onlara böyük həcmdə tranzaksiyaları maliyyələşdirmək imkanı verəcək.
Rezidentlərinin pul vəsaitlərinin məbləğini artınnaq məqsədi ilə ixracı artınnası
yaxud xarici qiymətli kağızları satması nəticəsində ölkəyə fondların xalis axını
baş verəcək. Beləliklə, real gəlirlərin sürətlə çoxalması və pul kütləsinin yavaş
artımı baş verən ölkənin tədiyyə balansında kapitalların hərəkəti yaxud cari
əməliyyatlar maddələri üzrə qalıq yaradan meylilərin təsiri nətieəsində həmin
ölkənin valyutasının dəyəri yüksələcək.
BVF inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün məhz bu
siyasəti model layihəsi qismində qəbul etmişdir. Bu nəzəriyyə və ona əsaslanan
siyasət 2008-2010-cu illərin qlobal böhranı zamanı iflasa uğradı.
2.3.
Yeni məktəb: beynəlxalq siyasi iqtisad
yaxud beynəlxalq iqtisadiyyat
1970-1980-ci illərdə elmdə yeni istiqamət - beynəlxalq siyasi iqtisad
yaxud beynəlxalq iqtisadiyyat formalaşmağa başladı. Onun meydana çıxması
müəyyən dərəcədə libertarianizmin dominantlığına şərait yaradan səbəblər, yəni
ABŞ və Qərbi Avropanın iqtisadi problemlərinin atması ilə bağlı idi. İnkişaf
etmiş ölkələrin özündə iri firmaların investisiya fəallığı kəskin dərəcədə zəiflədi,
kapitalizm bir sistem kimi yeni, o cümlədən texnoloji inqilabın təzəcə başlanan
mərhələsi tərəfindən qarşıya qoyulan məsələləri: işsizliyin artımını, 1971-ci ildə
Bretton-Vuds sisteminin dağılmasını və s. aradan qaldırmaq iqtidarında olmadı.
Yeni beynəlxalq siyasi iqtisad prinsipcə təzə olan iki məsələdən
qaynaqlanırdı: birincisi, dövlət aparatının işində dövlətin vəhdət təşkil edən
ənənəvi siyasi fəaliyyəti ilə iqtisadi sahədə iştirakı arasında aşkar olunan
«aralanmanın»
aradan qaldırılmasının zəruriliyi; ikincisi, beynəlxalq
münasibətlər sahəsində dövlətin siyasi fəaliyyətinin «iqtisadiləşdirilməsinin»
əsaslandırılması. Beləliklə, söhbət funksiyaların daxili siyasətdə deyil,
beynəlxalq iqtisadi münasibətlər sahəsində genişləndirilməsindən gedirdi.
Yarandığı ilk gündən yeni məktəb özündən əvvəlki bəzi ənənələrə istinad edirdi.
Belə ki, Amerika tədqiqatçıları C.Fridman, D.Layk və R.Qilpin beynəlxalq siyasi
iqtisadın üç cərəyanına: realizmə, liberalizmə və marksizmə {neomarksizmə)
istinad edirlər.
iqtisadi realizm. Bu, iqtisadi təfəkkürün beynəlxalq münasibətlərdə siyasi
amilə iqtisadi amil üzərində açıq-aşkar üstünlük verilməklə, merkan-
46
tilizm və millətçilik məktəblərini özündə birləşdirən ümumi istiqamətidir.
İqtisadi realizm öz iqtisadi üstünlüyünü möhkəmləndirmək yaxud «hegemon
mövqelərini» qoruyub saxlamaq üçün hökmran mövqe tutan dövlət tərəfindən
münaqişəli hallarda hərbi-siyasi qüvvədən istifadə olunmasının zəruriliyini qeyd
edir. Müasir beynəlxalq siyasi münasibətlərin nüfuzlu məktəbi olan neorealizm
bu əsasda fonualaşmışdır. İqtisadi cərəyan növü kimi, «realizm» libertarianizmlə
paralel inkişaf edir və Fridman libertarianizminin ümumi məcrasında bir növ
«ehtiyat» yaxud «paralel» rol oynayır.
Neorealizm. Beynəlxalq münasibətlər haqqında elmdə neorealizmin
meydana çıxması, professor P.A.Tsıqankovun qeyd etdiyi kimi, Kennet Uoltsun
«Beynəlxalq siyasət nəzəriyyəsi» kitabının (1979) nəşri ilə əlaqələndirilir.
Neorealizm məktəbinin nümayəndələri qarşılanna yeni beynəlxalq şərait nəzərə
alınmaqla, klassik nəzəriyyənin üstünlüklərini qoruyub saxlamaq vəzifəsini
qoyurdular. Bu halda da siyasi realizmin «qüvvə», «milli maraqlar», «rasional
davranış» və sair anlayışları beynəlxalq münasibətlərin təhlilinin əsas vasitəsi
kimi qalır. Eyni zamanda neorealizm siyasi sahənin beynəlxalq münasibətlərin
başqa sahələrindən (məsələn, iqtisadi) ayrılmasının zəruriliyinə əsaslanır, bu isə,
qanunauyğunluqlar axtarılarkən diqqəti ona xas olan cəhətlərin öyrənilməsi
üzərində cəmləşdirməyə imkan verir. Qeyd edək ki, beynəlxalq münasibətlərin
«iqtisadiləşməsi» prosesinin qaçılmaz olduğu şəraitdə iqtisadiyyatın siyasətdən
bu cür «təcrid edilməsi» tədqiqatın obyektini və subyektini açıq-aşkar
kəsadlaşdırır.
Uoltsa görə, beynəlxalq sistemin aparıcı prinsipi beynəlxalq
münasibətlərdə min illər boyu dəyişməyən anarxiyadır. Uoltsun fikrincə, buna
görə də gələcəkdə anarxiyanın öz keyfiyyətini itirəcəyini ehtimal etməyə əsas
yoxdur və beynəlxalq sistemin dəyişdirilməsinə yönələn, liberal-idealist
təsəvvürlərə istinad edən bütün layihələr uğursuzluğa düçardır. Digər tərəfdən,
beynəlxalq sistemin struktur xüsusiyyətləri əslində kiçik və orta dövlətlərin
fəaliyyəti ilə, demək olar ki, əlaqədar olmayaraq, fövqəldövlətlər arasında
qarşılıqlı əlaqələrin nəticəsidir. Deməli, beynəlxalq münasibətlərin «təbii halı»
yalnız sonunculara xasdır. Başqa ölkələr fövqəldövlətlər tərəfindən yaradılan
beynəlxalq siyasətin nüfuz dairəsindədir. Neorealistlərin bu ideyası beynəlxalq
münasibətlərdə dövlətin dominant rolunun əbədiliyi prinsipinə əsaslanır.
Məsələn, Uolts iddia edir ki, ayrı-ayrı ölkələrin rolu eyniləşdikcə, ölkələrin
qarşılıqlı asılılığı barədə yaranan fikir yalnız dəyişən beynəlxalq şəraitin
47
emosional tərzdə qavramimasının nəticəsidir; o, yalnız mikro-səviyyədə
mövcuddur və bu, dünya iqtisadiyyatında TMK-nın mövqelərinin güclənməsində
təzahür olunur. Amma qarşılıqlı asılılıq dövlətin roluna əhəmiyyətli dərəcədə
təsir göstərmir. Bundan savayı, hakimiyyətin fövqəldövlətlərin dar çərçivəsində
cəmləşməsi qarşılıqlı asılılığın, çox ehtimal ki, zəifləməsinə dəlalət edir. Bu
müddəa müasir dövrlə müqayisədə XVII-XIX əsrlərdə daha güclü asılılığı olan
Avropa dövlətlərinin timsalında daha aydın görünür. Bir sıra zəif cəhətlərinə
(«təbii vəziyyətin» əbədiliyi və dayanıqlığı, beynəlxalq sistemin sabitləşdirilməsi
üsulu kimi güclər arasında tarazlıq, kiçik və orta ölkələrin roluna əhəmiyyət
verilməməsi və s.) baxmayaraq, neorealizmin güclü dövlət ideyasına əsaslanan
ilkin şərtləri bir çox iri dövlətlərdə kifayət qədər populyardır və beynəlxalq
münasibətlərdə neoliberalizm məktəbi ilə real rəqabət apara bilir.
Neoliberalizm. Neorealizm ideyalarının cazibəli olmasına baxmayaraq,
onun müddəaları, fövqəldövlətlərin hakim dairələrinə kifayət qədər arxaik
görünür. İki siyasi-iqtisadi sistem arasında qlobal sistemlərarası («so3mq»)
müharibə keçmişdə qalmışdır. Ümumi siyasi meyillərin beynəlxalq terrorizmlə
mübarizənin keçmiş kommunizm sistemi ilə rəqabəti əvəz edərək, çox güman ki,
əsas hədəfə çevriləcəyinə baxmayaraq, müasir şərait beynəlxalq siyasi və iqtisadi
münasibətlərin təhlilinə tamamilə başqa yanaşmalar tələb edir. Dünya sosializm
sistemi dağıldıqdan sonra beynəlxalq münasibətlər nəzəriyyəsinin belə
istiqamətlərindən biri neoliberalizmdir. Müasir neoliberalizm keçmiş dövrlərin
klassik siyasi və iqtisadi məktəbinin cərəyanlarından biri olan klassik
liberalizmdən keyfiyyətcə fərqlənir; o, Samuelson tərəfindən düzgün olaraq
libertarizm - ABŞ və başqa inkişaf etmiş ölkələrin sağçı işgüzar və siyasi
qüvvələrinin radikal ideologiyası kimi xarakterizə olunmuşdur. Bu cərəyanın
əsas ehkamlarını sadalayaq.
Birincisi, dövlət beynəlxalq siyasi və iqtisadi səhnədə yeganə və əsas agent
deyil və bundan əlavə, heç də bütün dövlətlər, ümumiyyətlə, bu agent qismində
çıxış etməyə qadir ola bilməz. Burada qüdrətli TMK-lar, TMB-lər, müxtəlif
qeyri-hökumət birlikləri, peşə assosiasiyaları, cinayətkar və terrorçu qruplar
fəaliyyət göstərir. Beynəlxalq münasibətlərin istənilən iştirakçısı burada
əhəmiyyətli dəyişikliklər apara, dövləti gözlənilməz addımlar atmağa məcbur edə
bilər.
İkincisi, beynəlxalq münasibətlər sistemi idarəetmə alətlərinin itirilməsi
48
Dostları ilə paylaş: |