"Kommersiya fəaliyyətinin əsasları" fənnindən testlər Düzgün cavablar "A" bəndindədir



Yüklə 0,5 Mb.
səhifə6/7
tarix29.03.2018
ölçüsü0,5 Mb.
#35454
1   2   3   4   5   6   7

e)məhsulun həyat dövrünün formalaşması


392.Hazır məhsulun yola salınmasının təşkili ilə əlaqədar operativ işin funksiyalarına aid deyildir?

a) nəzarət ediləcək göstəricilərin müəyyən edilməsi

b) istehsal tapşırıqlarının istehsalçı-sexlər tərəfindən yerinə yetirilməsi üzərində nəzarət

c) sexlərdən hazır məhsulun qəbulu və onun istehlakçılara yola salınmasının hazırlanması

d) sexlərdən hazır məhsulun qəbulu və istehlakçılara göndərilməsi

e) sifarişlərin yerinə yetirilməsi üzərində nəzarət


393.Aşağıdakılardan hansı öz məzmununa görə məhsulun istehlakçılara yola salınması qrafikinin işlənib hazırlanmasına və məhsulun yola salınmasının təşkilinə daxil edilməlidir?

a)operativ-satış işi

b)operativ istehsal işi

c)operativ planlaşdırma işi

d)operativ-dispetçer işi

e)düzgün cavab yoxdur


394.Məhsulun alıcılara göndərilməsi zamanı nəyin düzgün seçilməsi xüsusilə zəruridir?

a)qablaşdırmanın

b)mal göndərənlərin

c)istehlakçıların

d)vasitəçilərin

e)markalanmanın


395.Qablaşdırmanın yerinə yetirməli olduğu funksiyalara aid deyildir?

a) əmtəə axtarışında alıcılara kömək etməsi

b) əmtəələrin xarab olmaqdan və zədələnmədən qorunması

c) əmtəələrin nəql edilməsi üçün şərait yaradılmasının təmin edilməsi

d) əmtəələrin anbara vurulması və satılması üçün şərait yaradılmasının təmin edilməsi

e) reklamın mühüm daşıyıcısı olması


396.Məhsulun istehlakçılara yola salınmasına hazırlıq zamanı xüsusi diqqət yetirilən məsələ deyildir?

a)əmtəəyə qiymət səviyyəsinə uyğun gələn müəyyən imicin verilməsinə

b)qablaşdırma qaydalarına ciddi əməl olunmasına

c)markalanmaya, plomblandırmaya əmə olunmasına

d)yola salınan məhsulun miqdarının müəyyən edilməsinə

e)keyfiyyəti, komplektliliyi təsdiq edən sənədlərin düzgün rəsmiləşdirilməsinə


397.Hansı əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin ibarət olduğu mərhələlərə daxil deyildir?

a)topdansatış əmtəə alıcılarının tapılması

b)mağazalarda satılan əmtəələrə alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması

c)mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması

d)pərakəndə ticarət müəssisələrinin reklam-informasiya fəaliyyəti

e)alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili


398.Hansı əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin ibarət olduğu mərhələlərdən biridir?

a)mağazalarda əmtəələrin optimal çeşidinin formsalaşdırılması

b)tələb və təklifin qiymətləndirilməsi

c)əmtəə ehtiyatlarının saxlanması

d)əmtəələrin çatdırılması

e)əmtəə kütləsinin təmərküzləşməsi


399.Pərakəndə ticarət şəbəkəsi topdansatışdan fərqli olaraq nə ilə xarakterizə olunur?

a)ərazicə böyük dərəcədə parçalanması və xırdalanması ilə

b)əmtəə hərəkəti prosesinin investisiya ilə təmin edilməsi ilə

c)kommersiya fəaliyyətinin mərkəzləşdirilməsi ilə

d)əmtəə üzərində mülkiyyət hüququnun verilməsi prosesinin saxlanılması ilə

e)kommersiya prosesinin qeyri-mərkəzləşdirilməsi ilə


400.Pərakəndə ticarət şəbəkəsi topdansatışdan fərqli olaraq onun fəaliyyətini hansı dairəyə aid etmək olar?

a)üstün olaraq kiçik biznes dairəsinə

b)iri biznes dairəsinə

c)fərdi istehsal dairəsinə

d)üstün olaraq innovasiya dairəsinə

e)konsultativ sahibkarlıq dairəsinə


401.Kommersiya təşəbbüskarlığı və səyləri harada geniş yayılmışdır?

a)əmtəələrin satışının təşkilində

b)əmtəələrin reklamının təşkilində

c)əmtəələrin icarəsinin təşkilində

d)əmtəələrin lizinqinin təşkilində

e)əmtəələrin nəql edilməsinin təşkilində


402.Qərb ölkələrində ticarət sahəsinə işçi qüvvəsinin daimi axınının xarakterik hal daşıması nə ilə izah olunur?

a)kommersiya fəaliyətinin yeni növlərinə tələbat yaranması ilə

b)satılan əmtəələrə alıcı tələbatının daima öyrənilməsi ilə

c)əmtəələrin optimal çeşidinin formalaşdırılması ilə

d)alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili ilə

e)düzgün cavab yoxdur


403.Ticarətdə elektron qurğuların tətbiq olunması nəyə tələbatı artırır?

a)ixtisaslı proqramçı mütəxəssislərə, kassir nəzarətçilərə

b)satıcıların sayına

c)iqtisadçıların sayına

d)təmirçilərin sayına

e)marketoloqların sayına


404.Pərakəndə satış ticarət şəbəkəsində əmtəələrin müvəffəqiyyətli satışının əsas kommersiya şərtlərindən biri nədir?

a)əhalinin alıcılıq tələbatının öyrənilməsi və proqnozlaşdırılması

b)əmtəələrin pərakəndə satışının daha səmərəli metodlarının seçilməsi

c)mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması

d)pərakəndə ticarət müəssisələrinin reklam-informasiya fəaliyyəti

e)alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili


405.Mağazanın optimal çeşidinin müəyyən edilməsi nədən birbaşa asılıdır?

a)ticarət müəssisəsinin tipindən və ixtisaslaşdırılmasından

b)ticarət müəssisəsinin ərazicə yerləşməsindən

c)ticarət müəssisəsinin ixtisaslaşmasından

d)ticarət müəssisələrinin tipindən

e)müəssisələrin reklam-informasiya fəaliyyətindən


406.Pərakəndə ticarətdə tələbin öyrənilməsi ilə məşğul olmayan kimdir?

a)kassir


b)kommersant

c)marketoloq

d)iqtisadçı

e)düzgün cavab yoxdur


407.Tələbin qrupdaxili quruluşu haqqında ilkin məlumatları haradan əldə etmək olar?

a)yalnız pərakəndə ticarət müəssisələrindən

b)yalnız topdan ticarət müəssisələrindən

c)yalnız istehsal müəssisələrindən

d)yalnız əmtəə birjalarından

e)yalnız vasitəçi təşkilatlardan


408.Bazar şəraitində hər bir ticarət müəssisəsi reklamın bu və ya digər formasından istifadə etmədən nəyi müvəffəqiyyətlə həyata keçirə bilməz?

a)əmtəələrin satışını

b)əmtələrin icarəyə verilməsini

c)əmtəələrin istehsalını

d)əmtəələrin saxlanmasını

e)əmtəələrin lizinqə verilməsini


409.Nə mağazanın mal dövriyyəsinin artımına, əhalinin tələbinin daha yaxşı ödənilməsinə şərait yaradır?

a)əmtəələrin satışının səmərəli təşkili

b)əmtəə ehtiyatlarının təhlili

c)ödənilməmiş tələbin uçotu

d)əmtəələrin çeşidinin formalaşdırılması

e)əmtəə çeşidinin geniş siyahısı


410.Pərakəndə ticarətdə alıcılara əmtəə satışının ən səmərəli metodu hansıdır?

a)əmtəələrin özünə xidmət əsasında satışı

b)xidmət piştaxtası arxasından satış

c)nümunələr üzrə, malların açıq nümayışı yolu ilə satışı

d)əvvəlcədən verilmiş sifarişlər üzrə satış

e)alıcıların əmtəələri sərbəst seçmək yolu ilə satışı


411.Əmtəələrin pərakəndə satışının hansı metodu əməliyyatların tezləşməsinə, mağazanın buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır?

a)özünə xidmət

b)xidmət piştaxtası arxasından

c)nümunələr üzrə

d)malların açıq nümayışı və alıcıların əmtəələri sərbəst seçmək yolu ilə

e)əvvəlcədən verilmiş sifarişlər üzrə


412.Özünəxidmət mağazalarında satış prosesinin ibarət olduğu əsas əməliyyatlardan biri deyildir?

a)əmtəələrin optimal çeşidinin formalaşdırılması

b)alıcının qarşılanması və satılan əmtəələr haqqında ona lazım olan məlumatların təqdim edilməsi

c)əmtəələrin alıcı tərəfindən sərbəst seçilməsi və hesablaşmaq üçün kassaya gətirilməsi

d)seçilmiş əmtəələrin dəyərinin hesablanması və çekin alınması

e)alınmış əmtəələrin dəyərinin ödənilməsi


413.Özünəxidmət mağazalarında satış prosesinin ibarət olduğu əsas əməliyyatlardan biri hansıdır?

a)seçilmiş əmtəələrin dəyərinin hesablanması və çekin alınması

b)alıcının qarşılanması və onun məqsədinin müəyyən edilməsi

c)əmtəələrin təklif olunması və göstərilməsi

d)hesablaşma əməliyyatları

e)alınmış əmtəələrin qablaşdırılması və alıcıya təqdim olunması


414.Hər bir konkret mağazada əmtəə çeşidinin qurulmasına təsir göstərən spesifik amillərə aid deyildir?

a)alıcı tələbatı

b)mağazanın tipi və ölçüsü

c)mağazanın texniki təchizatı

d)xidmət göstərilən əhalinin sayı və tərkibi

e)nəqliyyat şəraiti


415.Çeşidin formalaşmasına təsir göstərən əsas amil kimi nə çıxış edir?

a)alıcı tələbatı

b)alıcıların sayı

c)alıcıların gəlir səviyyəsi

d)nəqliyyat şəraiti

e)pərakəndə satış qiymətlərinin səviyyəsi


416.Hər bir konkret mağazada əmtəə çeşidinin qurulmasına təsir göstərən spesifik amillərdən biridir?

a)xidmət göstərilən əhalinin sayı və tərkibi

b)alıcıya satılan əmtəələr haqqında məlumatların təqdim edilməsi

c)əmtəələrin alıcı tərəfindən sərbəst seçilməsi

d)seçilmiş əmtəələrin dəyərinin hesablanması

e)alınmış əmtəələrin dəyərinin ödənilməsi


417.Tələbata eyni zamanda təsir göstərən sosial və iqtisadi xarakterli amillərdən biri deyildir?

a)əmtəələrin mövsümü ehtiyatların yaradılması

b)əhalinin pul gəlirlərinin səviyyəsi

c)əhalinin sayı, sosial, peşə və cins-yaş tərkibi

d)əhalinin yaşayışının coğrafi və iqlim xüsusiyyətləri

e)ictimai iaşə müəssisələrinin fəaliyyəti


418.Aşağıdakılardan hansı pərakəndə ticarət müəssisələrində əmtəə çeşidinin məruz qaldığı ümumi amillərə aiddir?

a)alıcı tələbatı və əmtəə istehsalı

b)mağazanın tipi və ölçüsü

c)mağazanın texniki təchizatı

d)nəqliyyat şəraiti

e)xidmət göstərdiyiu əhalinin sayı və tərkibi


419.Çeşidin formalaşması zamanı hansı tələbatları fərqləndirirlər?

a)sabit, alternativ və impulsiv

b)sabit və qeyri-sabit

c)cari və perspektiv

d)alternativ və impulsiv

e)cari və alternativ

420.İmpulsiv tələbat çox vaxt nədən irəli gəlir?

a)mağazaların əmtəə çeşidində yeniliklərin mövcudluğundan

b)mağazaların əmtəə çeşidində yeniliklərin olmamasından

c)mağazaların mal dövriyyəsinin artmasından

d)mağazalarda satılan mallara tələbatın sabitlik səviyyəsindən

e)mağazalarda satılan mallara tələbatın tarixən formalaşmasından


421.Alıcı tələbatı ilə yanaşı çeşidin formalaşmasına təsir göstərən əsas amil kimi nə çıxış edir?

a)əmtəələrin istehsalı

b)əmtəələrin reklamı

c)əmtəələrin dəyəri

d)nəqliyyat şəraiti

e)əmtəələrin icarəsi


422.Aşağıdakılardan hansı xidmət piştaxtası arxasından əmtəə satışının yerinə yetirilməsi üzrə əməliyyatlara daxil deyildir?

a)əmtəələrin alıcı tərəfindən sərbəst seçilməsi və hesablaşmaq üçün kassaya gətirilməsi

b)alıcının qarşılanması və onun məqsədinin müəyyən edilməsi

c)əmtəələrin təklif olunması və göstərilməsi

d)hesablaşma əməliyyatları

e)alınmış əmtəələrin qablaşdırılması və alıcıya təqdim olunması


423.Hansı xidmət piştaxtası arxasından əmtəə satışının yerinə yetirilməsi üzrə əməliyyatlardan biridir?

a)alıcının qarşılanması və onun məqsədinin müəyyən edilməsi

b)alıcının qarşılanması və satılan əmtəələr haqqında ona lazım olan məlumatların təqdim edilməsi

c)əmtəələrin alıcı tərəfindən sərbəst seçilməsi və hesablaşmaq üçün kassaya gətirilməsi

d)seçilmiş əmtəələrin dəyərinin hesablanması və çekin alınması

e)alınmış əmtəələrin dəyərinin ödənilməsi


424.Alıcıların məqsədlərinin müəyyənləşdirilməsi onların nəyə münasibətlərinin təyin olunmasını nəzərdə tutur?

a)əmtəələrin bu və ya digər növünə, sortuna, əlamətlərinə

b)əmtəələrin göndərilməsinə

c)əmtəələrin saxlanılmasına

d)əmtəələrin emalına

e)əmtəələrin modernləşdirilməsinə


425.Lazım gəldikdə satıcı nə haqda alıcını məlumatlandırmalı deyildir?

a)satışdan əldə edilən qazancı

b)əmtəələrin təyinatı

c)əmtəələrin istismar qaydaları

d)əmtəələrin istehlak normaları

e)əmtəələrin müasir modaya uyğunluğu


426.Əmtəələrin nümunələr üzrə satışı nəzərdə tutur?

a)nümunələrin ticarət zalında nümayış etdirilməsini və alıcıların onlarla müstəqil tanış olmasını

b)nümunələrin ticarət zalında nümayış etdirilməsini

c)alıcıların nümunələrlə müstəqil tanış olmasını

d)nümunələrin ehtiyatlarla birlikdə yerləşdirilməsini

e)nümunələrin yarlıklarla təmin olunması


427.Əmtəələrin açıq düzülüşü və alıcıların onları sərbəst seçmə üsulu ənənəvi metodlarla müqayisədə nəyə görə əlverişlidir?

a)alıcıların əksəriyyətinin əmtəələrlə eyni vaxtda tanış olmaq imkanları əldə etməsinə görə

b)əməliyyatların tezləşdirilməsinə görə

c)mağazanın buraxılış qabiliyyətinin artırılmasına görə

d)satıcıların əmək məhsuldarlığının yüksəldilməsinə görə

d)əmtəələrin müasir modaya uyğunluğuna görə


428.Aşağıdakılardan hansı kommersiya-vasitəçilik fəaliyyətinin həyata keçiirilməsi üçün zəruri şərt və amillərdən biridir?

a)start pul kapitalının mövcudluğu

b)məhsulun reklam edilməsi

c)müəssisənin imicinin yaradılması

d)məhsula tələbatın öyrənilməsi

e)əmtəələrin nəql edilməsi


429.İnformasiya-kommersiya xidməti prosesində vasitəçi-firma alınmış sifarişlərə uyğun olaraq xidmət etdiyi müəssisələri hər şeydən əvvəl nə ilə təmin edir?

a)məhsul satışının və tədarükünün təşkili üçün zəruri məlumatlar olan informasiya ilə

b)əmtəələrin potensial istehsalçıları haqqında informasiya ilə

c)istehsalçıların istehsal gücləri haqqında informasiya ilə

d)əmtəələrin qiyməti haqqında informasiya ilə

e)yüklərin çatdırılması üsulları haqqında informasiya ilə


430.Vasitəçi təşkilatlar nə üçün məlumat bankı yaratmağa, regional kommersiya informasiyası və onların operativ mübadilə vasitələrini formalaşdırmağa məcburdur?

a)kommersiya xidməti göstərilməsi üçün

b)istehsal xidməti göstərilməsi üçün

c)maliyyə xidməti göstərilməsi üçün

d)lizinq xidməti göstərilməsi üçün

e)informasiya xidməti göstərilməsi üçün


431.Aşağıdakılardan hansı komission razılaşmada əks olunmur?

a)daxili resursların səfərbərliyə alınması qaydasında məhsulun reallaşdırılması

b)satışın şərtləri

c)əmtəənin qiyməti, onun nəql edilməsi üsulları

d)komission mükafatlandırılması kəmiyyəti

e)tərəflərin öhdəlik və məsuliyyəti


432.Aşağıdakılardan hansı vasitəçi təşkilatların işlərində mühüm istiqamətlərdən biridir?

a)müxtəlif reklam nəşrləri və informasiya vasitələrinin köməyi ilə əmtəələrin reklamlaşdırılması sahəsində xidmətlər

b)məhsul istehsalı sahəsində göstərilən xidmətlər

c)məhsulun keyfiyyətinin yaxşılaşdırılması sahəsində xidmətlər

d)mütərəqqi texnologiya sahəsində göstərilən xidmətlər

e)lizinq sahəsində göstərilən xidmətlər


433.Aşağıdakılardan hansı yarmarkaların təşkili qarşısında qoyulan məqsədlərdən biri deyildir?

a)yeni məhsulların daha geniş çeşiddə istehsalının və bazara çıxarılmasının təmin edilməsi

b)konkret məhsula bazarın real tələbatının aşkar edilməsi

c)bazarda məhsulun çatışmazlığının aradan qaldırılması

d)vasitətəçilik və kommersiya xarakterli xidmətlər göstərilməsi

e)tərəflər arasında işgüzar və səmərəli təsərrüfat əlaqələrinin yaradılması


434.Birja aşağıdakı variantların hansında düzgün ifadə olunmuşdur?

a)əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan topdan satış bazarı

b)əmtəələrin, xammalın, qiymətli kağızların güzəştli qiymətlərlə satışını həyata keçirən müəssisə

c)əmtəələrin alqı-satqısının yalnız kredit vasitəsilə həyata keçirildiyi bazar

d)əmtəələrin sığortasını həyata keçirən dövlət təşkilatı

e)heç bir variantda doğru ifadə olunmamışdır


435.”Əmtəə birjaları və birja ticarəti haqqında” Azərbaycan Respublikası qanunu hansı ildə qəbul edilmişdir?

a)2000-ci ildə

b)1997-ci ildə

c)1999-cu ildə

d)2002-cı ildə

e)belə bir qanun mövcud deyil


436.Birjanın yaradılmasında kimlər iştirak edə bilər?

a)hüquqi və fiziki şəxslər

b)banklar

c)sığorta və investisiya təşkilatları

d)dini və xeyriyyə təşkilatları

e)dövlət orqanları


437.Dünyada ən iri fond birjaları hansı şəhərlərdə fəaliyyət göstərir?

a) Nyu-York, London,Tokio

b) Moskva, Paris,Nyu-York

c) Frankfurt, Oslo

d) Vaşinqton, Tokio

e) Cenevrə, London


438.İlk birjalar neçənci əsrdə əmələ gəlmişdir?

a) XY-XYI əsrlərdə

b) XYI-XYII əsrlərdə

c) XYIII əsrdə

d) XIX-XX əsrlərdə

e) XX əsrdə


439.Amerika qitəsində ilk birja harada və neçənci ildə yaradılmışdır?

a) Nyu-Yorkda, 1792-cı ildə

b) Los-Anjelosda, 1801-cı ildə

c) Vaşinqtonda, 1902-cı ildə

d) Çikaqoda, 1795-ci ildə

e) San-Fransisko, 1871-ci ildə


440.Birjaların çiçəklənməsi nə ilə əlaqədardır?

a)istehsalın inkişafı və ticarətin, nəqliyyatın, rabitənin həcminin artması ilə

b)innovasiyaların tətbiqi ilə

c)elmi-texniki tərəqqinin sürətlənməsi ilə

d)istehsalın təmərküzləşməsi və ixtisaslaşması ilə

e)bazar münasibətlərinin dərinləşməsi ilə


441.Birjanın çiçəklənməsi hansı dövrə təsadüf edir?

a)XIX əsrin ikinci yarısına

b)XX əsrin ikinci yarısına

c)XX əsrin birinci yarısı

d)XIX əsrin birinci yarısı

e)XYIII əsrin axırlarında


442.Bazar iqtisadiyyatı şəraitində ticarətin əsas formalarından biri kimi nə çıxış edir?

a)əmtəələrin birjalar vasitəsilə reallaşması

b)əmtəələrin topdan ticarət vasitəsilə reallaşması

c)əmtəələrin pərakəndə ticarət vasitəsilə reallaşması

d)əmtəələrin yarmarkalar vasitəsilə reallaşması

e)əmtəələrin hərraclar vasitəsilə rreallaşması


443.Birjalar hansı xüsusiyyətləri ilə seçilir?

a) tələb və təklifin qarşılaşmasının ötəri, ani olması, alıcı və satıcının rollarının dəyişə bilməsi,

sövdələşmə prosesinin kəskin sürətlənməsi

b) tələb və təklifin qarşılaşmasının ötəri, ani olması

c) alıcı və satıcınin rollarının dəyişə bilməsi

d) sövdələşmə proseslərinin kəskin sürətlənməsi

e) ticarət əməliyyatlarının aşkarlıq şəraitində keçirilməsi
444.Aşağıdakılardan hansı birjanın xüsusiyyətlərindən biri deyildir?

a)satış əməliyyatlarının xüsusi kitablarda qeyd edilməsi

b)tələb və təklifin qarşılaşmasının ötəri olması

c)alıcı və satıcınin rollarının dəyişə bilməsi

d)sövdələşmə proseslərinin kəskin sürətlənməsi

e)tələb və təklifin qarşılaşmasının ani olması


445.Aşağıdakılardan hansı birjanın xüsusiyyətlərindən biridir?

a)sövdələşmə prosesinin kəskin sürətlənməsi

b)ticarət əməliyyatlarının ciddi qaydalar əsasında həyata keçirilməsi

c)ticarət əməliyyatlarının aşkarlıq şəraitində həyata keçirilməsi

d)satış əməliyyatlarının xüsusi kitablarda qeydə alınması

e)birjaların xüsusi təghiz olunmuş meydanlara, anbarlara və ofis binalarına malik olması


446.Mütəşəkkil bazarın yüksək bir forması kimi birja fəaliyyəti aşağıdakı prinsiplərdən birini rəhbər tutmur?

a)satış əməliyyatlarının heç bur yerdə qeydə alınmaması

b)ticarət əməliyyatlarının ciddi qaydalar əsasında və aşkarlıq şəraitində həyata keçirilməsi

c)satışların tələb və təklif əsasında formalaşan qiymətlərə uyğun olaraq həyata keçirilməsi

d)birjaların xüsusi təchiz olunmuş meydanlara, anbarlara və ofis binalarına malik olması

e)birya fəaliyyətinin xüsusi rabitə informasiya və s. vasitələr ilə təchiz olunmuş yerlərdə həyata keçirilməsi


447.Topdan ticarətin təşkil olunmuş bir forması kimi birja ticarəti hansı bazarlara bölünür?

a)nəqd əmtəə bazarına, fyuçers və fond bazarlarına

b)əmtəə və fond bazarlarına

c)nəqd əmtəə bazarına və fyuçers bazarına

d) fyuçers və fond bazarlarına

e)hərraclar və kütləvi bazarlara


448.Öz sayına, dövriyyəsinin miqdarına və əhali üçün əhəmiyyətinə görə birjalar içərisində xüsusi yer tutan birjalar necə adlanır?

a) əmtəə birjaları

b) fond birjaları

c) xüsusi birjalar

d) kütləvi birjalar

e) hərraclar


449.Əmtəə birjalarının yerinə yetirdikləri funksiyalara aid deyildir?

a)daxili resursların səfərbərliyə alınması qaydasında məhsulun reallaşdırılması

b)ticarət sövdələşməsində iştirak edən tərəflərin mənafeyiini əlaqələndirmək, bununla əlaqədar sənədlərdə alqı-satqı aktini əks etdirmək

c)birja vasitəsilə əmtəələrin reallaşdırılması prosesini sistematik surətdə və daim təkmilləşdirmək

d)konyuktura, bazarın həcmi, qiymətlər və s. haqqında müəyyən tədqiqatlar aparmaq

e)birja subyektlərinin fəaliyyəti zamanı onların işində meydana çıxan mübahisələrin və münaqişələrin həll edilməsi


450.Əmtəə birjaları hansı vəsaitlər hesabına yaradılır?

a)ayrı-ayrı müəssisələrin, təşkilatların və fiziki şəxslərin vəsaitləri hesabına

b)ayrı-ayrı müəssisələrin vəsaitləri hesabına

c)ayrı-ayrı təşkilatların vəsaitləri hesabına

d)ayrı-ayrı fiziki şəxslərin hesabına

e)ayrı-ayrı hüquqi şəxslərin hesabına


451.Birjalarda ticarət əməliyyatları kimlər vasitəsilə həyata keçirilir?

a)dilerlər və brokerlər

b)maklerlər

c)distribütorlar

d)pərakəndə satış müəssisəsi

e)düzgün cavab yoxdur


452.Aparılan əməliyyatların miqyasına görə ən iri və məşhür olan fond birjaları hansıdır?

a) Nyu-York, London, Tokuo, Frankfurt

b)Nyu-York, Berlin

c)London, Nyu-York

d)London, Tokio,Oslo

e)Tokuo, Frankfurt


453.Hərrac hansı variantda doğru ifadə olunmuşdur?

a) əmtəələrin açıq satış yerlərində onlara ən yüksək qiymət verən şəxslərə satılması

b) əmtəələrin keyfiyyətinin müəyyənləşdirildiyi ekspertiza

c) əmtəənin qiymətinin yüksəldilməsi üçün brokerlərin gizli sövdələşməsi

d) satışın artırılması üçün alıcılara müəyyən imtiyazların verilməsi

e) istehlakçıların əmtəənin xassəsi barədə maarifləndirici yığıncaq

454.Hərrac üstün olaraq nisbətən hansı çeşidli əmtəə satışı üçün istifadə edilir?

a)məhdud çeşidli

b)geniş çeşidli

c)ərzaq çeşidli

d)yeyinti çeşidli

e)düzgün cavab yoxdur


455.Adi ticarət qaydalarından fərqli olaraq hərrac ticarətində satıcılar nəyə görə məsuliyyət daşımır?

a) əmtəələrin keyfiyyətinə görə

b) əmtəələrin qiymətinə görə

c) əmtəələrin mənşə ölkəsinə görə

d) əmtəələrin istehlakına maneə törətməyən xırda qüsurlara görə

e) əmtəələrin məhdud çeşidliliyinə görə


456.Hərraclarda satıcılardan qəbul edilmiş mallar hansı göstəricilərə görə çeşidlənir?

a)kəmiyyət və keyfiyyət göstəricilərinə görə

b)kəmiyyət göstəricilərinə görə

c)keyfiyyət göstəricilərinə görə

d)çeşid göstəricilərinə görə

e)natural göstəricilərə görə


457.Hərraclar kim tərəfindən həyata keçirilir?

a)səhmdar cəmiyyətləri, kooperativlər, assosiasiyalar və s.

b)səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər

c)kooperativlər və məhdud məsuliyyətli cəmiyyətlər

d)səhmdar cəmiyyətləri və assosiasiyalar

e)ticarət təşkilatları və müəssisələri


458.Hərraclar təşkilatı qaydasından asılı olaraq necə ola bilıər?

a)məcburi və könülli

b)açıq və qapalı

c)daxili və xarici

d)razılaşdfırılmış və razılaşdırılmamış

e)düzgün cavab yoxdur


459.Hərracların məcburi formasında realizə edilməyən mallardan biri hansıdır?

a)sərfəli satılması məqsədilə satılan mallar

b)müsadirə edilmiş mallar

c)girov qoyulmuş mallar

d)haqqı ödənilməyən mallar

e)qiyməti göstərilən vaxtda ödənilməyən əmlak


460.Hərracın təklif edilməsi şərtlərində kimə əvvəlcədən mallarla tanış olmaq imkanı verilir?

a)imkanlı alıcılara

b)kommersantlara

c) işçilərə

d)ekspertlərə

e)mühasiblərə
461.Hərrac üsulu ilə satışın başlanmasına nə qədər vaxt qalmış hərracın keçirildiyi yer, şərtlər, malların kəmiyyəti və s. haqqında məlumat verilir?

a)1,5-2 ay qalmış

b)1-1,5 ay qalmış


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə