"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,62 Mb.
səhifə9/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
конспект К.Г на азерб.языке

ƏSAS NƏTICƏLƏR
l.Rastr təsvir çox xırda elementlərdən - piksellərdən ibarət olan mozaikadır. Rastr təsvir xırda damalara (xanalara və ya hücrələrə) bölünmüş, hər daması müəyyən rəngə malik olan və bu rənglərlə üzərində təsvir formalaşdırılan kağıza bənzəyir.
2. Videopiksel- ekrandakı təsvirin ən kiçik hissəsidir. Piksel- rastr təsvirin ayrıca elementidir. Nöqtə- printerlə yaradılan ən kiçik elementdir. 3.Rastr qrafikanın üstünlükləri:
•rastr qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər təqdim edilə bilər; • rastr təsvirlər printerdə rahat çap edilə bilir. 4.Rastr qrafikanın çatışmazlıqları: •rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş sahəsi tələb edilir;
•rastr təsvirlər üzərində miqyaslaşdırma, döndərilmə və bu kimi digər dəyişdirmə əməliyyatlarının aparılması üçün məhdud imkanlar mövcuddur.
5.Vektor grafikada təsvirlər primitiv adlanan sadə obyektlərdən - düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan və s. qurulur.
6.Hər bir primitiv müəyyən funksiyanı və onun parametrlərini müəyyən edən əmrlə şərh edilir.
7.Vektor grafikanın üstünlükləri: •vektor təsvirlər nisbətən daha az yaddaş sahəsi tutur; •vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir.
8.Vektor grafikanın çatışmazlıqları:
•vektor qrafika fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almağa imkan vermir;
•vektor təsvirlər kağıza istənilən kimi çap edilə bilmir və ya kağızda istənilən kimi görünmür.
9.Qrafik redaktorlar təsvirləri yaratmaq və onları redaktə etmək üçün nəzərdə tutulan alətdir. Təsvirləri yaratmaq üçün adətən vektor redaktorlardan, təsvirlərin keyfiyyətini yaxşilaşdırmaq və fotoqrafiya materiallarının montaj edilməsi üçün rastr qrafikası redaktorlarından istifadə edilir.
10.Təsvirin fraqmenti üzərində əməliyyat apara bilmək üçün əvvəlcə onu ayırmaq zəruridir. Vektor grafikası redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafikası redaktorlarında oblastlar (piksellər yığımı) ayrılır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə