Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
222 
nədlərimi  verib  İncəsənət  İnstitutuna  qəbul  olundum.  Elə  birinci 
kursda  Ələsgər  Ələkbərov  məni  “Uzaq  sahillərdə”  filminin  sınaq 
çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum 
üçün  o  rola  məni  götürmədilər,  filmdə  bir  partizanı  oynadım. 
Ondan sonra “Ögey ana”da çoban obrazına çəkildim. 
 
 
Kino 
 
O  illər  ərzində  hansı  filmə  çəkildimsə  Ələsgər  Ələkbərovla  
bir yerdə çəkildik. “Böyük dayaq” da  həmçinin.  Təhsil aldığım il-
lərdə  bir-neçə  filmə  çəkilmişəm.  “Böyük  dayaq”da  Şirzad  diplom 
işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir 
cənub şəhərində”, “Arşın mal alan”.  Əsasən Eldar Quliyevin film-
lərində  çəkilirdim,  çünki  uşaqlıq  dostum  idi.    Həyatımda  üç  dəfə 
jurnalist  obrazında  oynamışam.  “Həyat  öyrədir”,  “Əsas  müsa-
hibə”, “Bir cənub şəhərində ”.  
“Arşın mal alan”ın ssenarisini Tofiq Tağızadə mənə oxumağa 
verdi,  oxudum  və  ondan  xahiş  etdim  ki,  Süleyman  rolunu  mənə 
versin,  çünki  o  rolu  özümə  daha  yaxın  hesab  etdim.  Bu  rolla  öz 
köklərimə  qayıdırdım.    Öz  mühitimin  adamı  idi,  xaricdə  təhsil 
almış, dövrünün intellektualı.   
Bir-birinin  ardınca  kinolara  çəkilirdim,  35  film  “Azərbayca-
nfilm”in  istehsalıdır.    NTV-nin  Azərbaycanla  birgə  istehsalı  olan 
“Dronqo”da nazir müavini ,  iki Gürcüstan filminə çəkilmişəm, iki 
filmə  də  Almaniyada  rol  almışam.    “Şpeyer  və  o”  filmində  Sovet 
polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmin-
də Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada  “Məkkə” 
adlı filmdə də  çəkilmişəm, onu azərbaycanlı çəkib.  
 
 
 
 
 


 
223 
Teatr 
 
Hələ tələbə ikən Rus Dram Teatrında  işləməyə başlamışam. 
O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu 
da mənim həyatım.  
Rəsmi  surətdə  təqaüddəyəm,  amma  hamı  bilir  ki,  aktyorun 
təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək 
olar ki, bütün tamaşalarda varam, oynayıram.  
İndi əvvəlkindən çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox 
işləyirdik,  işimizin  müqabilində  qəpik-quruş  alırdıq,  amma  gələ-
cəyə  kommunizmə  inanırdıq.  Fəxri  ad,  orden,  medal  verirdilər, 
amma dolanışıq yox idi.  Bizi Sovet dövlətimiz istismar edirdi. İndi 
heç  olmasa  çəkilişlərə  görə  o  vaxt  olduğundan çox  qonorar  alırıq. 
Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, am-
ma Allaha şükür prezident təqaüdü alırıq.  Fəxr etdiyim bir məqam 
var  ki,  yaxşı  təhsilli,  öz  intellektini  yüksəltməyə  çalışan  gənclik 
yetişməkdədir.  Dünya  miqyaslı  tədbirlər  bizdə  keçirilir,  bu  da 
gözəl haldır.  Bir  birinin ardınca  teatrlar  təmir  olunur. Azərbaycan 
çox inkişaf edir.  Hayıf ki, bizim həyatımızın  çox uzun bir hissəsi 
keçid  dövrünə  düşdü.  Bu  keçid  dövründə  mədəniyyətimiz  çox 
itirdi.  Nəsillər  arasındakı  ardıcıllıq  itdi.  Böyük  bir  nəsil  kadrları 
itirdik.  Kadrlar  getdilər,  yerlərini  tutan  yoxdur,  çünki  ara  böyük 
oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir.  
 
 
Şəxsi həyatı  
 
Həm Almaniyada, həm də Bakıda yaşayıram. Ailəm ordadır, 
mən Bakısız qala bilmirəm, 10 gün sonra havam çatmır, qayıdıram 
Bakıya.  Bakı  üçün  necə  darıxıramsa  özümə  yer  tapa  bilmirəm. 
Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah et-
mək olmur – vətəndir vəssalam. Gəlirəm məzarlığa gedirəm, əziz-
lərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq məzar-
üstü  düzəltdirə  bilməmişdim.  Mənimki  belə  gətirib  ki,  atam  da 


 
224 
olub,  atalığım  da.  O,  böyük  elm  adamı idi, bu  il  ona  layiq  məzar-
üstü düzəltdirdim, bir az rahatladım.  Hiss edirəm ki, bizdən sonra 
gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf 
ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyük-
lərin məzarı ziyarətgahdır.  Gəlirəm, hökmən onları ziyarət edirəm. 
Bakıya  düşən  kimi  kerosin  qoxusu  məni  vurur,  onu  ciyərlərimə 
çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusu-
dur.  
Arvadım,  qızım,  bir  oğlan  nəvəm  var.  Ailəm  mənim  hər  şe-
yimdir.  Onlardan  danışmaq  istəmirəm,  gözə  gələcəklərindən  qor-
xuram.    Onlar  üçün  yaşayıram,  Allahdan  sağlamlıq  istəyirəm  ki, 
onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsinlər. 
Qızım  xoreoqrafiya  məktəbini  bitirib,  sonra  da  Xarici  Dillər 
Universitetində təhsil alıb. Demək olar ki, dörd dil bilir.    
90-cı  illərin  əvvəli  idi,  xaos  hökm  sürürdü.    Mən  maşınımı 
saxlayıb  teatra  girmək  istəyirdim,  bir-neçə  nəfər  əllərində  zəncir 
kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim ki, uşaqlar bağışlayın, 
mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra bir də 
gördüm  arxadan  dəhşətli  səslər  gəlir,  çönüb  gördüm  ki,  maşınımı 
salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi onun altına. Maşın-
dan  əsər-əlamət  qalmadı,  qayıtdım    geri,  məni  aldılar  mühasirəyə 
təhqiramiz  ifadələr  işlətdilər.  Həmin  məqamda  əlimdə  avtomat 
olsa biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım.  
İllər  keçdi,  mən  “Sovetski”də  böyümüşəm,  dostlara  bu  məsələni 
danışdım, onları çox sərt cəzalandırdılar.  
Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif 
elədi  ki,  gəl,  burda  səni  də,  ailəni  də  işlə,  evlə  təmin  edirik  qal. 
Dedi ki, çox az qalıb, Sovetlər Birliyi dağılmaq üzrədir, səni burda 
məcburi  köçkün  kimi  sənədləşdirək,  bir  dənə  o  sözə  görə  get-
mədim.  Mən  bakılı,  azərbaycanlı  kimi  bunu  edə  bilməzdim.  Ailə-
min  isə  təhlükəsizliyi  üçün  onları  göndərdim.  Həqiqətən  də  çox 
keçmədi Sovetlər Birliyi dağıldı, o vaxt bu heç ağla gəlməzdi.  Mən  
elə  bir  ömür  yaşamışam  ki, heç  kimi  alçaltmamışam,  satqın  olma-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə