Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə28/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

63 
 
8.
 
Abbasov. 

və 
b. 
İnformatika,  telekommunikasiya, 
radioelektronika üzrə terminoloji lügət. -2-ci nəşr.-Bakı,2004.-295 s 
9.
 
Алтухова,  Г.  Беседы  об  этике  и  имидже  Библиотека.  - 
1998. - № 2. - С. 39 - 41 
10.
 
Дрешер,  Ю.М.  Современная  концепция  подготовки  спе-
циалиста-библиотерапефта. - М., 2003. - 247 с. 
11.
 
Дворкина,  М.А.  Профессиональные  ценности  библио-
текарей .Мир библиотек сегодня// Науч.-информ. сб. - Вып. 4. - М., 
1996. - С. 50 - 53 
12.
 
Жданова,  Т.А.  Библиотекарь  -  профессионал:  какой  он 
сегодня? //.Библиотековедение. - 1994. - № 4. - С. 90 - 97 
13.
 
Кузьмин,  Е.И.  Мы  готовы  ответить  на  вызов  времени  // 
.Библиотека. - 1994. - № 9. - С. 8 - 11 
14.
 
Кабачек,  О.Л.  Размышления  об  этике.  (Профессия 
библиотекаря). //.Библиотека. - 1995. - № 12. - С. 32 - 35 
15.
 
Осипова, И.П. Библиотечные кадры: социальные аспекты 
обновления .//Мир библиотек сегодня. - Вып. 2. - М., 1994. - С. 90  
16.
 
Хайцева,  Л.Б.  Управление  трудовыми  ресурсами.  Мир 
библиотек сегодня. - Вып. 4. - М.1996. - С. 50 - 53  
 
Р.ГАРДАШОВ  
РОЛЬ БИБЛИОТЕЧНОЙ ПРАКТИКИ В РАЗВИТИИ 
БИБЛИОТЕЧНОГО ОБРАЗОВАНИЯ 
РЕЗЮМЕ 
 
В статъе рассматривается система связей и отношений между 
библиотечным  делом  и  библиотечным  образованием.  Анализ 
проводится на основе практике России и США.  
 
R.GARDASHOV  
THE ROLE OF LIBRARY PRACTICE IN DEVELOPMENT 
OF LIBRARY EDUCATION 
SUMMARY 
 
The system connections and relations between library practice and 
library  education  is  considered  in  the  report.  The  analysis  is  carried  out 
on  the  basis  of  requirements  of  the  educational  standard  approve  of  the 
USA and Russian 


64 
 
Zahidə RZAYEVA  
Kitabxana resursları və informasiya axtarıĢ sistemləri 
kafedrasının müəllimi 
 
MĠLLĠ KĠTABXANA SĠSTEMĠNDƏ ĠNFORMASĠYA 
AXTARIġ SĠSTEMLƏRĠ  
 
Açar sözlər: informasiya axratış sistemləri, informasiya cəmiyyəti, 
elektron kitablar 
Ключевые  слова:  Информационно-поисковые  системы, 
информационное общество, электронные книги 
Keywords:  Information  search  systems,  information  society, 
electronic books  
 
Bəşər  tarixinin  inkişaf  xronologiyası  birmənalı  şəkildə  ayrı-ayrı 
cəmiyyətlərin  inkişafında  müstəsna  rola  malik  elementlərin  varlığını  və 
onların  konkret  olaraq  spesifikliyi  ilə  fərqləndiyini  özündə  ehtiva 
etməkdədir.  İstər  nəzəri,  istərsə  də  praktiki  baxımdan  inkişaf  etmiş 
cəmiyyətlərin  əsas  hərəkətverici  qüvvələri  kimi  təhsil,  təhsilə  əl 
çatımlılıq  səviyyəsi,  kütləvi  maariflənmə  və  daha  konkret  desək  zəngin 
informasiya  mühitinin  formalaşdırılması  və  nəticə  etibarilə  informasiya 
infrastrukturu  mühüm  əhəmiyyət  kəsb  etməkdədir.  Əgər  son  dövrlərdə 
cəmiyyətin  tələbatında  xüsusilə  fərqlənən  hazır  məhsullar,  xidmətlər, 
müxtəlif təyinatlı texnologiyalar əhəmiyyətli rola malik idisə, XXI əsrdə 
bu  tələbat  istehlakçıların  zövq  dəyişikliyi  nəticəsində  informasiya 
resurslarının  əlavə  edilməsi  ilə  daha  qabarıq  şəkildə  özünü  büruzə 
vərməkdədir.  Ümumiyyətlə,  ayrı-ayrı  ölkələrin  ümumi  milli  inkişafının 
əsas hərəkətverici istiqamətlərindən biri kimi elmin, təhsilin, mədəniyyət 
və bu kimi  amillərin kifayət  qədər dinamik  və  mobil  şəkildə  istehlakına 
əsaslanan  informasiya  xidmətlərinin  təşkili  xüsusi  əhəmiyyət  kəsb 
etməkdədir.  
Respublikamız  müstəqillik  əldə  etdikdən  sonra  cəmiyyətin  bütün 
fəaliyyət sferalarında olduğu kimi, kitabxanaşünaslıq sferasında da ciddi 
və  ciddi  olduğu  qədər  də  radikal  islahatlara  getmişdir.  Bu  gün  Azər-
baycan  Respublikası  Müstəqil  Dövlətlər  Birliyi  ölkələri  ilə  müqayisədə 
kitabxana  infrastrukturunun  təkmilləşdirilməsi  və  dünya  standartlarına 
uyğunlaşdırılması  istiqamətində  daha  ciddi  islahatlar  aparmaqdadır. 
Sözügedən  proses  dövlətin  birbaşa  himayəsi  altında  olmaq  etibarilə 
spesifik  inkişaf  istiqamətləri  ilə  müşahidə  edilməkdədir.  Belə  ki, 
respublikamızda  kitabxanaşünaslıq  sektorunun  inkişafı  və  tərəqqisi  isti-


65 
 
qamətində  bir  çox  dövlət  proqramları  və  konkret  konsepsiyalar  işlənilib 
hazırlanmış və uğurla reallaşdırılmaqdadır.  
Bütün  bunlara  baxmayaraq  milli  kitabxana  sisteminin  inkişafının 
tarixi  xronologiyasına  diqqət  yetirdikdə,  sözügedən  sistemin  ayrı-ayrı 
tarixi  dövrlərdə  də  müxtəlif  nailiyyətlər  və  ilklərə  imza  atdığını  görə 
bilərik. Kitabxanaşünaslıq elminin ayrı-ayrı istiqmətlərinə nəzər yetirdik-
də birmənalı şəkildə görə bilərik ki, praktiki baxımdan sözügedən sferada 
informasiya  axtarış  sistemlərinin  müasir  standartlara  və  geniş  oxucu 
auditoriyasının  tələbatlarına  uyğunlaşdırılması  daima  gündəmdə  olmuş-
dur. Bu baxımdan milli kitabxana sistemində informasiya axtarış sistem-
lərinin  tarixi  inkişaf  xronologiyasına  diqqət  yetirmək  və  zəngin  ənənə, 
eləcə də böyük təcrübə mənbəyinin sistemli təhlili kifayət qədər ciddi ak-
tuallıq  kəsb  etməkdədir.  Problemə  məhz  bu  prizmadan  yanaşdıqda  milli 
kitabxana  sistemində  informasiya  axtarış  sistemlərinin  təşəkkülü 
tarixində  ən  azı  üç  böyük  problem  mövcuddur  ki,  onlarda  əsas  etibarilə 
aşağıdakılardan ibarətdir: 
1.
 
İnformasiya  axtarış  sistemlərinin  təşəkkülü  prosesinin  dərke-
dilməsi və interpretasiyası problemi
2.
 
İnformasiya  axtarış  sistemləri  prosesinin  əsasları  və  hərə-
kətverici qüvvələrinin müəyyənləşdirilməsi problemi
3.
 
İnformasiya  axtarış  sistemlərinin  təkmilləşdirilməsi  proses-
lərinin xronoloji dövrlənməsi problemi. 
Respublikamızın  milli  kitabxana  sisteminin  zəngin  tarixinə  nəzər 
saldıqda  maraqlı  faktlarla  uzləşməklə  yanaşı  bir  sıra  həqiqtlərin  ortaya 
çıxarılmasına da nail olmuş olarıq. Azərbaycan Respublikası milli kitab-
xanasının yaradılması sovetlər birliyi dönəminə təsadüf etsə belə (yəni 23 
may  1923-cü  il)  prosesin  ilkin  rüşeymləri  özlərini  1918-1920-ci  illərdə 
biruzə  vermişdir.  Tarixi  mənbələrə  nəzər  yetirsək  görərik  ki,  Milli 
kitabxana  5  iyun  1923-cü  ildə  rəsmi  şəkildə  geniş  oxucu  kütləsinin 
ixtiyarına verilmişdir [5]. Milli  kitabxananın  ilk dövrlərdəki  strukturuna 
nəzər  saldıqda  görə  bilərik  ki,  burada  yalnız  iki  şöbə,  müvafiq  olaraq 
Avropa və Şərq ədəbiyyatı şöbələri, iyirmi min dörd yüz qırx bir (20 441 
nüsxə)  nüsxəlik  kitab  fondu  və  on  üç  nəfərlik  (13  nəfərlik  heyət) 
kitabxanaçı personalına malik olmuşdur [6].  
Həmin  dövrlərdə  milli  kitabxana  infrastrukturunun  müvafiq  nəşr-
lərlə zənginləşdirilməsi və həmçinin təkmilləşdirilməsinin əsas istiqamət-
ləri kimi aşağıdakı sxemdəki mənbələr verilmişdir. 
 
 
 
 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə