87
1milyon dollar dəyərində olur.
Superkompüter – çox prosessorlu elektron-hesablama sistemidır. İlk supekompüter
amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ji ildə yaradılmışdır.
Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə milyard
əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya və nüvə fizikasında bir
çox məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların
paralel işlənməsi nətijəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti
təqribən 100 milyon dollarlarla ölçülür.
Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur.
Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək
mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq
və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104
klaviş(düymə) olur.
Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə
vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u
hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və
radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.
Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur.
Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.
Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə
daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.
TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib,
monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik
məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının
yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda
çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB
portu vasitəsi ilə qoşulur.
Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını,
grafikçəkəni, strimmeri və s. göstərmək olar.
Monitor- çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə
nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın
ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14, 15, 17, 19 və 21 dyüm. Monitorlar şəklin formalaş-
dırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, maye kristal və
plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.
Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə
olunur. Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və
şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş
88
qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur.
Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.
Kompüterin multimedia imkanları
Kompüterin multimedia imkanları yarlıqları
Baş menyunun
Standart bölməsinin
Əyləncə
(Razvleçenie, Entertainmet) proqramlar qrupunda yerləşən
Windows XP Əməliyyatlar sisteminin
aşağıdakı proqramları vasitəsilə həyata keçirilir:
1. Səs tənzimləyicisi (Requlətor urovnə, Volume control)
2. Fonoqraf (Fonoqraf, Sound Recorder)
3. Lazer disk səsləndiricisi (Lazernıy proiqrıvatelğ, CD Player)
4.
Windows Media Player
Səs tənzimləyicisi kompüterin ayrı-ayrı qurğularının səsləndirdiyi səslərin ucalığını artırıb-
azaldır. Proqramı yükləmək üçün kursoru indikasiya panelindəki müvafiq nişanın üzərinə qoyub
bir və ya iki dəfə sıxmaq kifayətdir.
Bir dəfə sıxdıqda açılmış pəncərənin səviyyə sürgüsünü hərəkət etdirməklə, eyni zamanda
bütün səs mənbələrinin səsinin ucalığını tənzimləmək mümkündür . İki dəfə sıxdıqda isə açılmış
pəncərədə ayrı-ayrı qurğuların (mikrafon, kompakt disk, səs kalonkaların və s.) səsini səviyyə və
balans sürgülərini hərəkət etdirməklə artırıb və ya azaltmaq olar .
Fonoqraf aşağıdakı işləri
görməyə imkan verir:
1.
Mikrafon vasitəsilə səsi daxil etmək və fayl şəklində diskdə saxlamaq. Bunun üçün
açılmış proqram pəncərəsində -düyməsini sıxıb mikrafonla səsi daxil edirlər. -düyməsini
sıxmaqla isə səsyazma prosesini dayandırmaq olar. Sonra isə
Fayl menyusunun
Saxlamaq
(Soxranitğ,Save) əmrini yerinə yetirməklə səsi
wav faylı şəklində diskdə saxlayırlar.
2.
Wav tipli səsləri səsləndirmək. Bunun üçün
-düyməsini sıxmaq kifayətdir.
, -
düymələri müvafiq olaraq səs faylının əvvəlinə və sonuna keçməyə imkan verir. Fayl səsləndikcə
cari vəziyyət sürgüsü soldan-sağa hərəkət edir.Məhz onu hərəkət etdirməklə faylı tam deyil, onun
müəyyən hissəsini səsləndirmək olar.
3.
Səsyazma faylını redaktə etmək.
O cümlədən:
a) Səsyazma faylının müəyyən mövqedən sonrakı və əvvəlki hissəsini pozmaq. Bu
məqsədlə cari vəziyyət sürgüsünün müəyyən vəziyyətini qeyd edib,
Redaktə menyusunun uyğun
olaraq
Cari mövqedən sonra ləğv etmək və ya
Cari vəziyyətdən əvvəl ləğv etmək (Udalitğ do
tekuhey poziüii və ya udalitğ posle tekuhey poziüii, Delete before current position və ya Delete
after current position) əmrlərindən birini yerinə yetirmək gərəkdir.
b) Səsləndirmə tempini və səs ucalığını artırmaq və ya azaltmaq. Buna Effektlər (Эffektı,
Effects) menyusunun uyğun
Sürəti 100% artırmaq, (Uveliçitğ skorostğ (na 100%), Increase
Speed (by 100%)),
Sürəti azaltmaq (Umenğşitğ skorostğ, Decrease Speed),
Ucalığı 25%
artırmaq, (Uveliçitğ qromkostğ (na 25%), Increase Volume (by 25%))
, Ucalığı azaltmaq,
(Umenğşitğ qromkostğ, Decrease Volume) əmrlərini yerinə yetirməklə nail olmaq olar
c) Faylın müəyyən hissəsini digər səsyazma faylı ilə əvəz etmək və səsyazma faylını digər
faylla qarışdırmaq. Bunun üçün
Redaktə menyusunun uyğun
Fayl daxil etmək (Vstavitğ fayl,