  4. Ədadlətin, firavanlığın və təhlükəsizliyin, haqq-ədalətin bərqərar olmasını;

  5. Xalqın azad, xoşbəxt və firavan olmasını

394. Azərbaycan xalqı təntənəli surətdə aşağıdakı niyyətini bəyan edir:

  1. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

  2. Hüquqi dövlət çərçivəsində demokratiyaya təminat vermək;

  3. İnsanların hüquq və azadlıqlarına təminat vermək;

  4. İnsanların əmək fəaliyyətinə təminat vermək;

  5. İnsanların pensiya hüququna təminat vermək.

395. Yanlış ifadələri müəyyən edin:

1. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək Azərbaycan xalqının suveren hüququdur

2. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi, açıq və şəxsi

səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir

3. Əfvetmə ilə əlaqədar ümumxalq səsverməsi keçirilə bilər

4. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqın adından müraciət etmək hüququ yoxdur

5. Dövlət büdcəsi ilə əlaqədar referendum keçirilə bilməz


  1. 2,3

  2. 1,2

  3. 3,4

  4. 4,5

  5. 1,5

396. Azərbaycan Respublikasının Konstitusiyasına görə ümumxalq səsverməsi yolu ilə həll edilən məsələlər:

1. Dövlət sərhədlərinin dəyişdirilməsi

2. Konstitusiyanın qəbul edilməsi

3. Vergilərlə əlaqədar dəyişikliklərin edilməsi

4. Amnistiya elan olunması

5. Konstitusiyaya əlavələrin və dəyişikliklərin qəbul olunması



  1. 1,2,5

  2. 1,3,5

  3. 2,4

  4. 1,2

  5. 3,4

397. Azərbaycan xalqı təntənəli surətdə aşağıdakı niyyətini bəyan edir:

  1. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək

  2. Hüquqi dövlət çərçivəsində demokratiyaya təminat vermək

  3. İnsanların hüquq və azadlıqlarına təminat vermək

  4. İnsanların əmək fəaliyyətinə təminat vermək

  5. İnsanların pensiya hüququna təminat vermək

398. Azərbaycan Respublikası Konstitusiyasına görə hansı məsələlər üzrə referendum

keçirilə bilməz?

1. Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi

2. Vergilər və dövlət büdcəsi

3. Amnistiya və əfv etmə

4. Dövlət sərhədlərinin dəyişdirilməsi


  1. 2,3

  2. 1,2

  3. 3,4

  4. 1,3

  5. 2,4

399. Uyğunluğu müəyyən edin:

1. Təhlükəsiz yaşamaq hüququ

2. Şəxsi toxunulmazlıq hüququ

a. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına

saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir

b. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır

c. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin mülkiyyətinə, mənzilinə

qəsd etmək qadağandır

d. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur

e. Heç bir şəxsiyyətin ləyaqətinin alçaldılmasına yol verilmir



  1. 1-c,2-a,3-b

  2. 1-a,b,2-c,d,e

  3. 1-a,c,e,2-b,d

  4. 1-a,2-b,3-c

  5. 1-b,2-c,3-d

400. Azərbaycan Respublikasının Konstitusiyasına görə “Dövlətin əsasları” fəslinə daxildir:

1. Təbii ehtiyyatlar

2. Fikir və söz azadlığı

3. Azərbaycan dövlətinin rəmzləri

4. Pul vahidi

5. İnsan və vətəndaşların hüquqlarının və azadlıqlarının əsas prinsipləri



  1. 1,3,4

  2. 2,4,5

  3. 1,2,3

  4. 3,4,5

  5. 1,3,5

401. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyətin növləri

1. Dini


2. Dövlət

3. Koperativ

4. Xüsusi

5. Bələdiyyə



  1. 2,4,5

  2. 1,3,5

  3. 2,3,4

  4. 1,3,4

  5. 1,2,5

402. Azərbaycan Respublikasının Konstitusiyasına görə “Dövlətin əsasları” fəslinə daxil olan ifadələri müəyyən edin:

1. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır

2. Respublikada dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır

3. Azərbaycan xalqı öz mənafeləri ilə bağlı olan məsələni referendumla həll edə bilər

4. Azərbaycan Respublikasının Prezidenti dövlətçiliyin varisliyini təmin edir

5. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir

6. Beynəlxalq münasibətlər hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulur


  1. 1,4,5,6

  2. 1,2,3,4

  3. 3,4,5,6

  4. 1,3,5

  5. 2,4,6

403. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən əsas götürdüyü prinsiplər:

  1. “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər

  2. Hüquqi dövlət prinsipləri

  3. Qarşılıqlı anlaşma prinsipləri

  4. Güzəştə getmə prinsipləri

  5. Xalqın və dövlətin mənafeyini qorumaq prinsipləri

404. Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycanın dövlət başçısına aid olan ifadələri müəyyən edin

1. Azərbaycan dövlətinin təməlini təşkil edir

2. Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir

3. Dövlətin müstəqilliyinin təminatçısıdır

4. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır

5. Qanunverici hakimiyyətin müstqilliyinin təminatçısıdır



  1. 2,3,4

  2. 1,5

  3. 1,3,5

  4. 2,4

  5. 1,3,4

405. 24 avqust 2002-ci il tarixli ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının

Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərə aid olan ifadələri müəyyən edin:

1. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur

2. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır

3. Azərbaycan Respublikası Prezidentinin İnsan Hüquqları üzrə müvəkkilin seçilməsi haqqında Milli Məclisə təqdimat verməsi

4. And içdiyi gündən Azərbaycan Respublikası prezidentinin öz səlahiyyətlərinin icrasına

başlaması

5. Azərbaycan Respublikası Prezidentinin səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilməsi


  1. 3,5

  2. 1,3

  3. 2,4

  4. 1,2

  5. 4,5

406. Azərbaycan Respublikasının Konstitusiyasının “İqtisadi inkişaf və dövlət” maddəsinə aid olan ifadələri müəyyən edin:
Azərbaycan dövləti:

1. İqtisadi münasibətlərdə inhisarçılığa yol verir

2. Haqsız rəqabətə yol verir

3. Azad sahibkarlığa təminat verir

4. Bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır


  1. 3,4

  2. 1,2

  3. 1,4

  4. 2,3

  5. 1,3

407. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət rəmzləri:

1. Dil 2. Bayraq 3. Pul 4. Himn 5. Gerb



  1. 2,4,5

  2. 1,3,5

  3. 2,3,4

  4. 1,2,3

  5. 1,4,5

408. Azərbaycan Respublikası Konstitusiyasına görə vətəndaşın Konstitusiyada təsbit

olunmuş əsas hüquqlarına və azadlıqlarına aid olmayanları müəyyən edin:

1. Sağlamlığın qorunması

2. Dövlətin idarə olunmasında iştirak etmək

3. Vətənə sədaqətli olmaq

4. Milli mənsubiyyətin qorunub, saxlanması

5. Vətəni müdafiə etmək



  1. 3,5

  2. 1,2

  3. 2,3

  4. 4,5

  5. 1,4

409. Azərbaycan Respublikası Konstitusiyasına görə “Sosial təminat hüququ” maddəsinə aid olan ifadələri müəyyən edin:

1. Dövlət xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün imkanlar yaradır

2. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur

3. Təqaüdlərin minimum məbləği qanunla müəyyən olunur

4. Dövlət işsizliyi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir


  1. 1,2,3

  2. 2,3,4

  3. 1,3,4

  4. 1,2,4

  5. Hamısı

410. Azərbaycan Respublikası Konstitusiyasına görə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına aid olan ifadələri müəyyən edin:

1. Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi

2. Kütləvi informasiyanın azadlığına təminat verilməsi

3. Şərəf və ləyaqətin müdafiəsi

4. Dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması

5. Təhsil sisteminə dövlətin nəzarət etməsi



  1. 2,3,5

  2. 1,3,5

  3. 1,2,3

  4. 3,4,5

  5. 1,2,5

411. Uyğunluğu müəyyən edin:
Azərbaycan Respublikası Konstitusiyasına görə

1. Əsas insan və vətəndaş hüquqları və azadlıqları

2. Vətəndaşların əsas vəzifələri

a. Zərərin ödənilməsini tələb etmək

b. Dövlət rəmzlərinə hörmət

c. Azad sahibkarlıq

d. Ətraf mühitin qorunması

e. Təqsirsizlik prezumpsiyası



  1. 1-a,c,e,2-b,d

  2. 1-b,d,2-a,c,e

  3. 1-a,b,c,2-d,e

  4. 1-d,e,2-a,b,c

  5. 1-a,b,e,2-c,d

412. 18 mart, 2009-cu ildə keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavələrə aid olanları müəyyən edin:

1. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir

2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin himayəsindədir

3. İnsan ləyaqətini alçaldan dini cərəyanların təbliği qadağandır

4. Cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir


  1. 2,4

  2. 1,2

  3. 3,4

  4. 1,3

  5. 1,4

413. Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan dövlətinin başçısını

səciyyələndirən əlamətlərə aid deyil:

1. Azərbaycan Respublikasının prezidentidir

2. Qanunverici hakimiyyətin müstəqilliyinin və varisliyinin təminatçısıdır

3. Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir

4. Ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir

5. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız ona mənsubdur.



  1. 2,5

  2. 1,3,5

  3. 2,4

  4. 1,2

  5. 3,4,5

414. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən arzulayır:

  1. Bütün cəmiyyətin və ya hər kəsin firavanlığının təmin edilməsini

  2. Bütün cəmiyyətin firavanlığını

  3. Azərbaycan xalqının firavanlığını

  4. Dünya ölkələri xalqlarına əmin-amanlıq

  5. Bütün insanlara xoşbəxtlik

415. Azərbaycan Respublikası Konstitusiyasına görə “Vətəndaşlıq hüququ” maddəsinə aid olmayan ifadələri müəyyən edin:

1. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı

hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır

2. Yalnız valideynlərinin hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs

Azərbaycan Respublikasının vətəndaşıdır

3. Azərbaycan Respuiblikasının ərazisində və ya Azərbaycan Respublikasının

vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır

4. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan

Respublikasının vətəndaşıdır

5. On ildən az olmayaraq Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının ərazisində

qanuni mülkiyyəti olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır


    1. 2,5

    2. 1,3,5

    3. 2,4

    4. 1,2,3

    5. 1,4

416. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan xalqının suveren

hüquqlarına aid deyil:

1. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək

2. Milli məclisin həll etdiyi məsələlər üzərində veto qoymaq

3. Vergilərlə bağlı referendum keçirmək

4. Öz idarəetmə formasını müəyyən etmək


  1. 2,3

  2. 1,3

  3. 2,4

  4. 1,4

  5. 3,4

417. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil olunur?

  1. Hakimiyyətlərin bölünməsi

  2. Bütün hakimiyyətin prezidentin əlində cəmlənməsi

  3. Ən ali hakimiyyətin qanunverici orqana verilməsi

  4. Yerli icra orqanlarının müstəqilliyinin möhkəmləndirilməsi

  5. Dövlətin cəmiyyət üzərində total nəzarətinin təmin olunması

418. Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin dinə münasibətdə rəhbər tutduğu prinsiplərə aiddir:

1. Dövlətin idarə olunması islam normaları əsasında həyata keçirilir

2. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir

3. Din dövlətdən ayrıdır

4. Azərbaycan ərazisində bütün dinlərin maneəsiz yayılmasına və təbliğinə

icazə verilir

5. Dövlət təhsil sitemi dünyəvi xarakter daşıyır

6. Azərbaycan ərazisində insan ləyaqətini alçaldan və ya insanpərvərlik



prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır

  1. 2,3,5,6

  2. 1,2,4,6

  3. 2,3,4,5

  4. 1,3,4,5

  5. 1,3,4,6

419. Azərbaycan Respublikasının Konstitusiyasına görə minimum təhsil standartları müəyyən edir:

  1. Azərbaycan dövləti

  2. Beynəlxalq təhsil qurumları

  3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

  4. Azərbaycan Respublikasının Prezidenti

  5. Azərbaycan Respublikasının Təhsil Naziri

420. Müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkün etmədikdə seçkilərin keçirilmə qaydası

  1. Hərbi əməliyyatların sonunadək uzadılır

  2. Seçkilər keçirilmir

  3. Seçkilərin keçirilməsi imkanı yarananadək bir il müddətinə uzadılır

  4. Atəşkəs imkanı yaranması ilə seçki keçirilir

  5. Milli Məclisin səlahiyyətləri icra hökumətinə həvalə olunur

421. Hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin uzadılması barədə qərarı qəbul edir:

    1. Konstitusiya Məhkəməsi

    2. Milli Məclis

    3. Prezident Adminstrasiyası

    4. Ali Məhkəmə

    5. İcra hakimiyyəti

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə