173
Г. АЛИЕВА
ТЕКУЩАЯ БИБЛИОГРАФИЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ
АЗЕРБАЙДЖАНСКОЙ НАЦИОНАЛЬНОЙ БИБЛИОТЕКИ
ИМЕНИ М.Ф.АХУНДОВА
РЕЗЮМЕ
Данная статья посвящается текущей библиографической
деятельности Азербайджанской Национальной библиотеки им.
М,Ф.Ахундова за 1999-2009 г.г. В ней анализируются указатели :
«Ежегодник Азербайджанской литературы», «Новые книги», «Ка-
лендарь знаменательных и исторических дат», «Новая литература о
культуре, искусстве и туризме», издаваемые Азербайджанской
Национальной Библиотекой.
G. ALIYEVA
THE CURRENT BIBLIOGRAPHIC ACTIVITIES OF THE
AZERBAIJAN NATIONAL LIBRARY NAMED AFTER
M.F.AKHUNDOVA
SUMMARY
The given article is devoted to the current bibliographic activities
of the National Library named after M.F.Akhundov. The indicators as
“Annual Azerbaijan bibliography”, “New books”, “The calendar of the
important and historic days”, “New literature about culture, art and
tourism” published by National Library, were analyzed here.
175
yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli
maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki
bu kəlmələr üçüncü bir
kəlmə ilə - "qusaən" kəlməsi" sel suyunun otları, çöplərini bir-birinə
qataraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot, çöp, yarpaq və
köpük kimi qarışıqlıq" mənasına da gəlir. "Qusmaq" mənasını verən bu
söz bəzi mənbələrdə "sel qusmağı" kimi tərcümə edilir və torpağın nefti
qusması kimi də tərif edilir. Həmçinin neftin meydana gəlməsi, ortaya
çıxması, köpüklü görünşü, rəngi nəzərə alınanda ayələrdə işlədilən
kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı anlaşılır.
Burdan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir ma-
yeyə dönməsi nef-tin əmələ gəlməsi ilə çox oxşardır. Neftin əmələ
gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə
edən bir təşəkkül prossesinin tərif edilməsi şübhəsiz ki, Quranın Allahın
vəhyi olmasının başqa bir dəlilidir (4).
Müstəqilliyimizin əldə edilməsi ilə cəmiyyətin bütün sferalarlında
dinamik inkişaf getdikcə güclənməkdədir. İqtisadi inkişafımızın qarantı
olan neft sənayesinin hərtərəfli tərəqqisi, həmin sahəyə olan elmi və
təcrübi marağı da artırmış oldu. İqtisadi maraqla-elmi marağın üst-üstə
düşməsi zəngin informasiyaların çoxalmasına və həmin informasiya
mənbələrinə tələbatın da artmasına səbəb olmuşdur. Bu da öz növbəsin-
də, neftin mütxəlif sahələrinə həsr olunmuş çoxsaylı elmi və kütləvi
nəşrlərin geniş tirajına situmul yaratdı. Təbii ki, belə nəşrlərin asan əldə
edilməsinin ən optimal yolu kitabxanalardır. Təsadüfi deyildir ki,
ümummilli lider Heydər Əliyev M.F.Axundov adına Milli kitabxanada
keçirilən “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat məra-
simində kitabı və kitabxana işini yüksək qiymətləndirərək demişdir:
“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində ümumiyyəətlə mə-
dəni-ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə
ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamaq, fəaliyyət
göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq...
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviy-
yat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət
xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir” (2, 20).
Sənəd-informasiya-tələbatçı, bir sözlə sənəd-kommunikasiya sis-
temində biblioqrafiyaşünaslıq elminin rolu da danılmaz faktlardan birinə
çevrilmişdir. Neft üzrə hazırlanmış biblioqrafik göstəricilərin mövzu əhə-
miyyəti daşıması, sahəvi biblioqrafiyanın genişlənməsinə şərait yaratdı.
Ölkəşünaslıq biblioqrafiyasına daxil olan bu göstəricilərin aktuallığı
onların informasiya tələbatının əhəmiyyətini də artırmışdır. Bunun da nə-
ticəsi olaraq, neftə dair çox sayda biblioqrafik vəsaitlər hazırlanmışdır ki,
həmin vəsaitlərdən birinin elmi-biblioqrafik təhlilini veririk.