Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   ...   21

Əslində  o  zaman  H.Əliyevin  Əbülfəz  bəyə  etdiyi  yaxşılıq,  eyni  ilə  Əbülfəz  bəyin  onu 

hakimiyyətə gətirdiyi zaman etdiyi yaxşılıq kimi məcburi idi. Fərq sadəcə ondan ibarət idi ki, 

H.Əliyevin  etdiyi  yaxşılıq  Azərbaycan  haqqında  yaranmış  "sevimli  müstəmləkə"  imicini 

pozmamaq,  Elçibəyin  etdiyi  yaxşılıq  isə  müstəmləkə  zəncirindən  qopmuş  Azərbaycanı  xilas 

etmək məqsədi güdürdü. 

Beləliklə, Əbülfəz bəyi bir il yarım həbs cəzası ilə Bakı səhəri Qaradağ rayonunun ərazisində 

yerləşən  9  nömrəli  İslah  Əmək  koloniyasına  göndərdilər.  Bu  koloniyada  cəzasını  çəkən 

dustaqları daş karxanalarında işlədilirdilər. 

Bu  yerdə  bir  haşiyə  çıxmaq  istəyirəm.  Həmin  dövrdə  Bakı  səhərində  çox  məşhur  bir  ürək 

həkimi  vardı.  Professor  Abdullayev  keçmiş  Sovet  İttifaqında  məşhur  bir  həkim  idi  və  hətta 

Moskvada çəkilmiş bir filmdə onun adı çəkilirdi. Həmin professor Abdullayevi başqa bir daha 

çox  məşhur  həkim  olan  professor  Cavadzadəyə  sui-qəsd  təşkil  ətmək  üstündə  həbs 

etmişdilər. Mən bu işin təfərrüatını bilmirəm və kimin haqlı olub, kimin haqsız olması barədə 

də  mülahizə  yürütmək  məqsədində  deyiləm.  Mənim  fikrim  professor  Abdullayevin  öz 

məhkəməsində etdiyi bir çıxış barədədir. O, çıxışında demişdi: 

Mən  həmişə  ziyalıların,  elm  və  sənət  adamlarının  əhatəsində  yaşamışam  və  mənim  üçün 

cəmiyyətdə  olan  insanlar  iki  təbəqəyə bölünmüşdü.  Birinci qismə  mənim əhatəmdə olan  və 

bu kimi adamlar daxil idi. Bu adamları cəmiyyətin ən lazımlı, namuslu, insanpərvər adamları 

sayırdım və hesab edirdim ki, bu təbəqəni həmişə qorumaq, qayğısına qalmaq lazımdır. İkinci 

qismə isə cinayətkarları daxil edirdim. Belə hesab edirdim ki, cinayətkar ünsürlər yer üzündən 

silinməlidir,  onlar  cəmiyyətin  yaralarıdır  və  kəsilib  atılmalıdır.  Lakin  hal-hazırda  bunun  tam 

əksini  düşünürəm.  Mən  həbs  olunanda  prokurordan,  milis  işçilərindən  və  sonra  məni  Bayıl 

həbsxanasına  gətirəndə  oranın  rəhbərliyindən  də  xahiş  etdim  ki,  mənim  yaşlı  adam  və 

böyrəklərimdən  də  xəstə  olduğumu  nəzərə  alsınlar.  Xahiş  etdim  ki,  məni  nisbətən  yaxşı 

vəziyyətdə  olan  kameraya  salıb,  yataq  əşyalarının  da  bir  az  keyfiyyətlisini  versinlər.  Lakin 

onlar mənim bu xahişlərimə heç məhəl də qoymadılar və hər addımda mən o çox sevdiyim 

təbəqədən təhqir, əzab-əziyyət gördüm. 

Mən  Bayıl  həbsxanasına  gətirildikdən  sonra  orada  ikinci  qism  insanlarla  tanış  oldum.  Onlar 

mənim  həkim,  professor  olduğuma  görə,  kameranın  ən  yaxşı  və  isti  yerində  mənə  yer 

ayırdılar. Bir neçə döşəyi üst-üstə qoydular ki, mən rahat yatım. Mənə mümkün olan hər cür 

hörməti etdilər. İndi başa düşmüşəm ki, mən cəmiyyət haqqında, insanlar haqqında nə qədər 

yanlış düşünmüşəm. 

Təxminən  eyni  vəziyyət  Əbülfəz  bəyin  də  başına  gəlmişdi.  Yəni  ziyalılar,  elm  adamları,  iş 

yoldaşları  və  bəzi  dostları  onun  haqqında  danos  vermiş,  istintaqda  və  məhkəmədə  üzünə 

duraraq nəticədə həbs olunmasına səbəb olmuşdular. Həbsxana həyatında isə dustaqlar ona 

əllərindən  gələn  hörməti  etmişdilər.  Ona  daş  daşımağa,  ümumiyyətlə  fiziki  işlə  məşgul 

olmağa imkan verməmişdilər. Onun həmişə qayğısına qalaraq, hörmətini saxlamışdılar. 

Hətta mən bir məsələnin də şahidiyəm ki, Elçibəy prezident seçiləndən sonra, onun keçmiş 

həbsxana  yoldaşlarından  bir  neçəsi  yaşlı  olmalarına  baxmayaraq,  könüllü  şəkildə  Qarabağa 

müharibəyə getmişdilər. 




Mən burada bir məsələni də qeyd etmək istəyirəm: istintaq zamanı və məhkəmədə Elçibəyin 

üzünə  durmuş  və  əvvəlcədən  onun  haqqında  danos  vermiş  şəxslərin  bir  çoxu  çox  qısa 

zamanda  dalbadal  ölməyə  başladılar. 

Yerdə  qalanlar  da  demək  olar  ki,  cəmiyyətdən  təcrid 

olundular.  Tanış-biliş  onlardan  uzaq  gəzir  və  heç  bir  münasibət  saxlamamağa  çalışırdılar. 

İçərilərində məcbur qalıb respublikanı tərk edənlər də oldu. Bu adamların biri haqqında qısa 

bir məlumat vermək istəyirəm. 

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində Məmməd Əfəndiyev deyilən bir kafedra 

müdiri  var  idi.  Elçibəy  haqqında  ilk  danos  yazmış  adamlardan  idi.  Professor  Məmməd 

Əfəndiyev  gödəkboylu,  kök  bir  adam  idi.  Bir  az  da  şikəstliyi  vardı.  Həmişə  Universitetə 

gələndə  ikinci  mərtəbədə  yerləşən  kafedraya  çıxmaq  üçün  ona  tələbələr  yardım  edər, 

qolundan  tutaraq,  pilləkənləri  qaldırardılar.  Bəyin  məhkəməsindən  sonra  mən  dəfələrlə 

gördüm  ki,  M.Əfəndiyev  gəlib  birinci  mərtəbədə  dayanır  və  tələbələrdən  xahiş  edir  ki,  ona 

yuxarı  qalxmağa  yardım  etsinlər.  Onu  tanımayan  tələbə  rast  gələndə,  kömək  edirdi  və  o, 

kafedraya  çıxa  bilirdi.  Tanıyanlar  isə  heç  vaxt  kömək  etmir,  əksinə  yanından  keçəndə  onu 

təhqir edib, lənətləyib keçirdilər. Bu cür misallardan o biri adamlar haqqında da çəkmək olar. 

İl  yarım  çox  uzun  çəkdi.  Nəhayət,  1976-cı  ilin  iyul  ayının  axırları  idi.  Mən,  Kamil  Vəliyev, 

İsfəndiyar İsgəndərov maşınla Kommunist küçəsi (indiki İstiqlal) ilə üzü aşağı gedirdik. Maşını 

mən sürürdüm və birdən Kommunist küçəsi ilə Musəvi küçəsinin kəsişdiyi tində Əbülfəz bəyin 

dayandığını gördüm və o dəqiqə maşını ona tərəf sürüb saxladım. Yanımdakılar soruşdular ki, 

nə oldu? 

Dedim ki, görmürsünüzmü, Bəy dayanıb? Hamımız maşından düşüb, Bəylə öpüşüb görüşdük. 

Mən soruşdum ki, Bəy, burada niyə dayanmısan? 

Dedi ki, heç, elə-belə. Evdə darıxdım, çıxdım ki, bir az hava alım, gəzişim.. O zaman bulvarda 

Pəhriz Xörəkləri yəməkxanası vardı. Onun arxa tərəfində, ağaclar arasında çayxanası var idi 

və  çayxananın  bir  küncündə  tanış-biliş  üçün  xüsusi  yeməklər  də  hazırlayırdılar.  Mən  Bəyə 

bizimlə bulvara getməyi təklif etdim. O razılaşdı və biz birlikdə bulvara getdik. 

Yeməkxananı  Masallı  uşaqları  işlədirdi,  mənimlə  də  çox  yaxşı  münasibətləri  vardı.  Onlardan 

xahiş etdim ki, bizim üçün yaxşı yemək hazırlasınlar. 

Həmin yeməkxanada biz Bəyə xoşgəldin dedik və o, Kamil Vəliyevlə şəxsən tanış oldu. Bəy 

İsfəndiyarla  çoxdan  tanış  idi,  ancaq  K.Vəliyevlə  Universitetdə  bir  yerdə  işləmələrinə 

baxmayaraq,  yaxınlıqları  yox  idi.  Həmin  gün  onlar  ilk  dəfə  idi  ki,  bir  masa  arxasında 

oturmuşdular. 

Bu gündən sonra biz Bəylə tez-tez görüşməyə başladıq. Bəy çox ağır psixoloji gərginlik içində 

idi. Həbsxanadan çıxandan sonra, tanış-bilişin çoxu ondan uzaq gəzməyə çalışırdı. Ona heç 

bir  yerdə  iş  vermirdilər.  KQB  hər  addımını  izləyirdi  və  hətta  bir  dəfə  biz  yemək  yediyimiz 

zaman  Bəyi  izləyən  KQB  işçiləri  gəlib  qonşu  masada  oturdular,  diqqətlə  bizə  qulaq  asmağa 

başladılar.  Bəy  bərk  əsəbləşdi  və  ayağa  durub  onları  qovaraq  dedi  ki,  bizi  rahat  yemək 

yeməyə də qoymayacaqsınız? Bu gərginliyin Bəyə çox pis təsir etdiyini görən İsfəndiyarla bu 

qərara  gəldik  ki,  onu  Göyçaya  aparaq,  bir  az  istirahət  etsin.  Bəyə  dedik,  o  da  qəbul  etdi. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə